Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1808/2025 23.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Əhmədli Qəndab Ruslan qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən əsassız və qərəzli olaraq işdən çıxarıldığına görə Əmək Məcəlləsinin 72-ci maddəsini onun əmək kitabçasından çıxarılmağı, işə bərpa və ödənilməyən əmək haqqının buraxma müddətinə görə orta aylıq əmək haqqının və əlavə olarqa faiz ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildən "xxxx" ASC-nin Əməliyyat və Təkrarsığorta İdarəsində Əməliyyat şöbəsində stajçı mütəxəssis kimi işə başlamışdır, 2020-ci ilin dekabrında kiçik mütəxəssis vəzifəsinə keçirildikdən sonra xx.xx.2024-cü ilədək orada çalışmışdır. 2022-ci il dekabr ayından 1 il 3 ay müddətində onu məcburi olaraq tutduğu vəzifəyə uyğu olmayan zəng mərkəzində çalışdırmışlar. Mart ayında yenə heç bir daxili əmr olmadan şifahi tapşırıqla aprel ayından telesatış bölməsində 6 ay müddətində çalışdırmışlar. Həmin müddət ərzində şifahi formada bir neçə idarə rəhbərinə həvalə etmiş və iş fəaliyyətində heç bir istiqamət verməmişlər. 09 sentyabr tarixində səhər 09:00 radələrində şirkətin satış idarəsinin müdiri X15 daxili nömrədən zəng edib qəbul otağına dəvət etmiş, lizinqdə olan bir avtomobili nə üçün fiziki şəxsin adına sığortaladığını, əlaqə nömrəsi kimi yazdığı şəxsi tanıyıb-tanımadığını soruşduqda, o isə tanıdığını bildirdikdən sonra ona güc tətbiq edərək, qolunu arxaya buraraq, ona məxsus olan şəxsi telefnonunu əlindən almışdır və onun şəxsi mesajlarını oxumağa başlamışdır, eyni zamanda şəxsi ailə şəkilərini bir-bir baxmışdır, onun şərəf və ləyaqətini təhqir etmişdir. Onu da qeyd edir ki, 2 ədəd mobil telefonu 2 gün ərzində özündə saxlayaraq, mesajlarını və şəkillərini pozmuşdur, “Xiaomi Note 9 Pro” markalı telefonunu format etmiş, “Xiaomi M9 T” markalı telefonunda şifrə olduğu üçün ona format edə bilməmişdir. 2 gün ərzində satış idarəsinin müdiri Nəcəfov Vüqar 2 dəfə ona məcburi formada təhlükəsizlik şöbəsinin otağında güc tətbiq edərək izahat yazdırmışlar. O isə izahatında qeyd etmişdi ki, sığorta etdirmək üçün ona müraciət edən şəxslər sığorta fəaliyyəti ilə məşğul olan agentlər olub, öz müştərilərinə məxsus avtomobilləri tanımadığı şəxslərin avtomobillərini öz tanıdığı şəxslərin vasitəsilə sığorta olunmasında köməklik göstərmişdir. Onlar isə iddia edirlər ki, məhz onlara məxsus müştəriləri digər şəxslərə yönləndirmişdir, bunun doğru olmadığını orada da ildirmişdir. Yönləndirmə səbəbinə gəldikdə, müştərilərin və yönləndirilən şəxslərin tələbləri ilə onların şərtləri uyğun gəlməyib. Beləliklə, əsassız şəkildə onu işdən çıxarmışlar və ona 72-ci maddəsi ilə işdən azad olunduğunu bildirmişlər. 9 sentyabr səhər saatlarında Vüqar Nəcəfovun otağında könüllü olaraq işdən çıxmaq istədiyinə dair ərizə yazsa da, ərizə onlar tərəfindən yoxa çıxarılmış, 10 sentyabr tarixində isə şirkətə maddi zərər vurduğunu iddia edərək, heç bir əsas olmadan 72-ci maddəsi ilə onu işdən azad etmişlər. İşdən azad olarkən onun əmək kitabçasını ona bir ay sonra vermişlər və 72-ci maddə ilə azad olunduğu hansı əsasla yazılı əmr ona verilməmişdir. O, cavabdeh "xxxx" ASC-nin qanunsuz hərəkətlərindən 16 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə və Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etmişdir. İşdən çıxarılarkən 2024-cü il və işlədiyi müddət ərzində əmək haqqısı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə şikayətindən sonra ödəmişlər və bununla bağlı "xxxx" ASC-yə İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsini tətbiq edərək cərimə edilmişdir. İşdən azad olunarkən ona “Əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə tanış olmamışdır və Əmək Qanunvericiliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim edilməmişdir.
3. Cavabdehin nümayəndəsi iddiaya etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 23 oktyabr 2019-cu il tarixli əmək müqaviləsi ilə "xxxx" ASC-nin Əməliyyat və Təkrarsığorta idarəsinin Əməliyyat şöbəsinin stajçı mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, 15 dekabr 2020-ci il tarixində həmin şöbədə kiçik mütəxəssis, 08 dekabr 2022-ci il tarixində isə həmin şöbədə mütəxəssis vəzifəsinə keçirilmişdir. Onun tərəfindən əmək vəzifələrini kobud şəkildə pozması nəticəsində törədilmiş nöqsanlar aşkar edilmişdir. Belə ki, Satış idarəsinin müdiri X16 və Əməliyyat və Təkrarsığorta idarəsinin müdiri X6 ötən illə müqayisədə cari ildə AVSMMİS (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) satışlarının həddən artıq azalmasının səbəbləri ilə bağlı müzakirələr etmiş və hesabatlara baxış keçirmişlər. Hesabata baxış keçirən zaman məlum olmuşdur ki, eyni mobil nömrə ilə çoxsaylı AVSMMİS növü üzrə sığorta müqavilələri yazılmışdır. Həmin müqavilələr üzrə sığortalanmış nəqliyyat vasitələri hüquqi şəxsə məxsus olsa da, sığortalı qismində fiziki şəxs qeyd edilmişdir. Bu səbəbdən sığorta müqaviləsini yazmış icraçı İddiaçı Vüqar Nəcəfovun otağına dəvət edilmiş və həmin məsələyə aydınlıq gətirməsi istənilmişdir. İddiaçı hər şeyin qanuna uyğun olmasını bildirmişdir. X30 müvafiq sığoıla müqavilələrinin Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli, JSTe 25/1 saylı qərarının 9-cu maddəsinin tələblərinə zidd olduğunu və bu səbəbdən də sığorta müqavilələrinin etibarsız sayıldığını bildirmişdir. Daha sonra müvafiq məsələ ilə bağlı məlumat vermək üçün Eldar Abbaszadə ilə birlikdə İdarə Heyəti sədrinin müavini Elmin Ağamirliyə məsələni məruzə etmişlər. Elmin Ağamirli məsələyə aydınlıq gətirilməsi üçün İddiaçı izahat alınması ilə bağlı Vüqar Nəcəfova göstəriş vermişdir. İddiaçı ona bir agent tərəfindən bu müqavilələrin atıldığını etiraf edərək, onlardan faktiki sığorta haqlarını aldığını, lakin sığorta haqqmı az ödəmək ücün sığorta müqaviləsində sığortalını hüquqi şəxs kimi deyil, fiziki şəxs kimi qeyd etdiyini bildirmişdir. Əlavə olaraq Nail Dəmirciyev kommersiya sirri hesab edilən sığortaçılar barədə məlumatları başqa sığorta şirkətlərinin agentlərinə ötürmüşdür. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli izahatı və həmin izahata xx.xx.2024-cü il tarixli əlavə izahatı, “Xalq Sığorta" ASC-nin işçiləri X1, X8, X3, X4 və X2 xx.xx.2024-cü il tarixli İzahatları, X5 və Kənan Xəlilovun xx.xx.2024-cü il tarixli izahatları ilə də İddiaçı yuxarıda qeyd edilən qanunsuz əməlləri törətməsi təsdiqini tapır. Araşdırmalar zamanı X16 və ya hər hansı digər şəxslər tərəfindən İddiaçı qarşı hər hansı qanunsuz hərəkətlərin edilmədiyi, izahatın İddiaçı tərəfindən sərbəst tərtib edilərək könüllü imzaladığı müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında qeyd etmişdir ki. “Ehtiyacım olduğu üçün səhv etdiyimi etiraf edirəm. Şəxsi həyatımda maddi sıxıntılarım və kredit borclarım olduğu üçün bu yolu seçmək məcburiyyətində qalmışam.” Qeyd edilən hal üzrə "xxxx" ASC-nin İdarə Heyəti sədrinin müavini E.Ağamirli, Satış idarəsinin müdiri V.Nəcəfov və Əməliyyat və Təkrarsığorta idarəsinin müdiri E.Abbaszadə tərəfindən imza edilməklə xx.xx.2024-cü il tarixli Akt tərtib edilmişdir. Göründüyü kimi, iddiaçının qanunsuz hərəkətləri nəticəsində işəgötürənin (kommersiya hüquqi şəxsin) mənafelərinə zərər vurulmuş, həmçinin kommersiya sirri hesab edilən sığortaçılar barədə məlumatlar başqa sığorta şirkətlərinin agentlərinə ötürülmüşdür. Qeyd edilən hal işəgötürən tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilməsinə əsas olmuşdur. Bu səbəbdən cavabdehin 10 sentyabr 2024-cü il tarixli, N2 27İK saylı əmri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
5. Həmçinin cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı tərəfindən əmək vəzifələrini kobud şəkildə pozması nəticəsində törədilmiş nöqsanlar aşkar edilmişdir. İddiaçı ona bir agent tərəfindən müaqavilələrin alındığını etiraf edərək, onların faktiki sığorta haqlarını aldığını, lakin sığorta haqqını az ödəmək üçün sığorta müqaviləsində sığortalını hüquqi şəxs kimi deyil, fiziki şəxs kimi qeyd etdiyini bildirmişdir. Əlavə olaraq, İddiaçı kommersiya sirri hesab edilən sığortaçılar barədə məlumatları başqa sığorta şirkətlərinin agentlərinə ötürmüşdür. Belə ki, digər izahatlardan da İddiaçı qanunsuz əməlləri törətməsi öz əksini tapmışdır. Araşdırmalar zamanı ona hər hansı qanunsuz hərəkətin edilmədiyi və izahatın İddiaçı tərəfindən könüllü imzaladığı müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında qeyd etmişdir ki, “Ehtiyacım olduğu üçün səhv etdiyimi etiraf edirəm. Şəxsi həyatımda maddi sıxıntılarım və kredit borclarım olduğu üçün bu yolu seçmək məcburiyyətində qalmışam.” Qeyd edilən hal üzrə Akt tərtib edilmiş və işəgötürən tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilməsinə əsas olmuşdur. Bu səbəbdən cavabdehin 10 sentyabr 2024-cü il tarixli №271K saylı əmri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Qeyd edilənlərlə iddiaçının “əmək kitabçasından qeydin çıxarılmağı və işə bərpa” tələbinin əsassız olduğu təsdiq edilir. Bununla da iddiaçının “məcburi işburaxmaya görə əmək haqqının və əlavə olaraq faiz ödənilməsi” tələbi də aradan qalxmış olur. Qeyd edilənlərə əsasən, məhkəmədən xahiş edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinə dair iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilsin. Məhkəmənin nəzərinə çatdırır ki, onun tərəfindən polis orqanlarına guya ki, onu döyməklə və hədə qorxu ilə bağlı şikayət verilmişdir. İzahatlarının surətini məhkəməyə təqdim edirlər.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 521 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" ASC-nin Əməliyyat və Təkrarsığorta İdarəsinin Əməliyyat Şöbəsinin müddətsiz müqavilə əsasında işin birinci 3 ayı sınaq müddəti hesab olunmaqla stajçı mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir.
10. Müqaviləyə 01 saylı 15 dekabr 2020-ci il tarixli əlavəyə əsasən iddiaçının vəzifəsi əməliyyat və təkrarsığorta idarəsinin əməliyyat şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə dəyişdirilmişdir.
11. Müqaviləyə 02 saylı 08 dekabr 2022-ci il tarixli əlavəyə əsasən iddiaçının vəzifəsi əməliyyat və təkrarsığorta idarəsinin əməliyyat şöbəsinin mütəxəssisi vəzifəsinə dəyişdirilmişdir.
12. "xxxx" ASC-nin 271K nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda)Əməliyyat və Təkrarsığorta idarəsinin Əməliyyat şöbəsinin mütəxəssisi vəzifəsindən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırılma aparılmış, müraciətdə qeyd olunan qanuna zidd hallar aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarətində olmasını nəzərə alaraq aidiyyəti üzrə müraciət etməyi tövsiyyə olunmaqla, müraciət əsasında toplanmış material Yasamal RPİ-nin 26-cı PB-nin dəftərxanasında işə alınması məqsədə müvafiq hesab olunmuşdur.
14. xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən olunur ki, satış idarəsinin müdiri X16 və Əməliyyat Təkrarsığorta idarəsinin müdiri X6 ötən illə müqayisədə cari ildə AVSMMİS (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) satışlarının həddən artıq azalmasının səbəbləri ilə bağlı müzakirələr etmiş və hesabatlara baxış keçirmişlər. Hesabata baxış keçirən zaman məlum olmuşdur ki, eyni mobil nömrə ilə çoxsaylı AVSMMİS növü üzrə sığorta müqaviləlƏRi yazılmışdır. Həmin müqavilələr üzrə sığortalanmış nəqliyyat vasitələri hüquqi şəxsə məxsus olsa da, sığortalı qismində fiziki şəxs qeyd edilmişdir. Bu səbəbdən sığorta müqaviləsini yazmış icraçı İddiaçı Vüqar Nəcəfovun otağına dəvət edilmiş və müvafiq məsələyə aydınlıq gətirməsi istənilmişdir. İddiaçı hər şeyin qanuna uyğun olmasını bildirmişdir. X30 müvafiq sığorta müqavilələrinin Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli, № 25/1 saylı qərarının 9-cu maddəsinin tələblərinə zidd olduğunu və bu səbəbdən də həmin sığorta müqavilələrinin etibarsız sayıldığını bildirmişdir. Daha sonra müvafiq məsələ ilə bağlı məlumat vermək üçün Eldar Abbaszadə ilə birlikdə İdarə Heyəti ədrinin müavini Elmin Ağamirliyə məsələni məruzə etmişlər. Elmri Ağamirli məsələyə aydınlıq gətirilməsi üçün İddiaçı izahat alınması ilə bağlı Vüqar Nəcəfova göstəriş vermişdir. İddiaçı ona bir agent tərəfindən bu müqavilələrin atıldığını etiraf edərək, onlardan faktiki sığorta haqlarını aldığını, lakin sığorta haqqını az ödəmək üçün sığorta müqaviləsində sığortalını hüquqi şəxs kimi deyil, fiziki şəxs kimi qeyd etdiyinibildirmişdir. Əlavə olaraq İddiaçı şirkətə məxsus kommersi8ya sirri hesab edilən məlumatları başqa sığorta şirkətlərinin agentlərinə ötürmüşdür. Qeyd edilən işləri etdiyi üçün həmin agentlərdən pul verib-aldığını bildirmişdir. Qeyd edilənləri etmə səbəbi soruşulduqda isə İddiaçı maddi sıxıntılarının və kreditinin olmasını əsas gətirərək pula ehtiyacı olduğu üçün etdiyini və peşman olduğunu bildirmişdir.
15. İddiaçı xx.xx.2024-cü il tarixdə izahat verərək bildirmişdir ki, satış idarəsinin müdiri Vüqar Nəcəfov onu otağına çağırmış, lizinqdə olan bir avtomobili nə üçün yazdığını soruşduqda, bir agentin ona atdığını bildirmiş, iddiaçı da ona texniki baxış istəyən müştəri üçün ona köməyi olduğunu bildirmişdir. Bunun müqabilində qarşılıqlı olaraq pul veribaldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, sığorta üzrə aprel ayından etibarənsatışları sığorta agenti Murad Hənəsova müştəri itirməmək üçün yönləndirmişdir. “Whatsapp” tətbiqi üzərindən müvafiq məlumatları ona göndərmişdir. Əks halda başqa şirkətə müraciət edəcəyini bildirdiyi üçün Fərid Hadıyev, Günel Sofiyev, İsmayıl Şükürlü, Kənan Xəlilov, Oqtay Xəlilovla da bu mövzuda söhbətlər aparmışdır. İşdən çıxan Eldar Məmmədəlizadə ilə söhbətlər aparmış, bu sahədə müəyyən danışıqlar aparmışdır. Ehtiyacı olduğu üçün səhv etdiyini etiraf edir. Şəxsi həyatında maddi sıxıntıları və kredit borcları olduğu üçün bu yolu seçmək məcburiyyətində qalmışdır. Etdiyi əməldən peşmandır. İzahatına əlavə olaraq bildirmişdir ki, o, bu fəaliyyətlə aprel ayının sonundan sığorta agentləri ilə əlaqə quraraq ona göndərilən sığorta üzrə sənədləri Fəqan İsmayılov və Murad Həsənovla birlikdə onlara göndərərək həmin agentlərə ödəniş alıb göndərmişdir. Bu işlə sırf kənardan gələn müraciətləri icra etmişdir. Satışlarla aylıq 200-300 manat gəlir əldə etmişdir. İş yoldaşı Günel Sofiyevadan xahiş etdi ki, avqust ayında işləmək üçün portfel verilmədiyi üçün ona portfel göndərsin. O isə nə üçün istədiyini bilmədən onu göndərdi. Kənan Xəlilov isə bir-iki tanışının endirimli sığorta etdirmək istədiyini bildirmiş və ona da onlarda etmək şərti ilə köməklik göstərmişdir.Oqtay Xəlilovla isə öz şəxsi sənədləri ilə bağlı söhbətlər aparmışdır. Ümumiyyətlə bu məsələdə onun əlaqəsi yoxdur. Etdiyi əməldən çox peşmandır, gələcəkdə bu cür xoşagəlməz hallara yol verməyəcəyinə söz verir.
16. X9 xx.xx.2024-cü il tarixdə izahat verərək bildirmişdir ki, təxminən iyul ayında İddiaçı satışla bağlı komissiya ala bildiyini bildi. Bunu bildikdən sonra 12 avqust tarixində Nailə müraciət etmişdir. Ümumilikdə 4 dəfə müraciət etmişdir. Hər birində müraciətini yerinə yetirib. Qeyd etdiklərinin şirkətin mənafeyinə hər hansı zərər vurmasından məlumatı olmayıb. Bu halın bir daha yaşanmamasına söz verir.
17. X18 xx.xx.2024-cü il tarixdə izahat verərək bildirmişdir ki, İddiaçılə iş yoldaşı kimi münasibətləri var. İş ilə bağlı avtomobillərin əlavə edilməsi ilə bağlı müraciətləri olub və ona köməklik etmişdir. Ona müştəri göndərməmişdir.
18. X11 xx.xx.2024-cü il tarixdə izahat verərək bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşı İddiaçı 2020-ci ildən tanıyır. Təxminən bir neçə ay əvvəl İddiaçı ona müraciət edərək hesabat istəyib, o da göndərmişdir. 1-ci dəfə həyat yoldaşının maşınını sığorta edib. Hesaba görə isə 50 AZN göndərib, onun adına kart hesabına daxil edib. O, İddiaçı hər hansı şübhəsi olmadığı üçün sığorta üçün 1 dəfə sığorta üçün 1 dəfə hesabat göndərmişdir.
19. X12 xx.xx.2024-cü il tarixdə izahat verərək bildirmişdir ki, şirkətin əməkdaşı İddiaçı iş ilə əlaqədar tanıyır. Avtomobillərin sığortası ilə bağlı dəfələrlə müraciət etmişdir. Bəzi hallarda yazıb, bəzi hallarda imtina edib. Aidiyyəti olmadığı üçün işi tamamlanmamış yollamışdır. İddiaçı izahatında onunla iş birliyi qurduğu barədə verdiyi izahat düz deyil, o, ona bəzi tanışlarının yaxınlarının avtomobillərini sığortadan keçirməsi üçün xahiş etmişdir, ona hər hansı bir faiz verməyib. Əlavə olaraq bildirmişdir ki, bir neçə ay öncə 1 ədəd hadisə olmuş “Ford Tranzit” markalı avtomobili İddiaçı göndərmişdir və o qeyd edib ki, onlara yazmaq olmur digər sığorta şirkətinə yazıb və ona karta komissiya göndərib və bundan başqa İddiaçı ona komissiya verməyib, o da istəməmişdir.
20. X10 xx.xx.2024-cü il tarixdə izahat verərək bildirmişdir ki, İddiaçı iyul ayında satışla bağlı komissiya əldə etdiyini bildirdi. Rəhbərliyin məlumatı olduğunu Vüqar bəyin komissiya verdiyini bildirdi. Yalnız bunun kiçik bir sirr olduğu və heç kimə bildirməməyi xahiş etdi. İyul ayında “Toyota” markalı avtomobilin sığortası üçün müraciət etmişdir və yalnız "xxxx"da olmasını bildirmişdir. Digər heç bir şirkətlər ilə əlaqəsi olmayıb. Qohumları və qonşularının avtomobillərini hər zaman "xxxx"da sığorta etdirmişdir. “Toyota” markalı avtomobil də qonşusunun avtomobili olub. Sığorta vaxtı bitəcəyi üçün sığortasını etməyi xahiş etmişdir. Yalnız bir avtomobil üçün komissiya haqqı təklif edib və iyul ayında kartına 19 AZN göndərib və bildirib ki, rəhbərliyin xəbəri var, ödənişi rəhbərlik göndərib.
21. X13 xx.xx.2024-cü il tarixdə izahat verərək bildirmişdir ki, söhbət əsnasında Nail ona müştərilərini ötürməsini təklif edib. Daha öncə "xxxx" ASC-də işlədiyi üçün özünün müştəri bazası olub. Müəyyən komissiya qarşılığında müştərilərini ötürmüşdür.
22. X17 xx.xx.2024-cü il tarixdə izahat verərək bildirmişdir ki, İddiaçı şirkətin “Call Center” şöbəsində müştərilərlə əlaqə saxlayaraq sığorta satışı etmişdir. Şirkətdə yazdığı sığortaları yeniləmək üçün şirkətin digər əməkdaşları ilə yanaşı Nailə də ötürmüşdür. Heç bir komissiya filan almamışdır. Qadağan olan avtomobilləri digər şirkətlərə yazılmasını bildiryindən bilərəkdən ona ötürmüşdür. Hətta bəzən qohum, dost, tanış agentlərin endirim etdiyini onun edə bilmədiyi, amma Nail edə bildiyini bilib heç bir maddi maraq güdmədən Nailə sığorta yazdırmışdır. Lakin digər komissiyasız yazdırdığı avtomobilləri komissiya yazdırıb mənimsədiyini bilməmişdir.
23. Cavabdeh tərəfindən verilmiş iddiaçıya məxsus əmək haqqı üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya son haqq-hesab ödənilmişdir.
24. xx.xx.2024-cü il tarixli 470 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 1493,68 manat məbləğində son haqq-hesab ödənilmişdir.
25. Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
26. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
27. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
28. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
29. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi
30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən olunur ki, satış idarəsinin müdiri X16 və Əməliyyat Təkrarsığorta idarəsinin müdiri X6 ötən illə müqaysədə cari ildə AVSMMİS (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) satışlarının həddən artıq azalmasının səbəbləri ilə bağlı müzakirələr etmiş və hesabatlara baxış keçirmişlər. Hesabata baxış keçirən zaman məlum olmuşdur ki, eyni mobil nömrə ilə çoxsaylı AVSMMİS növü üzrə sığorta müqavilələri yazılmışdır. Həmin müqavilələr üzrə sığortalanmış nəqliyyat vasitələri hüquqi şəxsə məxsus olsa da, sığortalı qismində fiziki şəxs qeyd edilmişdir. Bu səbəbdən sığorta müqaviləsini yazmış icraçı İddiaçı Vüqar Nəcəfovun otağına dəvət edilmiş və müvafiq məsələyə aydınlıq gətirməsi istənilmişdir. İddiaçı hər şeyin qanuna uyğun olmasını bildirmişdir. X30 müvafiq sığorta müqavilələrinin Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli, № 25/1 saylı qərarının 9-cu maddəsinin tələblərinə zidd olduğunu və bu səbəbdən də həmin sığorta müqavilələrinin etibarsız sayıldığını bildirmişdir. Daha sonra müvafiq məsələ ilə bağlı məlumat vermək üçün Eldar Abbaszadə ilə birlikdə İdarə Heyəti ədrinin müavini Elmin Ağamirliyə məsələni məruzə etmişlər. Elmri Ağamirli məsələyə aydınlıq gətirilməsi üçün İddiaçı izahat alınması ilə bağlı Vüqar Nəcəfova göstəriş vermişdir. İddiaçı ona bir agent tərəfindən bu müqavilələrin atıldığını etiraf edərək, onlardan faktiki sığorta haqlarını aldığını, lakin sığorta haqqını az ödəmək üçün sığorta müqaviləsində sığortalını hüquqi şəxs kimi deyil, fiziki şəxs kimi qeyd etdiyini bildirmişdir. Əlavə olaraq İddiaçı şirkətə məxsus kommersiya sirri hesab edilən məlumatları başqa sığorta şirkətlərinin agentlərinə ötürmüşdür. Qeyd edilən işləri etdiyi üçün həmin agentlərdən pul verib-aldığını bildirmişdir. Qeyd edilənləri etmə səbəbi soruşulduqda isə İddiaçı maddi sıxıntılarının və kreditinin olmasını əsas gətirərək pula ehtiyacı olduğu üçün etdiyini və peşman olduğunu bildirmişdir.
31. Bundan əlavə iş materiallarında olan iddiaçı və cavabdeh şirkətin digər əməkdaşları tərəfindən verilmiş izahatlaran görünür ki, İddiaçı ona bir agent tərəfindən bu müqavilələrin atıldığını etiraf edərək, onlardan faktiki sığorta haqlarını aldığını, lakin sığorta haqqını az ödəmək ücün sığorta müqaviləsində sığortalını hüquqi şəxs kimi deyil, fiziki şəxs kimi qeyd etdiyini bildirmişdir. Əlavə olaraq Nail Dəmirciyev kommersiya sirri hesab edilən sığortaçılar barədə məlumatları başqa sığorta şirkətlərinin agentlərinə ötürmüşdür.
32. Bununla da İddiaçı əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi pozmuş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaqda ifadə olunan əmək funksiyasından irəli gələn vəzifələrini yerinə yetirməmişdir.
33. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edərək ona iddiaçı tərəfindən təyziq göstərildiyini, ona məxsus telefonun əlindən alındığını, sözügedən izahatı cavabdehin diqtəsi ilə yazdığını bildirsə də, lakin həmin halı təsdiq edən sübutları təqdim edə bilməmişdir. Hətta məhkəmə iclasında verilən suallara cavabında satış idarəsinin müdirinin icazəsi ilə hüquqi şəxsin əvəzinə fiziki şəxsin adına sığorta müqaviləsi yazdığını bildirmişdir.
34. Beləliklə məhkəmə hesab edir ki, işçisi olan İddiaçı "xxxx" ASC-nin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə cavabdeh təşkilat tərəfindən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilərək, tənbeh tədbiri qismində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun və əsaslı olmuşdur.
35. Bundan başqa cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).
37. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).
38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
39. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
40. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
41. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
43. İşin hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir.
44. İddia ərizəsində göstərilən xüsusatlar və iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən, iddiaçı xx.xx.2024-cü il tarixdən sonra işə çıxmamış, cavabdehlə əmək münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Deməli, iddia müddətinin axımı xx.xx.2024-cü il tarixdə başlanmışdır.
45. Göründüyü kimi iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına baxmayaraq Mediasiya Şurasına xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 2 ay sonra mediasiya şurasına müraciət etmişdir. Həmin vaxtdan müddətin axımı dayanmışdır. xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilməklə müddət axımı davam etdirilmiş və iddiaçı təxminən 2 ay sonra yəni, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüş, müddətin ötürülməsinin üzürlü səbəbləri barədə heç bir dəlil təqdim etməmişdir.
46. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan və iddia müddəti təbiq edilməklə təmin edilməməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Xəlil