Məhkəmə qərarları › İş №2(004)-1804/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1804/2025

20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1804/2025 20.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.1949-cu ildə Sabirabad rayonunda doğumunun qeyd edilmə faktının müəyyən olunması; X12 barəsində aparılmış doğum haqqında akt qeydi bərpa olunaraq soyadı Camalov, adı Yavər, ata adı Talıb, doğum tarixi xx.xx.1949-cu il, doğum yeri Sabirabad rayonu, atası qrafasında X10, milliyyəti azərbaycanlı, anası qrafasında X7, milliyyəti azərbaycanlı qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri - xx.xx.1949-cu ildə Sabirabad rayonunda doğulmuş X12 xx.xx.2018-ci ildə vəfat etmiş və həmin gündə onun ölümü ilə miras açılmışdır (AR MM- in 1145 və 1146-cı maddələri). AR MM-in 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə vərəsələrdir. X6 X1, anası isə X7 olub. Ərinin valideynlərinin (doğma ata və anasının) kim olması onun doğum haqqında şəhadətnaməsi ilə müəyyən oluna bilər. Lakin həmin şəhadətnamə onlarda olmadığı üçün onu əldə etməkdən ötrü xx.xx.2023-cü ildə müvafiq ərizə ilə 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə müraciət olunmuşdur. Qeydiyyat şöbəsi həmin ərizəyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-2662/2013 nömrəli cavab məktubunda bildirmişdir ki, Şirvan şəhər və Sabirabad rayon Qeydiyyat şöbələri üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. X6 atasının X10 olmasını onun ögey (eyni ata və ayrı anadan doğulmuş) qardaşı X13 və anasının X7 olmasını isə ögey (eyni ana və ayrı atadan doğulmuş) bacısı X14 təsdiq edə bilər. X6 doğumu haqqında şəhadətnaməni yalnız Maraqlı şəxs verə bilər ki, bu da göstərilən səbəbdən - Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 doğumu haqqında akt qeydi aşkar olunmadığından mümkün deyildir. Belə olan vəziyyətdə doğumun qeyd olunma faktının məhkəməyə müraciət etmədən başqa qaydada müəyyən olunması mümkün deyil və həmin fakt hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməlidir. Bu faktın müəyyən olunması əri X6 mirasına vərəsəliyin rəsmiləşdirilməsi üçün lazımdır. Belə ki, ərinin qanun üzrə birinci növbə vərəsəsi olan atasının və anasının kim olması barədə məlumat notariat ofisinə təqdim olunması mümkün olmadığı üçün onun digər vərəsələri, o cümlədən mən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində X6 onun ana bir ata ayrı ögey qardaşı, Ərizəçi qardaşının həyat yoldaşı olduğunu, qardaşı X6 17 oktyabr 1949-cu il tarixdə Sabirabad rayonunda doğulduğunu, qardaşının atasının adının Talıb, onun atasının adının Hacı, analarının isə X7 olduğunu, qardaşı X6 23 iyun 2018-ci il tarixdə vəfat etdiyini, qardaşının dəfnində iştirak etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində X6 onun ata bir ana ayrı ögey qardaşı, Ərizəçi qardaşının həyat yoldaşı olduğunu, qardaşı X6 17 oktyabr 1949-cu il tarixdə Sabirabad rayonunda doğulduğunu, qardaşının anasının adının Mədinə, onun anasının adının Rəna, atalarının isə X10 olduğunu, Noğulun Yavərin ana bir ata ayrı ögey bacısı olduğunu, Noğulun atasının adının Hacı olduğunu bildirdi. İş materiallarında olan АЗ 176732 nömrəli evlənmək haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən X12 ilə X3 nikahlarını xx.xx.1971-ci il tarixdə Azərbaycan SSR Əlibayramlı şəhər VVAQ şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 86 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Camalov”, arvada “Camalova” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı 01305512 nömrəli Azərbaycan Respubılikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən X12 xx.xx.1949-cu il tarixdə Azərbaycan, Sabirabad rayonunda doğulmuşdur. İş materiallarında olan Əlibayramlı şəhər nikahın qeydə alınması evi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş XV-ЖГ 494877 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən X13 xx.xx.1978-ci il tarixdə Əlibayramlı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1430 nömrə ilə qeyd edilmişdir. X1, anası X4r. İş materiallarında olan Əlibayramlı rayon Qaraçala qəsəbəsi ZAQS şöbəsi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli, АЗ 179413 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən X14 xx.xx.1962-ci il tarixdə Əlibayramlı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 186 nömrə ilə qeyd edilmişdir. X2, anası X5r. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ 975182 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X12 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2086 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Salyan rayonu Qaraçala qəsəbə inzibati ərazi nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ 266313 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2008-ci il tarixdə Salyan rayonu, Pambıqkənd kəndində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ 695955 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2014-cü il tarixdə Şirvan şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 401 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X13 tərəfindən Bakı şəhər Yasamal Rayon Məhkəməsinə ünvanlanmış notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən xx.xx.1949-cu ildə Sabirabad rayonunda doğulmuş və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X12 onun ögey (ata bir və ana ayrı) qardaşıdır. X10 hər ikisinin doğma atasıdır. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan X14 tərəfindən Bakı şəhər Yasamal Rayon Məhkəməsinə ünvanlanmış notariat qaydasında təsdiq olunmuş ərizəyə əsasən xx.xx.1949-cu ildə Sabirabad rayonunda doğulmuş və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X12 onun ögey (ana bir və ata ayrı) qardaşıdır. X7 hər ikisinin doğma anasıdır. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən X8 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-2662/2013 nömrəli müraciətə cavab məktubuna əsasən X9 məxsus olan sənədlərin bir hissəsində doğum yeri “Şirvan şəhəri”, digər bir hissəsində isə “Sabirabad rayonu” qeyd edilmişdir Mövcud ziddiyyəti nəzərə alaraq müraciətlə bağlı həm Şirvan şəhər qeydiyyat şöbəsinə, həm də, Sabirabad rayon qeydiyyat şöbəsinə doğum haqqında akt qeydinin əldə edilməsi məqsədilə sorğu edilmişdir. Bildirirlər ki, arxiv məlumatları Şirvan şəhər Qeydiyyat şöbəsi üzrə 1948-1952-ci illərə aid ilkin, 1950-1967-ci illər aid bərpa akt qeydi kitabları, Sabirabad rayon Qeydiyyat şöbəsi və Çölbeşdəli kənd İcra nümayəndəliyi üzrə 1946-1952-ci illərə aid ilkin və bərpa akt qeydi kitabları, həmçinin X6 doğumu haqqında akt qeydi 1947-1952-ci illər üzrə Şirvan şəhər qeydiyyat şöbəsi, 1946-1952-ci illər Sabirabad rayon qeydiyyat şöbəsi üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlanılmış və aşkar olunmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X12 xx.xx.1949-cu il tarixdə Sabirabad rayonunda doğulmuşdur. X1, anası X5r. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X6 doğum tarixi xx.xx.1949-cu il, doğulduğu yer Sabirabad rayonu, ata qrafasında – X10 (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 xx.xx.1949-cu il tarixdə Sabirabad rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X6 doğum tarixi xx.xx.1949-cu il, doğulduğu yer Sabirabad rayonu, ata qrafasında – X10 (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X6 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar