Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-189/2022 03.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq mövcud olmayan 14 kv.m görə 30000 manat vəsaitin və ona dəymiş 15000 manat (ipoteka krediti üzrə 5 il müddətində ödədiyi illik faiz) zərərin, ümumilikdə 45 000 (qırx beş min) manatın Cavabdehndən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə onunla Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə MN-517/16 nömrəli bağlanmış müqaviləyə əsasən həmin şirkətdən iki otaqlı mənzil almışdır. Müqaviləyə əsasən mənzilin ümumi sahəsi 94.5 kv. metrdir və mənzilin ümumi sahəsinə mənzilin xarici divarlarının daxili perimetri və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. Ev hazır olmuş və 2019-cu ildə evi təmir etdirmişdir. Təmir zamanı müəyyən etmiş ki, mənzilin faktiki ümumi sahəsi 86 kv. metrdir və onun da 9 kv.m isə balkondur. Müqavilə ilə 94.5 kv.metr olan mənzil faktiki olaraq döşəmə səviyyəsində ümumi 86 kv.metrdir (9 kv.metri balkon daxil olmaqla). Balkon sahəsinə azaltma əmsalı tətbiq edilərdisə 9 kv.m. olan balkon 3 kv.m nəzərə alınmalıdır.Ona faktiki olaraq ümumi sahəsi 80 kv.m olan mənzil satılmışdır. Lakin müqavilədə 94,5 kv.m müəyyən edildiyindən, həmin kv.m-ə uyğun olaraq 160735 manat (hər kvadtrat metr üçün 1750 manat) ödənilmişdir. Faktiki olaraq 80 kv.m olan mənzilə görə məndən 160735 manat alınmış və 14 kvadrat metrə görə 30000 manat artıq vəsait alınmışdır. Digər tərəfdən mənzil şirkət tərəfindən mənə illik 10 % olmaqla ipoteka əsasında satılmışdır. 30000 manata görə illik 10% olmaqla 5 il ərzində mənə 15 min manat zərər vurulmuşdur. Şirkət öhdəliyini lazımınca icra etməmiş, müqavilədə nəzərdə tutulmuş 94.5 kv.m mənzillin əvəzinə faktiki olaraq ümumi sahəsi 80 kv.metr olan mənzil verilmişdir. Ev həmin şirkətin vasitəsilə ipoteka krediti ilə alınmışdır və kreditin illik faiz dərəcəsi 10%-dir. 14 kv.metrə görə əlavə olaraq ödədiyi 30000 min manata görə 5 il üzrə 15000 manat kredit faizi (ipotekaya görə ödədiyim illik faiz) ödəmiş və beləliklə 15000 manat zərər dəymişdir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə kommunal xidmətlər üzrə yaranmış 653,75 manat əsas borc, 300 manat məbləğində vəkilə ödənilən xərc, 30 manat dövlət rüsumunun, ümumilikdə 983,75 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehn qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması və əlavə olunmuş sənədlərin ona geri qaytarılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə şikayət verərək İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-189/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4709/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-189/2022 saylı qərardadı mübahisələndirilən-ilk iddianın baxılmamış saxlanması hissəsində ləğv edilməsi, ilk iddianın baxılmamış saxlanması məsələsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etdi. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, MN-517/16 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən yaşayış kompleksində 2 saylı binanın D bloku, 8-ci mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 94,55 kv.metr olan 517 nömrəli mənzil İddiaçı hər m2 1700 manat hesablanmaqla 160.735 (yüz altmış min yeddi yüz otuz beş) manata satılmışdır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının İddiaçı ilə bağlanmış xx.xx.2016-cı il tarixli təminatlı kredit müqaviləsinin surətindən müəyyən olunur ki, bank tərəfindən İddiaçı 144.635 manat məbləğində mənzilin alınması üçün kredit verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli məxaric orderindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən İddiaçı 144.635 manat məbləğində tam ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı 144.635 manat və 16.100 manat məbləğində pulu MN-517/16 saylı müqavilə üzrə Renessans Palace-ə ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5596 nömrəli ekspert rəyindən görünür ki, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən yaşayış kompleksində 2 saylı binanın D bloku, 8-ci mərtəbə, 2 otaqdan ibarət olan 517 nömrəli mənzilin faktiki ümumi sahəsi 87,53 m2 və Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının № 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydaları”-nın tələbləri nəzərə alınmaqla mənzilin ümumi sahəsi 82,11 m2 müəyyən edilmişdir. İşin mübahisələndirilən halı odur ki, tərəflər arasında mənzilin alğı-satqısına dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə razılaşdırılmış qaydada ümumi sahəsi 94,55 m2 olan mənzilin dəyərini ödəsə də, cavabdeh tərəfindən ona daha az olan mənzil təhvil verilmişdir. Hazırda iddiaçı mənzil üçün ödənilmiş məbləğlə mənzilin real dəyəri arasında yaranmış fərqin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Hazırki iş üzrə ekspert rəyinə əsasən isə iddiaçının mülkiyyətində olan sözügedən mənzilin faktiki ümumi sahəsi 87,53 m2-dir. Lakin AR şəhərsalma və tikinti məcəlləsinin tələblərinə uyğun olaraq hesabladıqda isə mənzilin ümumi sahəsi 82,11 m2 müəyyən edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında sahəsi 94,55 m2 mənzilin alğı-satqısına dair müqavilə bağlanmışdır. Sözügedən mənzilin sahəsinin Ekspert rəyinə əsasən 87,53 m2 olduğu müəyyən edildiyinə görə, cavabdeh iddiaçıdan 7,02 kv.m sahə üçün artıq vəsait almışdır. Bu səbəbdən mövcud olmayan sahə üçün, artıq ödənilmiş məbləğ (94,55-87,53)*17007.02*1700=11.934 manat artıq ödənilmiş vəsait cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Çünki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddianın ipoteka krediti üzrə 5 il müddətində ödənilmiş illik faizin zərər kimi cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 7.02 kv.m sahəyə görə artıq ödənilmiş 11.934 (on bir min doqquz yüz otuz dörd) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizasının xərci olan 100 (yüz) manat cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 7.02 kv.m sahəyə görə artıq ödənilmiş 11.934 (on bir min doqquz yüz otuz dörd) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərci Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-189/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-189/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver