Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1844/2023 10.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi «şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi 1898-ci il təvəllüdlü X5 nəvəsi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X2 və X1r. X13 xx.xx.1927-ci il tarixdə doğulmuşdur. Atasının atası X11 1898-ci ildə doğulmuş və 1969-cu ildə isə ölmüşdür. X13 xx.xx.1993-cü il tarixdə ölmüşdür. X7 doğum haqqında şəhadətnaməsində və ölüm haqqında şəhadətnaməsində soyadı qeyd edilməmişdir. Həmçinin ərizəçinin doğum haqqında şəhadətnaməsində X7 soyadı qeyd edilməmişdir. Babasının soyadı yalnız onun ölüm haqqında şəhadətnaməsində qeyd edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, babası İsa Hacı oğlunun vətəndaşlıq vəziyyəti aktlarında soyadı mövcud olmamış, yalnız onun adına ölüm haqqında şəhadətnamə tərtib edilərkən onun soyadı mövcud olmamış, yalnız onun adına ölüm haqqında şəhadətnamə tərtib edilərkən onun soyadı qrafasında Məmmədov qeyd edilmişdir. Eləcə də X7 vətəndaşlıq vəziyyəti aktlarında onun soyadı qrafası boş saxlanılmışdır. Ərizəçinin X5 nəvəsi olması ilə bağlı sənəd əldə etməyinin yeganə yolu məhkəmə qətnaməsidir. Adıçəkilən faktın müəyyən edilməsini X5 qanun üzrə vərəsəsi kimi şəhadətnamə əldə etməyi üçün zəruridir. Buna görə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri 5 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Oktyabr rayon VVADQ (indiki Yasamal rayon Qeydiyyat Şöbəsi) tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş AZ № ******* seriyalı doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ana qrafasında X3, ata qrafasında Yaqub İsa oğlu qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-48-DA/2-M-00306/2023 saylı arxiv arayışına əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1930-cu ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında bərpa kitabında xx.xx.1927-ci il tarixdə doğulan Yaqub İsa oğlunun təvəllüdü qeyd olunur. Atası: İsa Hacı oğlu. Anası: X4. Oktyabr rayon VVADQ tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş İİ-ИE 317977 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən 1898-ci il təvəllüdlü X11 xx.xx.1969-cu il tarixdə ölmüşdür. Yasamal rayon VVADQ tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş İV-ЖГ № 388959 seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən Yaqub İsa oğlu xx.xx.1993-cü il tarixdə 66 yaşında ölmüşdür və bu barədə akt qeydləri kitabında 278 nömrə ilə qeyd olunmuşdur. Yasamal Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 05/76-433/68 saylı məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Doğumu haqqında akt qeydində atanın soyadı “Məmmədov” əlavə edilməsi üçün kifayət qədər əsaslar olmadığından, yəni atanın doğumu və ölümü haqqında akt qeydlərində onun soyadı olmadığından müvafiq düzəliş şöbə tərəfindən edilməsi mümkün deyilir. Yasamal Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-12xx/xx/2023 saylı məktubu ilə təqdim edilmiş X5 və Yaqub İsa oğlunun ölüm haqqında akt qeydinin surətlərindən müəyyən olunur ki: Ölüm haqqında akt qeydi 278 nömrəli xx.xx.1993-cü il tarixli – 1927-ci il təvəllüdlü Yaqub İsa oğlu kəskin beyin qan dövranı çatışmazlığı səbəbi ilə xx.xx.1993-cü il tarixdə 66 yaşında vəfat etmişdir, yaşayış yeri Bakı şəhəri, Sovet küçəsi ev 171 olmuşdur. Ölüm haqqında akt qeydi 691 nömrəli xx.xx.1969-cu il tarixli – 1898-ci il təvəllüdlü X8 xx.xx.1969-cu il tarixdə vəfat etmişdir, yaşayış yeri Bakı şəhəri, Sovet küçəsi ev 171 olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin… Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə tədqiq edilmiş sübutlarla xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi 1898-ci il təvəllüdlü X5 nəvəsi olması faktı təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 352-ci və 353.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi 1898-ci il təvəllüdlü X5 nəvəsi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1844/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1844/2023
10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver