Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1787/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əsgərova X1 Gülnar Aydəmir qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 6900 (altı min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi verərək İddiaçı Cavabdeh 6900 (altı min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirir ki, cavabdehi bir neçə ildir ki, tanıyır. 2019 və 2020-ci ilin müxtəlif aylarında ondan hansısa problemi ilə əlaqədar borca ümumilikdə 6900 manat məbləğində pul istəmişdir. Çox çətin vəziyyətdə olduğunu bildirdiyindən ona kömək etmək qərarına gələrək ona 6900 manat vermişdir. Aralarında pulun hər ay hissə-hissə qaytarılması barədə razılığa gəlmişlər. Lakin cavabdeh pulu razılaşdıqları qaydada qaytarmamış və pulu tələb etdikdə müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə şifahi xəbərdarlıq edərək danışıqlar aparsa da nəticəsi olmamışdır. Belə olan halda o, əlacsız qalaraq Yasamal rayon 29-cu Polis Bölməsinə şikayət vermişdir. cavabdeh polis Bölməsisə çağırılaraq izahatı alınmış, izahatında borcu olduğunu etiraf etmişdir. Mübahisə mülki xarakter daşıdığından Polis Bölməsindən ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, 29-cu Polis Bölməsində izahatı özü yazmışdır, lakin 2500 manat borcu qalması hissəsini isə polis əməkdaşları məcbur yazdırmışdır. İddiaçıdan 10800 manat borc aldığını etiraf edir, lakin iddiaçıya bir il müddətində hər ay 670 manat pul ödəmişdir. 2020-ci ilin noyabr ayında onun uşağını maşın vurmuş, bunu bilən iddiaçı ona zəng edərək pulunu istəmiş və 6900 manat faiz borcunun olduğunu bildirmişdir. O isə faiz borcunu ödəməyə pulunun olmadığını bildirmişdir. 10800 manatı iddiaçıdan bütöv almamışdır, yarısını anası rəhmətə gedəndə, yarısını isə yoldaşı tutulanda vəkil ximəti üçün almışdır. İddiaçıya faizi ödəyə bilməyəciyini bildirsə də, əsas borcu ödəyəcəyini bildirmişdir. İddiaçıya cəmi 11000 manat pul qaytarmışdır. Sonuncu dəfə iddiaçının tanışı ilə lotoreya oynamış, 3000 manatı da iddiaçı onun vasitəsilə götürmüşdür. Pulu iddiaçıya qaytarmağına dair sübutu yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********* saylı məktuba əsasən İddiaçı müraciəti mülki xarakterli olduğundan şikayəti olduğu halda məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində verilmiş xx.xx.2020-ci il tarixli izahatın surətinə əsasən Cavabdeh bildirmişdir ki, İddiaçı şikayəti ilə tanış olmuşdur, o pulu alanda ona faizlə verilmişdir. O, bir ildir Gülnarəyə 670 manat faiz ödəyir. Gülnarədən 2019-cu ilin iyul ayında hissə-hissə 10800 manat pul almışdır. Həmin puldan 2500 manat borcu qalmışdır. Beləliklə, işin müəyyən olunmuş halı odur ki, İddiaçı Cavabdeh pul vermişdir. Cavabdeh İddiaçı borc aldığını polis bölməsində yazılı izahatında etiraf etmişdir. Cavabdeh pulu iddiaçıya qaytardığını bildirsə də, bunu sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 6900 (altı min doqquz yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6900 (altı min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1787/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1787/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver