Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-19/2021 02.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, Cavabdeh2 sərəncamlarının etibarsız hesab edilməsi, Cavabdeh1 İddiaçı qarşı sərəncamın və orderin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh2 Başçısının xx.xx.2008-ci il tarixli 94 saylı və xx.xx.2009-cu il tarixli 154 saylı sərəncamlarının etibarsız hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, 2-ci Alatava 5 M saylı mənzildən istifadə hüququna xitam verilməsi, onların bu mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 tərəfindən İddiaçı adına xx.xx.2009-cu il tarixli, 455 saylı sərəncamın və 003953 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh2 başçısının xx.xx.2007-ci il tarixli 455 saylı sərəncamı ilə iddiaçının yaşadığı Bakı şəhəri, 2-ci Alatava 5 saylı mənzilə dair orderin verilməsi qərara alınmışdır. Bu sərəncam əsasında ona həmin mənzilə dair xx.xx.2007-ci il tarixli 003953 saylı order də verilmişdir. İddiaçı ondan asılı olmayan üzürlü səbəblərə görə xeyli müddət bu mənzildən istifadə edə bilməmişdir. 2017ci ilin iyul ayında bu mənzilə baxmağa gedərkən mənzilin Cavabdeh1 və digər şəxslər tərəfindən zəbt olunduğunu bilmişdir. Cavabdeh1 qanunsuz olaraq həmin mənzilə daimi pasport qeydiyyatına da düşmüşdür. Qanuni əsaslarla əldə etdiyi mənzil bu şəxslər tərəfindən zəbt olunduğuna görə öz mənzilindən istifadə edə bilməmişdir. Cavabdeh2 Başçısının xx.xx.2008-ci il tarixli 94 saylı sərəncam ilə ona verilmiş order ləğv edilmişdir. Cavabdeh2 Başçısının xx.xx.2009-cu il tarixli 154 saylı sərəncamı ilə isə həmin mənzilə dair kirayə müqaviləsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, yaşadığı mənzili 2008-ci ildə həmin mənzilin sahibi olan X1 almışdır. Mənzili alan zaman Bakı şəhər 12 saylı DNK-da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən X5 ilə onun arasında ilkin müqavilə başlanmışdır. Bakı şəhəri Cavabdeh2 154 saylı, xx xxxxx 2009-cu il sərəncamı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 83-cü maddəsinə əsasən X2 razılığına əsasən mənzilin kirayə müqaviləsi onun adına keçirilmiş və mənzilin əsas kirayəçisi hesab edilmişdir. Alan gündən bugünə kimi o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. xx xxxxxxxx 2008-ci il tarixdən Daxili İşlər Nazirliyinin Baş müstəntiqi Akif Tağıyev onun mənzilində, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə aparılan cinayət işi ilə əlaqədar yaşadığı ona məxsus mənzildə axtarış aparılmış və protokol tərtib edilərək göstərilmişdir ki, dələduzluq faktı ilə tutulan İddiaçı məxsus hər hansı sənəd və qiymətli əşyalar tapılmamışdır. Həmin vaxt məlum olmuşdur ki, X1, İddiaçı aldadaraq baş etibarnamə almışdır ki, həmin mənzili X2 adına özəlləşdirərək sənədlərini sahibinə versin. Ancaq İddiaçı X3 aldadaraq onun etibarından sui-istifadə edərək saxta yolla mənzili öz adına keçirilməsi barədə saxta bir sənəd düzəltdirmişdir. İddiaçı bu hərəkətləri qanunsuzdur və əsassızdır. O, mənzili qanuni yolla sahibindən almışdır, zəbt etməmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-19/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə icraata və ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “Bakı şəhəri Cavabdeh2 Başçısının xx.xx.2008-ci il tarixli 94 saylı və xx.xx.2009-cu il tarixli 154 saylı sərəncamlarının etibarsız hesab edilməsi hissəsində” mülki işin icraatına xitam verilmişdir. Məhkəmə iclasında cavabdeh və onun vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın “Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, 2-ci Alatava 5 M saylı mənzildən istifadə hüququna xitam verilməsinə, onların bu mənzildən məcburi qaydada çıxarılmaları” hissəsində rədd edilməsini, qalan hissədə isə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh və onun vəkili iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişlər. Məhkəmə cavabdehin və onun vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Cavabdeh2 xx xxxxxx 2008-ci il tarixli, 94 saylı sərəncamına əsasən Cavabdeh2 Başçısının İddiaçı İİ Alatava küçəsi, 5 M saylı evə orderin verilməsinə dair xx.xx.2007-ci il tarixli, 455 saylı sərəncamı ləğv edilmiş və ona verilmiş 003953 saylı order etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının x xxxx 2020-ci il tarixli, 2-1(102)-769/2020 saylı qərarından görünür ki, İddiaçı Cavabdeh2nə qarşı Cavabdeh2 Başçısının xx.xx.2008-ci il tarixli 94 saylı və xx.xx.2009-cu il tarixli 154 saylı sərəncamlarının etibarsız hesab edilməsi barədə iddiası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-1163/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə rədd edilmişdir. Həmin qərar Apelyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Beləliklə, İddiaçı iddiasının əsasını təşkil edən Cavabdeh2 Başçısının xx.xx.2007-ci il tarixli, 455 saylı sərəncamı Bakı şəhər Cavabdeh2 xx xxxxxx 2008-ci il tarixli, 94 saylı sərəncamı ilə ləğv edildiyindən iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ qalmamışdır. Odur ki, onun cavabdehin həmin mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiası əsassızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia qismən rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddiası Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, 2-ci Alatava 5 M saylı mənzildən istifadə hüququna xitam verilməsi, onların bu mənzildən məcburi qaydada çıxarılmaları hissəsində rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-19/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-19/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver