Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1867/2024 14.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Ağdaş Rayon Dövlət Ofisi maraqlı şəxs qismində cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs1 və Ağdaş Rayon Dövlət Ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, o mərhum X3 övladı olmağı faktının məhkəmə qaydasında təsdiq edilərək qohumluq faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1954-cü il tarixində Ağdaş rayonunda anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamədə ana qrafasında “X6” qeyd edilmişdir. Lakin anası rəhmətə getdikdən sonra anasına verilən ölüm haqqında şəhadətnamədə onun adı “X5” qeyd edilmişdir. Mərhum anası doğum aktı qeydi 20 mart 1958-ci ildə tərtib edilmiş və onun 20 yanvar 1932-ci ildə Ağdaş rayonunda doğulduğu, anası X4, atası X7 olduğu qeyd edilmiş və X1 ad, soyad, ata adı qeydə alınmışdır. Ona məxsus doğum akt qeydlərində ana adının düzəliş edilməsi barədə Bakı şəhəri Maraqlı şəxs1nə müraicət etsə də, müraciətindən imtina edilmişdir. Ağdaş Rayon Notariat ofisi tərəfindən miras qoyanla qohumluq münasibəti təsdiqlənmədiyindən mərhum anası X2 miras qalmış Ağdaş şəhərində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ona çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Lakin qeyd etmək lazımdır ki, sənədlərdə olan texniki səhv onun mərhum anasından qalan miras əmlakda qanunla ona çatacaq payı qəbul etmək hüququndan məhrum etmir. Hazırda vərəsəlik işi ilə əlaqədar onunla mərhum anası X5 ilə qohumluq münasibətlərinin, yəni onun övladı olmağı faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununua uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs1 və Ağdaş Rayon Dövlət Ofisinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli 3-16-5\8-19915/23 nömrəli məktubun məzmunundan görünür ki, Bildirirlər ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydlərin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, Maraqlı şəxs1 doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəmə müraciət etməyini məsləhət görür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 yanvar 1932-ci ildə Ağdaş rayonunda doğulmuş, anası X4, atası X7 olduğu qeyd edilmişdir. Az-İ seriyalı, 308729 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci ildə “beyninə qan sızması” nəticəsində Ağdaş şəhərində şəhərində ölmüşdür. AZ-T seriyalı, 254400 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1954-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. Onun ana qrafasında X6 qeyd olunmuşdur, ata qrafasında heç bir qeyd yoxdur. 23 dekabr 2022-ci il tarixli, 1981 nömrəli arayışdan görünür ki, X11 ilə X9 08 avqust 1972-ci il tarixda 49 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Həmidov”, arvada “Həmidov” soyadı verilmişdir. 14 mart 2023-cü il tarixli arayışdan görünür ki, X8 09 noyabr 1951-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Onun ana qrafasında X6 qeyd olunmuşdur. Ağdaş Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda əlavə olunmuş 135 nömrəli və 202 nömrəli doğum qeydlərinin bərpa aktlarının təsdiq olunmuş surətlərindən görünür ki, X5 20 yanvar 1932-ci i tarixdə Ağdaş rayonunda anadan olmuşdur. Gövhər Məmmədovanın övladı X9 xx.xx.1954-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. 87 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X5 xx.xx.2008-ci ildə “beyninə qan sızması” nəticəsində Ağdaş şəhərində şəhərində ölmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, 14 avqust 1954-cü ildə Ağdaş rayonunda anadan olmuş Ərizəçi 10 yanvar 1932-ci ildə Ağdaş rayonunda anadan olmuş X3 övladı olması faktının müəyyən edilməsi barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. 14 avqust 1954-cü ildə Ağdaş rayonunda anadan olmuş Ərizəçi 10 yanvar 1932-ci ildə Ağdaş rayonunda anadan olmuş X3 övladı olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1867/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1867/2024
14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver