Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1871/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, X4 və X5 ananın X1, atanın naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Bakı şəhəri Maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X6 məskunlaşmış X4 və X5 doğum haqqında şəhadətnamələrinin olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə zamanı uşaqların xx.xx.2022-ci il tarixdə özünün uşaqların anası kimi təqdim edən X1 ilə birlikdə “Xəzər TV”-nin “Təsir dairəsi” proqramının əməkdaşı tərəfindən Sığınacağa gətirilərək, akt əsasında yerləşdirildiyi ananın bir müddət sonra uşaqları Sığınacaqda qoyaraq oranı tərk etdiyi məlum olmuşdur. Hər iki uşağın yaşının müəyyən edilməsi məqsədi ilə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” X16 müraciəti əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 124 və 126 nömrəli ekspert rəyləri ilə uşaqların hər ikisinin sümük yaşı təxmini olaraq müəyyən edilmişdir. Adıçəkilən uşaqlara doğum haqqında şəhadətnamənin verilməsi üçün köməklik göstərilməsi ilə bağlı Nazirlik tərəfindən xx.xx.2023-cü il tarixli 3-17/2- 11372/2023 nömrəli məktubla Bakı şəhəri Maraqlı şəxsnə müraciət olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-10-4731/23 nömrəli cavab məktubunda qeyd edilən uşaqlar barəsində Azərbaycan Respublikası Əhalisinin Dövlət reyestrində heç bir məlumatın aşkar edilmədiyi, uşağın doğum haqqında tibbi şəhadətnaməsi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığıni bildirmişdir. Sözügedən uşaqların hər ikisinin hazırda heç bir hüquqi sənədi olmadığından təhsilə cəlb edilməsinin qeyri-mümkün olduğunu, bu səbəbdən təhsildən yayındığını nəzərə alaraq, həmçinin aşağıda qeyd olunan hüquqi əsaslara görə hesab edir ki, onların doğum faktı tanınmaqla doğum haqqında şəhadətnamənin verilməsi təmin edilməlidir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ərizəni müdafiə etdi və ərizəçinin digər nümayəndəsi Nümayəndə1 izahatı ilə razı olduğunu bildirdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir Məhkəmə ərizəçinin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ASAN 4 tərəfindən verilmiş AA1371515 nömrəli 0Y5F4B8 FİN kodlu şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, X1 xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi 8 inzibati binada qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” publik hüquq şəxsinin 17 mart 2021-ci il tarixli 124 nömrəli ekspert rəyindən müəyyən edilir ki, X5 müəyyən edilmiş yaşı 3-4 ilə uyğun gəlir. Ünvanı “Umid Yeri” uşaq sığınacağı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” publik hüquq şəxsinin 17 mart 2021-ci il tarixli 126 nömrəli ekspert rəyindən müəyyən edilir ki, X2 müəyyən edilmiş yaşı 7-8 ilə uyğun gəlir. Ünvanı “Umid Yeri” uşaq sığınacağı. “Umid Yeri” Xeyriyyə Cəmiyyətinin sədri X9, X10 və “Xəzər TV”-nin “Təsir dairəsi” verilişinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, verilişə müraciət edən ana - X1 və övladları - xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X13 xx.xx.2022-ci il tarixdə Xəzər TV-nin “Təsir dairəsi” verilişinin adını deməyən əməkdaşı tərəfindən “Umid Yeri” Uşaq Sığınacağına gətirildiyini öz imzaları ilə təsdiq etmişlər. Bakı şəhəri Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli 37-1615/8-10-473/23 nömrəli məktubundan müəyyən edilir ki, X4 və X8 barədə heç bir məlumat aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında tibb şəhadətnamə əsasında qeydə alınır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlardan və iş materiallarından müəyyən edilir ki, X4 və X5 ekspert rəylərinə əsasən yaşları tibbi eksprertizanın keçirildiyi xx.xx.2021-ci il tarixə müvafiq olaraq 7-8 və 3-4 yaşa uyğun gəlir. Uşaqların başqa cür nə vaxt doğulduğunu müəyyən etmək mümkün deyildir. Bununla bağlı hər hansı rəsmi sənəd mövcud deyildir. Həmçinin Yasamal rayon qedyiyyat şöbəsi tərəfindən doğum faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə onlara doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Uşaqların doğum aktı valideynləri tərəfindən müvafiq orqana müraciət edərək qeydə alınmadığına görə, ərizəçi uşaqların doğulması haqqında hüquqi əhəmiyyətli faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Belə ki, uşaqların valideynlərindən atasının kim olduğu müəyyən edilməmişdir. Anası isə uşaqları sığınacağa qoyaraq çıxıb getmişdir. Məhkəmə uşaqların doğum tarixinin yaşlarının uyğun gəldiyi ilin yanvar ayının 1 olmasını əsaslı hesab edir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmasına və X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmasına dair hüquqi əhəmiyyətli olan faktlar müəyyən edilməli, doğum akt qeydində anaları xx.xx.1984-cü il təvəllüdlü (FİN:0Y5F4B8) X1 yazılmalı və ata qrafaları isə boş saxlanılmalıdır. xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 doğum haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmasına və X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmasına dair hüquqi əhəmiyyətli olan faktlar müəyyən edilsin. Doğum akt qeydində anaları xx.xx.1984-cü il təvəllüdlü (FİN:0Y5F4B8) X1 yazılsın və ata qrafaları isə boş saxlanılsın. xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 doğum haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1871/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1871/2024
23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver