Məhkəmə qərarları › İş №2(004)-1784/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1784/2021

24.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1784/2021 24.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisinin xx.xx.2020-ci il tarixli 653-k nömrəl əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-nin Nəzarət Ölçü X4 sukanal idarəsi üzrə fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddaçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 2016-cı ilin noyabrından Cavabdeh ASC-də işləyir. 2018-ci ildən Nəsimi filialına geçmiş və 2019-cu ildən Cavabdeh ASC-nin Nəzarət Ölçü X4 sukanal idarəsi üzrə fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləmişdir. O, gün ərzindən təxminən 200 obyektin sayğacını oxuyur. xx.xx.2020-ci il tarixdə 19 saylı əmrə əsasən ona ilk dəfə töhmət verilmişdir. Həmin töhmətlə bağlı rəhbərlik tərəfindən ona sadəcə imza atmaq lazım olduğu bildirilmiş, buna görə də izahatını imzalamışdır. Əmək kitabçasını aldıqdan sonra ona xx.xx.2020-ci il tarixdə töhmət verildiyi məlum olmuşdur. xx.xx.2020-ci il tarixdə 167 saylı əmrlə ona yenidən töhmət elan edilmiş, sonuncu şiddətli töhmət isə xx.xx.2020-ci il tarixdə 276 saylı əmrə əsasən ona verilmişdir. Bu əmrdən onun ümumiyyətlə xəbəri olmamışdır. Ona heç bir xəbərdarlıq edilmədən şiddətli töhmət verilmişdir. xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. 2020-ci ilin sentyabr ayında onun xidmət apardığı ərazidə yoxlama aparılmışdır. ünvan 1 ünvanda altı ailə yaşayır. “28 May” küçəsi döngə 11, B.Səfəroğlu küçəsi ev 98, Nəsimi rayonu ərazisinə deyil, yasamal rayonu ərazisinə düşür. O, xidməti ərazisində ünvanları tapa bilmədiyinə görə baxış keçirə bilməmişdir. B.Səfəroğlu ev 146-191 kimi onun ərazisinə aiddir. Ə.Quliyev küçəsi 119-da obyekt yoxdur, obyekt R.Rza küçəsində yerləşir. Ona sayğacları oxumamağını irad tutublar. Yoxlama gələndə təsadüfən obyektin qapısı açıq olmuş və sayğaca baxış keçirilmişdir. ünvan 1 ünvanda altı ailə yaşayır. A.Səhhət küçəsi ev 51 və 53 ünvanları MTK tərəfindən hasara alınıb, evlər sökülüb, sonradan məlum olub ki, sökülməyən mənzillər vardır. İşdən çıxarılarkən həmkarlar ittifaqı onu bir dəfə dinləyib. Hesab edir ki, işdən çıxarılması əsassız olub. Bu səbəbdən iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2019-cu ildən Cavabdeh ASC-nin Nəzarət Ölçü X4 sukanal idarəsi üzrə fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyir. xx.xx.2020-ci ildə yoxlama aparılıb. “20 Yanvar” küçəsi ev 10 ünvanda təmirdən qabaq S/N 11207730 olan abonent kodu təmirdən sonra dəyişdirilmiş, yeni 050247 abonent kodu açılmış və 157053 nömrəli smart su sayğacı quraşdırılmışdır. Təmirdən sonra qanunsuz olaraq sudan istifadə olunmuşdur. Yoxlama zamanı sayğacın xətdən söküldüyü və birbaşa xətt qoşulduğu aşkar olunmuşur. Sayğacı oxuyarkən kənar xəttin olub-olmaması, sayğacın plombunun yerində olub-olmaması və sayğacın oxunması nəzarətçinin vəzifəsidir. Əgər sayğac sökülmüşdürsə, müvafiq kodla 30 və ya 31 kodu işlənilə bilər. Lakin nəzarətçi göstərib ki, ünvanı tapa bilməmişdir. İki evə sökülmüş ev kodu vurub, lakin həmin ünvanlarda yaşayış mövcuddur və sayğaclarda yerindədir. İddiaçıya işdən azad edilməmişdən əvvəl iki dəfə töhmət, bir dəfə şiddətli töhmət verilmişdir. Araşdirma zamanı aidiyyəti şəxslərin izahatları alınmış, sənədlər toplanmış və müəyyən olunmuşdur ki, 20 Yanvar küçəsi ev 10 (abonent kodu-050247) ünvanda 19-cu Polis Bölməsi yerləşir. Təmirdən qabaq S/N(11207730) olan su sayğacı qeyd olunan ünvanda olub, lakin təmirdən sonra qeyd olunan koda (050247) yeni alt abonent kodu açılaraq (157053) nömrəli smart su sayğacı quraşdırılmışdır. Hal-hazırda qeyd olunan ünvanda (157053) nömrəli su sayğacı sökülərək birbaşa sudan istifadə olunur. Rəşid Behbudov küçəsi ev 87 (abonent kodu-053995) ünvanında sayğac göstəricisi 1872 m3-dir. Nəzarətçi tərəfindən 35 (abonent ünvanı naməlum) kodu qeyd olunmuşdur. 28 May küçəsi döngə 11 ev 103 (abonent kodu-057067) ünvanında sayğac göstəricisi 48 m3-dir. Nəzarətçi tərəfindən 35 (abonent ünvanı naməlum) kodu qeyd olunmuşdur. İddiaçı verdiyi izahatda yuxarıda göstərilmiş faktları təsdiqləmiş və bildirmişdir ki, 35 (abonent ünvanı naməlum) kodundan istifadə etməsinin səbəbi ünvanları tapa bilməməsidir. Bundan başqa, İddiaçı ünvan 2 ünvanda yerləşən abonent kodu 052485 olan Məmmədov Abdullaya məxsus obyektin daimi fəaliyyətdə olmasına baxmayaraq, mart ayından etibarən hər ay 4 (qapı bağlı istifadə yoxdu) kodu ilə oxuma etmişdir. Araşdırma zamanı obyektin sahibi də işlədiyini bildirmişdir. Bu faktla bağlı izahatı alınan İddiaçı cari ilin mart ayından etibarən obyektin işləməməsi səbəbindən qapısının bağlı olduğunu və buna görə də həmişə 4 (qapı bağlı istifadə yoxdu) kodu ilə oxuma etdiyini bildirmişdir. İddiaçı qeyd etdikləri tamamilə əsassızdır. Belə ki aparılan yoxlamalarda abonent kodu 052485 olan Məmmədov Abdullaya məxsus obyektin qeyd edilmiş müddətdə daimi fəaliyyətdə olduğu Abonent tərəfindən də təsdiqlənmişdir. Abonentin xx.xx.2020-ci il tarixdə kartına 5 manat yükləməsi də obyektin fəaliyyət göstərməsini bir daha sübut edir. Ə.Quliyev küçəsi ev 114 ünvanda yerləşən abonent kodu 056786 olan Musayeva Sevilə məxsus obyektə smart sayğacı olduğu və ərazidə podratçı işləmədiyi halda 1(normal) kodu ilə oxuma etmək yerinə 50 (podratçı tərəfindən yenilənən şəbəkə) kodu ilə oxuma etmişdir. Bu faktla bağlı izahatı alınan İddiaçı heç bir əsası olmayan bəhanələr gətirmişdir. İddiaçı mühəndis-qrup rəhbəri Rauf İmanovun 37 (qeydiyyatda olmayan sayğac) kodundan istifadə edərək oxuma etməyə icazə vermədiyini bildirmişdir. İddiaçı izahatında qeyd etdiyi fakla bağlı Rauf İmanovun izahatı alınmışdır. Rauf İmanov izahatında keçirtdiyi iclaslarda təlimata uyğun olaraq yalnız "Namizəd statusu olan Abonentlərin” sayğaclarını oxuyarkən 37 (qeydiyyatda olmayan sayğac) kodundan istifadə etməməyi bildirdiyini qeyd etmişdir. Araşdırma aparılarkən izahatları alınan Nəsimi SKİ üzrə Fakturalama qrupunun mühəndisi X2, su kəmərləri təsərrüfatında nəzarətçiləri X3 və X9 da Rauf İmanovun sözlərini təsdiqləmişdirlər. B.Səfəroğlu küçəsində abonent kodu 054229 olan Bakı Abadlıq Xidmətinin xx.xx.2020 tarixində bağlanmış yeni müqaviləsinə əsasən cari ilin oktyabr ayında 1 (normal) kodu ilə oxuduğu halda son iki ayda 35 (ünvan tapılmadı) kodu ilə oxuma etmişdir. İddiaçı bu faktla bağlı Abonentin onun xidməti ərazisində yerləşmədiyini bildirmişdir. Aparılan araşdırmada bu fakt öz təsdiqini tapmışdır. Lakin İddiaçı bu faktla bağlı qrup rəhbərinə heç bir məlumat verməmiş, əksinə 3 ay ard-arda oxuma etmişdir. Son 2 ayda isə yanlış oxuma kodundan istifadə etmişdir. A.Səhhət küçəsi ev 53 ünvanında abonent kodu **********060 olan Solmaz Quliyeva məxsus evdə yaşayış olduğu halda quraşdırılmış 2 sayğacı da 1 (normal) kodu ilə oxuma etmək yerinə 38 (sökülmüş ev\obyekt) kodu ilə oxuma etmişdir. 10168469 nömrəli sayğac 626 m3 göstəricisi və 18065758 nömrəli sayğac 67 m3 göstərici, A.Səhhət küçəsi ev 53 ünvanda abonent kodu **********040 olan Səringül Ağalarova məxsus evdə yaşayış olduğu halda 1 (normal) kodu ilə oxuma etmək yerinə 315 m3 sayğac (SN: 208999) göstəricisi ilə 38 (sökülmüş ev \obyekt) kodu ilə oxuma etmişdir. Bu 2 faktla bağlı İddiaçı ərazinin hasara alındığı üçün həmin evlərin söküldüyünü düşündüyünü və bu səbəbdən 38 (sökülmüş ev \obyekt) kodu ilə oxuma etdiyini bildirmişdir. İddiaçı bu faklarla bağlı qeyd etdikləri də tamamilə əsassızdır. Belə ki, xx.xx.2020-ci il tarixdə Fakturalamanın icrası şöbəsinin Nəsimi SKİ üzrə Fakturalama qrupunun mühəndisi X2 həmin ərazidə yoxlamada olarkən müvafiq olaraq video çəkiliş aparmışdır. Həmin video çəkilişdən də açıq-aydın qeyd edilmiş abonentlərə məxsus evlərin sökülmədiyi, yaşayış olduğu və sayğaclarında işlədiyi görünür. İddiaçı işində yol verdiyi ciddi nöqsanlar görə xx.xx.2020-ci il tarixdə 167 saylı əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissənin "a" bəndinə əsasən “Töhmət”, 20.11,2020-ci il tarixdə 276 saylı əmrlə ƏM-nin 186-cı maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla "Şiddətli töhmət” verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq təklif etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Nəzarət Ölçü X1 icrası şöbəsinin Nəsimi SKİ üzrə Fakturalama qrupunun su kəmərləri təsərrüfatında nəzarətçisi İddiaçı əmək müqaviləsi ləğv edilsin. İşində dönüş yaratmadığına görə xx.xx.2020-ci il tarixli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Hesab edir ki, iddiaçı işdən azad edilərkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin izahatları, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Ə- 537/2019 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh ASC-nin Nəzarət Ölçü X1 icrası şöbəsinin Nəsimi sukanal idarəsi üzrə fakturalanma qrupunun 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli 19 nöməli intizam tənbehi baradə əmrlə İddiaçı Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan olunmuşdur. xx.xx.2020-ci il tarixli 167 nömrəli intizam tənbehi baradə əmrlə hüquq məsləhətçisi Samir Səfərovun xx.xx.2020-ci il tarixli 480 saylı xidməti yazısı əsasında Cavabdeh ASC-nin Nəzarət Ölçü X1 icrası şöbəsinin Nəsimi sukanal idarəsi üzrə fakturalanma qrupunun su kəməri təsərrüfatının nəzarətçisi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. xx.xx.2020-ci il tarixli 276 nömrəli intizam tənbehi baradə əmrlə əsasən Cavabdeh ASC-nin Nəzarət Ölçü X1 icrası şöbəsinin Nəsimi sukanal idarəsi üzrə fakturalanma qrupunun su kəməri təsərrüfatının nəzarətçisi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Nəzarət Ölçü Cihazları İdarəsinin hüquq-məsləhətçisi Samir Səfərov tərəfindən İdarənin rəisi Eyvaz Hüseynova ünvanlanmış xx.xx.2020-ci il tarixli intizam məsuliyyəti haqqında xidməti məlumat məktubuna əsasən Fakturalamanın icrası şöbəsinin rəisi Ruslan Behbudovdan daxil olmuş xx.xx.2020-ci il tarixli 464 nömrəli xidməti məlumata baxılmış və müvafiq araşdırma aparılmışdır. Araşdirma zamanı aidiyyəti şəxslərin izahatları alınmış, sənədlər toplanmış və müəyyən olunmuşdur ki, 20 Yanvar küçəsi ev 10 (abonent kodu-050247) ünvanda 19-cu Polis Bölməsi yerləşir. Təmirdən qabaq S/N(11207730) olan su sayğacı qeyd olunan ünvanda olub, lakin təmirdən sonra qeyd olunan koda (050247) yeni alt abonent kodu açılaraq (157053) nömrəli smart su sayğacı quraşdırılmışdır. Hal-hazırda qeyd olunan ünvanda (157053) nömrəli su sayğacı sökülərək birbaşa sudan istifadə olunur. Rəşid Behbudov küçəsi ev 87 (abonent kodu-053995) ünvanında sayğac göstəricisi 1872 m3-dir. Nəzarətçi tərəfindən 35 (abonent ünvanı naməlum) kodu qeyd olunmuşdur. 28 May küçəsi döngə 11 ev 103 (abonent kodu-057067) ünvanında sayğac göstəricisi 48 m3-dir. Nəzarətçi tərəfindən 35 (abonent ünvanı naməlum) kodu qeyd olunmuşdur. İddiaçı verdiyi izahatda yuxarıda göstərilmiş faktları təsdiqləmiş və bildirmişdir ki, 35 (abonent ünvanı naməlum) kodundan istifadə etməsinin səbəbi ünvanları tapa bilməməsidir. Nəzarət Ölçü Cihazları İdarəsinin hüquq-məsləhətçisi Samir Səfərov tərəfindən İdarənin rəisi Eyvaz Hüseynova ünvanlanmış xx.xx.2020-ci il tarixli intizam məsuliyyəti haqqında xidməti məlumat məktubuna əsasən Fakturalamanın icrası şöbəsinin rəisi Ruslan Behbudovdan daxil olmuş xx.xx.2020-ci il tarixli 868 qeydiyyat nömrəli xidməti məlumata tərəfindən baxılmış və müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı aşağıda qeyd edilmiş nöqsanlara yol verdiyi müəyyən edilmişdir. İddiaçı ünvan 2 ünvanda yerləşən abonent kodu 052485 olan Məmmədov Abdullaya məxsus obyektin daimi fəaliyyətdə olmasına baxmayaraq, mart ayından etibarən hər ay 4 (qapı bağlı istifadə yoxdu) kodu ilə oxuma etmişdir. Araşdırma zamanı obyektin sahibi də işlədiyini bildirmişdir. Bu faktla bağlı izahatı alınan İddiaçı cari ilin mart ayından etibarən obyektin işləməməsi səbəbindən qapısının bağlı olduğunu və buna görə də həmişə 4 (qapı bağlı istifadə yoxdu) kodu ilə oxuma etdiyini bildirmişdir. İddiaçı qeyd etdikləri tamamilə əsassızdır. Belə ki aparılan yoxlamalarda abonent kodu 052485 olan Məmmədov Abdullaya məxsus obyektin qeyd edilmiş müddətdə daimi fəaliyyətdə olduğu Abonent tərəfindən də təsdiqlənmişdir. Abonentin xx.xx.2020-ci il tarixdə kartına 5 manat yükləməsi də obyektin fəaliyyət göstərməsini bir daha sübut edir. Ə.Quliyev küçəsi ev 114 ünvanda yerləşən abonent kodu 056786 olan Musayeva Sevilə məxsus obyektə smart sayğacı olduğu və ərazidə podratçı işləmədiyi halda 1(normal) kodu ilə oxuma etmək yerinə 50 (podratçı tərəfindən yenilənən şəbəkə) kodu ilə oxuma etmişdir. Bu faktla bağlı izahatı alınan İddiaçı heç bir əsası olmayan bəhanələr gətirmişdir. İddiaçı mühəndis-qrup rəhbəri Rauf İmanovun 37 (qeydiyyatda olmayan sayğac) kodundan istifadə edərək oxuma etməyə icazə vermədiyini bildirmişdir. İddiaçı izahatında qeyd etdiyi fakla bağlı Rauf İmanovun izahatı alınmışdır. Rauf İmanov izahatında keçirtdiyi iclaslarda təlimata uyğun olaraq yalnız "Namizəd statusu olan Abonentlərin” sayğaclarını oxuyarkən 37 (qeydiyyatda olmayan sayğac) kodundan istifadə etməməyi bildirdiyini qeyd etmişdir. Araşdırma aparılarkən izahatları alınan Nəsimi SKİ üzrə Fakturalama qrupunun mühəndisi X2, su kəmərləri təsərrüfatında nəzarətçiləri X3 və X9 da Rauf İmanovun sözlərini təsdiqləmişdirlər. B.Səfəroğlu küçəsində abonent kodu 054229 olan Bakı Abadlıq Xidmətinin xx.xx.2020 tarixində bağlanmış yeni müqaviləsinə əsasən cari ilin oktyabr ayında 1 (normal) kodu ilə oxuduğu halda son iki ayda 35 (ünvan tapılmadı) kodu ilə oxuma etmişdir. İddiaçı bu faktla bağlı Abonentin onun xidməti ərazisində yerləşmədiyini bildirmişdir. Aparılan araşdırmada bu fakt öz təsdiqini tapmışdır. Lakin İddiaçı bu faktla bağlı qrup rəhbərinə heç bir məlumat verməmiş, əksinə 3 ay ard-arda oxuma etmişdir. Son 2 ayda isə yanlış oxuma kodundan istifadə etmişdir. A.Səhhət küçəsi ev 53 ünvanında abonent kodu **********060 olan Solmaz Quliyeva məxsus evdə yaşayış olduğu halda quraşdırılmış 2 sayğacı da 1 (normal) kodu ilə oxuma etmək yerinə 38 (sökülmüş ev\obyekt) kodu ilə oxuma etmişdir. 10168469 nömrəli sayğac 626 m3 göstəricisi və 18065758 nömrəli sayğac 67 m3 göstərici, A.Səhhət küçəsi ev 53 ünvanda abonent kodu **********040 olan Səringül Ağalarova məxsus evdə yaşayış olduğu halda 1 (normal) kodu ilə oxuma etmək yerinə 315 m3 sayğac (SN: 208999) göstəricisi ilə 38 (sökülmüş ev \obyekt) kodu ilə oxuma etmişdir. Bu 2 faktla bağlı İddiaçı ərazinin hasara alındığı üçün həmin evlərin söküldüyünü düşündüyünü və bu səbəbdən 38 (sökülmüş ev \obyekt) kodu ilə oxuma etdiyini bildirmişdir. İddiaçı bu faklarla bağlı qeyd etdikləri də tamamilə əsassızdır. Belə ki, xx.xx.2020-ci il tarixdə Fakturalamanın icrası şöbəsinin Nəsimi SKİ üzrə Fakturalama qrupunun mühəndisi X2 həmin ərazidə yoxlamada olarkən müvafiq olaraq video çəkiliş aparmışdır. Həmin video çəkilişdən də açıq-aydın qeyd edilmiş abonentlərə məxsus evlərin sökülmədiyi, yaşayış olduğu və sayğaclarında işlədiyi görünür. İddiaçı işində yol verdiyi ciddi nöqsanlar görə xx.xx.2020ci il tarixdə 167 saylı əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissənin "a" bəndinə əsasən “Töhmət”, 20.11,2020-ci il tarixdə 276 saylı əmrlə ƏM-nin 186-cı maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla "Şiddətli töhmət” verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq təklif etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Nəzarət Ölçü X1 icrası şöbəsinin Nəsimi SKİ üzrə Fakturalama qrupunun su kəmərləri təsərrüfatında nəzarətçisi İddiaçı əmək müqaviləsi ləğv edilsin. Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisinin xx.xx.2020-ci il tarixli 653-k nömrəl əmri ilə Cavabdeh ASC-nin Nəzarət Ölçü X4 sukanal idarəsi üzrə fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi, əmək vəziflərini kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən ləğv edilmişdir. İddiaçı əmək fəaliyyəti zamanı kobud səhvlərə yol vermiş, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş, işlədiyi dövrdə dəfələrlə töhmət və şiddətli töhmət almışdır. İddiaçı tərəfindən nəinki əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, həmçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəllənin 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinə qarşı “Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisinin xx.xx.2020-ci il tarixli 653-k nömrəl əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-nin Nəzarət Ölçü X4 sukanal idarəsi üzrə fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar