Məhkəmə qərarları › İş №2(004)-1889/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1889/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1889/2025 14.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 Cəfəqulu oğlu, İddiaçı13 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə və X16 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 Cəfəqulu oğlu, İddiaçı13 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-182/2021 nömrəli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 46-cı maddəsi əsasında 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 179.3.2.-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 46-cı maddəsi əsasında 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 308.2.-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının CM-nin 66.3.- 66.4.-cü maddələri əsasında Cavabdeh2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il yanvarın 08-dən hesablanması, zərər çəkmiş şəxs X9 mülki iddiasının qismən təmin edilməklə təqsirləndirilən şəxs Cavabdeh2 alınıb X9 xeyrinə 31500 manat tutulması hökm edilmiş, X12 mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmiş, xərər çəkmiş şəxslər İddiaçı3, İddiaçı11, İddiaçı2, İddiaçı13, İddiaçı10, İddiaçı5, İddiaçı4, İddiaçı9, İddiaçı8, X35, X3 və X34 mülki iddiaları baxılmamış saxlanılmış və zərər çəkmiş şəxslərə irəli sürdükləri mülki iddiaların qalan hissələrində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmişdir.

2. Həmin hökmlə Cavabdeh2 cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər İddiaçı1 və İddiaçı6 hər birinə 54144 manat, X7 110000 manat, İddiaçı12 75670 manat, X15 224640 manat və X25 40000 manat təşkil edən maddi ziyan ilə bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilmişdir.

3. Həmin hökmlə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 26 avqust tarixli hökmünə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2017-ci il tarixli 07 mart qərarı ilə "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə həmin əmlak üzərinə qoyulmuş həbsin və Binəqədi Rayon Məhkəməsinin 2017-ci il 14 aprel tarixli qərarı ilə "xxxx" MTK-nın sədri Cavabdeh2 adına qeydiyyata alınmış **-VO-*** nömrə nişanlı 2002-ci il buraxılışlı “Mercedes 400 CDİ” minik markalı avtomobil, X26 adına qeydiyyata alınmış “Lexus LX570 markalı” 2011-ci il buraxılışlı **- HO-*** nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin mülki iddianın təmin edilməsi məqsədi ilə ləğv edilməməsi nəzərə alınmaqla X26 bacısı X14 adına qeydiyyatda olan Xaçmaz rayonu, Nabran kəndində əmlak kompleksi (Qafqaz Otel) və həmin kənddə 1,10 ha torpaq sahəsinin həbsdən azad edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-876/2022 nömrəli hökmü ilə məhkum olunmuş şəxs X22 apellyasiya şikayəti, zərər çəkmiş şəxslər İddiaçı5, İddiaçı4, İddiaçı11, İddiaçı3 və İddiaçı2 müdafiəçisi-nümayəndəsi Vəkil1 tərəfindən, zərər çəkmiş şəxslər İddiaçı12, İddiaçı10, İddiaçı8 və İddiaçı9 müdafiəçisi-nümayəndəsi X41 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X43 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)- 539/2019 nömrəli hökmü dəyişdirilmiş, həmin hökmlə X30 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırkı qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2-ci maddələri ilə təyin olunan və hökmlə Cinayət Məcəlləsinin 179.3.2, 313-cü maddələri ilə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzaları Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla, habelə hökmlə təyin edilmiş əlavə cəzanı hazırkı qərarla təyin olunan əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilməklə X30 cinayətlərin məcmusu üzrə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından X22 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmənin hökmlə Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi nəzərə alınaraq, həmin hökm üzrə cəzanın çəkilməmiş hissəsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı qərarla təyin olunan cəza ilə qismən birləşdirməklə X30 hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-92/2022 nömrəli hökmü ilə zərərçəkmiş şəxs X17, zərərçəkmiş şəxs X31 nümayəndəsi X18, zərərçəkmiş şəxslər X23, İddiaçı11, X4, X24, İddiaçı9, X32, İddiaçı10, İddiaçı8, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı12 və İddiaçı7 İbrahim oğlunun nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətindən zərərəçəkmiş şəxslərin imtinası qəbul edilməklə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, apellyasiya protesti və məhkum Cavabdeh2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, zərərçəkmiş şəxs X1 nümayəndəsi X33 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Cavabdeh2 barəsində qismən ləğv edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə həmin maddə ilə ona bəraət verilmiş, hökmdən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Cavabdeh2 hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikasının CM-nin 46-cı maddəsinə əsasən 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə, CM-nin 179.3.2-ci maddəsi ilə Azərbaycan Respublikasının CM-nin 46-cı maddəsinə əsasən 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3.-66.4.-cü maddələrinə əsasən bu cəza hökmlə təyin edilmiş cəzalar qismən toplanılmaqla Cavabdeh2 üzərində qəti olaraq 01 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh2 xx.xx.2019-cu il tarixdən həbsdə saxlanıldığı 2 il 7 ay ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmış və Cavabdeh2 üzərində qəti olaraq 3 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cavabdeh2 barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 03 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır.

6. Hökmdən zərər çəkmiş şəxslər İddiaçı3, İddiaçı11, İddiaçı2, İddiaçı13, İddiaçı10, İddiaçı5, İddiaçı4, İddiaçı9, İddiaçı8, X35, X3 və X34 mülki iddiaları Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə qismən təmin edildiyindən, hazırki hökmdə həmin mülki iddiaların baxılmamış saxlanılması, eyni zamanda, Cavabdeh2 cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər İddiaçı1 və İddiaçı6 hər birinə 54144 manat, X7 110000 manat, İddiaçı12 75670 manat təşkil edən maddi ziyan ilə bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməsinə dair hissəslər xaric edilmiş, hökm apellyasiya protesti, məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-539/2019 nömrəli icra vərəqəsindən görünür ki, X19 İddiaçı3 xeyrinə 356448 manat, İddiaçı11 xeyrinə 248160 manat, İddiaçı2 xeyrinə 102507 manat, İddiaçı12 Cəfəqulu oğlunun xeyrinə 75670 manat, İddiaçı13 xeyrinə 144900 manat, İddiaçı10 xeyrinə 48363 manat, İddiaçı5 xeyrinə 102507 manat, X23 xeyrinə 102507 manat, İddiaçı9 xeyrinə 75670 manat, İddiaçı8 xeyrinə 95000 manat, İddiaçı7 İbrahim oğlunun xeyrinə 54144 manat, İddiaçı1 xeyrinə 54144 manat, X5 xeyrinə 110000 manat, X2 xeyrinə 74380 manat, İddiaçı6 xeyrinə 54144 manat, X31 xeyrinə 116200 manat tutulmalıdır.

8. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-1922/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-497/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçılar İddiaçı10, İddiaçı12, İddiaçı1, İddiaçı2, İddiaçı11, İddiaçı8, İddiaçı9, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı13 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsinə dair iddiası rədd edilmiş, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 İbrahim oğlu, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MTK ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı4 arasında bağlanmış xx.xx.2014-cü İİ tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı7 İbrahim oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı11 arasında bağlanmış xx.xx.2014-cü İİ tarixli və xx.xx.2014-cü il tarixli alqı-satqı müqavilələri, "xxxx" MTK ilə İddiaçı12 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi, "xxxx" MTK ilə İddiaçı13 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmişdir.

9. Qərarın məzmununa əsasən, “apellyasiya instansiyası məhkəməsinin də mövqeləri ilə razılaşdığı birinci instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MTK ilə iddiaçılar arasında alqı-satqı müqavilələri üzrə mənzil əldə etmək üçün ödədikləri pul məbləğləri cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə X19 birinci iş üzrə iddiaçılar, ikinci iş üzrə cavabdehlər olan şəxslərin xeyrinə tutulması qərara alınmışdır. Belə olan təqdirdə, birinci iş üzrə iddiaçıların həm ödədikləri pul məbləğini geri alması, həm də mənzillərin onlara təhvil verilməsi qanuni və əsaslı sayıla bilməz, birinci iş üzrə iddiaçıların əsassız varlanmasına səbəb olar. Məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan məlum olur ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmiş, birinci iş üzrə iddiaçılar və ikinci iş üzrə cavabdehlərin "xxxx" MTK ilə mənzillər əldə etmək məqsədilə ödədikləri pul məbləğlərinin onlara qaytarılmasına dair cinayət işi üzrə hazırda da qüvvədə olan qərar qəbul edilmişdir. Şəraitin dəyişməsini doğuran cinayət işi üzrə qanuni qüvvədə olan qərarı isə "xxxx" MTK müqavilələrin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz. Cinayət işi üzrə müvafiq qərar Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələbinə uyğun olaraq icra edilməlidir. Eləcə də, müqavilələrdə ayrı qayda nəzərdə tutulması və onların mahiyyətindən ayrı qayda irəli gəlməsi, tərəflər arasında müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlinməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyib .Ona görə də müqavilə bağlanarkən əsas götürülən şəraitin göstərilən şəkildə əhəmiyyətli dərəcədə dəyişməsi "xxxx" MTK-nın iddiasında göstərilən müqavilələrin ləğvinə əsas verir. Qeyd edilənlər nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1, 422.2 və 422.2.2-ci maddələrini tətbiq etməklə "xxxx" MTK-nın iddiasında ləğvi tələb olunmuş müqavilələri ləğv etməli olduğu halda, həmin maddi hüquq normalarını tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, "xxxx" MTK ilə iddiaşılar arasında bağlanmış .... alqı-satqı müqavilələri ləğv edilməlidir. Həmin müqavilələr ləğv edilməli olduğundan iddiaçılar İddiaçı10, İddiaçı12, İddiaçı1, İddiaçı2, İddiaçı11, İddiaçı8, İddiaçı9, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı13 və İddiaçı3 cavabdeh "xxxx" MTK-ya qarşı müqavilə öhdəlikləri üzrə mənzillərin təhvil verilməsinə dair iddialarının əsası ortadan qalxmış olur və həmin tələblər də əsassız olduğundan rədd edilməlidir.”

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

10. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 verilmiş 38 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli müqavilə üzrə 54144 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 27072 manat, cəmi 81216 manat, İddiaçı2 verilmiş 26 nömrəli və 27 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli müqavilələr üzrə 102507 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 51253,5 manat, cəmi 153760 manat, İddiaçı3 verilmiş 01 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 50 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 51 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 29 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 52 nömrəli və 54 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli müqavilələr üzrə 356448 manat, müqavilələr bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz -178224 manat, cəmi 534672 manat, İddiaçı4 verilmiş 2 və 3 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli müqavilə üzrə 102507 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz – 51253,5 manat, cəmi 153760,5 manat, İddiaçı5 verilmiş 14 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 16 nömrəli mənzilə dair xx.xx.2014cü il tarixli müqavilə üzrə 102507 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz – 51253,5 manat, cəmi 153760,5 manat, İddiaçı6 verilmiş 41 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli müqavilə üzrə 54144 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 27072 manat, cəmi 81216 manat, İddiaçı7 İbrahim oğluna verilmiş 53 nömrəli mənzilə dair 54144 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 27072 manat, cəmi 81216 manat, İddiaçı8 verilmiş 17 nömrəli mənzilə dair 95000 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla, 50 faiz - 47500 manat, cəmi 142500 manat, İddiaçı9 verilmiş 49 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli müqavilə üzrə 75670 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 37835 manat, cəmi 113505 manat, İddiaçı10 verilmiş 28 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli mənzilə dair 48363 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz – 24181,5 manat, cəmi 72544,5 manat, İddiaçı11 verilmiş 37 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 39 nömrəli, 40 nömrəli və 42 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli müqavilələr üzrə 248160 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 124080 manat, cəmi 372240 manat, İddiaçı12 verilmiş 30 nömrəli mənzilə dair xx.xx.2015-ci il tarixli müqavilə üzrə 75670 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 37835 manat, cəmi 113505 manat, İddiaçı13 verilmiş 18 nömrəli mənzilə dair xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 144900 manat, müqavilə bağlandığı vaxtdan hazırkı vaxta qədər ildə 5 faiz olmaqla 50 faiz - 72450 manat, cəmi 217350 manat, ümumilikdə ******* manat pulun "xxxx" MTK və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddianın əsaslarına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 46cı maddəsi əsasında 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 179.3.2.-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 46-cı maddəsi əsasında 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 66.3-66.4-cü maddələri əsasında Cavabdeh2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmış, zərər çəkmiş şəxs X9 mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs Cavabdeh2 alınıb X9 xeyrinə 31500 manat tutulmuş, X12 mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmiş, zərər çəkmiş şəxslər İddiaçı3, İddiaçı11, İddiaçı2, İddiaçı13, İddiaçı10, İddiaçı5, İddiaçı4, İddiaçı9, İddiaçı8, İddiaçı7, X3 və X34 mülki iddiaları baxılmamış saxlanılmış və zərər çəkmiş şəxslərə irəli sürdükləri mülki iddiaların qalan hissələrində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmiş, Cavabdeh2 cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər İddiaçı1 və İddiaçı6 hər birinə 54144 manat, X7 110000 manat, İddiaçı12 75670 manat, X15 224640 manat və X25 40000 manat təşkil edən maddi ziyan ilə bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilmişdir. Hökmdən apellyasiya şikayəti verilmiş, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsində aparılan cinayət işi üzrə icraat zamanı verilmiş apellyasiya şikayətlərindən imtina edilmiş və bununla da, apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilmişdir. Apellyasiya şikayətlərdən imtina edilməsinə səbəb "xxxx" MTK-nın direktoru Cavabdeh2 mənzil sahibləri olan İddiaçı11, İddiaçı8, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı9, X42, İddiaçı10, İddiaçı6, X37, İddiaçı12, İddiaçı7, İddiaçı13, X10 arasında bağlanmış barışıq sazişinin 2-ci bəndinə əsasən Cavabdeh2 mənzil sahibləri qarşısında azadlığa çıxdıqdan sonra 3 ay ərzində "xxxx" MTK-ya məxsus Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən binanın tikintisini başa çatdırıb hər bir mənzil sahibinə mənzillərini təhvil verməsi barədə öhdəlik götürməsi olmuşdur. xx.xx.2020-ci il tarixli Sazişə əsasən, bir tərəfdən "xxxx" MTK-nın direktoru Cavabdeh2, digər tərəfdən İddiaçı11, İddiaçı8, İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı9, X42, İddiaçı10, İddiaçı6, X37, İddiaçı12, İddiaçı7, İddiaçı13, X10 (bundan sonra mənzil sahibləri) arasında bağlanmış barışıq sazişinin 2-ci bəndinə əsasən Cavabdeh2 mənzil sahibləri qarşısında azadlığa çıxdıqdan sonra 3 ay ərzində "xxxx" MTK-ya məxsus Bakı şəhəri, A.Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən binanın tikintisini başa çatdırıb hər bir mənzil sahibinə mənzillərini təhvil verməsi barədə öhdəlik götürmüşdür. Lakin bunun üçün müraciət etməyinə baxmayaraq, MTK Müqavilənin 2, 4, 8-14-cü bəndlərində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, "xxxx" MTK tərəfindən X6 verilmiş 38 nömrəli mənzilə dair xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi, İddiaçı1 verilmiş 38 nömrəli mənzilə dair xx.xx.2014-cü il 31 tarixli, X15 verilmiş 32 nömrəli, 38 nömrəli, 44 nömrəli və 47 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli, X13 verilmiş 24 nömrəli mənzilə dair xx.xx.2012-ci il tarixli, İddiaçı2 verilmiş 26 nömrəli və 27 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli, İddiaçı3 verilmiş 01 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 50 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 51 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 29 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 52 nömrəli və 54 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli, İddiaçı4 verilmiş 2 və 3 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli, İddiaçı5 verilmiş 14 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, 16 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, İddiaçı6 verilmiş 41 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, İddiaçı7 verilmiş 53 nömrəli, İddiaçı8 verilmiş 17 nömrəli və İddiaçı9 verilmiş 49 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, İddiaçı10 verilmiş 28 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, İddiaçı11 verilmiş 37 nömrəli mənzilə dair xx.xx.2014cü il tarixli, 39 nömrəli, 40 nömrəli və 42 nömrəli mənzillərə dair xx.xx.2014-cü il tarixli, X36 verilmiş 60 nömrəli mənzilə dair xx.xx.2014-cü il tarixli, X25 verilmiş 43 nömrəli mənzilə dair xx.xx.2015-ci il tarixli, X7 verilmiş 13 nömrəli mənzilə dair xx.xx.2015-ci il tarixli, İddiaçı12 verilmiş 30 nömrəli mənzilə dair xx.xx.2015-ci il tarixli və İddiaçı13 verilmiş 18 nömrəli mənzilə dair xx.xx.2015-ci il tarixli alqı-satqı müqavilələri və eyni tarixli maliyyə arayışları maddi sübut kimi tanınmışdır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçılara məxsus əmlak və onlara dair müqavilələr Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında olmuş cinayət işinin materiallarında mövcuddur. Tərəflər arasında koorperativ üzvlərinə mənzillərin təhvil verilməsi barədə öhdəlik olsa da, indiki dövrə qədər icra edilməmişdir. 2014-2015-ci illərə dair bağlanmış müqavilələr üzrə mənzillərin təhvil verilməsinə dair iddia qaldırılmış, eyni zamanda cavabdeh tərəfindən həmin tarixə dari müqavilələrin ləğv edilməsinə dair iddia qaldırılmış, Azərbaycan Respublikası Ali məhkəməsinin qərarı ilə "xxxx" MTK iddia təmin edilmiş, 2014-2015-ci illərdə bağlanmış müqavilələr şəraitin əhəmiyyətli dəyişməsi əsası ilə ləğv edilmiş, iddia rədd edilmişdir.

b) iddiaya etiraz

12. Cavabdeh2 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

13. Etirazın əsaslarına görə, iddiaçılar cavabdehi düzgün seçməmişlər. Çünki, iddiaçılar mənzilin alqı-satqı müqavilələrini "xxxx" МТK-nın nümayəndəsi X38 ilə bağlamışlar. Мəhz bu səbəbdən iddianın Cavabdeh2 qarşı deyil, birbaşa olaraq MTK və onun nümayəndəsi X30 qarşı irəli sürülməsi zəruridir. Аzərbаycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi оndа iştirak еtməyən şəxslər üçün vəzifələr yaratmır. Bu maddənin mahiyyətinə görə müqavilə yalnız onu bağlayan şəxslər üçün hüquq və öhdəliklər уаrаdır, уəni müqavilə hüquqi nisbi хаrаktеr daşıyır. Ona görə də yuxarıda qeyd еdilən iddiaçıların Cavabdeh2 pul tələb еtməsi heç bir hüquqi əsаsа malik deyil və əsassızdır. Odur ki, həmin mübahisəyə səbəb olan müqavilələrin icrası birbaşa müqavilə tərəfindən уeni "xxxx" МТKnın nümауəndəsi qismində çıxış еdən X19 tələb edilməlidir. Həmçinin, X38 уuxarıdа adıçəkilən şəxslərə müvafiq məbləğləri ödəmişdir. Bu səbəbdən, iddiaçılar tərəfindən həmin müqavilələrə əsasən tələb еdilən pul məbləğləri və onların indeksasiyası hüquqi cəhətdən əsassızdır və qanunvericiliyə uуğun deyildir. Hətta əks fərziyyə qəbul edilsə və X22 bu ödənişləri еtmədiуi güman olunsa belə, bu məsələ artıq məhkəmə tərəfindən araşdırılmış, və müvafiq hökm qəbul olunmuşdur. Eyni tərəflər və eyni predmet barəda məsələyə artıq cinayət işi çərçivəsində baxılmışdır. Веlə ki, Bakı Apellyasiya Məhkəməsinin Сinауət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-87612022 nömrəli qərarına əsasən zərərçəkmiş şəхslər İddiaçı3, İddiaçı11, İddiaçı2, İddiaçı12 Cəfəqulu oğlu, İddiaçı13, İddiaçı10, İddiaçı5, X37, İddiaçı9, İddiaçı8, İddiaçı7 İbrahim oğlu, X11, İddiaçı1, X8, İddiaçı6, X31 mülki iddialarla bağlı hissədə verdiyi apellyasiya şikауəti təmin olunmamışdır. Ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-539/2019 nömrəli hökmü həmin hissədə dəyişdirilmədən saxlanmış, yəni zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, X19 İddiaçı3 xeyrinə 356448 manat, İddiaçı11 xeyrinə 248160 manat, İddiaçı2 xeyrinə 102507 manat, İddiaçı12 Cəfəqulu oğlunun xeyrinə 75670 manat, İddiaçı13 xeyrinə 144900 manat, İddiaçı10 xeyrinə 48363 manat, İddiaçı5 xeyrinə 102507 manat, X23 xeyrinə 102507 manat, İddiaçı9 xeyrinə 75670 manat, İddiaçı8 xeyrinə 95000 manat, İddiaçı7 İbrahim oğlunun xeyrinə 54144 manat, İddiaçı1 xeyrinə 54144 manat, X5 xeyrinə 110000 manat, X2 xeyrinə 74380 manat, İddiaçı6 xeyrinə 54144 manat, X31 xeyrinə 116200 manat tutulması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Bu normaya əsasən iddiaçıların müqaviləyə əsaslanaraq yenidən tələb irəli sürməsi hüquqi cəhətdən əsassızdır. Çünki, məhkəmənin artıq qəbul etdiyi hökm, borcun ödənilməsindən asılı olmayaraq, mülki işə baxılarkən Ьахrlаrkэп predusialllq prinsipinə görə məcburi tətbiq olunmalıdır. Bu isə o deməkdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il |tarixli qərarı ilə Cavabdeh2 Tapdılq oğlu məsuliyyət daşımadığı müəyyən edilmişdirsə iddia tələbi qəbul edilməməlidir. Bu əsasla iddiaçıların irəli sürdüyü pul tələbi və onun indeksasiyası qanunvericiliyə uyğun hesab edilə bilməz.

c) məhkəmə icraat iştiakçılarının izahatları

14. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 və Vəkil2 iddia ərizəsinə uyğun izahat verib, göstərdilər ki, Cavabdeh2 verilmiş ittiham qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət əməlinə görə olmuşdur. Cavabdeh2 və əlbir olduğu şəxs Tapdıq Namazovun barəsində cinayət işi gedəndə Cavabdeh2 axtarışda olan şəxs olduğuna, Tapdıq Namazovun barəsində olan cinayət işinə baxıldıqdan sonra tutulduğuna görə, onun barəsində ayrıca cinayət işi aparılmışdır. Nəticədə mülki iddia yalnız Tapdıq Namazova münasibətdə təmin edilmişdir. Lakin sonradan Cavabdeh2 da iddiaçılara qarşı dələduzluq əməllərində təqsirli bilinmiş, barəsində ittihamedici hökm çıxarılmışdır. Eyni vaxtda Cavabdeh2 barəsində cinayət işinə baxılan zaman iddiaçılar Cavabdeh2la mənzillərin təhvil verilməsi barədə yeni barışıq sazişi imzalamışlar. Lakin, sonradan nə barışıq sazişinin şərtlərinə əməl edilmiş, nə də dəymiş zərərin məbləği Tapdıq Namazov tərəfindən ödənilməmişdir. Buna görə də həmin məbləği Cavabdeh2 tələb edirlər. Pulun artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Tapdıq Namazovdan tutulması onların Cavabdeh2 da vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının qarşısını almır.

15. Məhkəmə iclasında və əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinə etirazın dəlillərinə uyğun izahat verib, göstərdi ki, Cavabdeh2 tələb edilən zərər məbləği məhkəmə hökmü ilə Tapdıq Namazovdan tutulub. Eyni zamanda iddiaçıların özləri zərərin Tapdıq Namazov tərəfindən ödənildiyi barədə onun barəsində cinayət işinə baxılan zaman izahat vermişlər. Belə olan halda həm zərər məbləğinin, həm də əlavə hesablanmış 5 faiz məbləğdə pulun Cavabdeh2 tutulmasının heç bir əsası yoxdur.

16. Cavabdeh MTK-ya məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır; Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır; Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir; Maddə 503. Borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. ... Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi; Maddə 8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.5. iddia qiyməti ******* manatdan çox olduqda 1290 manat + ******* manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu ödənilir.

Məhkəmə baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, həm hazırkı iş üzrə Cavabdeh2, həm də hazırkı mübahisə üzrə tərəf olmayan X38 ayrı-ayrı vaxtlarda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlində təqsirli bilinərək, barələrində ittihamedici hökm çıxarılmışdır. Həmin işlər üzrə hazırkı iş üzrə iddiaçılar zərərçəkmiş şəxslər qismində tanınmışlar. Hökmlərə əsasən həm Tapdıq Namazovun, həm də Cavabdeh2 törətdiyi cinayət əməli, iş materialları ilə tamamilə sübuta yetirilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən müəyyən olunur ki, Tapdıq Namazovun Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxslərin şikayətləri eyni zamanda mülki iddianın tam təmin olunması ilə bağlı olmuş, lakin şikayətləri təmin edilməmişdir. Yəni, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü mülki iddiaların qismən təmin edilməsi hissədı qüvvədə qalmışdır. İş materiallarına əlavə edilmiş icra vərəqəsindən də görünür ki, X19 İddiaçı3 xeyrinə 356448 manat, İddiaçı11 xeyrinə 248160 manat, İddiaçı2 xeyrinə 102507 manat, İddiaçı12 Cəfəqulu oğlunun xeyrinə 75670 manat, İddiaçı13 xeyrinə 144900 manat, İddiaçı10 xeyrinə 48363 manat, İddiaçı5 xeyrinə 102507 manat, X23 xeyrinə 102507 manat, İddiaçı9 xeyrinə 75670 manat, İddiaçı8 xeyrinə 95000 manat, İddiaçı7 İbrahim oğlunun xeyrinə 54144 manat, İddiaçı1 xeyrinə 54144 manat, X5 xeyrinə 110000 manat, X2 xeyrinə 74380 manat, İddiaçı6 xeyrinə 54144 manat, X31 xeyrinə 116200 manat tutulmalı olması barədə hökmün hissəsi icraya yönəldilmişdir.

24. Adıçəkilən hökmün məzmunundan (13-cü səhifə, 1-ci abzas) həmçinin görünür ki, işdə iştirak edən zərərçəkmiş şəxslərin hər iki vəkili zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənildiyini bildirmişlər.

25. Eyni zamanda Cavabdeh2 Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətindən zərərəçəkmiş şəxslərin imtinası qəbul edilməklə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, apellyasiya protesti və məhkum Cavabdeh2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, zərərçəkmiş şəxs X1 nümayəndəsi X33 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Cavabdeh2 barəsində qismən ləğv edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə həmin maddə ilə ona bəraət verilmiş, hökmdən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Cavabdeh2 hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikasının CM-nin 46-cı maddəsinə əsasən 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə, CM-nin 179.3.2-ci maddəsi ilə Azərbaycan Respublikasının CMnin 46-cı maddəsinə əsasən 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3.-66.4.-cü maddələrinə əsasən bu cəza hökmlə təyin edilmiş cəzalar qismən toplanılmaqla Cavabdeh2 üzərində qəti olaraq 01 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh2 xx.xx.2019-cu il tarixdən həbsdə saxlanıldığı 2 il 7 ay ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmış və Cavabdeh2 üzərində qəti olaraq 3 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 03 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır.

26. Hökmdən zərər çəkmiş şəxslər İddiaçı3, İddiaçı11, İddiaçı2, İddiaçı13, İddiaçı10, İddiaçı5, İddiaçı4, İddiaçı9, İddiaçı8, X35, X3 və X34 mülki iddiaları Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə qismən təmin edildiyindən, hazırkı hökmdə həmin mülki iddiaların baxılmamış saxlanılması, eyni zamanda, Cavabdeh2 cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər İddiaçı1 və İddiaçı6 hər birinə 54144 manat, X7 110000 manat, İddiaçı12 75670 manat təşkil edən maddi ziyan ilə bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməsinə dair hissəslər xaric edilmiş, hökm apellyasiya protesti, məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

27. İşin qeyd olunan mübahisəsiz hallarının qısa məcmusu bundan ibarətdir ki, iş üzrə iddiaçıların Tapdıq Namazova qarşı mülki iddiaları qanuni qüvvəyə minmiş aktı ilə qismən təmin edilmişdir. Cavabdeh2 qarşı qaldırılmış mülki iddia ilə bağlı hissələr isə həmin şəxslərin mülki iddialarına artıq baxılaraq hüquqi qiymət verildiyindən hökmdən xaric edilmişdir.

28. İşin sadalanan hallarını maddi hüquqi əsaslar baxımından yoxlayan məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

29. Belə ki, Tapdıq Namazov və Cavabdeh2 əlbir olaraq iddiaçılara qarşı cinayət əməli törətdiyi, nəticədə iddiaçıların maddi zərərə uğradığı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunur.

30. Şəxsin (şəxslərin) əmlak itkisinə məruz qalması zərər ilə nəticələnir və hər bir şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar (MM 1113.1).

31. Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

32. Həmin Məcəllənin 503-cü maddəsinə əsasən borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir.

33. Hazırkı iş üzrə iddiaçılar Tapdıq Namazova qarşı mülki iddia təmin olunsa da, zərər məbləğinin nə onun özü, nə də hazırkı iş üzrə Cavabdeh2 tərəfindən ödənilmədiyini bildirməklə həm hər bir iddiaçıya münasibətdə hesablanmış zərəri tam formada, həm də pul öhdəliyinin icrasının gecikdirilməsinə görə hesablanmış faiz məbləğinin tutulmasını xahiş edirlər.

34. Lakin iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, zərərin artıq ödənildiyi iddiaçıların özləri tərəfindən həm ifadələrlə, həm də faktiki hərəkətlərlə təsdiq edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən iddiaçıların mülki iddialarının təmin olunan hissəsinə uyğun icra vərəqəsinin verilməsi, zərərçəkmiş şəxslər tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olmuş 1(103)-876/2022 nömrəli cinayət işində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənildiyi barədə ifadə verilməsi, zərərçəkmiş şəxslər tərəfindən Cavabdeh2 barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayət verib, mülki iddianın təmin edilməsini xahiş edib, daha sonra apellyasiya icraatında apellyasiya şikayəti tələblərindən imtina edib şikayəti geri götürmələri kompleks şəkildə qiymətləndirildikdə dəymiş zərərin ödənildiyini deməyə əsas verir.

36. Bunun əksi, zərər məbləğinin həqiqətən ödənilmədiyi barədə isə hər hansı sübut təqdim edilməmişdir. Əgər zərər həqiqətən ödənilməmişdirsə, Cavabdeh2 barəsində olan cinayət işi apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman iddiaçıların nəyə görə mülki iddia ilə bağlı birinci instansiya məhkəməsinin hökmünü mübahisələndirib, sonradan şikayətlərini geri götürmələri, Tapdıq Namazovun barəsində olan cinayət işi apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman isə nəyə görə zərərin tam ödənildiyi barədə ifadə vermələri barədə hər hansı tutarlı dəlil irəli sürülməmişdir.

37. İddiaçıların bu hissədə dəlilləri ondan ibarətdir ki, Cavabdeh2 barəsində cinayət işinə baxılan zaman onunla mənzillərin təhvil verilməsi barədə barışıq sazişi imzalanmış, Cavabdeh2 azadlığa çıxaraq sazişin şərtlərinə uyğun mənzilləri təhvil verəcəyinə inandıqları üçün şikayətlərindən imtina etmişlər.

38. Lakin bu zaman nəzərə alınmalıdır ki, Cavabdeh2 barəsində iş Bakı Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixdə yekunlaşmışdır. Artıq qeyd edildiyi kimi, iddiaçıları (zərərçəkmiş şəxslər) həmin iş üzrə mülki iddialarla bağlı apellyasiya şikayətlərini geri götürmüşdürlər və xx.xx.2022-ci il tarixli hökmlə zərərçəkmiş şəxslərə mülki iddianı mülki mühakimə icraatı qaydasına verə biləcəklərinin izahı barədə hissə birinci instansiya məhkəməsinin hökmündən xaric edilmiş, əsas olaraq isə mülki iddialara artıq Tapdıq Namazovun barəsində olan iş üzrə qiymət verildiyi göstərilmişdir. Tapdıq Namazovun barəsində iş üzrə hökm isə həmin məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir.

39. Yəni, Tapdıq Namazovun işi üzrə apellyasiya instansiyası məhkəməsində ziyanın tam ödənildiyi barədə ifadə verərkən Cavabdeh2 qarşı mülki iddia ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi, Cavabdeh2 mövcudluğu iddia edilən barışıq sazişindən və apellyasiya instansiyası məhkəməsinin hökmündən sonrakı hal və hərəkətləri artıq iddiaçılara bəlli idi.

40. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrlə bağlı icraatda çəkişmə prinsipi hakimdir, çəkişmə prinsipinin ümumi cəhətləri ikidir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

42. Göründüyü kimi, hazırkı işin halları baxımından iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

43. Eyni zamanda, öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz məbləğləri ilə bağlı hissədə də iddia tələbi təmin edilə bilməz.

44. İlk növbədə, iddiaçı tərəfindən bu hissədə tələbin hüquqi əsası kimi istinad olunan Mülki Məcəllənin 439.3-cü maddəsi, eyni ilə bütövlükdə 439-cu maddə kimi pul öhdəliklərinin icrası məsələlərini tənzimləyir.

45. Məcəllənin 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.

46. Hazırkı işin halları baxımından isə cavabdehlərə münasibətdə hər hansı pul öhdəliyinin mövcudluğu öz təsdiqini tapmır. Əsas öhdəlik öz təsdiqini tapmadığı müddətcə isə onun üzərinə hər hansı faiz bəndi hesablanmasından söhbət gedə bilməz.

47. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan ödənilmiş dövlət rüsumu da iddiaçıların özünə aid edilməlidir.

49. Lakin, iş materiallarından görünür ki, iddia tələbinin qiyməti ümumilikdə ******* manatdır. Belə olan halda qiymətləndirilən iddia növündə iddia ərizəsinin verilməsi üçün 1925,62 manat (1290 manat + (1271246 x 0,05%) rüsum ödənilməli idi. Lakin, iddiaçılar tərəfindən lazım olan məbləğdən artıq, 2243 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Bu halda, MPM-in 114.1.1-ci maddəsinin tələbinə əsasən, dövlət rüsumun artıq ödənilmiş hissəsi, yəni 317,38 manat geri qaytarılmalıdır.

50. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda sadalananlara əsasən iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumunun artıq olan 317,38 manat hissəsi qaytarılmaqla, qalan hissədə dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçıılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı8, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 2243 manat məbləğdə dövlət rüsumunun artıq ödənilmiş 317,38 manat hissəsi ödənişi edən Vəkil1 qaytarılsın. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıların özlərinə aid edilsin Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar