Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1786/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, torpaq sahəsi və evdən çıxarılma”; Mülki mübahisənin kateqoriyası: Ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr; Ər-arvadın birgə mülkiyyəti; Mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Sübutetməyükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, torpaq sahəsi və evdən çıxarılma" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ##### tarixli *(*-*)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. ****** nömrəli, ##.##.1993-cü il tarixli orderin surətindən görünür ki, İddiaçı və onunla yaşayan bir nəfər Kərimova A.V ilə dəyişdirilmə qaydasında ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 29.22 kv.m olan 2 otaqlı mənzilə köçürülmə hüququna malikdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Kərimova (Məmmədova) Kəbutər Vaqif qızı arasında ## ###### 1999-cu il tarixdə Bakı şəhəri Nizami rayonu VVAQ şöbəsində bağlanmış *** saylı nikah qeydiyyatının pozulması qət edilmişdir.
3. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 65, ** saylı mənzil ilkin olaraq ##.##.2005-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2007-ci il tarixli 4Ə-10- **** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
4. Satıcı İddiaçı ilə alıcı X3 arasında ##.##.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.22 kv.m, yaşayış sahəsi 29.22 kv.m olan olan 2 otaqlı mənzili X3 49126 manata satmışdır.
5. X8 ilə alıcı İddiaçı arasında ##.##.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 mülkiyyətində olan ünvan 2 saylı ünvanda yerləşən ümumi ölçüsü 0.12 ha olan torpaq sahəsini İddiaçı 10144.80 manata satmışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0.06 ha ölçülü torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat:
7. Iddiaçı cavabdehə qarşı “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, torpaq sahəsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən və iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilməsi və çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Iddiaçı iddia ərizəsini belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nikahları ## ###### 2013-cü il tarixdə ləğv edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində 0,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsində fərdi yaşayış evi İddiaçı tərəfindən tikilmişdir. Lakin fərdi yaşayış evi Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Tərəflər arasında nikah ləğv edilən vaxtdan cavabdeh Cavabdeh həmin torpaq sahəsində və torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşayır və çıxmır. Bu isə iddiaçının mülkiyyət hüquqularını pozur. Hazırda iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri olmadığı üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən və iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən cavabdehin istifadə hüququna xitam verilməsi və çıxarılması barədə qətnamə qəbul edilməlidir.
9. Daha sonra iddiaçının nümayəndəsi və vəkili vəkil1 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən ##.##.2008-ci il tarixli ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən və torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
10. Iddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, 1999-cu ildə cavabdehlə evlənmişlər. 2007-ci ildə Nizami rayonunda Naxçıvanski küçəsi 65 mənzil 19-da ona məxsus atasından qalmış iki otaqlı mənzili satıb Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivində həmin torpaq sahəsini almışdır. Orada 2008-2009cu illərdə satdığı evin pulu ilə ev tikmişdir. Evi demək olar ki, tam tikmiş, üstünü vurmuş və içinin təmiri qalmışdı. Evin bir otağı hazır olan kimi köçüb yaşadılar. Dəqiq tarixi bilməsə də, 2013-cü ildə boşanmış, 2013-cü ilin sentyabrından isə özü evdən getmiş, kirayədə yaşamışdır. O ev ona məxsusdur, cavabdehin isə orada yaşamasını istəmir. Hazırda onun mülkiyyətində olan torpaq sahəsindən və torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddiaçının nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclasında izahatında bildirmişdir ki, Pərvizin başqa yerdə mülkiyyətində əmlakı olub, onu ##.##.2007-ci ildə satıb 15 gündən sonra sözügedən torpağı alır. 1993-cü ildə Pərvizə nənəsi tərəfindən əmlak verilib, köhnə sənəd olub. 2005-ci ildə çıxarış alıblar. Həmin əmlakı Pərviz 2007-ci ildə 49126 manata satıb, 10144 manata sözügedən torpaq ##.##.2007-ci ildə alınmışdır. Sonra torpağa çıxarış alıb, notarial təsdiqli formasını təqdim edib, evin sənədi yoxdur. Torpağı alanda 0.12 ha olub, tikinti olandan sonra torpağın 0.06 ha-nı satırlar. Hazırda Pərvizin mülkiyyətində olan 0.06 ha-dır. Həm birinci evdən qalan pul vəsaiti olur, həm də torpaq sahəsinin yarısını satır, əldə etdiyi pul vəsaiti ilə də fərdi yaşayış evi 2008-2009-cu illərdə tikilmişdir. Cavabdeh 2013-cü ildə nikahları pozulduqdan sonra indiyədək orada yaşayır. Pərviz mülkiyyətində olmasına baxmayaraq, orada yaşaya bilmir. Nikahları pozulduqdan sonra Pərviz bir müddət Rusiyada yaşayıb. Torpaq sahəsi iddiaçının mülkiyyətindədir və nikah pozulduqdan sonra evdən çıxmış, hazırda həmin evdə uşaqları və cavabdeh yaşayır. Iddiaçının isə yaşamağa yeri yoxdur, kirayədə qalır. 2009-cu ildə evi tikdirmiş və köçərək birlikdə yaşamışlar, iddiaçı mütəxəssis rəyinə uyğun kompensasiya verilməsinə razıdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, Pərviz keçmiş həyat yoldaşıdır, sözügedən evi birgə nikah dövründə tikmişlər. Səhv xatırlamırsa, 1998-ci ildə evlənmişlər, bir il sonra qızı doğulub. O, evə köçəndə boş sahə idi, başqa evə gəlin köçmüşdür. Torpaq neçənci ildə alınıb dəqiq yadında deyil. Anasıgildə qala-qala orada evi tikmişlər. Bir otaq idi, həyət evidir, 2009-cu ilin yanvarında ev hazır idi, yeni ildə ora köçmüşdülər, ev yarımtikili olduğu vəziyyətdə ora köçmüşdülər. Sonra 2013cü ildə boşanmışdır. 2013-cü ilədək birlikdə həmin evdə yaşamışlar. Indi də özü sözügedən evdə yaşayır. Torpağın çıxarışı var, evin sənədi yoxdur. Dediyi kimi boşanandan sonra da həmin evdə yaşamışdır. Pərvizin ona belə iddia qaldıracağını bilmirdilər. Odur ki, iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasında izahtında bildirmişdir ki, torpaq sahəsi 2006-cı ildə 12 ha olaraq alınıb, sonradan 0.06 ha satılıb. Hətta cavabdehin bildirdiyinə görə torpaq sahəsi satılmayıb, qardaşına pay verilib. Boş torpaq sahəsi alınıb, 2009cu ildə evin bir otağı təmir olunub, Kəbutər xanım orada iddiaçı ilə bir yerdə yaşayıb. Cavabdehin bildirdiyinə görə 2009-cu ildə ev tam şəkildə tikilməmişdir, həmin vaxt ev bir otaqlı idi. Nikah pozulduqdan sonra da ev cavabdehin pulu hesabına təmir olunub, burada heç bir kompensasiyadan söhbət gedə bilməz. Şahidlər də əvvəlki iclasda bildirdi ki, cavabdeh həmin evin təmirinə kifayət qədər pul xərcləyib. Iddiaçının verdiyi sübutlardan da görünür ki, ev və torpaq birgə nikah dövründə əldə edilib, cavabdehin orada payı var. Iddiaçı atasından qalmış evi satıb pul verdiyini desə də, həmin evə Kəbutər xanım da öz atasından qalmış evi satıb pul vermişdir. Sübut yoxdur, düşünür ki, bununla bağlı iddiaçının da sübutu yoxdur. Heç ərizələrində kompensasiyanın məbləğini də göstərməyiblər. Iş üzrə ekspertizanın keçirilməsinə də etiraz etmiş və rəylə razı deyildir. Çünki hələ də düşünür ki, torpaq sahəsi birgə nikah dövründə əldə olunmuşdur. Tikilmiş tikili də birgə nikah dövründə tikilib. Kəbutər xanımın da böyük vəsaiti hesabına tikilib. Şahidləri də təqdim etmişlər. Cavabdeh də birgə vəsaitləri hesabına tikildiyini bildirmişdir. 1998-ci ildə evləniblər, 2008-ci ildə çıxarış verilib. Bu qədər vaxt ərzində hesab edir ki, tərəflərin kifayət qədər birgə vəsaitləri formalaşmışdır. Odur ki, iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir.
14. Şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, o, cavabdehi tanıyır. Zabratda dəmir sexi vardır. Cavabdeh ondan gəlib pəncərə məhəccəri sifarişi vermişdir. 2018-ci ildə cavabdeh ondan taxta qapıları sifariş vermişdi. 2016-cı ildə isə pəncərəsi üçün bildirdiyi “reşotkaları” yığdırmışdır. 2022-ci ildə döşəməsini qaşıtdırmaq üçün adamlar tapmış, qaşıyıb döşəməni laklamışlar. Vəsaiti ödəyən də cavabdeh olmuşdur. Ona hansı usta lazım olarsa ona deyirdi, o, da tapırdı, məsələn mala vuran usta axtarırdı, o, tapıb yönləndirdi. Bütün bunlar 2018-ci, 2022-ci ildə baş verib. Ilk dəfə müraciət edəndə evin bir otağında mətbəxdə qalırdılar. Pərvizi görməmiş, ancaq elə bir yoldaşı olduğunu eşitmişdir. Bunlara baxmadığını eşitmişdir. Dediyi kimi usta tapmış, döşəməni lakladıqdan sonra Kəbutər xanımın verdiyi pulu ustaya vermişdir. Pəncərənin arxasına reşotkanı vurmuş, həmin reşotkanı quraşdırmağa gedəndə evdə döşəmənin çox bərbad vəziyyətdə olduğunu görmüşdü, otaqları demək olar ki, yox idi. Yenə də evin tavanı vurulsa da, çox yaxşı vəziyyətdə sayılmırdı. Qışda çox əziyyət çəkirdi, qaz və s. yoxdur. Kəbutər xanım həmin evdə qızı ilə yaşayırdı, əvvəlcə oğlu da onunla qalırdı, amma əri sonra oğlunu aldı.
15. Şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, o, 2017ci ilin sonlarında Savalana köçmüşdür. Kəbutər xanımı da orda görmüşdür. Orada ev var idi. Evin bəzi təmir işlərini Kəbutər xanım etmişdir. Qapıların quraşdırılmasını görmüşdür. Özü həm usta kimi, həm də qonşu kimi orada olmuşdur. Pərviz bəyi tanımamışdır, təxminən 2 ay əvvəl onu görmüşdür, qohumları onun Pərviz olduğunu demişlər. Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeyd edilən evdə təkcə Kəbutər xanım və qızının yaşadığını görmüş, Pərvizi orda yaşayan görməmişdir. Cavabdehlə qonşu kimi söhbət edəndə qapılardan söhbət düşdü, o evin içində olan ara qapıların quraşdırılmasını istəmiş, bunu da tanışı ilə özü etmişdir. Bu söhbətlər 2019 və ya 2020-ci ildə olub. Ona görülən işlərin haqqını Kəbutər xanım ödəyib.
16. Şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Kəbutər xanımın adı nadir adlardan biri olduğu üçün yadında qalıb. Kimlərinsə vasitəsi ilə onunla çoxdan əlaqə saxlayıb. Savalan massivində evi olduğunu və həmin evi Dövlət Kadastrı və Reyestri orqanından qeydiyyatdan keçirmək istədiyini demişdi. O, da kömək edə biləcəyini demiş, evin hansı sənədləri olduğunu soruşanda torpağın çıxarışı olduğunu demişdi. Evin layihəsi çəkilmiş, içəridə evin təmir işləri tam bitməmişdi. Sonra çıxarışın yoldaşının adına olduğunu görmüşlər. Layihə cavabdehin adında, çıxarış iddiaçının adında idi. Sonra məlum oldu ki yoldaşı ilə ayrılıblar, uzun müddətdir ki, orada yaşamır. Iş yarımçıq qaldı, onun evini qeydiyyatdan keçirə bilmədilər. Iddiaçının görməmiş və tanımamışdır. Orada yaşayan ancaq cavabdehi görmüşdür. Mühəndislə ora bir neçə dəfə getmişlər. Səhv etmirsə evdə bir qızı da qalırdı. Ilk dəfə təxminən 10 il əvvəl olardı ki tanış olmuşlar. Sözügedən ev 2 mərtəbəli idi, evə girəndə sol tərəfdə mətbəx görünür, sonra otaqlar görünür, yan tərəfdən ikinci mərtəbəyə çıxış var idi. Həyətdə balaca tikili var idi. Deyəsən, gələcək üçün hansısa bir obyekt açmaq istəyirdilər. Arxa tərəfdə toyuq hini var idi. Evin otaqları tam təmirli deyildi. Pərvizi o evdə yaşayan görməmişdir.
17. Şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Pərviz atasıdır, Kəbutər anasıdır. 2013-cü ildə atası ilə anası boşandı. Boşanmaqlarına baxmayaraq, anası ilə o, sözügedən evdə qalırdı. Atası 2013-cü ildən o evdən çıxıb. Həmin evin dəqiq ünvanı yoxdur, hazırda küçə Mirvari Dilbazi küçəsi kimi gedir. Boşanmaqlarına bir ay qalmışdan qabaq atası evdən çıxıb getdi. Ata getməmişdən qabaq ev 2 mərtəbəli, 9 otaq boş sadə ev idi. Sadəcə bir otaqda suvaq var idi, tam təmirli deyildi. Amma atası gedəndə 2-ci mərtəbəsi də tikilmişdi, təmiri yox idi. Balaca yerdə hamam və tualet idi, arada balaca arakəsmə kimi pərdə qoyulmuşdu, digər tərəfi mətbəx idi. Atası gedəndən sonra otaqları anası ilə düzəltməyə başlamış, qapıları qoydurmuş, tavanı düzəltdirmiş, həyətdə yer düzəltmiş, tualet və hamamı düzəltmişlər. Atası onlara heç bir kömək etməyib, heç onun alimentini normal ödəməyib, sonralar atası ilə əlaqəsi olmadı. Atası evin onun adına keçirilməsini də istəmişdi, anası ona bunu məhkəmə edəcəksə razı olacağını bildirmişdi. 2009-cu ildən ora köçmüşlər. 2007-ci ildə Vosmoyda qalırdılar. Nənəsigildə qalanda o ev tikilirdi. Bütün qonşular şahiddir. Evdə qaz, su, işıq kimi ödənişlər atasının adındadır, amma ödənişlərini onlar etmişlər. Pəncərələrin ikisinin arxada reşotkası var, qabaqdakıların yoxdur. Pəncərələri də anası alıb. Dayısı anasının bağını satıb onun puluna pəncərələri, sement və tokları alıbdır.
18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ş.Ş.Qədirova) (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı tərəfindən cavabdehə 9.000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0.06 ha ölçülü torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdeh Cavabdeh həmin torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılması, kompensasiyanın ödənilməsi ilə cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, habelə çıxarılmanın eyni vaxtda icra edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi, cavabdehdən 10 manat məbləğində dövlət rüsumu tutularaq büdcəsinə ödənilməsi, mütəxəssis rəyinin dəyəri olan 150 manat məbləğində pul tərəflərdən müştərək qaydada, yəni iddiaçı və cavabdehdən hər birindən 75 manat olmaqla tutularaq “xxxx” MMCnin hesabına ödənilməsi qət edilmişdir.
19. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş olsa da, birgə vəsait hesabına deyil, nikahdan öncə iddiaçıya məxsus əmlakın satışından əldə edilmiş vəsait hesabına alınmışdır. Odur ki, mübahisəli torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak sayılmır və cavabdehin həmin torpaq sahəsinə pay hüququ yoxdur.
20. Fərdi yaşayış evi isə birgə nikah dövründə 2008-2009-cu illərdə tikilmişdir. Ev daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməmişdir. 2009-cu ilin yanvar ayında tərəflər ailəlikcə həmin evə köçərək birlikdə yaşamışlar. Cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmış, hətta 2013-cü ildə nikahları pozulduqdan sonra da orada yaşamağa davam etmişdir. Cavabdeh iddiaçının keçmiş arvadıdır və onun sözügedən evdən istifadə hüququna malik olması işin mübahisələndirilməyən halıdır.
21. Məhkəmə müstəqil qiymətləndirici təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq rəy əldə edilmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə baxış keçirilmiş, fərdi yaşayış evinin mansar hissəsi tamamilə təmirsiz, 1-ci mərtəbənin yalnız (25 kv.m) və mətbəxi orta təmirlidir, digər otaqlar isə təmirsiz, yaşayış üçün istifadəyə yararsız vəziyyətdədir. Tərəfindən həmin ərazidə monitorinq aparılmış, bu və bu tip 1 otaqlı fərdi yaşayış evlərinin kirayə haqqı 200-250 manat arası olduğu müəyyən edilmişdir.
22. Məhkəmə tərəfindən iddiaçının cavabdehə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra, tərəflərə 9.000 manat məbləğində (250*36 ay=9000 manat) kompensasiya verməklə mübahisəni yekunlaşdırması təklif edilmişdir. Məhkəmə 9.000 manat kompensasiya verilməklə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, mübahisəli evin sahibi (mülkiyyətçisi) iddiaçıdır və o, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitəsi olan sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddia) ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Istifadə hüququ olan şəxslərin hüquqularının mülkiyyətçi hüquqlarından üstün olması halı qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz. Hazırda cavabdehin mübahisəli evə mülkiyyət hüququna əsaslanan hər hansı aidiyyəti müəyyən edilməmişdir, tərəflərin birgə yaşamalarının qeyri-mümkün olması halı isə mütləq qaydada nəzərə alınmalıdır. Belə ki, tərəflər arasında nikah pozulmuşdur, ailə münasibətlərinə xitam verilmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 139.1, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 158.1.2, 158.2, 158.3, 158.4, 178.1, 228.1, 228.2, 228.5, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
25.Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, həmin evin üzərində iddiaçının mülkiyyət hüququ tanınmadığı üçün iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Mülki iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh həmin evdə birgə nikah dövründə yaşamışlar, 2013-cü ildə nikahları pozulduqdan sonra isə cavabdeh həmin evdə yaşamağa davam etmişdir. Işdə olan ##.##.2008-ci il tarixli Çıxarışla sübut olunur ki, torpaq sahəsi birgə nikah dövründə alınaraq üzərində ev tikilmişdir. Işdə olan şahid ifadələri ilə evin birgə vəsait hesabına tikilməsi sübut olunmuşdur.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.N. Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova, R.Ə.Səmədov) (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(*-*)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, torpaq sahəsi və evdən çıxarılma tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən edilmiş halı odur ki, İddiaçı ilə Kərimova (Məmmədova) Kəbutər Vaqif qızı arasında ## ###### 1999-cu il tarixdə nikah bağlanmış, həmin nikah ##.##.2013-cü il il tarixdə ləğv edilmişdir. Birgə nikahdan öncə, yəni ##.##.1993-cü il tarixli orderə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 65, ** saylı mənzil ilkin olaraq ##.##.2005-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 49126 manata özgəninkiləşdirilmişdir. İddiaçı ##.##.2007-ci il tarixdə ünvan 2 saylı ünvanda yerləşən ümumi ölçüsü 0.12 ha olan torpaq sahəsini 10144.80 manata almışdır. ##.##.2008-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0.06 ha ölçülü torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 2008-ci ilin yanvar ayında həmin torpaq sahəsi boş sahə olmuş, birgə nikah dövründə 2008-2009-cu illərdə fərdi yaşayış evi tikilmişdir. Ev daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməmişdir. 2009-cu ilin yanvar ayında həmin 0.06 ha ölçülü torpaq sahəsində damı vurulmuş fərdi yaşayış evi mövcud olmuş və tərəflər ailəlikcə köçərək birlikdə yaşamışlar. Cavabdeh 2013-cü ildə nikahları pozulduqdan sonra da orada yaşamış, İddiaçı isə nikahları pozulduqdan sonra həmin evdən çıxmış bir müddət Rusiyada yaşamışdır. 2017-ci ildə eskiz layihəsinə əsasən 0.06 ha torpaq sahəsində tikilmiş bir mərtəbə+mansardlı fərdi evinin tikinti sahəsi 196.20 kv.m olub. Nikahları pozulduqdan sonra cavabdeh öz vəsaiti hesabına həmin evdə müəyyən təmir-tikinti işləri aparmışdır. Hazırda həmin evdə uşaqları və cavabdeh yaşayır. Iddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən və torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini və çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin dəlili isə ondan ibarətdir ki, daşınmaz əşya birgə nikah müddətində əldə edildiyindən tərəflərin birgə mülkiyyətidir.
29. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edib, cavabdehin istifadə hüququna xitam verməklə düzgün olmayan nəticəyə gəlmişdir.
30. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi, iddiaçı özünə məxsus mənzili 2007-ci ildə 49126 manata satmış, 15 gün sonra isə hazırki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini 0,12 ha 10144,80 manata almış, daha sonra torpaq sahəsini ½ hissəsini başqa şəxsə satmışdır.
31. Apellyasiya icraatı zamanı cavabdeh izahatında bildirmişdir ki, iddiaçı daha əvvəl yaşadığı mənzili satmış, həmin məbləğdən qardaşına avtomobil almışdır. Qalan pula isə hazırki torpaq sahəsini almışdır. Fərdi yaşayış evinin tikilməsinə isə onlar birgə vəsait xərcləmişlər. Belə ki, həmin vaxt onun valideynləri vəfat etdiyindən, o da “ata mülkündən” pay almışdır.
32. Kollegiya cavabdehin izahatını inandırıcı hesab etmişdir. Belə ki, şahid ifadələri və cavabdehin izahatı biri-biriləri ilə məntiqi uzlaşır.
33. Tərəflərin birgə nikahından doğulmuş uşağı Fidan Kərimova bildirmişdir ki, 2013-cü ildə atası ilə anası boşanmışdır. Boşanmaqlarına baxmayaraq, anası ilə o, sözügedən evdə qalırdı. Atası 2013-cü ildən o evdən çıxıb. Atası evdən getməmişdən qabaq ev 2 mərtəbəli, 9 otaq boş sadə ev idi. Sadəcə bir otaqda suvaq var idi, tam təmirli deyildi. Amma atası gedəndə 2-ci mərtəbəsi də tikilmişdi, təmiri yox idi. Atası gedəndən sonra otaqları anası ilə düzəltməyə başlamış, qapıları qoydurmuş, tavanı düzəltdirmiş, həyətdə yer düzəltmiş, tualet və hamamı düzəltmişlər. Atası onlara heç bir kömək etməyib, heç onun alimentini normal ödəməyib, sonralar atası ilə əlaqəsi olmayıb. Atası evin onun adına keçirilməsini də istəmişdi, anası ona bunu məhkəmə edəcəksə razı olacağını bildirmişdi. 2009-cu ildən ora köçmüşlər. 2007-ci ildə “Vosmoyda” qalırdılar. Nənəsigildə qalanda o ev tikilirdi. Bütün qonşular şahiddir. Evdə qaz, su, işıq kimi ödənişlər atasının adındadır, amma ödənişlərini onlar etmişlər. Pəncərələrin ikisinin arxada reşotkası var, qabaqdakıların yoxdur. Pəncərələri də anası alıb. Dayısı anasının bağını satıb onun puluna pəncərələri, sement və tokları alıbdır.
34. Göründüyü kimi, F.Kərimova ifadəsində hələ əvvəlki mənzildə yaşadıqları dövrdə hazırki mübahisəli evin tikildiyini, evin tikintisini başa çatmağında cavabdehin iştirakını və vəsait cəlb etdiyini bildirir. Qeyd edilən ifadə şahid tərəfindən birinci instansiya məhkəməsində verilmiş, iddiaçı tərəf isə həm bu, həm də digər şahidlərin ifadəsini təkzib edən hər hansı sübut təqdim etməmişdir.
35. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahidlər qonşu, usta və evin sənədləşməsində iştirak edən şəxslər olmuşlar.
36. Şahidlərin ifadəsi ilə müəyyən olunur ki, evin təmiri – yaşayış üçün yararlı hala gətirilməsi və sənədləşmə işlərinin aparılması yalnız cavabdeh tərəfindən həyata keçirilmişdir. Şahidlərin heç biri daha əvvəl iddiaçını tanımamış, həmin evdə görməmişlər.
37. Göründüyü kimi şahid ifadələri ilə evin cavabdehin birbaşa iştirakı ilə tikilməsi halı sübut olunur.
38. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan torpaq sahəsində birgə nikah dövründə tikilmiş, qeydiyyata alınmamışdır.
39. Qanunun tələbinə görə birgə nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın birgə vəsaiti hesabına əldə olunması ehtimal olunur və bunun əksini sübut etmək yükü onu iddia edənin üzərinə düşür.
40. Iddiaçı mübahisəli evi şəxsi vəsiti hesabına tikib təmir etdiyini bildirsə də, buna dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Əksinə, cavabdehin təqdim etdiyi sübutlarla müəyyən olunur ki, torpaq sahəsi iddiaçının vəsiti hesabına alınsa da, yaşayış evinin tikintisi və təmiri birgə vəsait hesabına həyata keçirilmişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin */**** nömrəli ## #### 2024-cü il tarixli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarında göstərilmişdir ki, fərdi yaşayış evi özbaşına tikili olsa belə, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.
42. Göründüyü kimi, mübahisəli ev özbaşına tikili olsa da, fiziki obyekt olaraq özündə ərarvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir və həmin ev münasibətdə tərəflərdən hər hansı birinin digərinə münasibətdə üstünlük hüququ yoxdur, ona görə də iddiaçı təkcə torpaq sahəsinin mülkiyyətçisi olması əsası ilə hazırkı iddia tələbini irəli sürə bilməz.
43. Qeyd edilənləri nəzərə alan kollegiya hesab etmişdir ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və torpaq sahəsindən çıxarılması tələbi əsassızdır.
44. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin III hissəsinə, 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 180.1, 180.3, 225.1, 225.2, 225.4-cü maddələrinə,Azərbaycan Respublikası Ailə Məcəlləsi 31.1, 31.2, 32.1, 32.2.2, 35-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 62.1, 77.1, 88, 384.0.2, 385.1.4 və 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
45.
46. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillər ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ## ###### 1999-cu il tarixdə nikah bağlanmış, həmin nikah ##.##.2013-cü il il tarixdə ləğv edilmişdir. Birgə nikahdan öncə, yəni ##.##.1993-cü il tarixli orderə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 65, ** saylı mənzil ilkin olaraq ##.##.2005-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 49126 manata özgəninkiləşdirilmişdir. Həmin pulla İddiaçı ##.##.2007-ci il tarixdə ünvan 2 saylı ünvanda yerləşən ümumi ölçüsü 0.12 ha olan torpaq sahəsini 10144.80 manata almışdır. ##.##.2008-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 0.06 ha ölçülü torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 2008-ci ilin yanvar ayında həmin torpaq sahəsi boş sahə olmuş, birgə nikah dövründə 2008-2009-cu illərdə fərdi yaşayış evi tikilmişdir. Ev daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməmişdir. 2009-cu ilin yanvar ayında həmin 0.06 ha ölçülü torpaq sahəsində damı vurulmuş fərdi yaşayış evi mövcud olmuş və tərəflər ailəlikcə köçərək birlikdə yaşamışlar. Cavabdeh 2013-cü ildə nikahları pozulduqdan sonra da orada yaşamış, nikahları pozulduqdan sonra həmin evdən çıxmış Pərviz bir müddət Rusiyada yaşamış, 2017-ci il tarixdə eskiz layihəsinə əsasən 0.06 ha torpaq sahəsində tikilmiş bir mərtəbə+mansardlı fərdi evin tikinti sahəsi 196.20 kv.m olub. Nikahları pozulduqdan sonra cavabdeh öz vəsaiti hesabına həmin evdə müəyyən təmir-tikinti işləri aparmışdır. Hazırda həmin evdə uşağı və cavabdeh yaşayır. Iddiaçı tərəfindən kifayət qədər sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin halları nəzərə almamış iddiaçının ziyanına qətnamə qəbul etmişdir. Bu isə iddiaçının əsassız olaraq öz mülkiyyətindən məhrum olması deməkdir.
47. Iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə cavabdehin və onun tərəfindən tanınan şəxslərin şahid qismində verdiyi izahatları əsas götürərək cavabdehin apellyasiya şikayətini təmin etmişdir. Birinci instansiya məhkəməsi zamanı videoçəkilişlərə baxılsa, aydın görünüb ki, şahidlər ilə cavabdeh bir-birini tanıyan şəxslərdir. Təkcə şahid ifadələrinə istinad edərək qətnamə qəbul edilməsi düzgün deyildir. Məhkəmə şahid ifadələrini digər sübutlarla birlikdə qiymətləndirərək yekun nəticəyə gəlməli idi. Yəni şahidlərin və cavabdehin bildirdikləri digər sübutlarla təsdiq edilməli idi. Ancaq məhkəmə, cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyi halda, onun verdiyi izahatı və tanıdığı şəxslərin şahid ifadələrini əsas gətirərək şikayəti təmin etmiş, bununla da iddiaçını maddi cəhətdən ağır vəziyyətə salmışdır.
48. Məhkəmə qətnaməsində qeyd edib ki cavabdeh tərəfindən evin yaxşılaşdırılması ilə bağlı işlər görülmüş və kommunal xərclər onun tərəfindən ödənilmişdir. Əgər evin yaxşılaşdırılması cavabdeh tərəfindən edilmişdirsə bununla bağlı heçbir foto və video çəkiliş təqdim edilməmişdir. Bundan başqa hazırda qazdan istifadəyə görə cavabdehin 3017,03 manat borcu yaranmışdır. Şahid ifadələri və cavabdehin izahatı ilə təsdiq edilib ki cavabdeh tərəfindən evin yaxşılaşdırılmasına xərc çəkilməmişdir. Evin yaxşılaşdırılması üçün xərc çəkilmiş olsada belə bunlar birgə nikah dövründən sonraya təsadüf edir ki, istənilə şəxs kirayədə yaşadığı mənzildədə şəxsi ehtiyacları üçün xərclər çəkir.
49. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1, 152.5, 157.2, 157.4, 180.1, 180.3, 225.1, 225.2, 225.4-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 35-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 62.1, 77.1, 88, 384.0.2, 418.1. 418.2-ci maddələrinə istinad etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
50. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası:
51. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
52. Maddə 29. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
53. Maddə 43. İ . Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
54. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
55. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
56. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
57. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
58. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
59. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
60. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
61. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
62. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
63. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
64. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
65. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
66. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
67. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
78. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir və həmin ev münasibətdə tərəflərdən hər hansı birinin digərinə münasibətdə üstünlük hüququ yoxdur, ona görə də iddiaçı təkcə torpaq sahəsinin mülkiyyətçisi olması əsası ilə hazırkı iddia tələbini irəli sürə bilməz. Qeyd edilənləri nəzərə alan apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və torpaq sahəsindən çıxarılması tələbi əsassızdır.
81. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətlərinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
83. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.