Məhkəmə qərarları › İş №2(004)-1823/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1823/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1823/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB- 6494 saylı kredit müqaviləsi üzrə kreditə görə 440 manat əsas, faiz borcuna görə 55,50 manat, cərimə borcuna görə 88 manat olmaqla, borcun cəmi məbləği 583,50 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh qızma məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, komplekt - 1 ədəd, çəkisi - 7,8 qr, əyarı - 583; sep+kulon - 1 ədəd, çəkisi - 2,5 qr, əyarı – 583, cəmi: 10,3 qram olan əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 583,50 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsinə əsasən illik 29 % dərəcəsi olmaqla 8 ay müddətinə 440 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 440 manat əsas, faiz borcuna görə 55,50 manat, cərimə borcuna görə 88 manat olmaqla, borcun cəmi məbləği 583,50 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASCnin “Yasamal” filialına saxlanca verilmiş əmlaklar bunlardır. komplekt - 1 ədəd, çəkisi - 7,8 qr, əyarı - 583; sep+kulon - 1 ədəd, çəkisi - 2,5 qr, əyarı - 583; cəmi: 10,3 qr. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsinin, 1.1-ci bəndindən görünür ki, “Kreditverən” “Kreditalan”a illik 29 % dərəcəsi olmaqla 8 ay müddətinə 440 manat borc vermişdir. “Kreditalan” isə aldığı borcu ödəniş qrafikinə əsəasn qaytarmağı və nu müqavilə ilə şərtləşdirilmiş qaydada kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli 826 nömrəli arayışdan görünür ki, Cavabdeh 13xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı müqaviləsi üzrə xx xxxxxx 2021-ci il tarixinə banka 440 manat əsas borc, 55,50 manat faiz borcu, 88 manat, cəmi 583,50 manat borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı saxlanc girovu haqqında müqavilənin 1.1-ci bəndinə əsasən Girovsaxlayan Girovqoyana istehlak məqsədilə xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı Kredit müqaviləsinə əsasən 440 manat məbləğində 8 ay müddətinə, illik 29% ödənilməsi şərtilə təminatlı borc verir. “Kreditalan” isə aldığı borcu ödəniş qrafikinə əsasən qaytarmağı və bu müqavilə ilə şərtləşdirilmiş qaydada kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən “Girov Qoyan” müqavilənin 1.1-ci bəndində göstərilən müqavilə öhdəliklərini icra etmədiyi hallarda “Girov Saxlayan” girov qoyulmuş əşyanın dəyərindən təminat almaq hüququna malikdir. Eyni zamanda sözügedən müqavilənin 4.2-ci bəndindən görünür ki, girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 824.11 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh razılıq ərizəsindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsi əsasında bankdan aldığı 440 manat məbləğində kreditin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialına saxlanc girova verdiyi qızıl-zinət əşyasının öhdəliklərini lazımınca yerinə yetirmədiyi, banka gəlmədiyi halda bank tərəfindən satılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsi əsasında bankdan alacağı 440 manat məbləğində pul vəsaitinin təminatı olaraq girov qoyduğu 583 əyarlı çəkisi 7,8 qram olan komplekti və 583 əyarlı çəkisi 2,5 qram sep+klonu kredit mütəxəssisinin iştirakı ilə kassaya təhvil-təslimini həyata keçirmiş, qızıl-zinət əşyalarının dəyəri 556,20 manat, bazar dəyəri isə 824,11 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 440 manat məbləğində pul verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 3 iş günü müddətində borcu qaytarmayacağı təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdirlər. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsinə əsasən cavabdehə 440 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq 583 əyarlı çəkisi 7,8 qram olan komplekti və 583 əyarlı çəkisi 2,5 qram sep+klon girov predmeti kimi qoyulmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsinə əsasən, 440 manat əsas borc, 55,50 manat faiz borcu, 88 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublika Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Bundan əlavə Mülki Məcəllənin 297-ci maddəsinə girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 440 (dörd yüz qırx) manat əsas borc, 55,50 (əlli beş manat əlli qəpik) manat faiz borcu, 88 (səksən səkkiz )manat cərimə borcu olmaqla, cəmi 583,50 (beş yüz səksən üç manat əlli qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh məxsus 1 ədəd 7.8 qram çəkisi olan 583 əyarlı komplektə, 1 ədəd 2.5 qram çəkisi olan 583 əyarlı sep+kulona yönəldilərək, açıq hərracda satılmalı, 1 ədəd 7.8 qram çəkisi olan 583 əyarlı komplektin, 1 ədəd 2.5 qram çəkisi olan 583 əyarlı sep+kulonun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra 1 ədəd 7.8 qram çəkisi olan 583 əyarlı komplektə, 1 ədəd 2.5 qram çəkisi olan 583 əyarlı sep+kulonun satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilməli, girov predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada Cavabdeh tutulmalı, qalan hissədə isə iddia tələbi təmin edilməmlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia tələbi girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait xx.xx.2020-ci il tarixli, YSLMB-6494 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hər hansı borcun cavabdehin digər əmlaklari hesabına ödənilməsinin təmin edilməsi İcra Haqqında Azərbaycan Respublikasının Qanununa əsasən icra mərhələsində həll olunur. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 440 (dörd yüz qırx) manat əsas borc, 55,50 (əlli beş manat əlli qəpik) manat faiz borcu, 88 (səksən səkkiz) manat cərimə borcu olmaqla, cəmi 583,50 (beş yüz səksən üç manat əlli qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh məxsus 1 ədəd 7.8 qram çəkisi olan 583 əyarlı komplektə, 1 ədəd 2.5 qram çəkisi olan 583 əyarlı sep+kulona yönəldilərək, açıq hərracda satılsın. 1 ədəd 7.8 qram çəkisi olan 583 əyarlı komplektə, 1 ədəd 2.5 qram çəkisi olan 583 əyarlı sep+kulonun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra 1 ədəd 7.8 qram çəkisi olan 583 əyarlı komplektə, 1 ədəd 2.5 qram çəkisi olan 583 əyarlı sep+kulonun satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. Girov predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada Cavabdeh tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar