Məhkəmə qərarları › İş №2(004)-1897/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1897/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1897/2021 14.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.07.2008-ci il tarixli 02L000003118 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 15.08.2014-cü il tarixli 02R000033986 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 16.03.2015-ci il tarixli 02R000033986S saylı, 06.04.2016-cı il tarixli 02R000033986SA saylı, 12.12.2016-cı il tarixli 02R000033986SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və laiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8835.77 ABŞ Dolları ödəmiş, onun 11164.23 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 1307 gün üçün hesablanmış faiz borcu 12696.29 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə 1307 gün üçün hesablanmış cərimə 21439.46 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 15.08.2014-cü il tarixli 02M000001933 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45A saylı fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 45 №-li reyestr kitabının 31 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45A saylı fərdi yaşayış evinin (həyətyanı tikili və qurğularla birlikdə) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 07.09.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 10.09.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı AcessBank Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02R000033986 saylı kredit razılaşması üzrə 11164.23 ABŞ Dolları kredit borcu, 12696.29 ABŞ Dolları faiz borcu və 21439.46 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 45299 (qırx beş min iki yüz doxsan doqquz) ABŞ Dolları 98 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh3 məxsus Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45A saylı fərdi yaşayış evinə həyətyanı tikili və qurğularla birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 45299 (qırx beş min iki yüz doxsan doqquz) ABŞ Dolları 98 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun, 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərrracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması; Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45A saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə) xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.07.2008-ci il tarixli, 02L000003118 nömrəli kredit Xətti Müqaviləsi üzrə 15.08.2014-cü il tarixli, 02R000033986 nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı QSC-nin Babək filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,8333 faiz olmaqla, 20000 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 15.08.2014-cü il tarixli kreditin verilməsi haqqında köçürmədən görünür ki, İddiaçı QSC-nin Babək filialı tərəfindən Cavabdeh1 hesabına 20000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 23.05.2011-ci il tarixli, 02S000014469 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 bu müqaviləyə əsasən 18.07.2008-ci il tarixli, 02L000003118 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliyin borcalan tərəfindən tamamilə və ya hissə-hissə icra edilməsi üçün kreditor qarşısında məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan 15.08.2014-cü il tarixli, 02S000025236 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 bu müqaviləyə əsasən 18.07.2008-ci il tarixli, 02L000003118 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliyin borcalan tərəfindən tamamilə və ya hissə-hissə icra edilməsi üçün kreditor qarşısında məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan 28.07.2009-cu il tarixli, 02S000008527 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 bu müqaviləyə əsasən 18.07.2008-ci il tarixli, 02L000003118 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliyin borcalan tərəfindən tamamilə və ya hissə-hissə icra edilməsi üçün kreditor qarşısında məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan 15.08.2014-cü il tarixli 02M000001933 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 18.07.2008-ci il tarixli, 02L000003118 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq mülkiyyətində olan ünvan 1 ünvanında mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini İddiaçı QSC-yə ipoteka qoymuşdur. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 21176 manat qiymətləndirmişlər. İş materiallarında olan 16.03.2015-ci il tarixli 02R000033986S saylı, 06.04.2016-cı il tarixli 02R000033986SA saylı və 12.12.2016-cı il tarixli 02R000033986SB saylı Sazişlərdən görünür ki, tərəflər arasında bağlanmış 15.08.2014-cü il tarixli, 02R000033986 nömrəli Kredit Razılaşması və Ödəniş Planına dəyişilik edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh3 ünvanlanmış bildirişlərin surətindən görünür ki, cavabdeh banka olan borcunun ödəməsi, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət edərək tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 09.09.2020-ci il tarixli, 20612 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş 10.09.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 28.01.2021-ci il tarixli, 2200 nömrəli arayışdan görünür ki, Cavabdeh1 06.10.2020-ci il tarixinə banka əsas borc üzrə 11164.23 ABŞ dolları, faiz borcu üzrə 12696.29 ABŞ dolları, cərimə borcu üzrə 21439.46 ABŞ dolları, ümumilikdə isə 45299.98 ABŞ dolları təşkil edir. İş materiallarında olan Legal Prime MMC tərəfindən verilmiş LP-153/21 nömrəli, 09.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin likvid qiyməti 34000 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borclarını ödəməyəcəkləri təqdirdə məhkəmə müraciət olunacağı barədə xəbərdar edilmişlər. İş materiallarında olan Elektron Xidmətlər Portalının çıxarışından görünür ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 (otuz) manat dövlət rüsumu (10 manat dövlət rüsusmu və 20 manat xidmət haqqı) ödəmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.07.2008-ci il tarixli, 02L000003118 nömrəli kredit Xətti Müqaviləsi və həmin müqavilə üzrə 15.08.2014-cü il tarixli, 02R000033986 nömrəli Kredit Razılaşmasına əsasən İddiaçı QSC-nin Babək filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,8333 faiz olmaqla, 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq ünvan 1 ünvanında mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi banka ipoteka qoyulmuş, eyni zamanda bankla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. 16.03.2015-ci il tarixli 02R000033986S saylı, 06.04.2016-cı il tarixli 02R000033986SA saylı və 12.12.2016-cı il tarixli 02R000033986SB saylı Sazişlərə əsasən tərəflər arasında bağlanmış 15.08.2014-cü il tarixli, 02R000033986 nörməli Kredit Razılaşması və Ödəniş Planına dəyişilik edilmişdir. Cavabdeh1 kredit müqaviləsindən, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə zaminlik müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə bank qarşısında birgə məsuliyyət daşıyaraq borcları yaranmışdır. Məhkəmə iddia tələbinin əsas borc üzrə cavabdehlərdən 11164.23 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissəsdə təmin edilməlidir. İş materiallarında olan ekspert rəyinə əsasən cavabdehlərin 15.08.2014-cü il tarixli, 02R00003386 nömrəli Kredit Razılaşması üzrə əsas borcu 12944.77 ABŞ dolları məbləğində müəyyən edilsə də, iddia tələbi əsas borcu hissəsində irəli sürülmüş tələb həcmində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin cavabdehlərdən iddiaçının xeyrinə 12696.29 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 9/5204 nömrəli, 23.08.2021-ci il tarixli ekspert rəyinə əsasən cavabdehlərin 09.07.2018-ci il tarixə yəni, kredit razılaşmasının qüvvədə olma tarixinə 3566.16 ABŞ dolları məbləğində faiz borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış 21439.46 ABŞ dolları dəbbə pulu (cərimə) cavabdehlərin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 1000 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5. maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7 maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1 maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli və həmin əmlak açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tələbin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu 20 manat xidmət haqqı ödəmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi hərracdan əldə olunmuş vəsait, borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdehlərdən ümumi qaydada tutulması hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədikdə borcun cavabdehlərdən tutulması İcra Haqqında Qanuna əsasən icra mərhələsində həll edilir. Məhkəmə eyni zamanda iddia tələbinin Abşeron rayonu Saray qəsəbəsi Koroğlu küçəsi 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45A saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsi, 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45 A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində Cavabdeh3 evi könüllü surətdə tərk etmədikdə həmin evdən çıxarılmalı və əmlak boşaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02R000033986 saylı kredit razılaşması üzrə 11164 (on bir min yüz altmış dörd) ABŞ Dolları 23 (iyirmi üç) sent məbləğində əsas kredit borcu, 3566 (üç min beş yüz altmış altı) ABŞ Dolları 16 (on altı) sent məbləğində faiz borcu və 1000 (bir min) ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15730 (on beş min yeddi yüz otuz) ABŞ Dolları 39 (otuz doqquz) sent məbləğində (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulmalı; tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsi, 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45 A saylı fərdi yaşayış evinə yönəldilməli və torpaq sahəsi və fərdi yayış evi açıq hərracda satılmalı, torpaq sahəsi və fərdi yaşayı evinin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə borcu ödənilməli; ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh3 verilməli; ipoteka predmetinin ilkin satış məbləği 34000 (otuz dörd min) manat müəyyən edilməli; ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsi, 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45 A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində Cavabdeh3 evi könüllü surətdə tərk etmədikdə həmin evdən çıxarılmalı və ev boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 65.30%-i, yəni 19 (on doqquz) manat 60 (altmış) qəpiyi iddiaçıya aid edilməli, qalan 34.70%-i, yəni 10 (on) manat 40 (qırx) qəpik ödənilmiş məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 65.30%-i, yəni 65 (altmış beş) manat 30 (otuz) qəpiyi iddiaçıdan, digər 34.70%-i, yəni 34 (otuz dörd) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02R000033986 saylı kredit razılaşması üzrə 11164 (on bir min yüz altmış dörd) ABŞ Dolları 23 (iyirmi üç) sent məbləğində əsas kredit borcu, 3566 (üç min beş yüz altmış altı) ABŞ Dolları 16 (on altı) sent məbləğində faiz borcu və 1000 (bir min) ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15730 (on beş min yeddi yüz otuz) ABŞ Dolları 39 (otuz doqquz) sent məbləğində (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsi, 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45 A saylı fərdi yaşayış evinə yönəldilsin və torpaq sahəsi və fərdi yayış evi açıq hərracda satılsın, torpaq sahəsi və fərdi yaşayı evinin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə borcu ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh3 verilsin. İpoteka predmetinin ilkin satış məbləği 34000 (otuz dörd min) manat müəyyən edilsin. İpoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsi, 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 45 A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində Cavabdeh3 evi könüllü surətdə tərk etmədikdə həmin evdən çıxarılsın və ev boşaldılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 65.30%-i, yəni 19 (on doqquz) manat 60 (altmış) qəpiyi iddiaçıya aid edilsin, qalan 34.70%-i, yəni 10 (on) manat 40 (qırx) qəpik ödənilmiş məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 65.30%-i, yəni 65 (altmış beş) manat 30 (otuz) qəpiyi iddiaçıdan, digər 34.70%-i, yəni 34 (otuz dörd) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar