Məhkəmə qərarları › İş №e-2(3-10)-507/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-507/2026

20.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-507/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Bələdiyyəsi cəlb edilməklə gəmilərin yanalma limanından (dayanacağından) çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: “gəmilərin yanalma limanından (dayanacağından) çıxarılma” tələbinə dair, rədd Hakimlər X16 (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Bələdiyyəsi cəlb edilməklə gəmilərin yanalma limanından (dayanacağından) çıxarılma tələbinə dair iddiası üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı gəmilərin yanalma limanından çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 ona məxsus Mingəçevir şəhəri, M.Hüseynzadə adına Sahil bağında yerləşən gəmi və qayıqların yanalma limanından məcburi qaydada çıxarılması və və yanalma limanından 12 metr zəbt etdiyini nəzərə alaraq ##.##.2024-cü ildən başlayaraq cavabdeh2 hər ay üçün 400 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh1 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdeh cavabdeh1 hər hansı tələblərinin olmadığını və onun cavabdeh siyahısından çıxarılmasını xahiş etmişdir

2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri, Mehdi Hüseynzadə adına Sahil bağında yerləşən gəmi və qayıqların yanalma limanı (dayanacağı) 15 il müddətinə onun istifadəsinə və sərəncamına verilmişdir. Sözügedən limana dair Mingəçevir Şəhər Bələdiyyəsi və Fövqəladə Hallar Nazirliyinin X33 və X10 Xidmətindən müvafiq müqavilə və icazələri var. Sözügedən dövlət orqanları tərəfindən Sahil parkında yerləşən gəmi və qayıqların yanalma limanı (dayanacağı) onun icarəsində olmasına razılıq verilmiş və o sözügedən limanı subicarə kimi gəmi və qayıqlara icarəyə verir. Bununla əlaqədar qanunvericiliklə bütün vergi və xidmət haqları tərəfindən ödənilməsinə baxmayaraq cavabdeh ona məxsus limanda öz gəmi və qayıqlarını saxlamaqla ona heç bir ödəniş etməmişdir. Onun mülkiyyət hüquqları kobud surətdə pozulmaqla cavabdeh tərəfindən qərəzli hərəkətlər edilir. Cavabdeh ona məxsus limandan qanunsuz istifadə etməklə onun öz mülkiyyətindən istifadə etməsinə imkan vermir. Sözügedən hadisə nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Cavabdehin sözügedən liman ilə əlaqədar heç bir hüququ yoxdur. Cavabdeh ona bu və ya digər formada maneələr yaratmaqla mülkiyyətindən lazımi qaydada istifadə etməyə imkan vermir. Mülkiyyət hüquqları cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Ona məxsus yanalma limanından 12 metr hissə cavabdeh tərəfindən zəbt edilmişdir. Bununla bağlı sübutları var. Bu səbəbdən də yanalma limanının 6 metrinin 200 manata icarəyə verilməsini nəzərə alaraq cavabdehdən hər ay üçün 400 manat tələb etdiyini qeyd etmişdir. ##.##.2024- cü ildən başlayaraq cavabdehdən hər ay üçün 400 manat tutulması lazımdır.

3. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddia tələbi qismən təmin edilmiş, İddiaçı sahibliyində olan Mingəçevir şəhəri, Mehdi Hüseynzadə adına Sahil bağında yerləşən gəmi və qayıqların yanalma körpüsündən (dayanacağından) cavabdeh cavabdeh2 və ona məxsus gəmi məcburi qaydada çıxarılması, cavabdeh cavabdeh2 gəmi və qayıqların yanalma körpüsündən (dayanacağından) 240 kv.m qanunsuz istifadə edilməsinə görə 3200 (üç min iki yüz) manat pulun tutularaq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 159, 164.1, 164.2, 165.1, 166.3, 389.1, 390.1, 390.3, 417, 700.1-ci maddələrinə, X34 Edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 2.1, 2.2, 6.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin ## ##### 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X10 Xidməti haqqında Əsasnamənin 1.1, 3.0, 3.0.11-ci maddələrinə, Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2002-ci il tarixli *** saylı qərarına istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2025-ci il tarixli 1902173273 №li mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh X40 qarşı iddia tələbi qismən təmin edilmiş, İddiaçı sahibliyində olan Mingəçevir şəhəri, Mehdi Hüseynzadə adına Sahil bağında yerləşən gəmi və qayıqların yanalma limanının (dayanacağının) 400 kv/metr hissəsindən cavabdeh X40 və ona məxsus gəmi və qayıqların məcburi qaydada çıxarılması qət edilmişdir ##.##.2024-cü il tarixdə verilmiş 7707286 №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ##.##.2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Mingəçevir Şəhər Bələdiyyəsinin ##.##.2022-ci il tarixli 07/11 №li qərarından görünür ki, əhalinin Sahil parkında istirahətinin yaxşılaşdırmaq məqsədilə Kür çayının kənarında sahibkarlar tərəfindən tikilmiş gəmilərin yanalma limanının ianə olaraq bələdiyyənin balansına keçirilməsi, limanın Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, ev 5, mənzil 28-də yaşayan İddiaçı 15 il müddətinə icarəyə verilməsi və onunla icarə müqaviləsi bağlanması qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2022-ci il tarixli 46 №li torpaq icarəsi müqaviləsindən görünür ki, “Icarəyəverən” Mingəçevir Bələdiyyəsi sahəsi 400 kv.m. olan gəmi dayanacağı, ona aid torpaq və su sahəsini gəmi və qayıqların müvəqqəti yanalma dayanacağı üçün 15 il müddətinə “Icarəçi” İddiaçı verilməsi barədə müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X10 Xidmətinin ##.##.2024-cü il tarixli Mingəçevir Bələdiyyəsinin məktubuna cavabından görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il ## ##### tarixli **** nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X10 Xidməti haqqında Əsasnamə”nin 3.0.13 yarımbəndinə əsasən Azərbaycan Respublikası, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus Mingəçevir şəhər, Kür çayının sol sahilində yerləşən körpü ##.##.2024-cü il tarixində Xidmətin Kiçikhəcmli Gəmilərə və X11 şöbəsinin “Baza və körpülərin uçotu” jurnalında müvafiq qaydada uçota alınmışdır. Elektron Informasiya sistemindən sorğulanmış məlumatdan görünür ki, İddiaçı ekskursiya, gəzinti və turist gəmilərinin xidmətləri fəaliyyət istiqamətində kiçik həcmli qayıqlar üçün dayanacaq fəaliyyət obyektində 2005189112 nömrə ilə ##.##.2018-ci il tarixdə VÖEN verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, 106 №li qərarı ilə təsdiq edilmiş “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının siyahısı”ndan görünür ki, ünvan 2 ünvanında olan M.Hüseynzadə adına “Sahil” bağı Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. ##.##.2024-cü il tarixli **/** saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X12 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X12 məxsus AAA6300 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün K sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 600 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. ##.##.2024-cü il tarixli **/** saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X8 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X8 məxsus ACA4168 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün N sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. ##.##.2024-cü il tarixli **/** saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X13 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X13 məxsus ABA1399 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün M sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 300 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. ##.##.2024-cü il tarixli **/** saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X13 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X13 məxsus ACA4194 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün L sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. ##.##.2024-cü il tarixli **/** saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X14 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X14 məxsus AMA5165 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün K sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. ##.##.2024-cü il tarixli **/** saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X3 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X3 məxsus AMA5089 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün K sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır ##.##.2024-cü il tarixli **/** saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X4 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X4 məxsus AAA6302 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün F sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. ##.##.2024-cü il tarixli **/** saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X2 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X2 məxsus AAA6278 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün K sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. ##.##.2024-cü il tarixli **/** saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X5 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X5 məxsus ACA4026 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün D sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. ##.##.2024-cü il tarixli **/** saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X19 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X19 məxsus ABA1487 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün C sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır.

6. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı atası X6 özünə məxsus Migəçevir şəhərində Kür çayı sahilində saxladığı “Ish fısh" adlı gəmisini ##.##.2024cü il tarixində “nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilə” ilə iş üzrə cavabdeh X7 70 000 manata satmışdır. Gəmini alan X7 həmin gəmini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda XilasetməDövlət Xidmətində qeydiyyta aldıraraq ona AA****** nömrəli Texniki talon və AA***** nömrəli Gəmi Bileti əldə etmişdir. AlahverdiyevFazil Əli oğlu “Ish fısh" adlı gəmisini ##.##.2024-cü il tarixli etibarnamə ilə oğlu X9 idarə etməyə vermişdir. Gəmi alındıqdan bir müddət sonra iddiaçı İddiaçı cavabdeh X7 ilə gəminin dayanması yeri ilə bağlı mübahisəyə başlamışdır. Nəticədə iddiaçı İddiaçı cavabdeh X7qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh2 ona məxsus Mingəçevir şəhəri, M.Hüseynzadə adına Sahil bağında yerləşəngəmi və qayıqların yanalma limanından məcburi qaydada çıxarılması və və yanalma limanından 12 metr zəbt etdiyini nəzərə alaraq ##.##.2024-cü ildən başlayaraq cavabdeh2 hər ay üçün 400 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iş materialarından göründüyü kimi, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, gəmi və qayıqların yan-alma limanı (dayanacağı) Mingəçevir şəhər Bələdiyyəsinə məxsusdur. Mingəçevir şəhər Bələdiyyəsi həmin liman ərazisini 2022-ci ildə ona 15 illik müddətinə icrayə vermişdir. Bununla bağlı Mingəçevir şəhər bələdiyyəsi ilə aralarında ##.##.2022-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. O sözügedən limanı subicarə kimi gəmi və qayıqlara icarəyə verdiyini bildirmiş və cavabdeh şəxsin bu şərtlərə razılaşmadığını qeyd etmişdir. Məhz buna görə də sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun tələbinə baxılaraq iddiası qismən təmin edilmişdir. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçının həmin liman ərazisi üzrə icra müqaviləsi mövcuddur. Cavabdeh həmin limandan ödənişsiz istifadə edir. Iddiaçı dayanacağın hər 3 metrini 100 manata digər şəxslərə icarəyə verir. Cavabdehin istifadə etdiyi gəminin uzunluğu 12 metr olmasını nəzərə alaraq hər ay üçün 400 manat pulun onun xeyrinə tutulması qismən təmin edir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmırlar və hesab edirik ki, iddia tələbi rədd edilməlidir. Birinci növbədə iddiaçı ilə bələdiyyə arasında bağlanmış icarə müqaviləsinin qanuniliyi məsələsinə toxunmaq istəyir. Iş materialarından göründüyü kimi, gəminin dayandığı ərazi olan, yan-alma körpüsü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində ##.##.2024-cü ildə qeydə alınıb. Lakin Mingəçevir şəhər Bələdiyyəsi həmin yan-alma körpüsünü, su hövzəsini və yan-alma körpüsünün bitişik torpaq sahəsini ##.##.2022-ci il ** nömrəli müqavilə ilə fiziki şəxs İddiaçı icarəyə vermişdir. Göründüyü kimi, Mingəçevir Bələdiyyəsi gəmilərin yan-alma körpüsünü icarəyə verərkən həmin yan-alma körpüsü qeydiyyata alınmamışdır. Belə çıxır ki, Mingəçevir Bələdiyyəsi özünə aid olmayan, mülkiyətində olmayan bir əmlakı iddiaçıya icarəyə verməklə qanun pozuntsuna yol vermişdir. Azərbaycan Respublikasının Konstitutiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli plenum qərarında Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edərək qeyd etmişdir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli **/**** nömrəli “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Qərardadına əsasən;- məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən etməlidir. Bundan başqa Kür çayı (suhövzəsi) Bələdiyyə mülkiyyətində ola bilməz. Bu Dövlət mülkiyətidir. Icarə Müqaviləsinin 1.1-ci bəndində isə 400 kv.m gəmi dayancağı, ona aid torpaq sahəsi və su sahəsi icarəyə verilmişdir. Belə çıxır ki, Mingəçevir şəhər Bələdiyyəsi dövlət mülkiyyəti sayılan su hövzəsini də icrarəyə verməklə qanunsuzluğa yol vermişdir. Eyni zamanda gəmi dayanacağına bitişik torpaq sahəsini hərrac keçirmədən Bələdiyyə həmin şəxsə icarəyə vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bütün bu yuxarıda qeyd etdiklərindən göründüyükimi, Mingəçevir şəhər Bələdiyyəsi Kür çayının liman ərazisini və gəmilərin dayandığı sahili əsassız iddiaçıya icarəyə verməklə qanun pozuntusuna yol vermişdir. Iddia üzrə ikinci tələb yanalma limanın zəbt etdiyini nəzərə alaraq ##.##.2024-cü ildən başlayaraq cavabdehdən hər ay üçün 400 manat tutulması olmuşdur. Məhkəmə həmin hissədə iddianı qismən təmin edərək cavabdehin istifadə etdiyi gəminin uzunluğu 12 metr olmasını nəzərə alaraq ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər 1600 manat, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər 1600 manat olmaqla, cəmi 3200 manat pulun tutulmasını qət etmişdir. Məhkəmə əsaslandırmasında belə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi olan oğlu məhkəmə iclasında 2024-cü ilin aprel ayından öz gəmisini iddiaçıya məxsus limanda saxladığını bildirmişdir. Iddiaçının digər icarəçilərlə bağladığı müqavilələrdən dayanacağın may ayından avqust ayının sonunadək icarəyə haqqı verildiyini nəzərə alaraq tələbi qismən təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, icarə müqaviləsi könüllü bağlanan müqavilədir. Bir tərəf digərini məcburi müqavilə bağlamağa məcbur edə bilməz. Digər tərəfdən 2024-cü ilin aprel ayından bu dövrə kimi cavabdeh tərəfindən zəbt edilmiş əraziyə görə hər ay üçün 400 manat tutulması məsələsi ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı ilk növbədə ona ziyan dəyməsini sübut etməyə borcludur. Iddiaçı iş materialarına bir neçə gəmi sahibləri ilə bağladığı müqavilələri təqdim etmişdir. Həmin müqavilələrin olması iddiaçının bu gəmiyə görə ziyan görməsinə səbəb olmur. Kür çayı ərazisində olan həmin yan-alma limanında cavabdehin gəmisinin dayanması nəticəsində başqa bir gəminin dayana bilməməsi və nəticədə iddiaçının müqavilə bağlamaq imkanının əldən çıxması məsələsi araşdırılmalı və belə bir hal baş verməmişdirsə cavabdehin maddi məsuliyyəti aradan qalxmalıdır. Iş materiallarında cavabdehin gəmisinin həmin yan-alma limanında hansı müddətdə dayanması sübut olunmur. Cavabdeh şəxsin nümayəndəsinin yay ayında orda dayandığını deməsinə görə məhkəmə iddianı qismən təmin etmişdir. Bu da qeyri müəyyəndir. Bundan başqa göründüyü kimi gəminin alqı-satqısı ##.##.2024-cü il tarixində baş tutmuşdur. Mülkiyyətçi gəmini harda görərək əldə edib ? – Həmin yan-alma limanında görmüş və almışdır. Aldıqdan sonra qeydiyyatdan keçirmişdir. Gəmi sahibi ilə danışıqlar zamanı, yəni alqı-satqı zamanı gəminin həmin ərazidən mütləq şəkildə götürülməsi, istifadə qaydaları şərtləndirilməmişdir. Əslində belə baxılanda görünür ki, gəminin alqı-satqısı zamanı iddiaçının atası cavabdeh tərəfi aldatmışdır. Əvvəl gəmini satırlar. Bir müddətdən sonra isə istifadəyə görə icarə haqqı tələb edirlər. Bu da onların əsassız varlanmasına səbəb olur.

8. Odur ki, Mingəçevir şəhər məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsini ləğv edilməsini, iddiaçı İddiaçı cavabdeh X7 qarşı iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı İddiaçı və cavabdeh cavabdeh2, cavabdehin nümayəndəsi X15 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Bələdiyyəsinin nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

17. Insan Hüquqlarının və X24 X30: Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Maddə 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Maddə 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

19. Azərbaycan Respublikası Su Məcəlləsinin: Maddə 5. Azərbaycan Respublikasının daxili suları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (su obyektləri) Azərbaycan Respublikasının su fondunu təşkil edir. Təbiətdə yerləşməsinə, fiziki-coğrafi, inzibati-ərazi xüsusiyyətlərinə və digər əlamətlərinə görə Azərbaycan Respublikasının su fondu yerüstü, yeraltı, sərhəd su obyektlərindən və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən ibarətdir. Maddə 6. Yerüstü su obyektlərinə yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri daxildir. Yerüstü su obyektləri onların yerüstü su hissəsindən, yatağından, dibindən və sahilindən ibarətdir. Yerüstü su obyektləri çoxtəyinatlı əhəmiyyətə malikdir, eyni vaxtda bir və ya bir neçə məqsəd üçün istifadə edilə bilər.

20. X34 Edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. Istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

21. Azərbaycan Respublikası Prezidentinin ## ##### 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X10 Xidməti haqqında Əsasnamə: 1.1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X10 Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarında (bundan sonra — sututarlarda) kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin (bundan sonra — bazalar) təhlükəsiz istismarına texniki nəzarəti, çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, habelə dalğıcaxtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır. 3.0. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. kiçikhəcmli gəmilərdən və onların dayanacaq bazalarından istifadə qaydalarına əməl olunmasına nəzarət edir, həmin qaydaların, üzmə təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə aid digər norma və tələblərin pozulmasının aşkar edilməsi və qarşısının alınması üçün tədbirlər görür;

22. Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2002-ci il tarixli *** saylı qərarı: Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının SiyahısıSıra №-si 56, verilən əmlakın adı Mingəçevir şəhəri, M.Hüseynzadə adına Sahil bağı, Balans sahibi- Şəhər Mədəniyyət şöbəsi, Bələdiyyənin adı- Mingəçevir şəhər bələdiyyəsi

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

27. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

28. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. Cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili vəkil1 Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Baxılan işdə iddiaçı irəli sürdüyü tələbi onunla əsaslandırır ki, gəmi və qayıqların yanalma limanı Mingəçevir Bələdiyyəsinə məxsusdur. Mingəçevir Bələdiyyəsi həmin liman ərazisini 2022-ci ildə ona 15 illik müddətinə icarəyə vermişdir. Bununla bağlı Mingəçevir şəhər bələdiyyəsi ilə aralarında ##.##.2022-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Sözügedən limanı subicarə kimi gəmi və qayıqlara icarəyə verdiyini bildirmiş və cavabdeh şəxsin bu şərtlərə razılaşmadığını qeyd etmişdir. Məhz buna görə də sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

31. Bu halı nəzərə alan birinci instansiyası məhkəməsi hesab etmişdir ki, körpüdayanacaq-liman qanuni əsaslarla iddiaçının sahibliyinə və istifadəsinə verildiyindən, cavabdeh isə hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus gəmi və qayıqların yanalma limanından (dayanacağından) istifadə etdiyindən və çıxmadığından, iddiaçının sahibliyində və istifadəsində olan dayanacağa sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla sahiblik hüququnu pozmuşdur. Iddianın qismən təmin edilməsinin əsası kimi Mülki Məcəllənin 164-166 və 700.1-ci maddələrinə istinad olunmuşdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

33. Belə ki, məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn "da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.

35. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır. 36 Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən ilk növbədə məhkəmə iclasında tədqiq edilmiş sübütlarla iddiaçının hazırkı iddianı verməsi üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməli idi.

37. Işdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, 106 №li qərarı ilə təsdiq edilmiş “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının siyahısı”ndan görünür ki, ünvan 2 ünvanında olan M.Hüseynzadə adına “Sahil” bağı Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə verilmişdir.

38. Işdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X10 Xidmətinin ##.##.2024-cü il tarixli Mingəçevir Bələdiyyəsinin məktubuna cavabından görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il ## ##### tarixli **** nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X10 Xidməti haqqında Əsasnamə”nin 3.0.13 yarımbəndinə əsasən Azərbaycan Respublikası, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus Mingəçevir şəhər, Kür çayının sol sahilində yerləşən körpü ##.##.2024-cü il tarixində Xidmətin Kiçikhəcmli Gəmilərə və X11 şöbəsinin “Baza və körpülərin uçotu” jurnalında müvafiq qaydada uçota alınmışdır.

39. Lakin Mingəçevir Bələdiyyəsi həmin yan-alma körpüsünü, suhövzəsini və yan-alma körpüsünün bitişik torpaq sahəsini ##.##.2022-ci il ** nömrəli müqavilə ilə fiziki şəxs İddiaçı icarəyə vermişdir. Göründüyü kimi, Mingəçevir Bələdiyyəsi gəmilərin yan-alma körpüsünü icarəyə verərkən həmin yan-alma körpüsü qeydiyyata alınmamışdır.

40. Işdə olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2022-ci il tarixli 46 №li torpaq icarəsi müqaviləsindən görünür ki, “Icarəyəverən” Mingəçevir Bələdiyyəsi sahəsi 400 kv.m. olan gəmi dayanacağı, ona aid torpaq və su sahəsini gəmi və qayıqların müvəqqəti yanalma dayanacağı üçün 15 il müddətinə “Icarəçi” İddiaçı verilməsi barədə müqavilə imzalanmışdır.

41. Göründüyü kimi, Mingəçevir Bələdiyyəsi hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadan, liman ərazisi torpağın icarəsi üzrə hərrac keçirilməsi üzrə prosedurlara riayət etmədən ərazini fiziki şəxsə icarəyə vermişdir.

42. Azərbaycan Respublikası Su Məcəlləsinin 12-ci maddəsinə əsasən dövlət mülkiyyətində aşağıdakı su obyektləri saxlanılır: Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi; sərhəd su obyektləri; dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri; xüsusi qorunan su obyektləri. Dövlət mülkiyyətində olan su obyektləri qanunvericilikdə müəyyən edilmiş qaydada istifadəyə, icarəyə və bələdiyyə mülkiyyətinə verilə bilər. Dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

43. Kür çayının su hövzəsi dövlət mülkiyyətidir. Mingəçevir Bələdiyyəsi isə subyektiv hüququ olmadan dövlət mülkiyyətində olan su hövzəsini icarəyə vermişdir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

45. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübütlarla iddiaçının hazırkı iddianı verməsi üçün subyektiv hüququnun olduğu müəyyən edilməmişdir.

46. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir Bələdiyyəsi cəlb edilməklə) cavabdehin iddiaçıya məxsus Mingəçevir şəhəri, M.Hüseynzadə adına Sahil bağında yerləşən gəmi və qayıqların yanalma limanından məcburi qaydada çıxarılması və yanalma limanından 12 metr zəbt etdiyini nəzərə alaraq ##.##.2024cü ildən başlayaraq cavabdeh2 hər ay üçün 400 manat tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar