Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1847/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 24.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 avqust 2016cı il tarixli 2(004)-7741/2016 nömrəli qətnaməsinin qəbul edildiyi tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 5 il 5 ay müddətində hər il üçün 70 manat, cəmi 385 manat (1 il üçün beş faiz 1400x5:100=70, 5 il 5 ay üçün 70x5.5=385) pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(004)-7741/2016 nömrəli qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarş “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh cəmi 1400 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən qətnamənin icra edilməsi borclu Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmamışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli 8(004)-488/2017 nömrəli qərardadı ilə Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da onu pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 378 manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xəclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qətnaməsi ilə Cavabdeh 1400 manat pulun tutularaq ona ödənilməsi qət edilib. Lakin Cavabdeh 5 ildən artıq müddətdə göstərilən məbləği ona ödəməkdən imtina etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 15.04.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmişdir. Lakin, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(004)-7741/2016 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, müvafiq qətnamə ilə Cavabdeh 1200 manat borc və nümayəndəyə çəkilən xərcə görə 200 manat manat olmaqla, cəmi 1400 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli 8(004)-488/2017 nömrəli qərardadının surətindən müəyyən olunur ki, müvafiq qərardad ilə Yasamal rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(004)-7741/2016 nömrəli icra sənədi üzrə borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarından olan 23.12.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsinin qəbul edildiyi 23 avqust 2016-cı il tarixdən pretenziya məktubu göndərildiyi 23.12.2021-ci il tarixdək olan 5 il 4 ay müddət üçün ödənişin gecikdirilməsinə görə 378 manat faiz borcunun ödəməsi, əks halda məhkəməyə müraciət ediləcəyi və məhkəmə xəclərinin də ondan tələb ediləcəyi barədə xəbərdar edilmişdir. İşin mübahisəsiz halları odur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə 1400 manat məbləğində pul məbləğində pul tutulmuşdur. Hazırda iddiaçı cavabdehdən 1400 manat pulun gecikdirilmiş 5 il 5 ay müddət üçün 5 faizinin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ödənilməli olan 1400 (bir min dörd yüz)manat pul vəsaitinin gecikdirilmiş 5 il 5 aylıq müddət üçün ilə 5% olmaqla, (1 il üçün beş faiz 1400x5:100=70, 5 il 5 ay üçün 70x5.5=385) ümumilikdə 385 (üç yüz səksən beş)manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Çünki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(004)-7741/2016 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq icra şöbəsinə yönəldilmişdir. Lakin, bu günə kimi Cavabdeh tərəfindən pulun ödənilməsinə dair qanuni qüvvəyə minmiş qətnamə icra olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasənöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ödənilməli olan 1400 (bir min dörd yüz)manat pul vəsaitinin gecikdirilmiş 5 il 5 aylıq müddət üçün ilə 5% olmaqla, (1 il üçün beş faiz 1400x5:100=70, 5 il 5 ay üçün 70x5.5=385) ümumilikdə 385 (üç yüz səksən beş) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 avqust 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ödənilməli olan 1400 (bir min dörd yüz)manat pul vəsaitinin gecikdirilmiş 5 il 5 aylıq müddət üçün ilə 5% olmaqla, (1 il üçün beş faiz 1400 x 5:100=70, 5 il 5 ay üçün 70x5.5=385) ümumilikdə 385 (üç yüz səksən beş) manat məbləğində pulCavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1847/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1847/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver