Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1856/2020 29.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "Kadastr və X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa edilmə və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cavabdeh MMC-nin xx xxxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa tələbinin təmin edilməsi və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün cavabdeh tərəfindən ona əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı xx xxxx 2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlamaqla "Kadastr və X1 Mərkəzi" MMC-nin Geobotaniki tədqiqatlar sektorunda 7-ci dərəcəli kadastr üzrə mütəxəssis vəzifəsinə işə qəbul olmuşdur. Qeyd olunan fakt əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə təsdiq edilir. Lakin buna baxmayaraq cavabdehin xx xxxxxx 2020-ci il tarixli K-04 nömrəli əmri ilə onun əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Lakin həmin əmrin elektron informasiya sistemində qeydə alınmış bildirişində onun əmək müqaviləsinə əmrə zidd olaraq tərəflərin iradəsindən asılı olmayan hallara əsasən əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir. Bu da onunla izah olunur ki, elektron informasiya sistemində müddətsiz kimi qeydə alınmış əmək müqaviləsinə müddətin keçməsi əsası ilə xitam verilməsi qeydə alına bilməz. İddiaçının müddətsiz olaraq işə qəbul olunması, eyni zamanda əmək kitabçasında aparılmış qeydlərlə təsdiq olunur. Belə ki, əmək kitabçasında iddiaçının 3 ay sınaq müddəti müəyyən edilməklə işə qəbulu göstərilmişdir. Əmək müqaviləsinin surəti iddiaçıya verilməmiş, eyni zamanda əmək müqaviləsi beş vərəqdən ibarət olduğu halda iddiaçı müqavilənin yalnız sonuncu vərəqində imza etmişdir. Halbuki iddiaçı müqavilənin hər bir səhifəsi ilə tanış olmalı və bu barədə həmin səhifələrdə imza etməlidir. Əmək müqaviləsinin surəti də iddiaçıya verilməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsinin bildirdiyinə görə cavabdeh təşkilatda işə qəbul və işdən çıxarılmaya dair əmrlərin hazırlanması, elektron informasiya sisteminə bu barədə məlumatların daxil edilməsi, əmək kitabçalarının doldurulması bu sahədə 25 ildən artıq iş stajına malik olan işçi tərəfindən həyata keçirilir. Bu isə onu təsdiq edir ki, həmin işçi tərəfindən kobud səhvə yol verilə bilməz və müddətsizi əmək müqaviləsi bağlandığı halda əmək müqaviləsi bildirişində və əmək kitabçasında əmək müqaviləsinin müddətli əsaslarla bağlanmasına dair qeydlər aparıla bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı müddətli əsasla işə qəbul olunmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx xxxx 2018-ci il tarixli əmək müqaviləsi bildirişində iddiaçının əmək müqaviləsinin növü səhvən müddətsiz kimi göstərilmişdir. Cavabdeh həmin texniki səhvin düzəldilməsi barədə Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmətərəfləri nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakıəsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. İş materiallarından görünür ki, "Kadastr və X1 Mərkəzi" MMC ilə iddiaçı arasında xx xxxx 2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 3 ay müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı "Kadastr və X1 Mərkəzi" MMC-nin Geobotaniki tədqiqatlar sektorunda 7-ci dərəcəli kadastr üzrə mütəxəssis vəzifəsinə işə qəbul olmuşdur. Cavabdehin xx xxxx 2018-ci il tarixli K-101 saylı əmrindən görünür ki, İddiaçı müqavilədə nəzərdə tutulan vəzifəyə xx xxxx 2018-ci il tarixdən 3 ay müddətinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. xx xxxx 2018-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin növü müddətsiz kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli, 186 saylı qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. İddiaçının əmək kitabçasından görünür ki, onun işə qəbul olması barədə qeydlər əmək müqaviləsinin və əmrin məzmununa uyğun deyil. Belə ki, əmək kitabçasından görünür ki, iddiaçının cavabdehin xx xxxx 2018-ci il tarixli, K-101 saylı əmrinə əsasən 3 ay sınaq müddəti ilə işə qəbul edilməsi qeyd edilmişdir. Cavabdeh təşkilatın xx xxxxxx 2020-ci il tarixli, K-04 saylı əmrinin 3-cü bəndindən görünür ki, iddiaçı həmin tarixdən müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinəəsasən əmək müqaviləsinə yalnız bu Məcəlləilə müəyyən edilmişəsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. Lakin xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi bildirişindən görünür ki, cavabdeh təşkilat tərəfindən elektron informasiya sisteminə iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası kimi xx xxxxxx 2020-ci il tarixli, K-04 saylı əmrə zidd olaraq tərəflərin iradəsindən asılı olmayan hallara əsasən, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “d” bəndinə əsasən xitam verilməsi göstərilmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bundan əlavə müqavilədən görünür ki, müqavilə 5 vərəqdən ibarətdir və yalnız müqavilənin sonuncu vərəqində iddiaçının imzası vardır. Müqavilənin müddətli bağlanması barədə qeyd olan birinci vərəqində iddiaçının imzası yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5/438 saylı rəyinin tədqiqat prosesinin təsviri hissəsinin 4-cü bəndindən görünür ki, rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların icra vaxtının, kağız məlumatlarının istehsal olunma tarixinin müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsində göstərilən onun tərtib edilmə tarixi, yəni xx xxxx 2018-ci il tarixi həmin sənədin yaşına uyğundurmu?”; “Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin (hər bir vərəqinin) ayrı-ayrılıqda yaşı müəyyən edilsin”; “xx xxxx 2018-ci il tarixli, K-101 saylı əmrin tərtib edilmə tarixi, yəni xx xxxx 2018-ci il tarixi həmin sənədin yaşına (çap olunma, hazırlanma tarixinə) uyğundurmu?” sualları üzrə tədqiqatlar aparılmamışdır. Beləliklə tədqiq olunmuş sübutlar arasındakı ziddiyətlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətsiz olmasını təsdiq edir. Müddətsiz işə qəbul olunmuş şəxs isə müddətin bitməsi əsası ilə işdən çıxarıla bilməz. Odur ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəməyə təqdim olunmuş müqavilədə iddiaçının müddətli işə qəbul edilməsi göstərildiyi üçün onunla müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan RespublikasıMPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi təmin edildiyindən cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-dən 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 120 manat cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi” barədə xx xxxxxx 2020-ci il tarixli, K-04 saylı əmrinin İddiaçı tutduğu vəzifədən azad edilməsinə dair 3-cü bəndi ləğv edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cavabdeh MMC ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlansın. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cavabdeh MMC-nin Torpaq və geobotaniki tədqiqatlar şöbəsinin Geobotaniki tədqiqatlar sektorunun 7-ci dərəcəli kadastr üzrə mütəxəssisi vəzifəsinə bərpa edilsin. Məcburiiş buraxma müddətiüçün xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cavabdeh MMC tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. 120 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyəri cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Cavabdeh "Kadastr və X1 Mərkəzi" MMC-dən 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1856/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1856/2020
29.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver