Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1898/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusuna qarşı “02.04.2021-сi il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərarın ləğv edilməsi və notariat hərəkətlərinin davam etdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər X2, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusuna qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakının qəbul edilməsi və miras əmlakının üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04.07.2020-ci il tarixində vəfat etmiş X5 vərəsəsi kimi tanınmaqla mərhumdan miras qalmış **-KT-*** qeydiyyat nömrəli, Tofaş Şahin markalı minik avtomobilinə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəsini məhkəməyə təqdim edərək yekunda cavabdeh qismində Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusunu qoymuş və Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X11 tərəfindən qəbul olunmuş “02.04.2021-сi il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərarın ləğv edilməsi və notariat hərəkətlərinin davam etdirilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 28.10.2020-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Ofisinə müraciət edərək 04.07.2020ci il tarixdə vəfat etmiş əri X6 məxsus olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 05.12.2019-cu il AD663729 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2004 olan TOFAŞ ŞAHİN MİNİK markalı, 10- KT-990 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakı barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən 02 aprel 2021-ci il tarixdə “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” qərar qəbul edilmişdir. Adı çəkilən qərar onunla əsaslandırılmışdır ki, miras qoyanın vərəsələri arasında miras əmlakın bölüşdürülməsinə dair mübahisə var. Lakin hesab edir ki, Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən 02 aprel 2021-ci il tarixdə “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” qərar əsassızdır və ləğv edilməlidir. Ona görə iddia tələbimin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X12 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan АЗ № 107730 seriyalı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 Zülfünaz Məmməd qızı ilə 30.07.1969-cu ildə rəsmi nikaha daxil olmuşlar və nikahdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ № 089251 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 04.07.20201-ci il tarixdə vəfat etmişdir və 10.07.2020-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsində akt qeydləri kitabında qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş İİ-ЖГ № 383786 seriyalı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh4 20.10.1973-cц il tarixdə Bakı şəhərində anadan olmuş, atası X9, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş АЗБ № 150647 seriyalı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.1971-cц il tarixdə Bakı şəhərində anadan olmuş, atası X9, anası isə İddiaçıdır. İş materiallarında olan AD № 663729 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, , **-KT-*** dövlət qeydiyyat nişanlı, 2004cü il buraxılışlı, gümüşü metallik rəngdə olan TOFAŞ ŞAHİN MİNİK markalı nəqliyyat vasitəsinin sahibi X7r. İş materiallarında olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin 08.12.2020-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Yeni Yasamal-1, 2 saylı evin 12 nömrəli mənzilində qeydiyyatdadır və mərhum əri-X9 ölən gününə kimi arvadı ilə birgə göstərilən ünvanda yaşamışlar. İş materiallarında olan məhkəmə sorğusu əsasında məhkəməyə təqdim olunmuş notariat işindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh4 28.12.2020-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri 19 saylı Notariat Kontoruna müraciət etmişdirlər. Cavabdeh4 ona düşən paydan anası İddiaçı xeyrinə imtina etdiyini və miras əmlakdan imtina etməsi ilə bağlı ərizəsini notariat işinə əlavə etmişdir. Məhkəmənin gedişatında (məhkəmə proseslərinin davam etdirildiyi tarixdə) 02.04.2021-ci il tarixdə İddiaçı ərizə ilə Bakı şəhəri 19 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək oğlu Cavabdeh3 ilə aralarında mübahisə olduğundan onun notariat ofisinə gəlmədiyini, buna görə də həmin vərəsəlik işinə imtina verilməsini xahiş etmişdir. Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X11 tərəfindən qəbul edilmiş 02.04.2021-ci il tarixli “notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” qərarın surətindən müəyyən olunur ki, miras qoyanın vərəsələri arvadı- İddiaçı, oğlu- Cavabdeh3, qızı –Cavabdeh1 olduğundan və bu səbəbdən tərəflər arasında miras əmlakın bölüşdürülməsinə dair mübahisə yarandığından İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməlidir. Belə ki, Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu X11 02.04.2021-ci il tarixli “notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” qərarında vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edildiyi bildirsə də bunu sübut edən hər hansı halı əsaslandırmamış və digər vərəsələrin mübahisə ilə bağlı hər hansı ərizəsini notariat işinə əlavə etməmişdir. Yəni, İddiaçı oğlu Cavabdeh3 ilə aralarında mübahisə olduğunu söyləməsi notariat hərəkətlərinin aparılmasının dayandırılmasına əsas vermir. Məhkəmə hesab edir ki, iddiaçı miras açıldığı gündən qanunla müəyyən edilmiş müddəti ötürmədən notariusa müraciət etmişdir. İddiaçının oğlu ilə mübahisəsi onun bu barədə şifahi müraciətinə əsasən deyil,notarist işininə əsasən müəyyən edilməlidir.Ona görə də Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən qəbul edilmiş “02.04.2021-сi il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərar ləğv edilməli və notariat hərəkətləri davam etdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-cu maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən qəbul edilmiş “02.04.2021-сi il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərar ləğv edilsin və notariat hərəkətləri davam etdirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1898/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1898/2021
24.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver