Məhkəmə qərarları › İş №2(3-7)-764/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-764/2026

17.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-764/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğludan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlaka payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 04 15 ****** nömrəli Rusiya Federasiyası vətəndaşının pasportunun tərcüməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı yaşayış yeri ##.##.2006-cı il tarixdən Krasnoyarsk diyarı, Krasnoyarsk şəhəri, Akademik Kirenski küçəsi, ev 56, mənzil 60 ünvanına qeydiyyata alınmışdır.

2. AZB ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1971-ci ildə Gəncə (Kirovabad) şəhərində anadan olmuş İddiaçı ata qrafasında X2, ana qrafasında X10 qeyd olunmuşdur.

3. III-BA ****** nömrəli ölüm haqqında şəhadətnamənin tərcüməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı X2 ##.##.2023-cü ildə Rusiya Federasiyası, Krasnoyarsk diyarı, Krasnoyarsk şəhərində ölmüşdür.

4. II-JQ ****** nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X10 nikahları ##.##.1995- ci ildə pozulmuşdur.

5. * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**IS/******-** nömrəli arayışın surətindən görünür ki, ##.##.2023-cü ildə vəfat etmiş X2 ailə tərkibi oğlu X1 (##.##.1967-##.##.2013-cü ildə vəfat etmişdir) və İddiaçı (##.##.1971) ibarətdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 1V ünvanında yerləşən ** nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla X2 adına rəsmi reyestrdə qeydə alınmışdır. (qeydiyyat tarixi-##.##.2025, qeydiyyat nömrəsi**********, reyestr nömrəsi- 200011005811-05101-******)

7. * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ##.##.2026-cı il tarixli, ** saylı məktubundan görünür ki, mirası qəbul etməsi müddətini keçirdiyi üçün ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

8. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, vətəndaş X2 barəsində * saylı Gəncə Regional ASAN Xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arxivində akt qeydi aşkar edilməmişdir.

9. Məhkəmə kollegiyasının sorğusu əsasında Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 1V ünvanında yerləşən ** nömrəli mənzilin hansı əsasla sənədləşdirilməsi dair arxiv sənədlərinin (hüquqi və texniki sənədlər) təsdiq edilmiş surətləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsindən əldə edilmiş və iş materiallarına əlavə edilmişdir. Məktubda qeyd olunmuşdur ki, *** nömrəli orderə, Gəncə şəhəri İHB MKTİB-nın ##.##.2025-ci il tarixli ** nömrəli arayışına, AR DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2025-ci il tarixli ******* nömrəli arayışına, Gəncə şəhər * saylı Notariat ofisinin Xüsusi notariusu tərəfindən ##.##.2025-ci il tarixdə 8İ-5676 reyestr nömrə ilə təsdiq edilmiş razılıq ərizəsinə və * saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli **** nömrəli məktubuna əsasən, ünvan 2-ə dair X2 adına ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, 200011005811-05101-****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən arayış verilmişdir.

10. Məhkəmə kollegiyasının sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsindən əldə edilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 1V ünvanında yerləşən ** saylı mənzil dair X2 adına (xüsusimülkiyyət hüququ) ## ###### 2025-ci il tarixli, 200011005811-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilmişdir.

11. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Başçısının * saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ##.##.2026-cı il tarixli, *-*-*/*-***/**** saylı məktubundan görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 1V ünvanında yerləşən ** nömrəli mənzildə 2020-2025-ci illər ərzində kimlərin yaşaması barədə məlumat yoxdur.

12. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş “Azəriqaz” İB-nin ##.##.2026-cı il tarixli, **-*-*/*-****/**** saylı məktubundan görünür ki, ünvan 3 ünvanı üzrə X15 İnformasiya Sistemində (AGİS) ##.##.2010-cu il tarixdə *************** nömrəli abonent kodu açılaraq qeydiyyata alınmışdır. Abonent məlumatlarına əsasən qeyd olunan ünvan üzrə təbii qazdan ##.##.2010-cu il tarixdən ##.##.2023-cü il tarixədək Almaz Musayeva adlı abonent istifadə etmiş, bundan sonra ##.##.2023-cü il tarixdə X6 Qaz İstismarı İdarəsinin Gəncə Xidmət Sahəsində təbii qazdan istifadəyə görə Almaz Babayeva ilə Birliyin Gəncə RQİİ arasında XS-**-*****/** nömrəli yeni alqı-satqı müqaviləsi bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı İddiaçı cavabdeh * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə tam olaraq miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum atası X2 adınadır. Atası ## ###### 2023-cü il tarixində vəfat etmişdir. Atası ilə anası 1995-cı ildə boşanmışdır. Ailədə 2 övlad olmuşdurlar. O və mərhum qardaşı X1. Qardaşı X1 atasından əvvəl, yəni ## ###### 2013-cü il tarixində vəfat etmişdir. Onun ölümündən sonra mirası və vərəsəsi qalmamışdır. Atasının sağlığından ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili o idarə etmiş və bu gün də idarə edir. Yəni miras əmlak faktiki olaraq yalnız onun tərəfindən qəbul edilmişdir. Lakin notariat ofisində tamamilə əsassız olaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Buna görə də atasından qalmış miras əmlaka tam olaraq payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mirasın faktiki qəbul edilməsi üçün vərəsə miras əmlakı faktiki surətdə idarə etməli və ya mirasa yiyələnməlidir. Lakin iddiaçı öz tələbinin əsası kimi, yəni mənzili idarə etməsini, eləcə də miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

17. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1159 və 1243-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

18. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum atası X2 adınadır. Atası ## ###### 2023-cü il tarixində vəfat etmişdir. Atası ilə anası 1995-cı ildə boşanmışdır. Ailədə 2 övlad olmuşdurlar. O və mərhum qardaşı X1. Qardaşı X1 atasından əvvəl, yəni ## ###### 2013-cü il tarixində vəfat etmişdir. Onun ölümündən sonra mirası və vərəsəsi qalmamışdır. Atasının sağlığından ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili o idarə etmiş və bu gün də idarə edir. Yəni miras əmlak faktiki olaraq yalnız onun tərəfindən qəbul edilmişdir. Lakin notariat ofisində tamamilə əsassız olaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Buna görə də atasından qalmış miras əmlaka tam olaraq payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddiaçının həmin evdə təmir işləri apardığını araşdırmamış, qonşular və evdə işləyən usta şahid olaraq çağırılmamış, dindirilməmiş və ifadələri alınmamışdır. Birinci instansiyada hüquqi yardım almadığı və hüquqları izah edilmədiyi üçün şahidləri dəvət edə biləcəyi barədə vəsatət vermək hüququnun olduğunu bilməmişdir. Onların ifadəsi iş üçün həlledici əhəmiyyət kəsb edir. Hesab etmişlər ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Məhkəmə mövqeyinə görə, mirasın faktiki qəbul edilməsi üçün vərəsə miras əmlakı faktiki surətdə idarə etməli və ya mirasa yiyələnməlidir, lakin iddiaçı öz tələbinin əsası kimi, yəni mənzili idarə etməsini, eləcə də miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, miras atasından miras qalmışdır. Atası 2023-cü ildə vəfat etmişdir. Qardaşı var idi. Lakin qardaşı atasında əvvəl vəfat etmişdir. Qardaşı evlənməmişdir və uşaqları yox idi.

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçi Rusiya Federasiya vətəndaşıdır və orda yaşayır. Mübahisəli ev ünvan 4 ünvanında yerləşir. 2 otaqlı bina evidir. Mübahisəli ev Cuma Musayevin adınadır. Halhazırda həmin evdə o, yaşayır. Cuma Musayev ilə birgə nikahdan 2 uşaq anadan olmuşdur. Şahin Musayev adlı oğlu 2013-cü ilin oktyabr ayında vəfat etmişdir və ailəsi olmamışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, mübahisə predmeti olan evi onlar 1967-ci ildə tikmişlər. Order ilə evi onlara vermişlər. Cuma Musayev ilə ayrıldıqdan sonra o Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. Ev onlara verilən zaman bir uşağı var idi. O, Cuma Musayev ilə boşanmışdı deyə evi onun adına rəsmiləşdirə bilməmişlər. Kommunal xərcləri o, ödəyir və qaz, işıq sayğacları onun adınadır. Oğlu İddiaçı atasının yanında Rusiyada işləmiş, atasına baxmış, həmçinin onun maddi ehtiyaclarını ödəmiş, evin təmirinə, kommunal xərclərin ödənilməsinə köməklik etmişdir. (Müəyyən edilmişdir ki, Nümayəndə ##.##.2026-cı ildə vəfat etmişdir)

23. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli məktubları ilə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə tərəfindən çıxarılacaq hər hansı bir qərara heç bir etirazlarının olmadığını bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

25. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

26. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

27. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

28. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

29. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

30. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

31. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

32. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

37. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

38. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

39. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

45. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum X2 miras qalmış və o, ## ###### 2023-cü il tarixində vəfat etmişdir. Arvadı Nümayəndə ilə 1995-ci ildə boşanmış, həmin nikahdan onun iki övladı doğulmuşdur. Arvadı Nümayəndə ##.##.2026-cı ildə vəfat etmişdir. Bir övladı X1 hələ valideynlərinin sağlığında ##.##.2013-cü il tarixdə vəfat etmişdir. Miras qoyan mərhum Cuma Musayevin hazırda yaşayan yeganə birinci növbə vərəsəsi iddiaçı İddiaçıdur.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iş materialları, kollegiyaya təqdim edilmiş sübutlar işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, mübahisəli ev ünvan 2 ünvanında yerləşir. 2 otaqlı bina evidir və mərhum Cuma Musayevin adınadır. X2 ##.##.2023-cü ildə Rusiya Federasiyası, Krasnoyarsk diyarı, Krasnoyarsk şəhərində ölmüşdür. Həmin evdə Cuma Musayevin keçmiş arvadı Nümayəndə yaşamışdır. Birgə nikahdan onların iki övladı doğulmuş, bir övladı X1 hələ valideynlərinin sağlığında ##.##.2013-cü il tarixdə subay vəfat etmişdir. Onun övladı olmamışdır. Hazırki iddiaçı İddiaçı tərəflərin birgə nigahından ##.##.1971-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İddiaçı İddiaçı hazırda Rusiya Federasiyasının vətəndaşıdır.

47. İddiaçı İddiaçı hər iki valideyni ilə daimi münasibətləri olmuşdur. Birinci instansiya məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə göstərmişdir ki, mərhum əri Cuma Musayevin sağlığında boşanmışdırlar. Oğlu İddiaçı Rusiya vətəndaşıdır, 18 yaşı tamam olandan sonra Rusiyaya hərbi xidmətə getmiş, 2 il hərbi xidmətdə olmuşdur. Həmin müddətdə yoldaşı da Rusiyada yaşamış, elə orada xəstələndiyinə görə vəziyyəti ağır olmuş, oğlu da Rusiyada qalıb atasına qulluq etmişdir. Yoldaşı Rusiyada vəfat etmişdir. Həmin evdə özü tək yaşamış, oğlu isə arabir gəlib baş çəkib getmişdir. Kollegiyanın iclasında verdiyi izahatında göstərmişdir ki, O, Cuma Musayev ilə boşanmışdı deyə evi onun adına rəsmiləşdirə bilməmişlər. Kommunal xərcləri o, ödəyir və qaz, işıq sayğacları onun adınadır. Oğlu İddiaçı atasının yanında Rusiyada işləmiş, atasına baxmış, həmçinin onun maddi ehtiyaclarını ödəmiş, evin təmirinə, kommunal xərclərin ödənilməsinə köməklik etmişdir.

48. Kollegiya qeyd edir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il ## #### tarixli Qərarı).

49. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın digər yaşayan övladları olmadığından birinci növbə vərəsəsi kimi, miras qoyanın ölümündən sonra miras əmlak yalnız iddiaçı İddiaçı tərəfindən qəbul edilmişdir.

50. Vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, eləcə də vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

51. Kollegiya iddiaçı İddiaçı mübahisəli ünvan 2 ünvanında yerləşən evə faktiki sahiblik etməsi və evin təmirində, kommunal xərclərin ödənilməsində və orada təkbaşına yaşayan anası Nümayəndə digər ehtiyaclarının qarşılanmasında iştirak etməsi barədə dəlilləri ağlabatan, inandırıcı və mötəbər hesab edir. Kollegiya müvafiq sorğular versə də, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının * saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ##.##.2026-cı il tarixli, *-*-*/*-***/**** saylı məktubundan görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 1V ünvanında yerləşən ** nömrəli mənzildə 2020-2025-ci illər ərzində kimlərin yaşaması barədə məlumat yoxdur. Buna baxmayaraq, cavabdeh * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli məktubları ilə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə tərəfindən çıxarılacaq hər hansı bir qərara heç bir etirazlarının olmadığını bildirmişlər.

52. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar).

53. İşə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

54. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı İddiaçı mərhum atası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə tam miras payı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar