Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1849/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(004)-539/2016 saylı qətnaməsinin qəbul edildiyi 08 yanvar 2016-cı il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 6 il 1 ay müddətinə hər il üçün 250 manat, cəmi 1.525 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(004)-539/2016 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilərək Cavabdeh cəmi 5.000 (beş min) manat pulun tutularaq ona ödənilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilib. Lakin Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da onu pulundan fayda əldə elməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 1.277,5 (min iki yüz yetmiş yeddi manat əlli qəpik) manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Bu səbəbdən də, Cavabdeh 1.525 (min beş yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin məhkəmə qaydasında tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmişdir, lakin iddiaçı və cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(004)- 539/2016 saylı qətnaməsindən görünür ki, cavavbdeh Cavabdeh 5.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi və Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət gəlirinə alınması qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə nazirliyi Abşeron Rayon İcra və Probasiya şöbəsi tərəfindən sorğuya cavab olaraq məhkəməyə təqdim edilən 20 may 2022-ci il tarixli xx/xx-65867-12E nömrəli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli 2(004)-539/2016 icra sənədinə əsasən Cavabdeh cəmi 5.000 manat məbləğində pul tutularaq İddiaçı hesabına, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi xx.xx.2016-cı il tarixdə Bakı şəhər Yasamal rayon icra şöbəsinin icra məmuru Ruslan Əsgərovun icraatına daxil olmuş, elə həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluların icra vərəqəsində göstərilən ünvanlarına bildirişlər göndərilmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə şöbənin böyük icra məmuru Elmir İsmayılovun icraatına daxil olmuşdur. “Elektron icra” sistemindən borclunun mülkiyyətində avtomobil aşkar olunmur Və xx.xx.2021-ci il tarixdə axtarış qərarı qəbul olunaraq müvafiq polis orqanına göndərilmişdir. Beləliklə məktubdan müəyyən edilir ki, icra sənədi hazıradək icra edilməmişdir Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci bəndinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində müvafiq qətnamənin qəbul edildiyi 08 yanvar 2016-cı il tarixdən, yəni 6 il 1 ay üçün gecikdirmə faizinin hesablanmasını məhkəmədən xahiş etməklə 1525 manat vəsaitin cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin məhkəmə belə qənaətə gəlir ki, gecikdirmə faizi qətnamədə qəbul edildiyi tarixdən deyil, qanuni qüvvəyə mindiyi tarix nəzərə alınmaqla hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, 6 il müddət üçün, hər ilə görə 250 manat gecikdirmə faizi hesablanmaqla, Cavabdeh 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1849/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1849/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver