Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1862/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı "Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 12, 4 saylı mənzildən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı "Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 12, 4 saylı mənzildən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehlərin əsl cavabdehlərlə əvəz edilməsi barədə xx.xx.2025-ci il tarixli vəsatəti (sonuncu) təmin edilmiş, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında cavabdehlər əsl cavabdehlərlə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 12, 4 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər məcburi köçkündürlər və 1993-cü il tarixdən etibarən həmin mənzili zəbt etməklə orada qanunsuz yaşayırlar. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək iddianı qəbul etmişlər, iddia ərizəsində göstərilən xüsusatların həqiqiliyini, cavabdehlərin həmin ünvanda uzun illərdir yaşadıqlarını qəbul etmiş, digər cavabdehlərin onun yaxın qohumları, arvadı və övladları olduğunu bildirmişdir. Dövlət tərəfindən mənzillə təmin edildikdən dərhal sonra həmin mənzili iddiaçıya təhvil verəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Çıxarışın surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 12, 4 saylı mənzil X1 xüsusi mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 12, 4 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər məcburi köçkündürlər və 1993-cü il tarixdən etibarən həmin mənzili zəbt etməklə orada qanunsuz yaşayırlar (mülki işin mübahisəsiz halıdır). İddiaçının mülkiyyət hüquqları pozulur. İddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Cavabdehlərin məcburi köçkün olmaları və ya iş üzrə faktiki digər hallar mülkiyyət hüquqlarının pozulmasına haqq qazandıra, buna əsas qismində çıxış edə bilməz. Nəzərə alınır ki, sosial siyasətin təzahürü olaraq dövlət tərəfindən cavabdehlərə dövlət hesabına məcburi köçkünlər üçün nəzərdə tutulmuş müvafiq mənzil təklif edilmiş, lakin, cavabdehlər həmin mənzilin bölgələrdə yerləşməməsi əsası ilə təkliflə razı olmamışlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 12, 4 saylı mənzildən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı "Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 12, 4 saylı mənzildən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 çıxarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 12, 4 saylı mənzildən çıxarılsınlar. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1862/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1862/2025
24.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver