Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1835/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 5367,6 manat müqavilə üzrə ödənilmiş məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 74 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əmirova X2 Elmi-Təhqiqat Layihə İnstitutu MMC ilə 11 sentyabr 2024-cü il tarixində 77 saylı xidmət göstərilməsi haqqında müqavilə imzalamışdır. Müqavilənin 1 saylı əlavəsinə əsasən "İcraçı" ünvan 1 ünvanında yerləşən (inv.№3451) xx.xx.2024 tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı məxsus mənzildə mətbəxin olmaması səbəbindən mənzilin əvvəlki texniki pasportda göstərilmiş əsl plan həllinə uyğun olaraq mənzil daxilində normal mətbəx, hamam və sanitar qovşağının plan həlli, texniki müayinə, ölçü-eskiz- konstruksiya layihəsinin əsas müqaviləyə əsasən icraçı tərəfindən hazırlanması daxildir və konkret olaraq aşağıda yazılı başlıqları özündə ehtiva etməklə müəyyən edilmişdir. Tərəflər razılığa gəlir ki, İcraçı tərəfindən Sifarişçiyə göstərilən Xidmət(lər)ə aşağıdakılar daxildir: 1. İlkin işlər, Elmi-layihə işlərinə smeta- kalkulyasiyanın tərtibatı - 592.0 manat, 2. Elmi-axtarış işləri və ölçü layihələri, mövcüd memarlıq-müayinə aktlarının və izahat yazılarının tərtibi -1908.8 manat,
3. Eskiz layihəsinin hazırlanması, yazılarının tərtibi - 939.2 manat, 4. Mühəndis müayinəsi və aktının, mühəndis- konstruksiya layihəsinin hazırlanması və əsaslandırılması, bərpatəmirin təşkili layihəsinin hazırlanması 1108.8 manat. Cəmi 4548.8 manat əlavə olaraq, ƏDV 18%: 818.8 manat və ümumilikdə 5367.6 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə ödəniş həyata keçirildikdən sonrakı 3 gün ərzində işlər təhvil verilməli idi. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı tərəfindən müqavilə üzrə müəyyən edilmiş məbləğ tam şakildə ödənilmişdir. Lakin, cavabdeh bu günə kimi müqavilənin şərtlərini tam olaraq icra etməmişdir. Bütün bunlar qanunsuz olmaqla yanaşı, iddiaçının hüquqularının pozulmasıdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin verilməsinə əsas olan və iddiaçı tərəfindən iddia olunan hal, yəni cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsinə dair dəlil hazırki etiraza əlavə etdikləri 23 oktyabr 2024-cü il tarixdə tərəflərin imza və möhürü ilə təsdiq etdikləri Xidmətlərin Təhvil-Təslim Aktı (bundan sonra Akt) ilə təzkib edilir. Aktdan göründüyü kimi, tərəflər arasında imzalanmış 77-2024-BŞSRX19/13 M5/BTL-2024 saylı xx.xx.2024-cü il tarixli layihə sənədlərinin hazırlanması müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri, yəni “ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış mənzilində Layihə sənədlərinin hazırlanması xidmətlərinin göstərilməsi” işi onlar tərəfindən icra edilmiş, iddiaçı isə göstərilmiş xidmətin dəyərini onlara ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, 2024-cü il 23 oktyabrda cavabdeh üzərinə düşən öhdəliyi icra etmiş, iddiaçı isə göstərilən xidmətin dəyərini ödəmişdir. 4 fevral 2025-ci il tarixdə, yəni müqavilənin icra edilməsindən 2 aydan çox vaxt keçəndən sonra iddiaçı görülən işin vaxtında görülməməsində ittiham edərək, ödədiyi pulun geri qaytarılması üçün onlara pretenziya ilə müraciət etmişdir. Əsl həqiqət isə iddiaçı ödədiyi məbləğin çoxluğundan narazılıqla şifahi müraciət etmişdir. Müraciəti müsbət cavablandırılmadığından hazırki əsassız iddianı qaldırmışdır. Sübutetmə vəzifəsinə görə iddiaçı öz üzərinə düşən vəzifəni, yəni öhdəliyi icra etməmələrinə dair sübutu məhkəməyə təqdim etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən sadəcə müqavilənin 1-ci bəndi yerinə yetirilmiş, yerdə qalan 2-4-cü bəndlər üzrə öhdəliklər icra olunmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlar iddiaçıdan layihəni istəmiş, o da 2024-cü il tarixli çertyojları cavabdehə təqdim etmiş, cavabdeh də həmin ölçülər əsasında eskiz layihəsi hazırlayıb təqdim etmişdir. Bundan başqa cavabdeh şirkətin memarı gəlib mənzilə baxış keçirmiş, şəkillərini çəkmiş, lakin ölçü işləri aparmamışdır. Həmçinin onlar işi təhvil verməmiş iddiaçıdan ödəniş alıblar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ilkin mərhələdə tərəfin müraciəti və təqdim etdiyi sənədlər əsasında onların memarı evə vizual baxış keçirərək, qəza vəziyyəti olub-olmamasını müəyyənləşdirir. Qəza vəziyyəti varsa Elmi-Təhqiqat institutlarına müraciət etməsi tövsiyə edilir. Olmadıqda isə işin götürüldüyünü və ödəniləcək məbləği bildirir. Məbləğ razılaşdırıldıqdan sonra qarşılıqlı müqavilə imzalanır. Müqavilə əsasında isə 4 maddədən ibarət sənəd toplusu hazırlanır. Birincisi ilkin işlər, elmi-layihə işlərinə smeta- kalkulyasiyanın tərtibatı, ikincisi Elmi-axtarış işləri və ölçü layihələri, mövcüd memarlıq-müayinə aktlarının və izahat yazılarının tərtibi, üçüncüsü Eskiz layihəsinin hazırlanması, yazılarının tərtibi, dördüncüsü, mühəndis müayinəsi və aktının, mühəndis-konstruksiya layihəsinin hazırlanması və əsaslandırılması, bərpa-təmirin təşkili layihəsinin hazırlanması. Qeyd edir ki, memarlıq abidəsi olduğu üçün onun tikildiyi ilk dövrdən bugünədək olan texniki pasportları olur, iddiaçıdan eskiz layihəsinin tələb olunmasının səbəbi o olmuşdur ki, əmlakı ilkin tarixi vəziyyətinə deyil, iddiaçının sonradan layihələndirmə edib keçirtdiyi vəziyyətinə qaytarsınlar. Bundan başqa layihələdirmə işi cari və əsaslı təmir üzərindən aparılır. İddiaçının mənzili isə cari təmir üzərindən layihələndirilməli idi. Layihələndirməni üç nəfər memar-mühəndis qrupu həyata keçirmişdir. Müqavilə bağlanarkən iddiaçı ilə məbləğ öncədən razılaşdırılmış və iddiaçı müqaviləyə öz könüllü iradəsi ilə imza edib onu bağlamışdır. Binanın bünövrəsində və ya konstruksiyasında çatlar, yaxud gözlə görünə bilən riskli qırılmalar müşahidə olunursa vətəndaşa müraciət olunur ki, Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X1 İnstitutundan binanın sağlam olması ilə bağlı arayış gətirsin, ondan sonra cavabdeh tərəfindən işlər görülsün. Lakin iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın bönövrəsi sağlam olduğundan belə bir müraciət olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət Qeydiyyatı haqqında AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2024cü il tarixli, **********73-05101-093030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən, ünvan 4, mənzil 5 (Yeni qaydalarla: AZ1000, ünvan 3 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı ünvan 4 ünvanda yerləşən 5 saylı mənzilin ondan əvvəlki sahibi tərəfindən ilkin görkəminin dəyişdirərək təmir etmiş və mənzili mətbəxsiz qoymuşdur. Mətbəxsiz yaşamaq qeyri-mümkün olduğundan mənzilin əvvəlki görkəminə və layihəsinə qaytarılması üçün mühəndis müayinə, eskiz layihəsinin işlənməsinə köməklik göstərilməsini xahiş edir. Müqavilə əsasında layihə işlərinin hazırlanmasına görə ödəniş etməyə zəmanət verir. İddiaçı (“sifarişçi”) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“icraçı”) arasında bağlanmış 11 sentyabr 2024-cü il tarixli 77-2024-BŞSRX19/13145/BTL-2024 nömrəli müqavilədən və ona 1 saylı əlavədən görünür ki, icraçı sifarişçiyə ilkin işlər, elmi-layihə işlərinə smeta-kalkulyasiyanın tərtibatı (592 manat), Elmi-axtarış işləri və ölçü layihələri, mövcüd memarlıq-müayinə aktlarının və izahat yazılarının tərtibi (1908,8 manat), Eskiz layihəsinin hazırlanması, yazılarının tərtibi (939,2 manat), mühəndis müayinəsi və aktının, mühəndis-konstruksiya layihəsinin hazırlanması və əsaslandırılması, bərpa-təmirin təşkili layihəsinin hazırlanması (1108,8 manat) xidmətlərini göstərməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyəri olan 5367,60 manat məbləğində pulu icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilə imzalandıqdan sonra 3 gün ərzində işin ümumi dəyərinin 50%-i məbləğində avans ödənişi, qalan hissəsi isə yerinə yetirilmiş işlərə görə təqdim olunan akta əsasən icraçıya ödənilməlidir. xx.xx.2024-cü il tarixli bank hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli 77-2024 nömrəli müqaviləyə əsasən bərpa işləri üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 3000 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli FJB**********260 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına xx.xx.2024-cü il tarixli, 77- 2024 saylı müqaviləyə əsasən bərpa işləri üçün 2367,60 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qaimədən və xidmətlərin təhvil-təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər biri 3 nüsxədə olmaqla eskiz layihəsi, ölçü layihəsi, eskiz və ölçü layihəsinə izahat yazısı, konstruksiya bölməsi sifarişçi İddiaçı təhvil verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 4 ünvanda yerləşən 5 nömrəli mənzilə dair tərtib olunmuş 3451 nömrəli Konstruksiya bölməsinin layihəsindən görünür ki, işçi cizgiləri qüvvədə olan normalara, qaydalara və standartlara müvafiq işlənmişdir. Layihələndirmədə arakəsmələrin söküntü planı, arakəsmələrin tikinti planı, layihələndirilən arakəsmə divarın mövcud divarla birləşmə düyünü və ümumi görüləcək işlər qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan və onun xəbərnaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3 gün ərzində müqavilənin ləğv edilməsi barədə təklif göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.2-ci maddəsinə əsasən, əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edilərək, ünvan 4 ünvanda yerləşən 5 saylı mənzilin əvvəlki görkəminə və layihəsinə qaytarılması üçün mühəndis müayinə, eskiz layihəsinin işlənməsinə köməklik göstərilməsini xahiş edilmişdir. Bundan sonra İddiaçı (“sifarişçi”) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“icraçı”) arasında bağlanmış 11 sentyabr 2024-cü il tarixli 77-2024-BŞSRX19/13145/BTL-2024 nömrəli müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən, Elmi-axtarış işləri və ölçü layihələri, mövcud memarlıq-müayinə aktlarının və izahat yazılarının tərtibi, Eskiz layihəsinin hazırlanması, yazılarının tərtibi, mühəndis müayinəsi və aktının, mühəndiskonstruksiya layihəsinin hazırlanması və əsaslandırılması, bərpa-təmirin təşkili layihəsinin hazırlanması xidmətlərini göstərməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyəri olan 5367,60 manat məbləğində pulu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli bank hesabından çıxarışdan və xx.xx.2024-cü il tarixli FJB**********260 nömrəli mədaxil qəbzindən görünür, iddiaçı tərəfindən müqavilədə göstərilən məbləğ tam şəkildə ödənilmişdir. xx.xx.2024-cü il tarixli qaimədən və xidmətlərin təhvil-təslim aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər biri 3 nüsxədə olmaqla eskiz layihəsi, ölçü layihəsi, eskiz və ölçü layihəsinə izahat yazısı, konstruksiya bölməsi sifarişçi İddiaçı təhvil verilmişdir. İddiaçı iddia edir ki, müqavilənin birinci bəndi üzrə cavabdeh tərəfindən ilkin işlər, elmilayihə işlərinə smeta-kalkulyasiyanın tərtibatı icra olunmuş, lakin müqavilənin digər üç bəndi icra olunmamış, onun tərəfindən ödəniş tam həyata keçirilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. İddiaçı onu da qeyd etmişdir ki, cavabdeh şirkətin memarı gəlib mənzilə baxış keçirmiş, şəkillərini çəkmiş, lakin ölçü işləri aparmamışdır. Həmçinin cavabdeh işi tam təhvil verməmiş iddiaçıdan bütün ödənişi almışdır. Halbuki, iş materiallarındakı tərəflər arasında bağlanmış 11 sentyabr 2024-cü il tarixli 77-2024-BŞSRX19/13145/BTL-2024 nömrəli müqavilədən görünür ki, tərəflər icraçı tərəfindən görüləcək işlər və müqavilə üzrə sifarişçi tərəfindən görüləcək işlərin hər biri üçün ödənişin məbləği və onun həyata keçirilmə forması barədə qabaqcadan qarşılıqlı razılaşma əldə etmişlər. xx.xx.2024-cü il tarixli qaimədən və xidmətlərin təhvil-təslim aktından görünür ki, cavabdeh tərəfindən eskiz layihəsi, ölçü layihəsi, eskiz və ölçü layihəsinə izahat yazısı, konstruksiya bölməsi iddiaçıya təhvil verilmiş, elə həmin tarixdə də (xx.xx.2024-cü il tarixli FJB**********260 nömrəli mədaxil qəbzinə əsasən) iddiaçı tərəfindən cavabdehin bank hesabına müqavilə üzrə ödəniləcək qalan məbləğ - 2367,60 manat ödəniş edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq olunmuş ünvan 4 ünvanda yerləşən 5 nömrəli mənzilə dair tərtib olunmuş 3451 nömrəli Konstruksiya bölməsinin layihəsindən görünür ki, binada ümumi görüləcək təmizlik və bərpa işlər, bərpa gücləndirmə işlərinin hansı formada aparılması, tikiləcək arakəsmə divarların hansı qaydada tikilməli olması kimi məlumatlar öz əksini tapmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilmişdir. Göründüyü kimi, iddiaçı iddiasında istinad etdiyi halları əsaslandıran və onları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. İddia ərizəsi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ayşən Sultanova-Məmmədova