Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1893/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı “pul tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 manat pul tutularaq İddiaçı1 və 5.000 manat tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı2 həyat yoldaşı X3 Bakı şəhəri Səbail rayonundakı 219 saylı orta məktəbin direktoru təyin edilməsinə kömək etmək məqsədilə xx.xx.2017-ci il tarixdə İddiaçı2 10.000 manat pul almış və həmin pulu Cavabdeh vermişdir. O, xx.xx.2017-ci il tarixdə qəbz yazaraq İddiaçı2 aldığı 10.000 manat pulu Cavabdeh təhvil vermişdir. Qəbzi o, Həsənova (Aslanova) Ellada İlham qızı və Firəngiz Hüseynova imzalamışlar. Həmin vaxt Cavabdeh özünü Həsənova (Aslanova) Ellada İlham qızı kimi təqdim etdiyinə görə xx.xx.2017-ci il tarixli qəbzdə cavabdehin adını Həsənova (Aslanova) Ellada İlham qızı kimi yazmışdır. Bundan bir neçə gün sonra Cavabdeh sertifikat üçün əlavə olaraq İddiaçı2 5.000 manat pul almışdır. Bu barədə o, və İddiaçı2 öz aralarında xx.xx.2018-ci il tarixdə qəbz yazmışlar. Cavabdeh pul vermələrinə dair notarial qaydada təsdiq edilmiş və ya sadə yazılı formada tərtib edilmiş yazılı sənədi məhkəməyə təqdim edə bilmir. Çünki, Cavabdeh özünü Ellada kimi təqdim edirdi və xx.xx.2017-ci il tarixli qəbzi də Ellada Həsənova kimi imzalamışdır. Onun xx.xx.2017-ci il tarixdə İddiaçı2 alaraq Ellada Həsənovaya, yəni Cavabdeh verdiyi 10.000 manat pulun Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. Bu səbəbdən o, həmin pulun qaytarılmasını Cavabdeh tələb edir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, onun həyat yoldaşı X7 Bakı şəhəri Səbail rayonundakı 219 saylı orta məktəbdə kimya və biologiya fənnləri üzrə müəllim işləmişdir. 2017-ci ildə həmin məktəbdə direktor vəzifəsi boşalmışdır. Həyat yoldaşı uzun müddət ərzində həmin məktəbdə işlədiyindən, iş kollektivi arasında nüfuza malik olduğundan həmin məktəbin direktoru vəzifəsinə təyin olunmaq arzusunda olmuşdur. Bu məqsədlə o, İddiaçı1 xx.xx.2017-ci il tarixdə İddiaçı1 10.000 manat pul vermişdir. Bir neçə gün sonra İddiaçı1 ona zəng edərək sertifikatın alınması üçün əlavə 5.000 manat lazım olduğunu bildirmişdir. O, xx.xx.2018-ci il tarixdə “İnşaatçılar” stansiyasının yanında İddiaçı1lə görüşmüşdür. Həmin vaxt İddiaçı1 yanında Cavabdeh (Ellada) Şamil qızı adlı qadın da olmuşdur. O, 5.000 manatı İddiaçı1 vermək istəyəndə, İddiaçı1 pulun Cavabdeh çatacağını bildirmiş və 5.000 manatı ona verməsini demişdir. O, İddiaçı1 iştirakı ilə xx.xx.2018-ci il tarixdə 5.000 manat pulu Cavabdeh şəxsən vermişdir. X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bundan sonra o, verdiyi pulların qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1476/2020 nömrəli qətnaməsi ilə onun xx.xx.2017-ci il tarixdə İddiaçı1 verdiyi 10.000 manat pulun İddiaçı1 tutularaq ona ödənilməsi qət edilmişdir. Onun xx.xx.2018-ci il tarixdə İddiaçı1 iştirakı ilə sertifikatın alınması üçün Cavabdeh şəxsən verdiyi 5.000 manat vəsaiti isə qaytarılmamışdır. Odur ki, xx.xx.2018-ci il tarixdə verdiyi 5.000 manatı Cavabdeh tələb edir. Bu barədə xx.xx.2018-ci il tarixdə İddiaçı1 və o, qəbz imzalamışlar. Cavabdeh 5.000 manat pul verməsinə dair notarial qaydada təsdiq edilmiş və ya sadə yazılı formada tərtib edilmiş yazılı sənədi məhkəməyə təqdim edə bilmir. Buna baxmayaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məlum olan ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehə bildirişi təqdim etmək mümkün olmamışdır. Həmçinin “AZEMİS” vasitəsilə +**********88 nömrəli mobil telefona SMS bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilmişdir, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147, 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, İddiaçı1 iddia tələbində xx.xx.2017-ci il tarixdə sadə yazılı fomada tərtib etdiyi qəbzə əsasən İddiaçı2 aldığı 10.000 manat pulu Cavabdeh təhvil verdiyini, qəbzi İddiaçı1, Ellada Həsənova və Firəngiz Hüseynova tərəfindən imzalandığını, həmin vaxt Cavabdeh özünü Həsənova (Aslanova) Ellada İlham qızı kimi təqdim etdiyinə görə xx.xx.2017-ci il tarixli qəbzdə cavabdehin adını Həsənova (Aslanova) Ellada İlham qızı kimi yazdığını iddia edir. Həmçinin, İddiaçı2 digər İddiaçı1 iştirakı ilə xx.xx.2018-ci il tarixdə sertifikat alınması üçün 5.000 manat pulu Cavabdeh şəxsən verdiyini, bu barədə İddiaçı2 və İddiaçı1 tərəfindən imzalanmış sadə yazılı formada tərtib edilmiş bildirişi məhkəməyə təqdim etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 izahatlarında Cavabdeh pul vermələrinə dair notarial qaydada təsdiq edilmiş və ya sadə yazılı formada tərtib edilmiş yazılı sənədi məhkəməyə təqdim edə bilmədiklərini bildirdilər. İddiaçıların təqdim etdikləri xx.xx.2017-ci il tarixli sadə yazılı formada tərtib edilmiş əlyazmada göstərilir: “Mən İddiaçı1 xx.xx.2017-ci il tarixdə X3 direktor vəzifəsi ilə bağlı (sertifikat üçün) 10.000 manat pulu Həsənova (Aslanova) Ellada İlham qızına təhvil verdim. Təhvil təslimdə aşağıdakı şəxslər iştirak etdi. Həsənova Ellada, İddiaçı1, Firəngiz Hüseynova. xx.xx.2017-ci il” İddiaçıların təqdim etdikləri xx.xx.2018-ci il tarixli sadə yazılı formada tərtib edilmiş əlyazma bildirişdə göstərilir: “Mən İddiaçı2, xx.xx.2018-ci il tarixdə X3 direktor keçməsi ilə bağlı olan 5.000 manat pulu İddiaçı1lə bir yerdə Ellada xanıma təhvil verdim. İmalar: İddiaçı2, İddiaçı1 xx.xx.2018-ci il” Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı1 Cavabdeh 10.000 manat pul verməsinə dair, həmçinin İddiaçı2 Cavabdeh 5.000 manat pul verməsinə dair notarial qaydasında təsdiq edilmiş müqavilə və ya Cavabdeh (adı, soyadı, atasının adı göstərilməklə) imzası olan sadə yazılı formada tərtib edilmiş hər hansı yazılı sənəd mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçıların izahatlarında göstərdiyi xüsusatlar, yəni Həsənova (Aslanova) Ellada İlham qızına 10.000 manat verilməsinə dair xx.xx.2017-ci il tarixli qəbz və 5.000 manat verilməsinə dair xx.xx.2018-ci il tarixli qəbz məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə, iddiaçıların cavabdehə pul vermələrini təsdiq edən yazılı sübut kimi qəbul edilə və iddia tələblərinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1476/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli iltizamlar və işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı2 həyat yoldaşı X3 Bakı şəhəri Səbail rayonundakı 219 saylı orta məktəbin direktoru təyin edilməsinə kömək etmək məqsədilə X2 vasitəsilə metronun “İnşaatçılar” stansiyasının yanında İddiaçı1 xx.xx.2017-ci il tarixdə 10.000 manat pul vermişdir. X1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bəxtiyar zəng edərək arvadının öldüyünü xəbər vermiş və pulları qaytarmasını İddiaçı1 tələb etmişdir. Lakin İddiaçı1 xx.xx.2017-ci il tarixdə İddiaçı2 aldığı 10.000 manat vəsaiti geri qaytarmamışdır. Bakı şəhəri Nizami RPİ İŞ-nin rəisi xx.xx.2020-ci il tarixli 087-6798-1220 nömrəli məktubla məhkəmənin xx.xx.2020-ci il tarixli 2(004)-1476/2020 nömrəli sorğusuna cavab verərək bildirirmişdir ki, vət. İddiaçı1 2017-ci ildə İddiaçı2 etibarından sui-istifadə edərək həyat yoldaşı X5 işə düzəltmək adı ilə aldadaraq ondan Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Nəbz” klinikasının qarşısında 20.000 ABŞ dolları (34.000) AZN pul vəsaitini alıb ələ keçirməsi faktı ilə bağlı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami rayon prokuroru baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq olunması üçün Bakı şəhəri Nizami RPİ İŞ-nə göndərilmişdir. Cinayət işinin istintaqı Bakı şəhəri Nizami RPİ İŞ-nin müstəntiqi polis mayoru X8 həvalə edildiyindən, icraatına qəbul edilərək istintaq apaılmışdır. İstintaq zamanı xx xxxxxx 2018-ci il tarixdə İddiaçı2 zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmışdır. Bundan əlavə istintaq zamanı X6, İddiaçı1, X11, X4, Cavabdeh ifadələri alınmışdır. Cinayət işi üzrə X11 barəsində Sabunçu RPİ-nin İŞ-də ********* saylı cinayət işi üzrə xx xxxxxxx 2018-ci il tarixdə axtarış elan edildiyindən, onunla digər şəxlər arasında üzləşdirmə istintaq hərəkəti keçrilməsi mümkün olmamışdır. Cinayət işi üzrə ittiham elan edilməsi üçün yetərincə sübut olmadığından yekun qərar qəbul etmək mümkün olmamışdır. Hal-hazırda cinayət işinin icraatı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1476/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı1 10.000 manat pul tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. Göründüyü kimi, təqdim edilən xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli əlyazılarının mətnində Cavabdeh pul verilməsi öz əksini tapmadığı və həmin yazılar Cavabdeh tərəfindən imzalanmadığına, həmçinin Cavabdeh məhkəmə iclasında iştirak etmədiyinə və ya iddiaçılara iddia etdikləri 10.000 manat və 5.000 manat borcu olmasına dair məhkəməyə yazılı etiraz və ya mülahizəsini göndərmədiyinə görə həmin yazılar iddiaçıların iş üzrə Cavabdeh pul vermələrini təsdiq edən yazılı sübut kimi qəbul edilə və iddia tələblərinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçılar isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçıların iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı “Cavabdeh 10.000 manat pul tutularaq İddiaçı1 və 5.000 manat tutularaq İddiaçı2 ödənilməsi” tələbinə dair iddiaları rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1893/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1893/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver