Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1900/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1 İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia ərizəsi üzrə iddiaçı X3 Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə, həmçinin qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh X4 qarşı “maddiz ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia ərizəsi üzrə iddiaçı X7 Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən pozulmuş əmək hüquqları ilə bağlı vurulmuş 50000 manat maddi ziyanın və 20000 manat mənəvi ziyanın, cəmi 70000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci il tarixindən Nümayəndə1 qanuni təmsilçisi olan “xxxx” X6 həkim-anestezioloq vəzifəsində çalışmışdır. “xxxx” X11 neft daşlarında olan neftçilərə tibbi xidmət göstərilməsi ilə bağlı “Socar”la müqavilə bağlayırdı və həmin müqavilə üzrə “xxxx” MMC-nin tibb işçiləri neft daşlarında olan neftçilərə tibbi xidmət göstərildilər. “xxxx” X6 2012-2017-ci il tarixlərində işlədiyi müddətdə demək olar ki, “xxxx” MMC tərəfindən onun bütün əmək üzrə hüquqları kobud şəkildə pozulmuşdur. “xxxx” MMC tərəfindən pozulmuş hüquqları ilə bağlı artıq Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğuna, X20 və digər dövlət orqanlarına şikayət olunub. “xxxx” MMC 2012-ci il tarixindən 2017-ci il tarixinədək qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan tibb işçisi kimi onu işə qəbul etmişdir. Onunla müqavilənin bağlanmamasını onunla əsaslandırır ki, işəgötürən tərəfindən ona əmək müqaviləsinin surəti təqdim edilməmişdir və əmək müqaviləsini imzalamamışdır. 2012-ci il tarixindən 2017-ci il tarixinədək, əmək haqqı ona və digər işçilərə əlbəəl verilirdi. 2012-ci il tarixindən 2017-ci il tarixinədək gov.az saytında qeyd edildiyinə görə “'xxxx” MMC tərəfindən işçinin gələcəkdə pensiya almaq hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Faktiki olaraq qeyd etmək olar ki, həmin illərdə “xxxx” MMC-də çalışmağına baxmayaraq, işəgötürən tərəfindən hüquqlarının pozulması nəticəsində əmək stajı rəsmi olaraq qeyd edilməmişdir. Bundan əlavə olaraq ezamiyyət pulu, məzuniyyət pulu, və digər əlavə ödənişlər “xxxx” MMC tərəfindən ödənilmirdi. 2017-ci il tarixində məlum olmayan səbəblərə görə “xxxx" MMC-nin bütün işçilərini Cavabdeh MMC-yə keçirmişlər. “xxxx” MMC-nin və Cavabdeh MMC-nin qanuni təmsilçisi eyni şəxsdir. “Cavabdeh" MMC ilə əmək müqaviləsi bağlansa belə eyni şəkildə necə ki, “xxxx” MMC tərəfindən müqavilənin bir nüsxəsi ona verilməmişdir, Cavabdeh MMC tərəfindən də nəyin ki, müqavilənin bir nüsxəsi ona verilməmişdir, müqavilə ilə tanış olmağa imkan verilməmişdir və Cavabdeh MMC rəhbərliyi müqavilənin imzalanması üçün onlara təqdim etdikdə qeyd edirdilər ki, ya imzalayırıq ya da işsiz qalırıq. “Cavabdeh" MMC ilə müqavilə bağlansa belə əmək hüquqlarının pozulması davam edirdi. İlkin olaraq qeyd edir ki, əmək kitabçasında və onlara verilən arayışlarda əvvəllər tibbi ixtisasları - həkim, tibb bacısı ixtisası qeyd olunmuşdur. Bu "Cavabdeh" MMC tərəfindən birtərəfli olaraq dəyişdirilərək, əvəzinə sadəcə mütəxəssis yazıldı. Mütəxəssis yazmaqla ixtisas dərəcələri nəzərə alınmır və bu da öz növbəsində illər keçdikcə maaşlarının donub qalmasına, artmamasına səbəb olurdu. Əmək məcəlləsinə əsasən əmək müqaviləsində işçinin tutduğu vəzifə dəqiq göstərilməlidir, həmin vəzifənin dəqiq göstərilməməsi əmək müqaviləsinin kobud şəkildə pozulması ilə nəticələnir. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Amma bu şirkətlə işlədiyi müddətdə tibb işçisi kimi sertifikasiyadan keçməmişlər. Bu, işəgötürən tərəfindən çox ciddi qanun pozuntusudur. Əlavə olaraq işəgötürən iş vaxtlarını kobud şəkildə pozurdu və əlavə işlədiyi iş vaxtları, bazar günləri və bayram günlərinin ödənişini etməmişdir. O, faktiki olaraq həm öz əmək funksiyasını həyta keçirir, həm də, işçi olmadığına görə digər işçilərinin əmək funksiyalarını yerinə yetirirdi. İşəgötürən qanunsuz olaraq hər 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edirdi. Onlar dənizin ortasında yeganə tibb məntəqəsi idilər ki, bir hadisə baş verərsə və tibbi yardım lazım olarsa 1 saatdan tez heç bir yardım gələ bilməz. Belə bir halda minlərlə işçisi olan yerdə hər gün 1 həkim və 1 tibb bacısı bu qədər böyük bir kontingentə tibbi yardım göstərir və üstəlik ambulansla təcili tibbi yardımı həyata keçirir. Təcili tibbi yardım fəaliyyətinin olmasına baxmayaraq buna görə maaşa əlavə olunan faizlər verilmirdi. Məzuniyyət hüquqları kobud şəkildə pozulurdu. Belə ki, iş stajına görə əlavə olunan 2-4-6 məzuniyyət günləri onlara verilmir. Şirkət tərəfindən şərait yaradaraq tibb işçiləri müəyyən müddətdən bir təkmilləşmə kurslarına getməli və attestasiyadan keçərək, bilik, savad və bacarıqlarını artırmalıdır. Həmçinin ixtisas dərəcələri artırılmalıdır. İşəgötürən tərəfindən bu cür kurslara işçilər göndərilməmişdir. Cavabdehə dəfələrlə müraciət olunsa da maaş haqda haqq-hesab vərəqəsi verilməmiş və bu səbəbdən cavabdeh tərəfindən, ezamiyyət ödənişləri, məzuniyyət ödənişləri, əmək haqqına əlavə ödənişlər, covidlə bağlı əmək haqqının artırılması və digər əmək münasibətlərindən irəli gələn ödənişləri ilə bağlı vurulmuş maddi ziyanın dəqiq hesablanması mümkün olmamışdır. Ona vurulmuş maddi ziyandan əlavə olaraq həkimlərin sertifikasiya hüququ, tibbi yardımın göstərilməsi ilə bağlı lisenziya alınması, işçilərin tibbi sığortalanması və dövlət sosial müdafiə fonduna olunan ödənişləri ilə bağlı qanunun pozuntuları da olmuşdur. İşəgötürən tərəfindən pozulmuş əmək hüquqları ilə bağlı dəfələrlə həm cavabdehə, həm də əmək müfəttişliyinə və digər dövlət qurumlarına müraciət etmişdir. Bu müraciəti iə bağlı cavabdeh onu dəfələrlə narahat edərək və əmək funsiyalarını yerinə yetirilməsi ilə bağlı maneələr törədərək cavabdeh ona işə gəlməməsini bildirmişdir. Faktiki olaraq işəgötürən tərəfindən əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı maneələr törədilmişdir. Artıq uzun müddətdir ki, işəgötürən onu işə gəlməyə qoymurdu, lakin buna baxmayaraq onun aktiv əmək müqaviləsi sistemdə görsənirdi. Lakin o, heç bir ödəniş almırdı. Cavabdehin bu cür hərəkətlərinə görə o, başqa bir işə qəbul oluna bilmirdi. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, uzun illər boyu cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsasız olaraq onu işdən kənarlaşdırmışlar. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh MMC cavabdeh X4 qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı cəmiyyət barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatların yayması nəticəsində dəymiş maddi zərər olan 50000 manat pulun ondan tutularaq Cavabdeh MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək münasibətləri ilə bağlı” iddia tələbi əsassız olması qədər həm də, iddiaçının bu günə qədər dəfələrlə ayrı-ayrı instansiyalara əlaqəsi və həqiqiliyi olmayan şikayətləri ilə Cavabdeh MMC-nin işgüzar nüfuzuna zərbələr vurmuşdur. Nəticədə Cavabdeh MMC bu şikayətlərin heç bir əsasının olmadığını bir çox instansiyalarda təsdiq etməli olmuşdur. İddiaçı bu davamlı və əsassız şikayətləri şirkəttən pul qoparmağa hesablanmışdır. Bunların nəticəsidir ki, cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulmuş və cəmiyyət bu səbəbdən maddi ziyana uğramışdır. İddiaçı altına imza atdığı bir çox şikayət ərizələri və iddia ərizəsində heç bir əsası olmadan işlədiyi cəmiyyətə qara yaxmış, böhtanlar atmışdır. Belə ki, o Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi, əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olduğunu, xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığını, işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, Cənab Prezident tərəfindən tibb işçilərinə müəyyən edilən 20 faiz əmək haqqına əlavə olunan artımları nağd şəkildə aldığını, məzuniyyət hüquqlarının pozulduğunu, maaş haqda haqq-hesab sənədinin ona təqdim edilmədiyini, Prezidentin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, özlərinin də maaşlarının bu sərəncama görə artırılmalı olduğunu, şəxsi qərəzliyə görə ona işə gəlməməsi deyildiyini, faktiki olaraq maneələr yaradıldığı üçün əmək funksiyasını yerinə yetirə bilmədiyini, uzun müddətdir ki, işəgötürənin onu işə gəlməyə qoymadığını qeyd etməklə əsassız olaraq cəmiyyətdən pul tələb etmişdir. Cavabdehin cəmiyyət barəsində sərf etdiyi böhtanlar əxlaqi prinsiplərə zidd, mənfi rəy yaradan malumatlardır. Həmin məlumatların həqiqətə əks etdirdiyi cavabdeh tərəfindən sübut edilmədikcə həmin məlumatlar həqiqətə uyğun olmayan, yəni yalan məlumatlardır. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı izahatında bildirdi ki, cavabdeh tərəfindən işə götürülən zaman bir sıra hüquqları pozulmuşdur. Əmək müqaviləsi Əmək Məcəlləsinə uyğun bağlanılmayıb. Belə ki, müqavilənin 2-ci nüsxəsi ona verilməyib. Digər tərəfdən kim imzalamasa işdən kənarlaşdırılacaq deyə hədə-qorxu gəlinib, hətta bir çox hissələri boş saxlanılaraq sonradan doldurulub. Bu zaman Əmək Məcəlləsinin İnzibati Xətalar və Cinayət Məcəllələrinin bir sıra tələbləri pozulub. Bu təşkilat ilə bağlanmış Əmək müqaviləsi birinci 7 ay müddətinə bağlanıb və sonradan eyni qanun pozuntusu müqaviləni davam etdirməklə təkrarlanıb. Müqavilənin hüququ qüvvəyə minməsinə qədər 2-ci nüsxənin onlara verilməməsi ilə qanun pozulub. Onunla bağlanmış Əmək müqaviləsi və orada edilmiş dəyişikliklər qarşılıqlı razılaşmalarla yox, işəgötürən tərəfindən olunan hədə-qorxu zəminində olub, yaxud onlara olan inamlarından sui istifadə edərək imzasından istifadə ediblər. Hər ay əmək haqqı alarkən dəfələrlə etdiyi xahiş və tələblərinə məhəl qoymayaraq haq-hesab vərəqi onlara verilməyib. Əmək müqaviləsində boşluqlar və yanlışlıqlar vardır. Belə ki, Əmək müqaviləsinin 6-cı “Sosial müdafiə məsələləri” bölümü boş saxlanıb, doldurulmayıb; “İşçinin əmək funksiyası” 3-cü bölümdə “İş vəzifəsini yerinə yetirməlidir” kimi qeyri-müəyyən bir ifadə yazılıb; “Əmək şəraitinin şərtləri” bölümündə tarif maaşı əmək haqqı kimi göstərilib, həmin bölümün 4.7 bəndində vaxtamuzd əvəzinə səhvən işəmuzd saat hesabı yazılıb; Həmin bölümün “Məzuniyyət üzrə” 4.28 bəndində “əmək şəraitinin xarakterinə görə” hissəsi boş saxlanıb. Halbuki Əmək Məcəlləsinə görə 6 əlavə məzuniyyət günü əlavə olunmalı idi. Nəticədə onların hüquqları dolayısı yollarla tapdalanıb. Qanun tərəfindən yolverilməz olduğuna baxmayaraq onlara nağdsız ödənişlər edilib və indi də davam etdirilir. Bu halda tarif maaşına deyil, ümumi əmək haqqına əlavə edilib ki, nəticədə əmək haqqı gözlənildiyindən az artıb. Belə olan halda işəgötürənin məcburi sosial sığorta xərcləri də azalmış olur. Hüquqlarının pozulmasını bildirəndə onların nağdsız əlavə ödənişləri (20%) də işəgötürən tərəfindən kəsilib, təkid edilib ki, gəlib yazdıqları şikayətləri geri götürsünlər ki, onların kəsilmiş pullarını geri qaytarsınlar. Beləliklə Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbləri pozulmuşdur. Maraqlı cəhət odur ki, bu qanun 2017-ci il aprelin 1-dən qüvvəyə minən kimi, həmin ilin aprel ayında “xxxx” “X24” ilə əvəzlənib, çünki artıq əlbəəl maaş vermək olmayacaq, vergilərə nəzarət güclənib, vergidən yayınmaq çətin olacaq, hətta xxxxdan Premiuma keçid də guya onların arzusu olub. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə, guya bütün işçilər birdən-birə digər bir təşkilata keçməyi istəyib və təşkilatın da rəhbəri xxxxda olan eyni adam - X10. Əməyin ödənilməsi qaydalarına düzgün əməl olunmamaqla Əmək Məcəlləsinin 155, 156 və 164-cü maddələrinə məhəl qoyulmayıb. Məzuniyyət hüquqları pozulub, Əmək Məcəlləsini tələblərinə əsasən ona əmək şəraitinin şərtlərinə görə 6 gün, iş stajına görə 6 gün olmaqla, ümumilikdə, 12 gün əlavə məzuniyyət verilməli idi. Bir qədər əhəmiyyətsiz görünsə də, əslində onlara verilməmiş 12 gün əlavə məzuniyyət günlərinin (6+6 gün) pulunun verilməməsidir. Belə ki, əmək məzuniyyəti əsas və əlavə məzuniyyət günlərindən ibarət olub, ödənilən məzuniyyətdir. Nazirlər Kabineti 22 iyun 2018-ci il tarixində “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında dəyişikliklər edib. İndiyə qədər daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə metodu ilə işləyən və çöl şəraitində çalışan, gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan, müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilib. Dəyişikliyə əsasən, bu vəsait 15 manata qaldırılıb. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir. Lakin MMC-də deyirlər ki, bu qərarın onlara aidiyyəti yoxdur. İki ildir ki, bu yolla bir neçə yüz işçinin pulu mənimsənilir. COVİD19 pandemiyası dövründə işçilərə lazımi qoruyucu vasitələr verilməyib və bununla Əmək Məcəlləsinin aşağıdakı maddələrinə məhəl qoyulmamaqla yanaşı işçilərin sağlamlıq vəziyyəti ciddi şəkildə riskə məruz qoyulub. Digər bir tərəfdən pandemiya dövründə qarşılarındakı xəstənin yoluxub, yoluxmadığını bilmədikləri halda onlara tibb yardım göstərmələrinə baxmayaraq, Cənab Prezidentin tibb işçilərinə şamil olunmuş əmək haqqının 3-5 misli artırılması haqda qərarı onlara aid edilməyib. Beləliklə, Prezidentin və Nazirlər Kabinetinin qərarlarına da məhəl qoyulmayıb. COVİD19 pandemiyası ilə mübarizədə onlar da Cavabdeh MMC özəl təşkilatında tibb işçiləri kimi bacardıqları töhvələri vermişlər. Amma hansısa onlara məlum olmayan səbəblərə görə onların əməyi bu dəfə də qiymətləndirilməmiş, Prezidentin 18 mart 2020-ci ildə verdiyi 1947 saylı sərəncamı onlara şamil edilməmişdir. Onlar, bu kollektivin bir qrupu, bu məlum sərəncam çıxan kimi öz müdriyyətinə bu haqda məlumat verərək, bildirmişlər ki, Prezident tərəfindən sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən edilsin. Onlar müdriyyətə, həmçinin, çatdırmışlar ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il 112 saylı qərarında deyilir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Amma müdriyyət həmişəki kimi hörmətli Prezidentin və Nazirlər Kabinetinin sərəncam və qararlarına əhəmiyyət verməyərək, öz daxili nizamnamələrinə üstünlük verdilər. Heç bir Vahid X5 (VTİSK), eləcə də AR Dövlət Statistikasının “Məşğulluq təsnifatında” “mütəxəssis” vəzifəsi (peşəsi) yoxdur. O kitabçada işçiləri “rəhbərlər”, “mütəxəssislər”, “digər qulluqçular” və “fəhlələr” kimi quruplara ayırıblar, hər bir qrupda, o cümlədən, “mütəxəsislər” qrupunda hər bir vəzifənin (peşənin) konkret adı yazılıb. Asistans üzrə mütəxəssis azərbaycan türkcəsində anlaşılmır və belə bir vəzifə (peşə) yoxdur, yəni mütəxəssis ifadəsi qeyri-müəyyən bir anlayışdır. Yəqin bu bilərəkdən edilmiş bir yanaşmadır, çünki belə olan halda VTİSK-də qeyd olunmuş ödəniş dərəcələrindən rahatca yayınmaq mümkün olur və illər ötdükcə bu ödəniş dərəcələrinin artması “problem”indən qaçmaq mümkün olur. Digər tərəfdən də, belə olan halda nə işəgötürənin praktiki tibb üçün lisenziya almasına və nə də işçinin tibbi sertifikasiyadan keçməsinə lüzum olmur. Qarşı tərəfin “biz ancaq komunikasiya xidmətlərini həyata keçiririk” kimi yanlış məlumatı məhkəməyə deməsinə rəğmən əslində işçilər Cavabdeh MMC ilə işlədikləri iş yerlərində praktik tibb ilə məşğul olmuşlar. Bunu sübut etməyə kifayət qədər dəlillər və şahidlər var, iş yerində olan xəstələrin 3000-ə yaxın tibbi kitabçalarından ibarət kartoteka, eləcə də, bu kitabçalarda qeyd olunmuş ixtisaslı tibbi yardım haqda qeydlər yetərlidir. Digər tərəfdən sertifikatı olmayan tibb işçiləri SOCAR kimi böyük bir təşkilatın dənizdə ağır şəraitdə işləyən neftçilərini tibbi komisiyadan qanunsuz olaraq keçirirlər, bunlar praktiki tibb deyil, bəs nədir? Yuxarıda qeyd olunanlar, yəni Əmək müqaviləsinin düzgün tərtib olunmaması, 2-ci nüsxəsinin bizə verilməməsi, bəzi yerlərinin doldurulmaması, özlərinin praktiki tibb ilə məşğul olmaları haqda lisenziyanın olmaması və biz tib işçilərini qanuna zidd olaraq tibbi sertifıkasiyadan keçmədən praktiki tibb ilə məşğul olmağa buraxmaları, heç bir yerdə adı olmayan uydurma bir qulluqçu vəzifəsi kimi “mütəxəssis” vəzifəsi yazılması, eləcə də yuxarıda sadaladığım digər qanun pozuntuları məqsədəyönlü aparılmış və işçinin hüquqlarını pozaraq pulunu mənimsəməyə yönəldilmişdir. Belə olan halda, müqavilə və onda olan əsaszız dəyişikliklər qanunsuzdur və müqavilə etibarsız sayılmalıdır. İşəgötürən isə qanun qarşısında etdiyi əməllərə cavab verməlidir. Əgər bizim iddiamız təmin olunarsa biz barışığa gələ bilərik. Məhkəmə iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, ilkin iddia üzrə iddiaçının izahatını müdafiə edir. Cavabdeh icraatda olan iş üzrə qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı cəmiyyət barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində dəymiş olan maddi zərər olan 50000 (əlli min) manatın tutularaq Cavabdeh MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi verərək, ilk iddia üzrə iddiaçı tərəfindən həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatlarının yayılmasını qeyd edir, lakin həmin məlumatları öz qarşılıqlı iddia ərizəsində qeyd edərək fikir vermir ki, iddiaçının qeyd etdiyi məlumatları yalnız iddiaçının hesab etdiyi əmək münasibətləri üzrə pozulmuş hüquqlarına aidiyatı vardır. İddiaçı məhkəməyə pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı dövlət orqanlarına və işəgötürənə həmçinin müraciət edərək yalnız onun pozulmuş hüquqların bərpa edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı haqlı olaraq öz konstitusiyon hüququndan, müraciət etmək hüququndan istifadə edərək cavabdeh tərəfindən pozulmuş hüquqlarının araşdırılmasını dövlət orqanlarına müraciət edərək xahiş etmişdir. Müraciətlərində ilk iddia üzrə iddiaçı pozulan maddi normaları qeyd etmişdir. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.” Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.” İlkin iddia tələbi üzrə iddiaçı demək olar ki, bütün müraciətlərində tibb işçiyə aid olan hüquqlarının pozulmasını vurğulayır çünki, əmək müqaviləsini işəgötürənlə 25.04.2017-ci il tarində bağladığı zaman “həkim anestezioloq” olaraq işə qəbul edilmişdir, 3 gün sonra mütəxəsis vəzifəsinə işə götürən tərəfindən keçirilsə də, faktiki olaraq həkimanestezioloq vəzifələrini icra edirdi. Bu faktı işə götürən özüdə dolayı yolu ilə təsdiq edir. Cavabdeh MMC-nin direktoru tərəfindən 30.12.2016-cı il tarixində təsdiq edilən və məhkəməyə təqdim edilən vəzifə təlimatlarından görünür ki, assistans xidməti üzrə mütəxəsis köməkçiləri qeyd olunsada mötəzərdə həkim-anestezioloq olaraq qeyd olunur. Həmin cəmiyyətdə çalışan işçilər həmin vəzifə təlimatlarına uyğun olaraq vəzifələrini yerinə yetirməli idilər və əsaslı olaraq özlərini tibb işçisi sayırdılar və bu səbəbdən də tibb işçilərinə aid olan əlavə ödənişlərini tələb edirdilər və həmin hüquqlarını pozulduğunu qeyd edirdilər. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X16” X33 tərəfindən sorğu əsasında verilmiş və məhkəməyə təqdim edilmiş 10 mart 2021-ci il tarixli, 08/3873 saylı məktubuna əsasən Cavabdeh MMC-nin tibbi xidmət göstərilməsi ilə bağlı xüsusi icazəsi yoxdur və xüsusi icazə olmadan məhkəməyə təqdim edilmiş, həkimin, tibb bacısının, sanitarın vəzifə təlimatları olması və həmin vəzifə təlimatlarına uyğun olaraq çalışmaları nə qədər düzgündür, və cəmiyyətin qanun qarşısında inzibati və ya cinayət məsuliyyəti yaratmırmı və əgər Cavabdeh MMC tərəfindən tibb işçilərini işə götürmək hüququ yoxdursa, onda ilk iddia üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsi ümiyyətlə etibarsız hesab olunmalıdır və belə olan halda ilk iddia üzrə iddiaçı əmək müqavilə olmadan işləmiş sayılmalıdır, buda bir daha ilk iddia üzrə cavabdehin qanunların pozulmasına gətirib çıxardır. Qeyd etmək istəyirəm ki, məhz ilk iddia üzrə iddiaçı öz vəzifə təlimatlarını yerinə yetirməsinə görə öz pozulmuş hüquqlarının bərpası ilə öz konstitusiyon hüququndan istifadə edərək müraciət etmişdir. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, ilk iddia üzrə iddiaçı dövlət orqanlara müraciət edərək, öz pozulmuş hüquqlarını qeyd edərək və maddi normaları ilə əsaslandıraraq, həmin müraciət ərizələri yaymamışdır. İlk iddia üzrə iddiaçı heç bir kütləvi informasiya vasitərlərində, internet mənbələrində, tele, radio və digər informasiya platformalarında öz pozulmuş hüquqları ilə bağlı məlumat verməmişdir. Dövlət orqanlarına müraciətlərində ilk iddia üzrə iddiaçı təhqirə və böhtana yol verməmişdir, yalnız pozulmuş hüquqları barədə qeydləri etmişdir. Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasın Konstitusiyası tərəfindən vətandaşlara müraciət etmək hüququ verilmişdir bu hüquqdan istifadə edərək vətəndaşlar müraciət edir dövlət orqanlara və məhkəmələrə və həmən müraciətlər araşdırılaraq vətəndaşlara əsaslandırılmış rəsmi qaydada cavablar verilir. Cavabdeh qarşılıqlı iddia verərək və ilk iddia üzrə iddiaçıdan 50000 (əlli min) vurulmuş maddi ziyan olaraq pul tələb edərək faktiki olaraq presedent yaratmaq istəyirlər ki, vətandaş öz pozulmuş hüquqları ilə bağlı müraciətlərini etməsin. Bundan əlavə olaraq ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsində vurulmuş maddi ziyanı tələb etsə belə həmin maddi ziyanı hansı səbəbə görə 50000 manat miqdarında hesab edilmə əsasları iddia ərizəsində qeyd etmir və sübutları təqdim etmir. Vətəndaş öz pozulmuş hüquqları ilə bağlı dövlət orqanlarına müraciət edir, bununla cavabdehə maddi ziyan vurulur hesab edirəm ki bu absurd bir iddia tələbidir və əsasız olduğunu məhkəməyə təqdim edilən sənədlərlə bir daha sübut olunur. Əlavə olaraq ilk iddia üzrə təqdim edilən sübutlar və sənədlər ilk iddia üzrə iddiaçının dövlət orqanlarına müraciət ərizələrinin əsassız olmadığını bir daha sübut edir və göstərir ki, ilk iddia üzrə iddiaçının müraciətləri yalan və ya böhtan xarakterli deyildi. İlk iddia üzrə iddiaçı dövlət orqanlara müraciət edərək yalnız öz hüquqlarının qorunmasını xahiş etmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinə etiraz, qarşılıqlı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, ilkin İddiaçı buna qədər iddia ərizəsində qeyd etdiyi hallarla bağlı dəfələrlə İnzibati və digər orqanlara müraciət etmişdir. Belə ki, ilkin iddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası 1-ci X2, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, X22 İttifaqına, DİN- nə, Prokurorluq orqanlarına, Əmək Müfəttişliyinə, Vergilər Xidmətinə eyni və dəyişməz məzmunlu dəfələrlə şikayətlər ünvanlamışdır. Həmin müraciətlərlə bağlı şikayətçiyə dəfələrlə tələblərinin əsassız olması ilə əlaqədar İnzibati orqanlardan cavab məktubları ünvanlanmışdır. Belə ki, əmək mübahisəsi hissəsində həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Cənab Nazir hörmətli Sahil Babayev imzalı) Azərbaycan Respublikası X1 siyasət, diaspor multikulturalizm və dini məsələlər şöbəsinin müdiri hörmətli Fərəh xanım Əliyevaya ünvanlanmış 21.08.2020-ci il tarixli **********3 saylı cavab məktubunda, həm də Əmək müfəttişliyinin şikayətçiyə ünvanladığı məktubda araşdırmalar nəticəsində əmək hüquq pozuntusunun aşkarlanmadığı müəyyən olunmuşdur. Bundan başqa Cavabdeh MMC fəaliyyəti hissəsində Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası X1 siyasət, diaspor multikulturalizm və dini məsələlər şöbəsinin müdiri hörmətli Fərəh xanım Əliyevaya ünvanlanmış 28.07.2020-ci il tarixli 2-16/kol-8242 saylı cavab məktubunda və şikayətçiyə ünvanladığı məktubunda araşdırmalar nəticəsində Cavabdeh MMC-nin fəaliyyətinin tibbi koordinasiya xidməti olduğu qeyd edilmişdir. Deməli aparılmış araşdırmalar nəticəsində X12 akt hesab edilən, tərəflərə məlumat verildiyi andan hüquqi qüvvəyə minən və hüquqi cəhətdən etibarlı sayılan, şikayətçilər tərəfindən ləğv edilməsi üçün mübahisələndirilməyən, mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürülən məktublara rəğmən ilkin iddiaçı şirkətə qarşı əsassız iddialarını davam etdirmişdir. İlkin iddiaçı dəfələrlə, müxtəlif vasitələrlə şirkəttən şikayətlərinin dayandırılması üçün külli miqdarda pul tələb etmişdir. İlkin iddia ərizəsinin nəticə hissəsindən də anlaşıldığı kimi, ilkin iddiaçının tələb etdiyi məbləğ görünür. Həmin məbləğ məhkəmədən öncə də iddiaçı və onun vasitəçisi tərəfindən əsassız şikayətlərin dayandırılması müqabilində dəfələrlə şirkətdən tələb edilmişdir. Göründüyü kimi ilkin iddiaçının bu əməlləri hədə-qorxu ilə tələb etmək cinayət tərkibli əməlin bütün cəhətlərini daşımaqdadır. İnzibati orqanların ləğv edilməmiş inzibati aktları olduğu halda, ilkin iddiaçı inzibati aktı mübahisələndirmək əvəzinə hədə-qorxu ilə əsassız pul tələbini davam etdirmişdir. İlkin iddiaçının şikayəti əsasında İnzibati Orqanların ləğv edilməmiş İnzibati Aktları mövcud olduğu halda, vəsatətlə onlardan tələb olunan və işlə əlaqəsi olan və olmayan, ilkin iddiaçının subyektiv tələb hüququna aid olan və olmayan bütün sənədlər onlar tərəfindən mübahisəsiz şəkildə təqdim olunmuşdur. Halbuki, X12 Aktlarına istinad belə edə bilərdilər. Lakin məhkəmədə iş haqqında, ilkin iddiaçı haqqında, onun tələbinin əsas mahiyyəti haqqında, əsil niyyəti haqqında dolğun məlumat yaranmasını təmin etmək üçün mümkün olan hər şeyi etmişlər. İlkin iddiaçının tələblərinin əsassız olması bir kənara, başqa işə götürənlə gizlicə əmək müqaviləsi bağlayıb utanmadan “məni işdən kənarlaşdırıblar” deməsi bir kənara, başqa klinikalarda kovid xəstəsi pasiyentlərə xidmət edib 3-5 misli artıq əmək haqqı aldıqları halda həmin məbləği bir daha şirkətdən tələb etməkləri bir kənara, neft daşlarında sığorta olunan və kontaktı sıfıra endirmək adına aylarla evlərinə ailələrinin yanına gələ bilməyən neftçilərin həyatlarını təhlükəyə atmaqları karantin qaydalarının ciddi şəkildə pozulması, bir də bu eyibləri olduğu halda əsassız şikayətlərini dayandırmaq üçün şirkəttən müxtəlif zamanlarda külli miqdarda pul tələb etmələri qəbuledilməzdir. Bundan əlavə Səhiyyə Nazirliyinin "Cavabdeh" MMC-nin özəl tibbi fəaliyyətə dair lisenziyasının olmadığına dair cavab məktubuna istinad edilib. "Cavabdeh" MMC heç bir zaman özəl tibbi fəaliyyətə dair lisenziyasının olduğuna dair bir iddiası olmayıb. Onsuz da fəaliyyətləri özəl tibbi fəaliyyət deyil və buna görə də lisenziya almalarına ehtiyac yoxdur. Həmçinin bunu Səhiyyə Nazirliyi iddiaçının şikayətini araşdırıb gəlmiş olduğu nəticədə bildirib. "Cavabdeh" MMC-nin fəaliyyətində qanun pozuntusu olmadığı müəyyən edilib. Yəni fəaliyyətinin özəl tibbi fəaliyyət olmadığı, buna görə də lisenziyaya gərək olmadığı müəyyən olunub. Belə ki, iddiaçıların Prezident Administrasiyasına ünvanlamış olduğu şikayətləri, 16 iyun 2020-ci il tarixli 16/İ-2098-167 nömrəli məktubla araşdırılması üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilmişdir. Səhiyyə Nazirliyində "Cavabdeh" MMCnin fəaliyyəti araşdırılmış və Azərbaycan Respublikası X1 siyasət, diaspor multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevaya ünvanlanmış 28 iyul 2020- ci il 2-59/Kol- 8242 saylı cavab məktubu ilə "Cavabdeh" MMC tərəfindən SOCAR Dövlət Neft Şirkətinin əməkdaşlarına tibbi koordinasiya xidməti göstərildiyi, tibbi yardıma ehtiyac olduğu təqdirdə onların müvafiq tibb müəssisələrinə göndərildiyi müəyyən edilmişdir. Həmin məktubla həm də müəyyən olunmuşdur ki, "Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 25 mart 2020-ci il 112 saylı qərarının onlara şamil edilməsi əsassızdır. Bu barədə əmək kollektivinə məlumat verilmişdir. İddiaçı tərəfin Səhiyyə Nazirliyinə ünvanlanmış sorğu yarımçıq sorğu olub. Yəni sorğuda "Cavabdeh" MMC-nin özəl tibbi fəaliyyətə dair lisenziyasının olub olmadığı soruşulub. Səhiyyə Nazirliyi də haqlı olaraq lisenziyanın olmadığını qeyd edib. Amma fəaliyyətinin lisenziya almağı gərəkdirən özəl tibbi fəaliyyət olduğu soruşulmayıb. Səhiyyə Nazirliyi tərəfindən iddiaçının şikayəti əsasında "Cavabdeh" MMC fəaliyyət dairəsi araşdırılıb və fəaliyyətində qanun pozuntusu olmadığı müəyyən edilib. Sorğunu tam vermək lazım idi. Lisenziyası var ya yoxdur hissədə deyil, fəaliyyəti özəl tibbi fəaliyyətdirmi, özəl tibbi fəaliyyətdirsə lisenziyası varmı formasında olmalı idi. Qarşı tərəfin xüsusi qərərdad çıxarılması ilə əlaqədar vəsatətdən də anlaşılır ki, ilkin iddiaçı tərəf "Cavabdeh" MMC-nin tibbi xidmət göstərilməsi ilə əlaqədar lisenziyasının olmadığını qeyd edir. Deməli qarşı tərəf "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli qanununa 1 nömrəli əlavənin 2-ci bəndinə əsasən özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növü olmasına istinad edir. Deməli qarşı tərəf lisenziyanın bütün tibbi xidmətə deyil, bütün tibbi fəaliyyətə deyil, özəl tibbi fəaliyyətə və tibb sahəsində 5 xidmət və həmin 5 xidmətə uyğun 34 növ işlərə verildiyini belə hələ də öyrənə bilməyib. Tibbi koordinasiya xidmətini, özəl tibbi fəaliyyətdən ayıra bilməmənin nəticəsi bu da olmalı idi. Qarşı tərəfin xüsusi qərərdad çıxarılması ilə əlaqədar vəsatətində işçilərin vəzifə təlimatında mütəxəssis köməkçisinin mötərizədə tibb bacısı olaraq qeyd olunduğunu və həmin işçilərin də vəzifə təlimatına uyğun olaraq həmin vəzifələri yerinə yetirməli olduqlarını və əsaslı olaraq özlərini tibb işçisi saydıqlarını qeyd edilir. Qarşı tərəf bilməlidir ki, o "Cavabdeh" MMC-də öz ərizəsi ilə mütəxəssis və ya mütəxəssis köməkçisi vəzifəsinə qəbul edilib. Kimsə mütəxəssisin həkim anestezioloq ixtisasında və ya mütəxəssis köməkçisinin tibb bacısı ixtisasında olduğunu şübhə altına almır. Belə ki, bu tələb "xxxx" ASC-nin Tibbi Assistans Xidməti üzrə məsləhətçinin Ali tibb təhsilli, tibbi bacarıqlı və tibbi təcrübəli olması tələbindən irəli gəlir. Tibbi sığorta xidməti üzrə assistans xidmətinin mütəxəssisi ali tibbi təhsilli olmalıdır. Tibbi koordinasiyanı asisstans xidməti üzrə mütəxəssis müəyyən etməlidir və edir. Bir müəssisədə əmək müqaviləsi ilə işləyən birisinin ixtisasca həkim, vəzifəcə assistans xidməti üzrə mütəxəssis (tibbi xidmət üzrə koordinator) işləməsi həmin müəssisənin özəl tibbi fəaliyyətlə məşğul olması anlamına gəlməz. Bu halı Səhiyyə Nazirliyi də araşdırıb və vermiş olduğu qərar da bu yöndədir. "xxxx" ASC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qurumları arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqavilələrinə uyğun olaraq, həmin müqavilələrin tibbi koordinasiya hissəsini "Cavabdeh" MMC-nin "xxxx" ASC ilə aralarında bağlanmış "tibbi sığorta müqavilələri üzrə assistans xidmətlərinin göstərilməsi haqqında müqavilələrə əsasən "Cavabdeh" MMC "Assistans şirkəti" olaraq icra edir. Yəni sığorta hadisəsi baş verdiyi zaman sığorta olunanları sığorta hadisəsinin dərəcəsi və növünə uyğun, həmin mütəxəssis və köməkçilərinin göndərişi ilə, təxirəsalınmadan müxtəlif tibb müəssisələrinə təxliyə edilməsini təşkil edir və əlbəttə ki, "xxxx" ASC-nin Tibbi Assistans Xidməti üzrə məsləhətçi üçün müəyyən etdiyi vəzifə öhdəliyinə uyğun olaraq sığorta olunanlara tibbi yardım göstərməlidir. Əlbəttə ki, həmin mütəxəssis ali tibbi təhsilli olmalıdır və əlbəttə ki, ali tibbi təhsilli mütəxəssisin vəzifə təlimatı ixtisası göstərilməklə tərtib olunmalıdır. Bu öhdəliklərin müəyyən edilməsi tibbi sığorta fəaliyyətini özəl tibbi fəaliyyət, sığorta şirkətini də tibb müəssisəsi statusu qazandırmaz. Necə ki, ixtisasca müəllim olan birisinin əmək müqaviləsi ilə hər hansı bir, sığorta şirkətində, şirkətin işçilərinə ingiliz dili kurs və təlimlərlə təhsil verməsi həmin şirkəti təhsil müəssisəsi etməz. Amma müəllim ixtisasca müəllim olaraq qalır. İlkin iddiaçının, ilkin cavabdeh hüquqi şəxsin fəaliyyətinin özəl tibbi fəaliyyəti əhatəsinə daxil olub olmadığını, özəl tibbi fəaliyyətə görə lisenziya almalı olub olmadığını məhkəmə müstəvisində araşdırılmasına subyektiv hüququnun olmasında şəxsən onda şübhə var. Belə ki, ilk olaraq bunun iddiaçının pozulduğunu iddia etdiyi əmək mübahisəsi ilə əlaqəsi yoxdur. Bundan başqa ilkin iddiaçı buna qədər iddia ərizəsində qeyd etdiyi hallarla bağlı dəfələrlə İnzibati və digər orqanlara müraciət etmişdir. Belə ki, ilkin iddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası 1-ci X2, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, X23 İttifaqına, DİN-nə, Prokurorluq orqanlarına, Əmək Müfəttişliyinə, Vergilər Xidmətinə eyni və dəyişməz məzmunlu dəfələrlə şikayətlər ünvanlamışdır. Həmin müraciətlərlə bağlı şikayətçiyə dəfələrlə tələblərinin əsassız olması ilə əlaqədar İnzibati orqanlardan cavab məktubları ünvanlanmışdır. Belə ki, əmək mübahisəsi hissəsində həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası X1 siyasət, diaspor multikulturalizm və dini məsələlər şöbəsinin müdiri hörmətli Fərəh xanım Əliyevaya ünvanlanmış 21.08.2020-ci il tarixli **********3 saylı cavab məktubunda, həm də Əmək müfəttişliyinin şikayətçiyə ünvanladığı məktubda araşdırmalar nəticəsində əmək hüquq pozuntusunun aşkarlanmadığı müəyyən olunmuşdur. Bundan başqa "Cavabdeh" MMC fəaliyyəti hissəsində Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası X1 siyasət, diaspor multikulturalizm və dini məsələlər şöbəsinin müdiri hörmətli Fərəh xanım Əliyevaya ünvanlanmış 28.07.2020-ci il tarixli 2-16/kol-8242 saylı cavab məktubunda və şikayətçiyə ünvanladığı məktubunda araşdırmalar nəticəsində "Cavabdeh" MMC-nin fəaliyyətinin tibbi koordinasiya xidməti olduğu qeyd edilmişdir. Deməli aparılmış araşdırmalar nəticəsində X12 akt hesab edilən, tərəflərə məlumat verildiyi andan hüquqi qüvvəyə minən və hüquqi cəhətdən etibarlı sayılan, şikayətçilər tərəfindən ləğv edilməsi üçün mübahisələndirilməyən, mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürülən məktublara rağmən ilkin iddiaçı bu halın bir daha prokurorluq orqanlarında araşdırılması üçün xüsusi qərərdad çıxarılmasını xahiş edir. Görünən odur ki, İnzibati Aktın mahiyyətini dərk etməyib. Belə ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının razılığı" müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyul 2013-cü il tarixli Plenum Qərarında müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Yəni İnzibati orqanların ilkin iddiaçıya ünvanlamış olduğu məktublar İnzibati Akt hesab edilir. İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinə əsasən İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 72-ci maddəsinə əsasən İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 73-cü maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə, elmi adın və elmi dərəcənin bərpası ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi Səhiyyə Nazirliyində aparılan araşdırma nəticəsində "Cavabdeh" MMC-nin fəaliyyəti özəl tibbi fəaliyyət deyil, tibbi koordinasiya xidməti kimi müəyyən edilmişdir. Bu səbəbdən də "Cavabdeh" MMC-nin özəl tibbi fəaliyyət üçün nəzərdə tutulmuş lisenziya almasına gərək yoxdur. Qarşı tərəf anlamlı idi ki, İnzibati orqanlar tərəfində ona ünvanlanmış məktublar İnzibati Aktdır. X36 subardinasiya qaydasında yəni, yuxarı təşkilat və ya İnzibati Məhkəmə tərəfindən ləğv olunmayana qədər hüquqi cəhəttən etibarlıdır. X34 mübahisələndirmə prokurorluq orqanlarının həddi deyil. Qarşı tərəfin xüsusi qərərdad çıxarılması ilə əlaqədar vəsatətində özlərini tibb işçisi saydıqlarını və tibb işçiləri üçün əlavə ödənişləri tələb edtiklrini qeyd edirlər. Eyni mövqeyi iddia ərizəsində də qeyd ediblər. Amma əsaslandırmırlar ki, hansı əlavə ödənişlərdən söhbət gedir. Hansı əlavə ödəniş verilməliydi amma verilməyib. Bunu əsaslandırmaq lazımdı. Bütün sadaladığım halları nəzərə alaraq ilkin iddia tələbini rədd, qarşılıqlı iddia tələbini isə təmin edilməsini xahiş edirəm. Həmçinin o, bildirir ki, ilkin iddia üzrə iddiaçı bildirmişdi ki, əmək müqaviləsi və ona edilmiş dəyişikliklərdə imzası olmayıb. Amma məhkəmə araşdırması zamanı məlum oldu ki, əmək müqaviləsində də işə qəbul və vəzifə dəyişikliyi barədə ərizədə imzaları olub. Hətta əmək müqaviləsindəki dəyişiklik bəndindəki imza da iddiaçının özünə aid idi. Həmçinin qeyd etmişdir ki, bütün işçilərin məzuniyyət hüquqları pozulub. Amma əksi sübut olundu ki, hər iş ili üçün ilkin iddiaçı məzuniyyətdə olub və 2020-ci il üçün istifadə olunmamış məzuniyyətə görə 2000 manatdan yuxarı məzuniyyət kompensasiyası alıb. Dəniz əmsalı, məzuniyyət hüququ, əmək haqlarının hesablanması hissəsində ilkin iddiaçının 2017-ci ilin aprel ayından- işə girdiyi vaxtdan işdən çıxdığı günədək hamısını cədvəl şəklində məhkəməyə təqdim edilmiş və tanış olmaları üçün vaxt verilmişdir. Məhkəmə iclasında qarşı tərəfə hər pozulan haqqının 10 qatı miqdarında əvəzinin cavabdeh tərəfindən iddiaçıya veriləcəyini bildirmişdir. Lakin qarşı tərəf bütün hesablama və ödənişlərin düzgün edildiyini görərək bununla bağlı heç bir etiraz etməmişlər. Qarşı tərəf cavabdehin tibbi fəaliyyətlə məşğul olması üçün lisenziyasının olub-olmaması barədə Səhiyyə Nazirliyinə sorğu vermişdir. X27 Prezident Administrasiyasına ünvanladığı cavab məktubundan da görünür ki, cavabdehin fəaliyyəti özəl tibbi fəaliyyət yox, tibbi koordinasiya fəaliyyətidir. Bu fakt isə məhkəməyə gəlməmişdən öncə iddiaçıya məlum idi. Qarşılıqlı iddiaya gəlincə isə, burda yayılma vardır. Ali Məhkəmənin plenum qərarında qeyd olunur ki, əgər bir məlumat iki şəxsin arasından çıxırsa bu artıq yayılma hesab olunur. Bunun KİV-lərdə yayılmasına ehtiyac yoxdur. Həmin məlumatın məktub formasında ötürülməsi də kifayət edir. Maddi zərər məsələsinə gəlincə isə, Konstitusiya Məhkəməsinin 13.05.2002-ci il tarixli Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarından da görünür ki, fiziki şəxslərə qarşı mənəvi zərər hüquqi şəxslərə qarşı zərər olara hesab edilir. 4 nəfər iddiaçı cavab aldıqları halda dəfələrlə ayrıayrı inzibati orqanlara müraciətlər ünvanlamaqla cavabdehə böhtan atmış, onu korrupsiyada ittiham etmişlər. İlk olaraq 7 nəfər birlikdə cavabdehdən şikayət etmişlər. Lakin sonradan 3 nəfər öz iddialarını geri götürmüşdür. Müvafiq ərizələri də məhkəməyə təqdim etmişdir. ƏƏSMN naziri səviyyəsində həmin şəxslərə cavab ünvanlanmışdır ki, müraciətlərində əmək hüquqları pozuntusu yoxdur. Həmin 4 nəfər şəxsin, iddiaçı da daxil olmaqla, işi konkret olaraq şantajdan ibarət olub. Eyni zamanda ilkin iddiaçı əsassız şikayət ərizələrini geri götürməsi üçün cavabdehdən 900000 manat pul tələb edib. Bundan sonra ağ şəhərdə özü üçün 4 ədəd mənzil istəmişdir. Bu da mümkün olmadıqdan sonra isə həyat yoldaşı üçün 1500, özü üçün 2500 manat olmaqla haqq istəməklə iddia ərizələrini geri götürəcəyini bildirmişdir. Lakin bu da mümkün olmamışdır. Bundan başqa məhkəməyə təqdim etdiyi sənədlərdən də sübut olundu ki, ilkin iddiaçı onların şirkətdə işlədiyi müddətdə başqa bir işəgötürənlə müqavilə bağlayıb və sağlamlıq üçün təhlükəli olan şəraitdə işləyib. Ona görə də o, məhkəmədən ilkin iddianın rədd qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, ilki və qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarından olan: - Cavabdeh” MMC-nin 25 aprel 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı həkim anestezioloq vəzifəsinə qəbul edilmişdir. - İddiaçı Cavabdeh MMC-yə təqdim etdiyi 25 aprel 2017-ci il tarixli ərizəsində görünür ki, onun 25 aprel 2017-ci il tarixdən MMC-ə həkim anestezioloq vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin 25 aprel 2017-ci il tarixli 25/k saylı əmrindən görünür ki, İddiaçı Cavabdeh MMC-ə həkim anestezioloq vəzifəsində işə qəbul edilmişdir. - İddiaçı Cavabdeh MMC-yə təqdim etdiyi 27 aprel 2017-ci il tarixli ərizəsində görünür ki, onun 28 aprel 2017-ci il tarixdən MMC-ə asistans xidməti üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin 28 aprel 2017-ci il tarixli 179/k saylı əmrindən görünür ki, İddiaçı Cavabdeh MMC-ə asistans xidməti üzrə mütəxəssis vəzifəsində işəqəbul edilmişdir. - İddiaçı Cavabdeh MMC-yə təqdim etdiyi 21.01.2018-ci il tarixli ərizəsindən görünür ki, onu 01 fevral 2018-ci il tarixindən 09 mart 2018- ci il tarixinədək 36 gün məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin 24 yanvar 2019-cu il tarixli 461/19k saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssisinə 36 təqvim günü müddətinə məzuniyyət verilməsi, işçinin məzuniyyətdə olduğu müddət 1 gün Beynəlxalq qadınlar gününə təsadüf etdiyi üçün məzuniyyət tarixi 10 mart 2019-cu il tarixinədək uzadılması, 10 mart 2019-cu il tarixində işə başlanılması əmr edilmişdir. - İddiaçı Cavabdeh MMC-yə təqdim etdiyi 20.07.2018-ci il tarixli ərizəsindən görünür ki, onu 01 avqust 2018-ci il tarixindən 31 avqust 2018- ci il tarixinədək 30 gün məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin 20 iyul 2018-ci il tarixli 149a/18k saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssisinə 30 təqvim günü müddətinə məzuniyyət verilməsi, işçinin məzuniyyətdə olduğu müddət 2 gün Qurban bayramına təsadüf etdiyi üçün məzuniyyət tarixi 02 sentyabr 2018-ci il tarixinədək uzadılması, 02 sentyabr 2018-ci il tarixində işə başlanılması əmr edilmişdir. - 27.03.2017-ci il tarixli, PMA-M/17/01 saylı, 29.12.2017-ci il tarixli N_M-PMA-025 saylı, 28.12.2018-ci il tarixli N_M-PMA-046 saylı, 30.12.2019-cu il tarixli N_M-PMA-062 saylı, 30.12.2020-ci il tarixli N_M-PMA-102 saylı “xxxx” ASC (Sığorta şirkəti) ilə “X25” (Assistans şirkəti) arasında bağlanmış tibbi sığorta müqavilələri üzrə Assistans xidmətlərinin göstərilməsi haqqında müqavilələrdən görünür ki, müqavilələrin predmeti “Assitans şirkəti” 2017-2021-ci illər ərzində “xxxx” ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (bundan sonra SOCAR) qurumları arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqavilələrinə əsasən, SOCAR-da çalışan işçilərə (bundan sonra sığorta olunanlara) kommutatorluq və assistans ximətinin təşkil olunması, sığorta olunanlara müxtəlif tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsinin təşkil olunması, SOCAR-ın qurumlarının müxtəlif sahələrində yerləşən tibb məntəqələrində tibbi xidmətin göstərilməsini təşkil etməsi, “Sığorta şirkəti” isə göstərilən xidmətlərin haqqını ödəməsi təşkil edir. - İddiaçı dair “xxxx” ASC ilə “X25” MMC arasında bağlanmış həyatın yaşam sığorta şəhadətnaməsindən görünür ki, bu müqavilənin müddəti 31.01.2018-ci il tarixdən 31.01.2021-ci il tarixədəkdir. Sığorta haqqı 3.600 manatdır. - İddiaçı tərəfindən ilə “X25” MMC-yə ünvanlanmış 21.08.2020-ci il tarixli ərizədən görünür ki, o, işdən azad edilməsini xahiş etmişdir. - “X25” MMC-nin 01.09.2020-ci il tarixli, 351/20k saylı əmrindən görünür ki, İddiaçı 21.08.2020-ci il tarixli ərizəsi əsasında “X25” MMC-də tutduğu asistans xidməti üzrə mütəxəssis vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - X13, X9, X8 “X25” MMC-nin direktoru Nümayəndə1 yazdıqları 26.10.2020, 07.01.2021, 25.01.2021-ci il tarixli ərizələrindən görünür ki, onlar bu günə qədər şirkətə qarşı etdikləri şikayətlərinin heç bir əsası olmadığını öz ərizələri ilə təsdiq edirlər və xahiş edirlər onları üzrlü saysınlar. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22.02.2021-ci il tarixli 05/19-547 saylı məktubundan görünür ki, həmçinin İddiaçı “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”ndə onun praktiki tibb fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiya prosesində iştirak etməməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X16 X33n 10.03.2021-ci il tarixli 08/3873 saylı məktubundan görünür ki, “X25” MMC-nin özəl və əczaçılıq fəaliyyəti ilə məşğul olması ilə bağlı hər hansı informasiya aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21.08.2020-ci il tarixli məktubundan görünür ki, X18, İddiaçı Tanrıverdi oğlu, X26, X14, X15 və X13 “X25” MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinin araşdırması zamanı təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, A.Ələkbərovanın razılığı ilə xadimə vəzifəsinə, digər müraciət müəllifləri isə razılıqlarına əsasən “Assistans xidməti üzrə mütəxəssis” və “Assistent xidməti üzrə mütəxəssis köməkçisi” vəzifələrinə keçirilmişlər. “X25” MMC tərəfindən təqdim edilmiş məktubda müraciət müəlliflərinin koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə cəlb edilmədikləri halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 saylı qərarı ilə onlara şamil edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 28.07.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-nin bir qrup əməkdaşı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış kollektiv şikayət ərizəsi Səhiyyə Nazirliyində araşdırılmasından müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən SOCAR Dövlət Neft Şirkətinin əməkdaşlarına tibbi koordinasiya xidməti göstərilir, tibbi yardıma ehtiyacı olduğu təqdirdə onlar müvafiq tibb müəssisələrinə göndərilir. Bununla bağlı “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il 112 saylı qərarının onlara şamil edilməsi əsassızdır. Məhkəmə hər iki iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə ilkin iddianın tələbləri üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İ hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunan Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsi ilə həmin müddətlər məhkəməyə müraciət edə bilmə müddətləri kimi müəyyən edilib. Məhkəmə hesab edir ki, ilk iddiaçı göstərilən normanın dispozisiya şərtlərini pozmamış, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmiş və hazırki iddianı qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmuş və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə ilk iddiaçının mübahisə açdığı hallara dair dəlillərinin məhz iddia müddəti tətbiq edilməklə rədd edilməsi qanuni hesab edilə bilməz. Lakin məhkəmə həmçinin də qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan sənədlər və təqdim edilmiş sübutlara əsasən ilkin iddia ərizəsi üzrə tələbin əsaslı sayılmasına dair mötəbər və tutarlı sübutlar təqdim edilmədiyindən bu tələblərin əsaslı sayılması üçün hüquqi əsaslar mövcud olmamışdır. Belə ki, ilkin iddia ərizəsi üzrə iddiaçının tələblərinə əsasən o 2012-ci ildən 2017-ci ilədək “xxxx” MMC qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan işə qəbul etməsi, əmək müqaviləsinin surətinin ona təqdim edilməməsi və onun əmək müqaviləsini imzalamaması, həmin vaxtlarda əmək haqqının ona və digər işçilərə əlbəəl verilməsi, onun pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməməsi, ezamiyyət pulu, məzuniyyət pulu və digər əlavə ödənişlər “xxxx” MMC tərəfindən ödənilməməsi təşkil edirdi. İlk iddiaçı bu tələblərini həm də iş üzrə cavabdeh «Cavabdeh” MMC-nin qanuni təmçilçisi olan Nümayəndə1 “xxxx” MMC-nin də qanuni təmsilçi olması ilə də əsaslandırır. Azərbaycan Respublikasının Əmək Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki prosessul qanunvericiliyə əsasən cavabdeh maddi hüququn subyektidir ki, iddiaçı həmin şəxsi onun hüququnun və qanunla qorunan marağının pozucusu kimi göstərir. Cavabdehin düzgün müəyyən edilməməsi irəli sürülən tələbin sübut edilmədiyini təsdiq edir, belə ki, iş üzrə cavabdeh onun hüquqlarının və qanunla qorunan maraqlarının pozucusu olmur. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur və məhkəmənin, iddiaçının iradə ifadəsi olmadan hər hansı şəxsi cavabdeh qismində cəlb etməsi mümkün deyildir. Lakin məhkəmə qeyd edir ki, hər bir halda ilk iddiaçının 2012-2017-ci illər arası, yəni, “xxxx” MMC-də işlədiyi dönəmə dair pozulmuş hüquqları ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəvyən edilmiş 1 illik iddia müddətini ötürmədən və ən əsası bu tələblərə cavabdeh kimi “xxxx” MMC- yə qarşı iddia qaldırmaq hüququndan istifadə etməmişdir. İşin materiallarından isə görünür ki, “xxxx” MMC-yə qarşı tələb irəli sürülməmiş və sözügedən MMC hazırki iş üzrə cavabdeh deyildir. Nümayəndə1 isə hazırki iddia üzrə «Cavabdeh” MMC-nin qanuni təmçilçisi kimi göstərilmişdir. Buna görə də məhkəmə “xxxx” MMC ilə bağlı ilk iddiaçının irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsini zəruri saymır. Araşdırma zamanı müəyyən edilmişdir ki, ilk iddiaçı ilə Cavabdeh MMC ilə əmək münasibətləri 25 aprel 2017-ci ildən başlanmışdır. İlkin idda üzrə iddiaçı qeyd edilən tarixdən işdən azad edilən tarixə kimi olan dövr üçün də cavabdeh tərəfindən yuxarıda göstərilən hallar üzrə hüquqlarının pozulmasınının davam edilməsini iddia etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları» adlanan 3-cü maddəsinin 5-ci hissəsinə əsasən. əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Qeyd olunan Məcəllənin 46-cı maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə, tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Göründüyü kimi, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. İş materiallarından görünür ki, ilk iddiaçı 25 aprel 2017-ci il tarixli 25/k saylı əmrindən görünür ki, İddiaçı Cavabdeh MMC-ə həkim anestezioloq vəzifəsində işə qəbul edilmiş, İddiaçı Cavabdeh MMC-yə təqdim etdiyi 27 aprel 2017-ci il tarixli ərizəsinə əsasən 28 aprel 2017-ci il tarixdən MMC-yə asistans xidməti üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş və o, MMC-yə asistans xidməti üzrə mütəxəssis vəzifəsində qəbul edilmişdir. İddiaçı Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin ona verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi kimi tələbini məhkəmə əsassız sayır və qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 10.2-ci bəndinə əsasən müqavilənin bir surəti işçidə saxlanılır. Müəyyən edilmişdir ki, ilkin iddiaçı işdən azad olunan vaxta kimi işçi həmin müqavilə və onun şərtləri ilə razılaşaraq imzalamış, işə başlamış və həmin müqavilə əsasında də əmək haqqı almışdır. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin ilk iddiaçıya verilməməsi və həmin müqavilə ilə tanış ola bilməməsi halı həm inandırıcı deyil, həm də bu halı mövcud olduğu halda belə onun bununla bağlı hüquqlarının pozulmasına dair müvafiq qaydada həmin dövrdə şikayət etmək hüququndan istifadə etmədiyi halda işdən azad olunandan sonra belə bir əsassız dəlil irəli sürməsi anlaşılan və ağlabatan deyildir. Məhkəmə ilk iddiaçının onunla bağlanmış əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, bunun da öz növbəsində maaşının donub qalmasına gətirib çıxarmasına dair dəlilini də əsassız sayır. Belə ki, qanunvericiliyə əsasən, əmək müqaviləsində hər bir dəyişiklik hər iki tərəf imzalandıqdan sonra qüvvəyə minir. Bu dəyişiklik işçi tərəfindən imzalanaraq qəbul edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Məhkəmə ilkin iddia üzrə iddiaçının sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olması ilə bağlı dəlilinə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1 maddəsinə istinad edir. Həmin normaya əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. «Əhalinin sağlamlığı haqqında» qanunun 46 və 49-1 maddələrinə əsasən fasiləsiz olaraq 5 il ixtisası üzrə işləmiş həkimlər həmçinin praktiki tibblə məşğul olan şəxslər dövri olaraq 5 ildə bir müvafiq icra hakimiyyəti tərəfindən sertifıkasiyaya cəlb edilirlər. Müəyyən edilmişdir ki, normada qeyd edilən müvafiq icra hakimiyyəti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir. İşin materiallarından görünür ki, ilk iddiaçı Cavabdeh MMC-də 25 aprel 2017-ci ildən 01 sentyabr 2020-ci il tarixinə kimi işlədiyi, yəni 5 il belə tamam olmamışdır. Məhkəmə hesab edir ki, ilk iddiaçı qeyd edilən normalarının təsiri altına düşmədiyindən bununla bağlı qeyd etdiyi dəlili də əsassızdır. Məhkəmə ilk iddiaçının xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığına dair dəlilinə də qiymət verərək əsassız sayır. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh MMC işəgötürən olaraq bütün işçiləri, o cümlədən iddiaçını “xxxxda” öz vəsaiti hesabına sığortalamış və iddiaçı sığortadan müəyyən miqdarda vəsait almışdır. Məhkəmə ilk iddiaçının işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edildiyini, həmçinin, təcili tibbi yardım fəaliyyəti olmasına baxmayaraq buna görə maaşa əlavə olunan faizlər verilməməsinə dair dəlilləri ilə bağlı hesab edir ki, bu halların mövcud olmasına dair hər hansı sübut növü təqdim olunmadığı üçün bu dəlillər əsaslı sayıla bilməz. Həmçinin də, məhkəmə qeyd edir ki, ilk iddiaçı irəli sürülən sözügedən tələblərin qanuni əsasını da göstərə bilməmişdir. Belə ki, İddiaçı iş materiallarından göründüyü kimi, nə büdcədən maliyyələşən səhiyyə işçisi, nə təcili tibbi yardım stansiyasının tibb heyəti olmamış, nə də ki, psixi xəstələrə tibbi yardım göstərilməsi sahəsində işləməyib. Halbuki, Azərbaycan Respublikası büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2004- cü il Nazirlər Kabinetinin qərarının 2.2.2-ci maddəsinin (Sağlamlığ üçün xüsusi ilə təhlükəli və xüsusi ilə ağır olan əmək şəraitinə görə əlavə) ğ) bəndinə əsasən təcili tibbi yardım stansiyalarının psixi xəstələrə tibbi yardım göstərən və onları daşıyan ixtisaslaşmış briqadalarında həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də avtomobil sürücülərinə vəzifə maaşının 20 faiz miqdarında əlavə haqq ödənilir. Qeyd edilən qərarın tələbləri baxımından məhkəmə həmçinin hesab edir ki, ilk iddiaçının tibb işçilərinə müəyyən edilən 20 faiz əmək haqqına əlavə olunan artımları nağd şəkildə almasına dair dəlili də heç bir sübutla təsdiq edilmir. Məhkəmə daha sonra ilk iddiaçının onun məzuniyyət hüquqlarının pozulmasına dair dəlillərinin əsassız olmasına dair cavabdeh tərəfindən etirazının dəlilləri ilə razılaşır. Belə ki, “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı qərarının 170-ci bəndinə əsasən Neft çıxarılmasının süni adalarındakı ambulatoriyalarda və sağlamlıq bölmələrində həkim, orta və kiçik tibbi heyətinə 6 gün əlavə məzuniyyət verilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. İş materiallarından görünür ki, iddiaçı əmək fəaliyyətində olduğu 2017-2018 iş ili üzrə məhz özünün müraciəti əsasında 30 təqvim günü, 2018-2019 iş ili üzrə 36 təqvim günü, 2019-2020 iş ili üzrə isə iddiaçı işdən azad olunarkən ona məzuniyyət kompensasiyası olaraq yekunda 2043,82 manat ödənilmişdir. Məhkəmə ilk iddiaçının Prezidentin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, özlərinin də maaşlarının bu sərəncama görə artırılmalı olmasına dair dəlili ilə bağlı qeyd edir ki, sərəncamın da adından göründüyü kimi, bu koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamdır. Lakin müəyyən edilmişdir ki, Cavabdeh MMC koronoviruslu xəstələr üçün ayrılmış xəstəxana olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, sözügedən sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin 25 mart 2020-ci il 112 saylı qərarının 1-ci bəndinə əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavələr infeksiya ilə əlaqəli dövlət tibb müəssisələrində çalışan işçilərə şamil edilib. Məhkəmə ilk iddiaçının 50000 manat məbləğində maddi ziyan vurulmasına dair tələbinin qeyri-müəyyən olmaqla yanaşı, əsaslı sübut növləri ilə təsdiq edilməməsini qeyd edir. İlk iddiaçının iddia ərizəsində tələb olunan 50000 manatın dəqiq hesab olmamasını qeyd edərək bunu dəfələrlə müraciət etməsinə baxmayaraq maaş haqda haqq-hesab sənədinin ona təqdim edilməməsi, bu səbəbdən ezamiyyət, məzuniyyət ödənişlərinin, əmək haqqına əlavə ödənişlərin (gecə saatı, bayram və istirahət günləri, təcili tibbi yardım ödənişləri) Covidlə bağlı əmək haqqının artırılması və digər əmək münasibətlərindən irəli gələn ödənişləri ilə bağlı vurulmuş maddi ziyanın hesablanmamasının mümkün olmaması ilə əsaslandırıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Beləliklə də, məhkəmə hesab edir ki, ilk iddiaçıya cavabdeh tərəfindən maddi ziyan vurulmasına dair irəli sürdüyü dəlilləri tam əsassızdır. Məhkəmə ilkin iddia ərizəsinin 20000 manat məbləğində mənəvi ziyan tələbi hissəsi üzrə qeyd edir ki, ilkin iddia tələbi bu hissədə də əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İlkin iddia üzrə iddiaçı vurulan mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, ilk iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir. İlk iddiaçı uzun illər boyu cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulması və son nəticədə qanunsuz və əsassız olaraq onu qərəzli işdən azad etməsini göstərsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı və mötəbər sübut növləri təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qarşılıqlı iddia ərizəsini də araşdıraraq hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulması və cəmiyyətin bu səbəbdən maddi ziyana uğramasını göstərsə də, bu ziyanın nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin qeyd edir ki, «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hşüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İşin materiallarından görünür ki, İddiaçı məhkəməyə pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı dövlət orqanlarına və işəgötürənə həmçinin müraciət edərək yalnız onun pozulmuş hüquqların bərpa edilməsini, eləcə də, öz konstitusion hüququndan, müraciət etmək hüququndan istifadə edərək cavabdeh tərəfindən pozulmuş hüquqlarının araşdırılmasını dövlət orqanlarından xahiş etmişdir. Bu müraciətləri zamanı İddiaçı öz pozulmuş hüquqlarını qeyd edərək və maddi normaları ilə əsaslandıraraq, həmin müraciət ərizələri yaymamış, heç bir kütləvi informasiya vasitələrində, internet mənbələrində, tele, radio və digər informasiya platformalarında öz pozulmuş hüquqları ilə bağlı məlumat verməmiş, təhqirə və böhtana yol verməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflərin iş üzrə xüsusi qərardad qəbul edilməsi barədə tələbi təmin edilməməli, tərəflərə Azərbaycan Respublikası CPM-in 204 və 205-ci maddələrinə əsasən cinayət təqibini həyata keçirən orqana müraciət etmək hüquqları izah olunmalıdır. Belə ki, mülki məhkəmə icraatın vəzifəsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin vəzifəni həyata keçirərkən, yəni konkret mülki işə baxarkən, məhkəmə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk və qarşılıqlı iddialar rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi təmin olunmasın. Qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1900/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1900/2021
07.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver