Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1866/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımi sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımi sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 3166-cı məhəllə, 18 mərtəbəli yaşayış binasının 8-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 2 (766) nömrəli mənzilinin üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin – ümumi yığıncağın qərarı, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı və mənzilin plan cizgisinin İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, 28 mart 2008-ci il tarixdə Cavabdeh ilə bağlanmış 218 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 3166-cı məhəllədə yerləşən 18 mərtəbəli yaşayış binasının 8-ci blok 10-cu mərtəbəsindəki (bir otaqlı) 2 (766) nömrəli mənzili almış və mənzilin ümumi dəyəri tərəfindən tam ödənilmişdir. Həmin vaxtdan Cavabdeh MTK-nın rəhbərliyi mənzilin çıxarışını və texniki pasportunun alınması üçün zəruri sənədlərin verəcəyini vəd etsə də, bu günə kimi sənədlərin verilməsini təmin etməmiş və müxtəlif bəhanələrlə sənədlərin verilməsindən imtina edir. Cavabdeh MTK-nin Yasamal rayonu N.Zərdabi prospekti 3166-cı məhəllədə inşa etdiyi yaşayış kompleksi istimara təhvil verilmiş və dövlət qeydiyyatından keçirilmişdir. Yaşayış kompleksində yaşayan kooperativin bir qrup üzvü DƏDRX-dən mənzilin çıxarışını və texniki pasportunu almışlar. İddiaçı nümayəndəsi kimi tərəfindən xx.xx.2023-cü il və 21,02.2023-cü il tarixlərdə Cavabdeh MTK-nin sədrinə yazılı müraciətlər edilmişdir. Lakin bu günə kimi Cavabdeh Mənzil- Tikinti Kooperativi tərəfindən müraciətinə cavab verilməmişdir. Bildirir ki, 2010-cu ilin dekabr ayında Cavabdeh MTK-nin sabiq direktoru Alim Əsədullayevə yaxınlaşaraq mənzildə təmir işləri görmək üçün icazə istərkən, ona mənzilə quraşdırılmış qaz, işıq və su sayğacları üçün 500 manat pul ödəməyimi tələb etmişdir. İddiaçı ona sayğacların pulsuz quraşdırılmasını, su sayğacın 20 manat, qaz sayğacın 60 manat, işıq sayğacın isə 40 manat olduğunu və sayğaclar üçün əvvəlcədən aralarında olan söhbətə əsasən pul ödəməyəcəyini bildirmişdir. A.Əsədullayev isə təkid edərək pul ödəməyini tələb etmiş və əks halda mənzilin təmirinə buraxmayacağını bildirmişdir. İddiaçı isə onunla sayğaclar üçün 200 azn pul ödəmək barədə razılığa gəlmiş və həmin pulu xx.xx.2010-cu il tarixdə xəzinəyə ödəmişdir. Bu barədə ona nömrəsiz mədaxil qəbzi verilmişdir. 01 fevral 2023-cu il tarixdə Cavabdeh MTK-nın nümayəndəsi Arzuman ilə iş otağında görüşdüm. X1 adına olan həmin mənzilin çıxarışını almaq üçün zəruri sənədlərin verilməsini xahiş etmişdir. Arzuman bildirmişdir ki, mənzilə quraşdırılmış sayğaclar üçün 300 manat ödəməlidir. O, MTK-nın sabiq direktoru A.Əsədullayev ilə bu barədə razılaşmağını demişdir. Arzuman isə demişdir ki, hər bir mənzil sahibindən sayğac üçün 500 azn alınmışdır. Bu məsələ ilə bağlı rəhbərlik ilə söhbət edəcək və zəng edəcəkdir. Bir həftə keçmiş, lakin Arzuman ona zəng etməmiş və özü Cavabdeh MTK-ya getmişdir. Arzuman müəllim iş otağında yox idi. Ona mühafizə xidməti tərəfindən zəng olunmuş və demişdir ki, özü zəng edəcəkdir. Həmin vaxt ərizəni təqdim etmək istəmişdir. Lakin MTK-da ərizəsi qəbul olunmamışdır. Ərizənin poçt ilə göndərilməsi bildirilmişdir. Bundan sonra evə qayıtmış və Arzuman müəllimə zəng etmişdir. Lakin telefonu açmamışdır. Bir azdan özü zəng etmiş və bildirmişdir ki, rəhbərliyi görmək mümkün olmamış və ona yenə iki gün vaxt verilməsini xahiş etdi. Halbuki, 8 aydır ki, mənzilin çıxarışının alınması üçün Arzuman müəllimə müraciət olunur. Hər dəfə 300 manat pulun verilməsini tələb edir, pulu verməkdən imtina etməsini gördükdə məsələni həll edəcəyini söyləməklə müxtəlif bəhanələr gətirir. Təxminən 2023-cü ilin fevral ayının ortalarında yenə mənzilin çıxarışının alınması üçün zəruri sənədlərin (maliyyə arayışı, protokoldan çıxarış və mənzilin sxemi) verilməsi barədə Cavabdeh MTK-nin rəhbərliyinin nümayəndəsi Arzuman adlı şəxsə müraciət etmişdir. Lakin imtina cavabı almışdır. Göründüyü kimi, qanunda mənzil-tikinti kooperatinin üzvünə verilmiş mənzil sahəsnin dövlət reyestrində mülkiyyət hüqunun qeydə alınması üçün sayğac pulu və ya digər xidmət haqqları nəzərdə tutulmur və bununla bağlı bütün tələblər qanunsuzdur. Həmçinin, yeni binanın sayğaclarla təchizatı və onların quraşdırılmasına görə xərclər lahiyə-smeta sənədlərində bina tikintisinə çəkilən umumi xərclərinin tərkibinə daxil edilməklə, mənzilin satış qiymətinə və ya pay haqqına daxil edilir. Ona görə də, Cavabdeh MTK-nin hər bir mənzil sahibindən qaz, işıq və su sayğaclarının təchizatına görə əlavə 500 Azn pul tələb edib alması və mənzilin təmirinə icazə verməsi qanunsuz və əsassızdır. Cavabdeh MTK-nın vəzifəli şəxsləri vəzifələrindən sui-istifadə edərək mənzil sahiblərini sayğacların quraşdırılmasına görə əlavə pul ödənişi etməyə məcbur edir və əks təqdirdə isə mənzilin təmirinə buraxmayacaqları ilə hədə-qorxu edirlər. İddiaçı müqavilədə göstərilmiş öhdəliklərini vaxtında icra etmişdir. Yəni mənzilin alqı-satqı müqaviləsində göstərilmiş əmlakın dəyərini tam ödəmişdir, lakin CavabdehMTK-i isə mənzilin çıxarışını və texniki pasportunun alınması üçün lazım olan sənədləri ona verməkdən imtina edir və həmin sənədlərin verilməsi müqabilində sayğac pulu adı ilə qanunsuz 500 azn pul verilməsini tələb edir. Qanunvericiliyin tələbinə görə satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə corcludur. Lakin cavabdeh mənzilin çıxarışını almaq üçün tələb olunan zəruri sənədləri verməkdən imtina edir və qanunsuz pul tələb edir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Mənzil Tikinti Kooperativinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 218 saylı, xx.xx.2009-cu il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilənin 1-ci bəndindən görünür ki, sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, “Podratçı” Bakı şəhəri Yasamal rayonu Zərdabi 88 küçəsi 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 8 blokunda 10 mərtəbədə, 1 otaqlı 2 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən Müqavilənin qiyməti 42704 manat olmaqla dəyişməz qalır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə imzalanarkən sifarişçi müqavilənin ümumi dəyərinin 100%-ni ödəməyi öhdəsinə götürür, yəni 42704 manat ödəyir. (Bu məbləğin 24420 manatı xx.xx.2008-ci ildə + 18284 manat xx.xx.2009-cu ildə) İş materiallarında olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Zərdabi 88 küçəsi 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 8 blokunda 12 mərtəbədəki, 8 nömrəli mənzili həmin binanın 8 blok 10-cu mərtəbədəki 2 saylı mənzil ilə dəyişdirilmiş, dəyəri 100% ödənilmiş, həmin mənzil o şəxsə məxsusdur və qalıq borc yoxdur. İş materiallarında olan 11 dekabr 2010-cu il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı sayğac puluna görə 200 manat ödəniş etmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 3166-cı məhəllə, 18 mərtəbəli yaşayış binasının 8-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 2 (766) nömrəli mənzilinin üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin – ümumi yığıncağın qərarı, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı və mənzilin plan cizgisinin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 3166-cı məhəllə, 18 mərtəbəli yaşayış binasının 8-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 2 (766) nömrəli mənzilinin üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin – ümumi yığıncağın qərarı, mənzil üçün pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışı və mənzilin plan cizgisinin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1866/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1866/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver