Məhkəmə qərarları › İş №2(004)-19/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-19/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-19/2024 18.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, "xxxx" MTK, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh5 qarşı “maliyyə arayışı, protokoldan çıxarışın, forma 2 arayışın etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, "xxxx" MTK, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh5 qarşı “maliyyə arayışı, protokoldan çıxarışın, forma 2 arayışın etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən Cavabdeh1 verilmiş 23 noyabr 2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı, 138 nömrəli protokoldan çıxarışın və 01-F nömrəli forma-2 arayışının etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh1 verilmiş **********13- 05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh5 verilmiş **********13-05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli 24 yanvar 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Cavabdeh2 MMC tərəfindən İddiaçı 17 avqust 2010-cu il tarixli 179 saylı müqavilə əsasında təhvil verilmiş mübahisə predmeti olan və ünvan 2 - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 362660 saylı “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 27 may 2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyi 12 saylı Notariat Ofisinin məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş İddiaçı vərəsəsi arvadı X2r. İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə1 21 avqust 2024-cü il tarixli məhkəmə iclasında vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı hüquqi varisi kimi X1 qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tərəfindən İddiaçı vəfat etdiyindən onun həyat yoldaşı X1 hüquqi varis kimi mülki işə cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə nȧ ıpsaK“ İnşaat MB“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 17 avqust 2010-cu il tarixində 179 saylı sifariş müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən müqavilənin predmetində əsaslı tikintisi nəzərdə tutulmuş Bakı şəhəri, Yasamal rayonu, A. Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2 saylı blokunun 14-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 90,29 kv.metr olan 139 saylı mənzil Sifarişçi qismində çıxış edən İddiaçı verilməli idi. Cavabdeh2 MMC tərəfindən verilən maliyyə arayışında İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 179 saylı sifariş müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu A.Salamzadə küçəsi, 1055ci məhəllədə MMC-nin inşaat etdiyi yaşayış binasının 2 saylı Blokunun 14-cü mərtəbəsində ümumi sahəsi 90,29 kv.m ibarət olan mənzilin əsaslı tikintisini sifariş etdiyi, İddiaçı ilə sifariş müqaviləsinin 3-cü maddəsinə əsasən mənzilin ümumi dəyərinin tam hissəsi olaraq Cavabdeh2 MMC-nin xəzinəsinə 67.717 (altmış yeddi min yeddi yüz on yeddi) manat ödənildiyi qeyd edilmişdir. Qeyd etmək istəyir ki, İddiaçı tərəfindən qeyd edilən mənzil alındıqdan sonra mənzildə əsaslı təmir işləri aparılmışdır. Müqavilə predmeti olan mənzil faktiki olaraq İddiaçı sahibliyində və istifadəsində olmuşdur. 2022-ci ilin yanvar ayının 26-da İddiaçı məlum olmuşdur ki, ona aid mənzilin qapısının kilid sistemi dəyişdirilmiş, mənzilə başqa şəxslər daxil olmuşlar. Eyni gündə məsələ ilə bağlı araşdırma aparılan zaman həmin şəxslərlə söhbət əsnasında Cavabdeh5 adlı şəxs qeyd edilən mənzilin ona aid olduğunu, belə ki, ona qeydiyyat tarixi 24 yanvar 2022-ci il tarixi olan **********13-05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında çıxarışın verildiyini, bu mənzili Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satın aldığını bildirmişdir. Cavabdeh1 ilə söhbət zamanı o, qeyd edilən mənzili Cavabdeh3ndən satın aldığını, mənzilin dəyərini adı çəkilən MTK-nın sədri X7 ödədiyini, mənzillə bağlı "xxxx" MTK tərəfindən ona mənzilə dair protokoldan çıxarış və maliyyə arayışının verildiyini bildirmişdir. Həmçinin bildirmək istəyir ki, qeydiyyat tarixi 24 yanvar 2022-ci il olan mülkiyyət hüququ haqqında çıxarışda daşınmaz əmlakın ünvanı (olduğu yer) ünvan 2 - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 olaraq göstərilmişdir. Bakı şəhəri 9 saylı Vəkil Bürosu tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinə 15 iyul 2022-ci il tarixində 450 saylı sorğu ilə müraciət edilmiş, həmin müraciətdə Cavabdeh1 ünvan 2 - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 mənzilinin mülkiyyətçisi olmasının əsasını təşkil edən sənədlərin (payçı qismində müqavilə, protokoldan çıxarış və maliyyə arayışı) surətinin, o cümlədən Cavabdeh5 ünvan 2 - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 mənzilini hansı əsaslarla əldə etdiyinə, əgər daşınmaz əmlakın alqı-satqı müqaviləsinə uyğun aparılmışsa, həmin müqavilənin hansı notariat orqanında və hansı tarixdə aparılması, o cümlədən həmin alqı-satqı müqaviləsini və müvafiq sənədlərin surətinin təqdim edilməsi istənilmişdi. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 18 iyul 2022-ci il tarixli **********81 saylı cavab məktubunda "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışına, 138 nömərli protokolundan çıxarışa, 01-F nömrəli forma-2 arayışına və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5052/17 nömrəli xx.xx.2017-ci il tarixli qərardadına əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 139 ilkin olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçdiyi, Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş 4Ə-81 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 adına 24 yanvar 2022-ci il tarixdə qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu bildirilmiş və sənədlərin surətinin məhkəmə sorğusu əsasında verilə biləcəyi qeyd olunmuşdur. ünvan 3 ünvanlanmış 19 iyul 2022-ci il tarixli 488 saylı sorğuya 21 iyul 2022-ci il tarixində verilən 2874 saylı cavabla 18 yanvar 2022-ci il tarixli 4Ə-81 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti təqdim edilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən satıcı qismində iştirak edən Cavabdeh1 **********13-05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli 06 dekabr 2021-ci il tarixli ünvan 2 - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 mənzilini 18 yanvar 2022-ci il tarixində Alıcı qismində iştirak edən digər Cavabdeh5 satmış, Cavabdeh5 alqısatqı predmeti olan daşınmaz əmlaka görə 112.000 (bir yüz on iki min) manat pul vəsaitini Cavabdeh1 ödəmişdir. Bu daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 **********13-05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli 24 yanvar 2022-ci il tarixində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda qeyd edildiyi kimi mübahisə predmeti olan mənzil İddiaçı tərəfindən 17 avqust 2010-cu il tarixində 179 saylı müqavilə əsasında satın alınmışdır. Qeyd edilən mənzilə dair maliyyə arayışı da cavabdeh "xxxx" MMC tərəfindən verilmişdir. Bununla yanaşı qeyd edilən mənzildə cari təmir işləri də iddiaçı tərəfindən aparılmışdır. Bunu həm cavabdehlərdən Cavabdeh1, həm də digər Cavabdeh5 da təsdiq edə bilər. Belə ki, 26 yanvar 2022-ci il tarixində onlarla mübahisə predmeti olan mənzildə mübahisə ilə bağlı araşdırma aparılarkən da bu xüsusat təsdiq olunmuşdu. Bildirmək istəyir ki, İddiaçı həmin vaxta qədər "xxxx" MTK-nın təsis edilməsi, X5 mənzilləri başqa şəxsə satmasından məlumatı olmamışdır. Həmçinin, bildirmək istəyirik ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi yaşayış binasının tikintisi üçün tikintiyə dair müvafiq sərəncamlar, icazələr, o cümlədən layihələşmə sənədləri müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Cavabdeh2 MMC-nin adına verilmiş, bina həmin MMC tərəfindən tikilərək istismara verilmişdir. Cavadehlərdən "xxxx" Mənzil Tikinti Kooperativi 02 avqust 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış, tikilərək istismara verilmiş mənzillərə və yaşayış binasına kommunal xidmətlərin göstərilməsi, liftlərin işlək vəziyyətində saxlanması və s. bu kimi fəaliyyətləri həyata keçirtmək olmuşdur. 2017-ci il tarixində cavabdehlərdən "xxxx" MTK təsis edilən zaman artıq bina tikilib başa çatmış və mənzillər satılmışdı. Nəzərə alınmalıdır ki, cavabdehlərdən "xxxx" MMC tərəfindən mübahisəli mənzil 17 avqust 2012-ci il tarixində ona satıldıqdan sonra MMC-nin mənzil üzərində hüquqları itirildiyi üçün onun hər hansı formada sonradan MTK-ya keçməsi mümkün deyildi. MTK-nın təsis edilməsindən sonra hər hansı tikinti aparılmamışdırsa, MTK-nın təsis edilməsinin məqsədi nə idi? MTK-nın təsis edilməsindən iddiaçının və digər mənzil mülkiyyətçilərinin xəbəri olmamış, həmçinin MTK tərəfindən qanunsuz protokoldan çıxarışlar verilərkən nə ümumi iclas çağırılmış, nə də bundan kimsənin məlumatı olmuşdur. Görünür ki, gizli yolla qanunsuz sənədlər tərtib edilmiş və mənzil mülkiyyətçilərinin xəbəri olmadan onlara məxsus mənzillər qanunsuz sənədlər verilməsi yolu ilə başqa şəxslərə aldadılmaqla satılmış və pulları mənimsənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddianın təmin olunması çıxarışın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbinə etiraz etməmiş və izahatında bildirmişdir ki, mübahisəli mənzil İddiaçı qaytarılmalı və çıxarış ləğv olunmalıdır, odur ki, iddia tələbinin təmin olunmasına etiraz etmir. Həmçinin, Cavabdeh1 barəsində əməllərində cinayət tərkibi olduğundan, məhkəmə tərəfindən buna qiymət verilməsi və barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, mənzili vicdanlı alıcı kimi Cavabdeh1 almışdır. Ev alınanda hər hansı mübahisənin olduğundan məlumatları olmamışdır, pul verib mənzili almışdır. Mənzil onlara dövlət tərəfindən qeydiyyata alınmış çıxarış əsasında satılmışdır, ona görə də, mənzil barədə mübahisənin olduğundan şübhələnməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mənzili 105.000 manata almış və alarkən Rafət mənzili açarla açıb ona göstərmişdir, pulu mənzili alanda Rafətə vermişdir. Mənzili 105.000 manata alıb, 112.000 manata Cavabdeh5 satmışdır. Uzun illərdir bu işlə məşğuldur, evləri alıb təmir edərək və ya təmirsiz satır. Odur ki, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş digər tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə digər tərəflərhin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdraraq hesab edir ki, iddia tələbi təmin edilməməli və müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli 2-1(81)-5052/2017 saylı qərardadına əsasən iddiaçı "xxxx" MTK və cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti arasında xx.xx.2017-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi qərara alınmış və “Bu razılaşmaya əsasən Bakı şəhəri İcra Hakimiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş üzrə "xxxx" MTK-nın Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın istismara qəbul edilməsi və sənədləşdirmə məsələsinə baxılması vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi” barədə iddia tələbini qəbul edir. "xxxx" MTK tərəfindən verilən 23 noyabr 2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 139 ünvanında yerləşən mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən ödənilmiş və MTK-ya borcu yoxdur. "xxxx" MTK-nın 23 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 139 ünvanında yerləşən mənzil Cavabdeh1 məxsusdur və həmin mənzilə pasport qeydiyyatı yoxdur. "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarışın surətidən görünür ki, Cavabdeh1 kooperativə üzv qəbul olunmaqla, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 139 ünvanında yerləşən mənzilin payçısı olması təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən **********13- 05301-093170 reyestr nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır. Alıcı Cavabdeh5 ilə satıcı Cavabdeh1 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 2 - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 saylı mənzili 112000 manata Cavabdeh5 satmışdır. İş materiallarına əlavə edilmiş ittiham aktından və “Elektron Məhkəmə” İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-530/2023 saylı cinayət işi vardır. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs X10 bir neçə cinayətin törədilməsində təqsirləndirilir. O cümlədən təqsirləndirilir ki, o, xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək "xxxx" MTK-nın sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib, təkrarən eyni məqsədlə ünvan 4 ünvanında yerləşən və xx.xx.2010-cu il tarixli müqavilə əsasında 67717 manata alınmış İddiaçı mülkiyyətində olmaqla uzun illərdir yaşayış olmayan 139 nömrəli mənzili təqdim edərək Cavabdeh1 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə” arayışı və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə biləbilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 həmin mənzili ona guya 105.000 manata satmaq adı ilə aldadaraq ünvan 5 ünvanında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bununla da qeyd olunan hərəkətləri ilə Cavabdeh1 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Həmin cinayətlə bağlı hazırkı iş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-172/2023 saylı qərardadı ilə mülki iş üzrə icraat Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-530/2023 saylı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-124/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən isə təyin olunmuş əlavə cəzanı tam toplamaq yolu ilə X9 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X11 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablanması, X6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsi, iş üzrə maddi sübutlar: xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2018-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 126 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2020-ci il tarixli "xxxx" MTK- nm üzvlərinin ümumi iclasının 129 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 123 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 125 nömrəli protokolundan çıxarışın, xx.xx.2019-cu il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2019-cu il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 87 nömrəli protokolundan çıxarış cinayət işinin materiallarında saxlanılması, məhkəmə məsrəfi - 127 (bir yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci X4 tutularaq dövlət büdcəsinə ödənilməsi, X10 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, X10 və ailə üzvlərinin mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 2.81 ha kənd təsərrüfatı təyinatlı və 0.24 ha həyətyanı torpaq sahələrinin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(004)-1029/2022 nömrəli qərarı əsasında qoyulmuş həbsin götürülməməsi hökm edilmişdir. Beləliklə, hazırkı mülki mübahisə üzrə işin halları ondan ibarətdir ki, ünvan 2 - Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 11, M13, m3 saylı mənzil İddiaçı ilə “Kaspian İnşaat MB“ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 17 avqust 2010-cu il tarixdə bağlanmış 179 saylı sifariş müqaviləsi əsasında İddiaçı tərəfindən əldə edilmiş, tikinti işləri başa çatddıqdan sonra mənzil ona təhvil verilmiş, onun sahibliyində və istifadəsində olmuşdur. Daha sonra X10 "xxxx" MTK-nın sədri olmasından istifadə edərək, "xxxx" MTK-nın üzvlərinin 138 nömrəli protokolu ilə sifariş müqaviləsinə əsasən İddiaçı satılmış və dəyəri sonuncu tərəfindən tam ödənilmiş Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 139 ünvanında yerləşən mənzilinin Cavabdeh1 payçısı olmasının təsdiq edilməsinə nail olmuş, bu əsaslarla həmin mənzil onun adına qeydiyyata alınmış, daha sonra Cavabdeh1 onun adına qeydə alınmış mənzili Cavabdeh5 112.000 manata satmışdır. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, sözügedən mənzil hal-hazırda Cavabdeh5 sahibliyi və istifadəsindədir. Qeyd etmək lazımdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrindəki qeyd təkbaşına əşya hüquqlarının yaranmasını və ya xitamını təmin edə bilməz; qeydin göstərilən nəticələri doğura bilməsi üçün etibarlı hüquqi əsasa söykənməsi tələb edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci və MM-in 139-1-ci maddələrində bu tələb açıq şəkildə ifadə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.3 və 139-1.1.4-cü maddələrinin tələbinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və qanuni qüvvəyə minmiş məhkəmə qərarları, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (MM-in 139-1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddələri) üçün xarakterik olan əsasa bağlılıq prinsipi tələb edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış istənilən qeydin etibarlı hüquqi əsası (müqavilə, məhkəmə qətnaməsi, vəsiyyətnamə və s.) olsun. Lakin Cavabdeh1 mübahisəli mənzilə münasibətdə mülkiyyət hüququ etibarsız əqd əsasında qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, "xxxx" MTK, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh5 qarşı maliyyə arayışı, protokoldan çıxarışın, forma 2 arayışın etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" MTK tərəfindən digər Cavabdeh1 verilmiş 23 noyabr 2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı, 138 nömrəli protokoldan çıxarış və 01-F nömrəli forma arayışı etibarsız hesab edilməli və bunun əsasında Cavabdeh1 verilmiş **********13-05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Mülki qanunverciliyə görə, bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin etiraz nəticəsində məhkəmə qaydasında etibarsız hesab edilən əqdlər mübahisə edilən əqdlər adlanır. Bu əqdlər məhkəmədə mübahisələndirilməmişsə və onun tərəfindən etibarsız sayılmamışsa qüvvədə qalır. Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan belə hesab edilir ki, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olrnadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Eyni hüquqi mövqe “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda daha sonra göstərilir ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Restitusiyanın tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 tərəfindən sözügedən mənzil digər cavabdehə satılıb əmlakın dəyəri ona ödənildiyindən, hazırki halda restitusiyaya zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra qərara qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Məhkəmə iddia tələbini “Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh5 verilmiş **********13- 05301-093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli 24 yanvar 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin tərəfi olan alıcı - Cavabdeh5 müqavilə bağlanarkən əmlakla bağlı mübahisə olduğunu bilmədiyindən vicdanlı alıcı hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi bağlı (mənzilin dəyəri, təmir xərci və s.) məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilən Cavabdeh1 barəsində xüsusi qərar qəbul edilməsini barədə şifahi vəsatət hissəsində hesab edir ki, cavabdehin barəsində xüsusi qərar qəbul edilməsi üçün kifayət qədər əsas mövcud olmadığından vəsatət təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK tərəfindən digər Cavabdeh1 verilmiş 23 noyabr 2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışı, 138 nömrəli protokoldan çıxarış və 01-F nömrəli forma arayışı etibarsız hesab edilsin və bunun əsasında Cavabdeh1 verilmiş **********13-05301- 093170 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar