Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1886/2022 28.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən cavabın məsələnin həll edilməsinə, sərəncam vermək hüququnun bərpa olunmasına, eyni zamanda tələbinin təyinat dəyişikliyinə aidiyyatı olmadığını nəzərə alaraq iddiaçının mülkiyyət hüququnun həmin ünvan üzrə ayrıca qeydiyyata alınmasını, həmçinin digər payçılar barədə məlumatlar qeyd olunmayan yeni Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və Texniki pasport verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı tərfindən verilmiş iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı deyil. Məhkəmə iddia icraatı qaydasında pozulmuş mülki hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən digər payçılar barədə məlumatlar qeyd olunmayan yeni Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və Texniki pasport verilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, hazırki tələb üzrə iddiaçı inizbati orqana və ya inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya inzibati icraat qaydasında müvafiq icra hakimiyyəti orqanına və ya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməldir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq inzibati orqana və ya inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1886/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1886/2022
28.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver