Məhkəmə qərarları › İş №2(004)-1797/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1797/2023

11.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1797/2023 11.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh1 MTK – nın nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK – ya və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK – ya və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 35 nömrəli mənzilin cavabdeh tərəfindən onun istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, onun Cavabdeh1 MTK-nin inşa etdiyi yaşayış binasının 11-ci mərtəbəsində 4 otaqlı (33 nömrəli mənzil) və 2 otaqlı (32 nömrəli mənzil) mənzilləri olmuşdur. Ondan bir mərtəbə yuxarı eyni mənzillər yəni 4 otağının (36 nömrəli mənzil) və 2 otaqlı (35 nömrəli) mənzil Cavabdeh2 vətəndaşın olub. Remont elədiyindən əvvəl Allahverdi müəllim ondan xahiş etmişdir ki, öz mənzillərini onun mənzilləri ilə dəyişsin. O, bu təklifə razılıq vermiş və öz mənzillərini ona vermişdir. Bu danışıqlar 2015-ci ildə olmuşdur. Nəticədə Allahverdi müəllim ona verilən mənzilləri təmir etmiş və bu günə kimi yaşayır. Onun sərəncamına keçən mənzillərdən, yəni 2 otaqlı olan 35 nömrəli və 4 otaqlı 36 mənzillərdən 4 otaqlı mənzili satmışdır. Amma 2 otaqlı mənzili satdığı halda müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK-nın sədri Nəcəfov Elşad bu mənzili ikinci dəfə başqa adama satmışdır. Cavabdeh2 vətəndaşa 4 otaqlı 36 nömrəli və 2 otaqlı 35 nömrəli mənzilləri də birbaşa Nəcəfov Elşad satmışdır. Elşadla danışarkən onun niyə belə vəziyyət yarandı sualına lazımi cavab almamışdır. İki otaqlı 35 nömrəli mənzili iki nəfərə satışını Nəcəfov Elşad etiraz etmir. Yuxarıdakı deyilənləri nəzərə alaraq hesab edir ki, iki otaqlı 35 nömrəli mənzil ya 32 nömrəli mənzil qanunvericiliyə uyğun ona qaytarılmalıdır. Bu qanunsuzluqlar onun konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 16 yanvar 2006-cı il tarixdə 35 nömrəli mənzil Cavabdeh2 həyat yoldaşı X1. Daha sonra o, özünə məxsus olan 32 nömrəli mənzili X5 məxsus 35 nömrəli mənzillə dəyişdirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MTK – nın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddianı İddiaçı qaldırmışdır. Lakin iş materiallarında olan sənədlər başqa şəxsin adınadır. Əgər iddiaçı mənzilin Hüseynova Elşənə məxsus olduğunu iddia edirsə, iddianı həmin şəxs qaldırmalı idi. Bu halda iddiaçının subyektiv hüququ yoxdur. Əgər iddiaçı mənzilin ona məxsus olduğunu iddia edirsə, bu halda iddiaçı bununla bağlı məhkəməyə sənəd təqdim etməli idi. Həmçinin, iddiaçı 32 nömrəli mənzilə dair sənədlər təqdim etmişdir ki, həmin mənzil mübahisə predmeti deyil. Mübahisə predmeti olan 35 nömrəli mənzil X3, daha sonra o, həmin mənzilin 32 nömrəli mənzillə dəyişdirilməsinə öz razılığını vermişdir. Daha sonra, 35 nömrəli mənzilə X6 pay hüququ tanınmış və o, həmin mənzili notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında başqa bir şəxsə satmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçıya verdiyi suala cavab olaraq iddiaçı mənzilin dəyərinin ödənilmədiyini, mənzilin daxili bölgüyə əsasən ona verildiyini, kassa mədaxil qəbzinin formal olaraq tərtib edildiyini bildirmişdir. İddiaçının təqdim etdiyi kassa mədaxil qəbzində, müqavilələrdə kooperativin sədri Elşad Nəcəfovun imzası yoxdur. 2011-ci ildə İddiaçı MTK-nın möhürünü əldə etmiş, idarəetməni özünün həyata keçirəcəyini bildirmişdir. MTK-nın sədri Elşad Nəcəfov buna etiraz etməmiş, lakin sədrlikdən azad olunmasını xahiş etmişdir. 2011-2016-cı illərdə MTK-nın möhürünün iddiaçıda olduğu müddətdə mənzillərin bir neçə şəxsə satılması məlum olmuşdur. Bundan sonra, kooperativin sədri Elşad Nəcəfov məhkəməyə möhürün, künc ştampının və digər hüquqi sənədlərin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, möhür itdiyindən, yeni möhür çıxarılmışdır. İddiaçı kooperativin sədri olmamasına baxmayaraq, qanunsuz olaraq mənzillər satmış, maliyyə arayışları vermiş, əldə etdiyi vəsaitləri mənimsəmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-12718/2016 nömrəli qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi və Cavabdeh1 MTK-ya məxsus möhr, künc ştampı və digər hüquqi sənədlərin cavabdeh İddiaçı alınaraq X9 qaytarılması, X12nun Cavabdeh1 MTK-nın sədri vəzifəsinin icrasında maneələr yaratması cavabdeh İddiaçı qadağan edilməsi, iddia tələbinin Cavabdeh1 MTK-ya münasibətdə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-12718/2016 nömrəli icra vərəqəsinin surətindən görünür ki, qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2016-cı il tarixdə icra vərəqəsi verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X11, borclu İddiaçı, tələbkar X12 tərəfindən tərtib edilmiş 06 fevral 2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-12718/2016 nömrəli icra sənədində göstərilən tələbin təmin edilməsi məqsədilə Yasamal rayon icra və probasiya şöbəsinin 205-ci otağında yığıldıqda icra sənədində göstərilən əmlaklar borclu İddiaçı tərəfindən tələbkar X9 təhvil verilmiş və bununla bağlı icra sənədinin icrası təmin edilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1797/2023 saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 MTK-ya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rəhim küçəsi, 539-cu məhəllədə yerləşən binanın 12-ci mərtəbəsində 35 nömrəli mənzilə ilkin olaraq X6 pay hüququ tanınmışdır və daha sonra həmin şəxs xx.xx.2021-ci il tarixdə əldə etdiyi çıxarış əsasında xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında X2. Hal-hazırda həmin mənzil X4 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X13 AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021 tarixdə verilmiş **********26- 05301- 093119 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Rahim küçəsi, 539-540cı məhəllə, ev 4A, mənzil 35, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzili X2. İş materiallarında olan X10 (payçı) və Cavabdeh1 MTK arasında bağlanmış 16 yanvar 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 539-cu məhəllədə inşa edilən 16-18 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 116 kv.metr olan 35 nömrəli mənzilə görə müqavilədə nəzərdə tutulmuş məbləği müəyyən edilmiş vaxtda Kooperativə ödəməyi, Kooperativ isə bunun müqabilində mənzili vaxtında tikərək, müvafiq sənədlər hazır olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada «Payçıya» təhvil verməyi, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan X10 (payçı) və Cavabdeh1 MTK arasında bağlanmış 16 oktyabr 2016cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 539-cu məhəllədə inşa edilən 16-18 mərtəbəliyaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 116 kv.metr olan 32 nömrəli mənzilə görə müqavilədə nəzərdə tutulmuş məbləği müəyyən edilmiş vaxtda Kooperativə ödəməyi, Kooperativ isə bunun müqabilində mənzili vaxtında tikərək, müvafiq sənədlər hazır olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada «Payçıya» təhvil verməyi, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürməsi qeyd edilmiş, müqavilə onun tərəfləri tərəfindən imzalanmamışdır. İş materiallarında olan X14 (payçı) və Cavabdeh1 MTK arasında bağlanmış 01 aprel 2007 il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 539cu məhəllədə inşa edilən 16-18 mərtəbəliyaşayış binasının 11-ci mərtəbəsində yerləşən 2 otaqlı sahəsi 115,7 kv.metr olan 32 nömrəli mənzilə (1-ci blok, 12-ci mərtəbədə yerləşən 2 otaqdan ibarət 35 nömrəli mənzillə dəyişdirilmə) görə müqavilədə nəzərdə tutulmuş məbləği müəyyən edilmiş vaxtda Kooperativə ödəməyi, Kooperativ isə bunun müqabilində mənzili vaxtında tikərək, müvafiq sənədlər hazır olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada «Payçıya» təhvil verməyi, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan AR-İİ seriyalı 877302 nömrəli etibarnamənin surətindən görünür ki, X14 Cavabdeh1 MTK-nın 01 aprel 2007-ci il tarixli müqaviləyə əsasən, onun adına olan və Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi 539-cu məghəllədə inşa edilən 16-18 mərtəbəli binanın 11-ci mərtəbə, 2 otaqlı, 32 saylı mənzilə dair onu Cavabdeh1 MTK-da təmsil etməyi, alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, özəlləşməsinə lazım olan sənədləri toplamağı, özəlləşdirməyi, bütün dövlət və qeyri dövlət orqanlarında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsində, məhkəmələrdə təmsil etməyi, texniki pasport almağı, özəlləşdirildikdən sonra Çıxarış almağı, sərəncam verməyi, iddia ərizəsi verməyi və digər hərəkətlər etmək səlahiyyətlərini ehtiva edən etibarnamə verilmişdir. Etibarnamə beş il müddətinə verilmiş və xx.xx.2028-ci il tarixədək verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçı mübahisəsini etdiyi əmlakla bağlı subyektiv hüquq sahibi deyildir. Belə ki, işin mübahisə edilməyən hallarına görə Cavabdeh1 MTK-ya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rəhim küçəsi, 539-cu məhəllədə yerləşən binanın 12-ci mərtəbəsində 35 nömrəli mənzilə dair X10 (payçı) və Cavabdeh1 MTK arasında müqavilə bağlanmış, daha sonra onun razılığına əsasən, 32 nömrəli mənzil 35 nömrəli mənzillə dəyişdirilmişdir. İddiaçı özünə məxsus olan 32 nömrəli mənzili X5 məxsus 35 nömrəli mənzillə dəyişdirdiyini iddia edərək, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini tələb etsə də, nə 32 nömrəli mənzilə onun pay hüququnun tanınmasına, nə də həmin mənzili 35 nömrəli mənzillə dəyişdirməsinə, başqa sözlə hər iki mənzilə də hər hansı hüququnun yaranmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş mənzillərin siyahısına dair cədvəlin surəti isə ümumiyyətlə sübut kimi qəbul edilə, iddiaçının mənzilə hər hansı hüququnun olduğunu təsdiq edə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bundan əlavə, 01 aprel 2007-ci il tarixli müqavilənin tərəfləri kimi Cavabdeh1 MTK və X14 göstərilmiş, müqavilə onun tərəfləri tərəfindən imzalanmamışdır. Məhkəmə həmin müqavilənin qanuniliyinə hüquqi qiymət vermədən qeyd edir ki, X8 qeyd edilən müqavilə və mənzil üzrə iddiaçıya iddia ərizəsi vermək səlahiyyəti nəzərdə tutan etibarnamə verməsi də, ona öz adından deyil, X8 adından (yaxın qohumu və ya vəkil olduğunu təsdiq edən sənəd əlavə edilməklə) iddia ərizəsi vermək hüququ verir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Başqa sözlə, iddiaçı iddia tələbində istinad etdiyi halı, yəni tələb etdiyi mənzilə onun pay hüququnun olmasını sübuta yetirə bilmədiyindən, cavabdehdən həmin mənzili tələb etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK – ya və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi” tələbi barədə iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK – ya və Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar