Məhkəmə qərarları › İş №2(004)-1901/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1901/2021

29.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1901/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X18 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilkin və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əmək hüquqlarının pozulması nəticəsində vurulmiş 50000 manat maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Prosesin gedişində iddiaçı AR Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh MMC-dən əmək hüquqlarının pozulması nəticəsində vurulmiş 50000 manat maddi ziyanın və 20000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il tarixindən Nümayəndə qanuni təmsilçisi olduğu “xxxx” MMC-də tibb bacısı vəzifəsində çalışmışdır. MMC neft daşlarında neftçilərə tibbi xidmət göstərilməsi ilə bağlı “xxxx”la müqavilə bağlayaraq, neftçilərə tibbi xidmət göstərmişdir. MMC-də 2012-2017-ci illərdə işlədiyi müddətdə demək olar ki, cavabdeh tərəfindən bütün əmək hüquqları kobud şəkildə pozulmuşdur. “xxxx” MMC tərəfindən pozulmuş hüquqları ilə bağlı qeydləri Cavabdeh MMC-yə də ayidiyatı olduğunu nəzərə almağı xahiş edir və qeyd etmək istəyir ki “xxxx” MMC tərəfindən pozulmuş hüquqları ilə bağlı artıq Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğuna, X15 və digər dövlət orqanlarına şikayət olunmuşdur. “xxxx” MMC 2012-ci ildən 2017-ci ilədək qanuni olaraq onunla əmək müqaviləsi bağlamadan tibb işçisi kimi onu işə qəbul etmişdir. Müqavilənin bağlanmamasını onunla əsaslandırır ki, işə götürən tərəfindən ona əmək müqaiviləsinin surəti təqdim edilməmiş və əmək müqaviləsini imzalamamışdır. 2012-ci ildən 2017-ci ilədək, əmək haqqı ona və digər işçilərə əlbəəl verilirdi. Bundan əlavə, 2012-ci ildən 2017ci ilədək gov.az saytında qeyd edildiyinə görə ''xxxx" MMC tərəfindən işçinin gələcək pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Həmin illərdə MMC-də çalışmasına baxmayaraq, işəgötürən tərəfindən hüquqlarının pozulması nəticəsində əmək stajı rəsmi olaraq qeyd edilməmişdir. Bundan əlavə, ezamiyyət pulu, məzuniyyət pulu, və digər əlavə ödənişlər MMC tərəfindən ödənilmımişdir. 2017-ci ildə məlum olmayan səbəblərdəm “xxxx” MMC-nin bütün işçilərini keçirdilər Cavabdeh MMCyə. Hər iki MMC-nin qanuni təmsilçisi eyni şəxsdir. Cavabdeh MMC ilə əmək müqavəsi bağlansa belə eyni şəkildə necə ki, “xxxx” MMC tərəfindən müqavilənin bir nüsxəsi ona verilməmişdir, Cavabdeh MMC tərəfindəndə nəinki müqavilənin bir nüsxəsi verilməmiş, müqavilə ilə tanış olmağa imkan verilməmişdir və MMC rəhbəri müqavilənin imzalanması üçtin ona təqdim edəndə qeyd edirdi ki, “ya imzalayırsınız yada işsiz qalırsınız. Cavabdeh MMC ilə müqavilə bağlansa belə əı hüquqlarımın pozulması davam edirdi. Əmək kitabçasında və verilən arayışlarda əvvəllər tibbi ixtisasları- həkim, tibb bacisi ixtisası qeyd olunmuşdur. Cavabdeh MMC tərəfindən birtərəfli olaraq dəyişdirilərək, əvəzinə sadəcə mütəxəssis yazıldı. Mütəxəssis yazmaqla ixtisas dərəcələri nəzərə alınmır və bu da öz növbəsində illər keçdikcə maaşılarının donub qalmasına, artmamasına səbəb olur. Azərbaycan Respublikası Əmək və Əhalin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 19.06.2017-ci tarixində, 8 saylı “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X8”nın təsdiq edilməsi barədə qərarı qəbu! edilmişdir. Həmin qərarda səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələri göstərilmişdir və mütəxəsis vəzifəsi ümiyyətlə yoxdur. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Amma bu şirkətlə işlədiyi müddətdə tibb işçisi kimi sertifikasiyadan keçməmişdir. Bu, işəgötürən tərəfindən çox ciddi qanun pozuntusudur. Baxmayaraq ki, xüsusi rejimli strateji obyektdə hər an təhlükə olan, dəniz sahilindən uzaq, içməli su hövzəsindən uzaq, neftçilərlə, demək olar ki, eyni şəraitdə çalışırdı, lakin işəgötürən tərəfindən sığorta olunmamışdı və hər hansı bir hadisə baş versəydi müalicəsini öz hesabına məcbur qalaraq ödəməliydi. İşəgötürən iş vaxtlarını kobud şəkildə pozurdu və əlavə lədiyi iş vaxtların, bazar günlərin və bayram günlərin ödənişini etməmişdir. Faktiki olaraq öz əmək funksiyasını həyata keçirirdi, həmdə, işçi olmadığına görə digər işçilərinin əmək funksiyalarını. İşəgötürən qanunsuz olaraq hər 24 saatdan bir sutkalıq işə şıxmağa məcbur edirdi. Dənizin ortasında yeganə tibb məntəqəsi olmuşdur, bir hadisə baş verərsə və tibbi yardım lazım olarsa 1 saatdan tez heç bir yardım gələ bilməz. Belə bir halda minlərlə işçisi olan yerdə hər gün 1 həkim və 1 tibb bacisi bu qədər böyük bir kontingentə tibbi yardım göstərir və üstəlik təcili tibbi yardımı həyata keçirir. Təcili tibbi yardım fəaliyyəti olmasına baxmayaraq buna görə maaşa əlavə olunan faizlər verilmirdi. Cənab Prezident tərəfindən tibb işçilərinə müəyyən edilmiş 20% əmək haqqına əlavə olunan artımları onlara nağd şəkildə əlbəəl ödənilirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.06.2018-ci il tarixində “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında edilmişdəyişikliyə əsasən daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15 manat əlavə vəsait verilirdi. Cavabdeh bu ödənişləri də həyata keçirməmişdir. Məzuniyyət hüquqları kobud şəkildə pozulur. Belə ki, iş stajina görə əlavə olunan 2-4-6 məzuniyyət günləri ona verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiqlənməsi barəsindəki 5 iyul 2004-ci il tarixli 92 saylı qərarına əsasən: ... Neft çıxarılan adalardakı ambulatoriyalarda və sağlamlıq bölmələrində çalışan həkim, orta və kiçik tibb işçisi heyyətinə əlavə məzuniyyət kimi 6 gün verilir. Şirkət tərəfindən şərait yaradaraq tibb işçiləri müəyyən müddətdən bir təkmilləşmə kurslarına getməli və attestasiyadan keçərək, bilik, savad və bacarıqlarını artırilmalıdır, həmçinin ixtisas dərəcələri artırılmalıdır. İşəgötürən tərəfindən bu cür kurslara işçiləri göndərməmişdir. Bundan əlavə, cavabdehə dəfələrlə müraciət olunsa belə maaş haqda haqq-hesab vərəqəsi verilməmişdir və bu səbəbdən cavabdeh tərəfindən, ezamiyyət ödənişlərin, məzuniyyət ödənişlərin, əmək haqqına əlavə ödənişlər (gecə saatı, bayram və istirahət günlərin, təcili tibbi yardımın ödənişləri), covidlə bağlı əmək haqqın artırılması və digər əmək münasibətlərindən irəli gələn ödənişləri ilə bağlı vurulmuş maddi ziyanın dəqiq hesablanması mümkün olmayıb. Cənab Prezidentin 18 mart 2020-ci il tarixli, 1947 saylı “Yeni növ coronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial ıdafiəsinin gücləndirilməsi haqqında” sərəncamına əsasən yeni növ koronavirus (COVİD-19) aksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir, baxmayaraq ki, ağır şəraitdə neft daşlarında koronovirus tutmuş şəxslərin müalicəsi ilə bağlıda ilkin tədbirləri görürdü, bu səraııcama uyğun olaraq maaşı artırılmamışdır. İşəgötürən tərəfindən pozulmuş əmək hüquqları ilə bağlı dəfəllərlə həm cavabdehə, həm də əmək müfəttişliyinə və digər dövlət qurumlarına müraciət etmişdir. Bu müraciəti ilə bağlı cavabdeh onu dəfələrlə narahat edib və əmək funsiyalarını yerinə yetirilməsi ilə bağlı maneələr törədib. Artıq uzun müddətdir ki, işəgötürən onu işə gəlməyə qoymur, buna baxmayaraq aktiv əmək müqaviləsi sistemdə görsənir, lakin heç bir ödəniş almır. Cavabdehin bu cür hərəkətlərinə görə başqa bir işə qəbul oluna bilmir. Cavabdehin qanunsuz hrəkətləri nəticəsində ona həmçinin, mənəvi ziyanda vurulmuşdur. Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, 2012-2017-ci illər arası, yəni iddiaçının “xxxx” MMC-də işlədiyi dönəmə dair pozulmuş hüquqları ilə əlaqədar (əgər belə pozuntular varsa) qanunvericiliyin müəyyən etdiyi müddət ərzində, yəni AR Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürmədən və ən əsası bu tələblərə cavabdeh kimi “xxxx” MMCyə qarşı iddia qaldırmalı idi. Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi kimi əsassız iddiaya gəldikdə bildirir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 10.2 bəndinə əsasən müqavilənin bir surəti işçidə saxlanılır və işçi həmin müqavilə və onun şərtləri ilə razılaşaraq imzalamış, işə başlamış və illərlə buna görə maaş almışdır. İddiaçı əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, bu da öz növbəsində maaşının donub qalmasına gətirib çıxardığını qeyd edir. İşçi əmək müqaviləsindəki dəyişikliyə və buna bağlı olaraq əmək haqqı artımına indi yox, dəyişiklik edilərkən, əmək haqqı artarkən imza etməməklə etiraz edə bilərdi. İddiaçı sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olduğunu qeyd edir. Əhalinin sağlamlığı haqqında qanunun 46 və 49-1 maddələrinə əsasən fasiləsiz olaraq 5 il ixtisası üzrə işləmiş həkimlər həmçinin praktiki tibblə məşğul olan şəxslər dövri olaraq 5 ildə bir müvafiq icra hakimiyyəti tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmçinin, iddiaçı Cavabdeh MMC-də 2017-ci ildən işləyir. İşəgötürən bütün işçiləri, o cümlədən iddiaçını “Paşasığortada” öz vəsaiti hesabına sığortalamış və iddiaçı ilin əvvəlində sığortadan külli miqdarda vəsait almışdır. Maraqlıdır ki, iddiaçı hansı əsasla, əmək müqaviləsinin hansı bəndi ilə təcili tibbi yardım fəaliyyəti göstərdiyini iddia edir və hansı qanuni əsasa görə faizlər tələb edir. İddiaçı bu vaxta qədər özəl sektorda işləməklə, əmək müqaviləsi ilə müəyyən edilən əmək haqqından əlavə olaraq aldığı əlavəyə təşəkkür əvəzinə, əlbə əl aldığına etiraz edir. İddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq maaş haqda haqq-hesab sənədinin ona təqdim edilmədiyini qeyd edir. Nə vaxt, hansı rəsmi müraciətlə, kimə müracit etdiyini təsdiq etməlidir. Davamında bu səbəbdən maddi ziyanın dəqiq hesablanmasının mümkün olmadığını qeyd edir. Və açıq şəkildə etiraf edir ki, tələb olunan 50000 manat dəqiq hesab deyil. İddiaçı Prezidentin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, özlərinin də maaşlarının bu sərəncama görə artırılmalı olduğunu qeyd edir. İddiaçı Azərbaycan Respublikası büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2004-cü il Nazirlər Kabinetinin qərarını nəzərdə tutursa, həmin qərar büdcədən maliyyələşən səhiyyə işçilərini nəzərdə tutur. Yəni bu hissədə də iddiaçının tələbi əsassız və məntiqsizdir. İddiaçı ilk olaraq büdcədən maliyyələşdirilən səhiyyə işçisi deyil, həmçinin siyahıda göstərilən şərtləri daşımır. İddiaçı əmək fəaliyyətində olduğu 2017-2018 iş ili üzrə 21 təqvim günü əsas məzuniyyət olmalı olduğu halda 34 təqvim günü, 2018-2019 iş ili üzrə 21 təqvim günü əsas məzuniyyət olmalı olduğu halda öz ərizəsinə əsasən 34 təqvim günü məzuniyyətə buraxılmışdır. 2019-2020 iş ili üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyası hesabına ödənilmişdir. İddia bu hissədə də əsassızdır. Onun işdən kənarlaşdırılması haqqında dedikləri uydurmadır. AR Əmək Məcəlləsinin 62.2-ci maddəsinə əsasən işçinin işdən kənar edilməsi sənədləşdirilməlidir. Belə bir sənədləşdirmə yoxdur. İşə götürən tərəfindən belə bir qərar verilməyib. Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlamış iddiaçı və özü kimi 3 nəfər də (həmin 3 nəfərdən biri iddiaçının həyat yoldaşıdır) eyni iddia ilə məhkəməyə müraciət ediblər. Məhkəməyə müraciət edənə qədər iddia ərizəsi ilə eyni məzmunlu bir çox şikayətlər ediblər. Rəsmi qaydada məktubla şirkətə müraciət edərək, hədə qorxu gələrək həmin bu 4 nəfər şirkətdən milyon manatdan çox pul tələb ediblər. İddia ərizəsindən də anlaşılır ki, iddiaçı haqlı olmayan iddiasının əsası kimi keçmiş dönəmlərə, illər öncəsinə və ümumi hallara əsaslanır. Lakin iddiaçı bilməli idi ki, AR Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Yəni həmin müddətlər ötürüldükdən sonra məhkəməyə müraciət edə bilməzdi. Belə ki, AR Əmək Məcəlləsinin 296-cı maddəsi ilə həmin müddətlər məhkəməyə müraciət edə bilmə müddətləri kimi müəyyən edilib. Qeyd olunanları və iddiaçının məhkəməyə müraciət edə bilmə müddətini ötürməsini nəzərə alaraq iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etmişdir. Prosesin gedişində iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmiyyət barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində dəymiş maddi zərərə görə 50.000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddi tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək münasibətləri ilə bağlı” iddia tələbi əsassız olması qədər həm də, iddiaçının bu günə qədər dəfələrlə ayrı-ayrı instansiyalara əlaqəsi və həqiqiliyi olmayan şikayətləri ilə Cavabdeh MMC-nin işgüzar nüfuzuna zərbələr vurmuşdur. Nəticədə Cavabdeh MMC bu şikayətlərin heç bir əsasının olmadığını bir çox instansiyalarda təsdiq etməli olmuşdur. İddiaçı bu davamlı və əsassız şikayətləri şirkəttən pul qoparmağa hesablanmışdır. Bunların nəticəsidir ki, cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulmuş və cəmiyyət bu səbəbdən maddi ziyana uğramışdır. İddiaçı altına imza atdığı bir çox şikayət ərizələri və iddia ərizəsində heç bir əsası olmadan işlədiyi cəmiyyətə qara yaxmış, böhtanlar savurmuşdur. Belə ki, o Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi, əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olduğunu, xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığını, işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, Cənab Prezident tərəfindən tibb işçilərinə müəyyən edilən 20 faiz əmək haqqına əlavə olunan artımları nağd şəkildə aldığını, məzuniyyət hüquqlarının pozulduğunu, maaş haqda haqq-hesab sənədinin ona təqdim edilmədiyini, Prezidentin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, özlərinin də maaşlarının bu sərəncama görə artırılmalı olduğunu, şəxsi qərəzliyə görə ona işə gəlməməsi deyildiyini, faktiki olaraq maneələr yaradıldığı üçün əmək funksiyasını yerinə yetirə bilmədiyini, uzun müddətdir ki, işəgötürənin onu işə gəlməyə qoymadığını qeyd etməklə əsassız olaraq cəmiyyətdən pul tələb etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, cavabdeh qarşılıqlı iddia tələbi verərək, ilk iddia üzrə iddiaçı tərəfindən həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatlarının yayılmasını qeyd edir. İddiaçı haqlı olaraq öz konstitusiyon hüququndan, müraciət etmək hüququndan istifadə edərək, pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı məhkəməyə, həmçinin dövlət orqanlarına və işəgötürənə müraciət edərək yalnız onun pozulmuş hüquqların bərpa edilməsini xahiş etmişdir. Müraciətlərində hətta pozulmuş hesab etdiyi maddi normaları qeyd etmişdir. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.” Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.” İddiaçı demək olar ki, bütün müraciətlərində tibb işçisinə aid olan hüquqlarının pozulmasını vurğulayır çünki, əmək müqaviləsini işəgötürənlə 25.04.2017-ci il tarində bağladığı zaman “tibb bacısı” olaraq işə qəbul edilmişdir, 3 gün sonra mütəxəsis vəzifəsinə işə götürən tərəfindən keçirilsə də, faktiki olaraq tibb bacısının vəzifələrini icra edirdi. Bu faktı işə götürən özü də dolayı yolu ilə təsdiq edir. Cavabdeh MMC-nin direktoru tərəfindən 30.12.2016-cı il tarixində təsdiq edilən və məhkəməyə təqdim edilən vəzifə təlimatlarından görünür ki, assistans xidməti üzrə mütaxəsis köməkçiləri qeyd olunsa da mötərizədə tibb bacısı olaraq qeyd olunur. Həmin cəmiyyətdə çalışan işçilər həmin vəzifə təlimatlarına uyğun olaraq vəzifələrini yerinə yetirməli idilər və əsaslı olaraq özlərini tibb işçisi sayırdılar və bu səbəbdən də tibb işçilərinə aid olan əlavə ödənişlərini tələb edirdilər. Bundan əlavə, iddiaçı dövlət orqanlara müraciət edərək, öz pozulmuş hüquqlarını qeyd edərək, həmin məlumatları yaymamışdır. İddiaçı heç bir kütləvi informasiya vasitəsində öz pozulmuş hüquqları ilə bağlı məlumat verməmişdir. Dövlət orqanlarına müraciətlərində təhqirə və böhtana yol verməmişdir, yalnız pozulmuş hüquqları barədə qeydlər etmişdir. Cavabdeh qarşılıqlı iddia verərək, faktiki olaraq presedent yaratmaq istəyir ki, vətəndaş pozulmuş hüquqları ilə bağlı müraciətlər etməsin. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən qarşılıqlı iddia tələbini əsasız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Qasımov X22 ilkin iddia ərizəsini müdafiə edərək məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddialar rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı Cavabdeh MMC-yə ünvanlanmış 03.05.2017-ci il tarixli ərizəsindən görünür ki, onun 03.05.2017-ci il tarixdən MMC-yə assistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. - 03.05.2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh” MMC-də assistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinə qəbul edilmişdir. Müqavilə 03.05.2017-ci il tarixindən 31.12.2017-ci il tarixədək, 8 ay müddətinə bağlanmışdır. - Cavabdeh MMC-nin 03.05.2017-ci il tarixli 430/k saylı əmrindən görünür ki, İddiaçı Cavabdeh MMC-də assistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinə işə qəbul olunması, vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq təyin edilməsi əmr edilmişdir. - İddiaçı Cavabdeh MMC-nin 01.08.2019-cu il tarixli ərizəsində görünür ki, onu 16.08.2019-cu il tarixindən növbəti əmək məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin 02.08.2019-cu il tarixli 363119/k saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssis köməkçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən 36 təqvim günü müddətinə (30 t/g əsas məzuniyyət və 4 tg əlavə məzuniyyət) olmaqla (2017- 2018-ci iş ilinə görə) 16.08.2019-cu il tarixindən 19.09.2019-cu il tarixənədək əmək məzuniyyəti verilməsi, 19.09.2019-cu il tarixində işə başlanılması əmr edilmişdir. - İddiaçı Cavabdeh MMC-nin 10.11.2019-cu il tarixli ərizəsində görünür ki, onu 02.12.2019-cu il tarixindən növbəti əmək məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin 26.11.2019-cu il tarixli 5410/191k saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssis köməkçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən 34 təqvim günü müddətinə (30 t/g əsas məzuniyyət və 6 tg əlavə məzuniyyət) olmaqla (2018- 2019-cu iş ilinə görə) 02.12.2019-cu il tarixindən 05.01.2020-ci il tarixənədək əmək məzuniyyəti verilməsi, 5 gün bayram günlərinə təsadüf etdiyinə görə məzuniyyət tarixinin 11.01.2020-ci il tarixinədək uzadılması, 11.01.2020-ci il tarixində işə başlanılması əmr edilmişdir. - 27.03.2017-ci il tarixli, PMA-M/17/01 saylı, 29.12.2017-ci il tarixli N_M-PMA-025 saylı, 28.12.2018-ci il tarixli N_M-PMA-046 saylı, 30.12.2019-cu il tarixli N_M-PMA-062 saylı, 30.12.2020-ci il tarixli N_M-PMA-102 saylı “xxxx” ASC (Sığorta şirkəti) ilə “X16” (Assistans şirkəti) arasında bağlanmış tibbi sığorta müqavilələri üzrə Assistans xidmətlərinin göstərilməsi haqqında müqavilələrdən görünür ki, müqavilələrin predmeti “Assitans şirkəti” 2017-2021-ci illər ərzində “xxxx” ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (bundan sonra xxxx) qurumları arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqavilələrinə əsasən, xxxx-da çalışan işçilərə (bundan sonra sığorta olunanlara) kommutatorluq və assistans ximətinin təşkil olunması, sığorta olunanlara müxtəlif tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsinin təşkil olunması, xxxx-ın qurumlarının müxtəlif sahələrində yerləşən tibb məntəqələrində tibbi xidmətin göstərilməsini təşkil etməsi, “Sığorta şirkəti” isə göstərilən xidmətlərin haqqını ödəməsi təşkil edir. - İddiaçı dair “xxxx” ASC ilə “X16” MMC arasında bağlanmış həyatın yaşam sığorta şəhadətnaməsindən görünür ki, bu müqavilənin müddəti 31.01.2018-ci il tarixdən 31.01.2021-ci il tarixədəkdir. Sığorta haqqı 3.600 AZN-dir. - 05.04.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC-nin rəhbərliyinə müraciət edərək, 05.04.2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin 05.04.2021-ci il tarixli 228/21k saylı əmrindən və əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssis köməkçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən 34 təqvim günü müddətinə olmaqla 03.05.2019-cu il tarixindən 03.05.2020-ci il iş ili üçün istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmiş və 481,90 manat onun hesabına ödənilmişdir. - X10, X6, X5, X1, İddiaçı və X13 nümayəndələri N.Səfərovun, “xxxx” ASC-nin sədrinə yazdığı 19.10.2020-ci il tarixli ərizələrindən görünür ki, onlar “X16” MMC-də baş verənlərin və tibbi personalların narazılığına səbəb olmuş vəziyyətin araşdırılaraq aradan qaldırılmasını, onların haqlı tələblərinin təmin edilməsini xahiş etmişlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22.02.2021-ci il tarixli 05/19-547 saylı məktubundan görünür ki, İddiaçı “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”ndə onun praktiki tibb fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiya prosesində iştirak etməməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsin 10.03.2021-ci il tarixli 08/3873 saylı məktubundan görünür ki, “X16” MMCnin özəl və əczaçılıq fəaliyyəti ilə məşğul olması ilə bağlı hər hansı informasiya aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21.08.2020-ci il tarixli məktubundan görünür ki, X14, X2, X17, X11, X12 və X10 “X16” MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinin araşdırması zamanı təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, A.Ələkbərovanın razılığı ilə xadimə vəzifəsinə, digər müraciət müəllifləri isə razılıqlarına əsasən “Assistans xidməti üzrə mütəxəssis” və “Assistent xidməti üzrə mütəxəssis köməkçisi” vəzifələrinə keçirilmişlər. “X16” MMC tərəfindən təqdim edilmiş məktubda müraciət müəlliflərinin koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə cəlb edilmədikləri halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 saylı qərarı ilə onlara şamil edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 28.07.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-nin bir qrup əməkdaşı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış kollektiv şikayət ərizəsi Səhiyyə Nazirliyində araşdırılmasından müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən xxxx Dövlət Neft Şirkətinin əməkdaşlarına tibbi koordinasiya xidməti göstərilir, tibbi yardıma ehtiyacı olduğu təqdirdə onlar müvafiq tibb müəssisələrinə göndərilir. Bununla bağlı “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il 112 saylı qərarının onlara şamil edilməsi əsassızdır. - Azərbaycan Respublikasının Maliyyə X3 Cavabdehnə ********** 08 fevral 2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh “Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri”nə daxil edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının Maliyyə X4 (Palata) baxılmışdır. Bununla əlaqədar bildirirlər ki, Cavabdeh 30 yanvar 2018-ci il tarixdə yardımçı hüquqi şəxs kimi “Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri”nə daxil edilmişdir. Məhkəmə ilkin iddia tələbləri üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İ hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunan Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsi ilə həmin müddətlər məhkəməyə müraciət edə bilmə müddətləri kimi müəyyən edilib. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı göstərilən normanın dispozisiya şərtlərini pozmuş, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə və hazırki iddianı qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış, müddətin üzrlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Həmçinin məhkəmə ilkin iddia üzrə iddiaçının sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olmasına, iddiaçının xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığına, işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulmasına, əlavə işə cəlb edilərək ödənişini almadığına dair dəlilləri ilə bağlı hesab edir ki, bu halların mövcud olmasına dair hər hansı sübut növü təqdim olunmadığı üçün bu dəlillər əsaslı sayıla bilməz. Məhkəmə ilkin iddia üzrə İddiaçı 50000 manat məbləğində maddi ziyan, 20000 manat məbləğində mənəvi ziyan vurulmasına dair tələblərinin qeyri-müəyyən olmaqla yanaşı, əsaslı sübut növləri ilə təsdiq edilməməsini qeyd edir. İddiaçı vurulan mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, ilkin iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək onun da təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, qarşılıqlı iddiaçı 50000 manat məbləğində mənəvi ziyan cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulması və cəmiyyətin bu səbəbdən maddi ziyana uğramasını göstərsə də, bu ziyanın nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hşüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İşin materiallarından görünür ki, İddiaçı məhkəməyə, pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı dövlət orqanlarına və işəgötürənə müraciət edərək yalnız onun pozulmuş hüquqların bərpa edilməsini, eləcə də, öz konstitusion hüququndan, müraciət etmək hüququndan istifadə edərək cavabdeh tərəfindən pozulmuş hüquqlarının araşdırılmasını dövlət orqanlarından xahiş etmişdir. Bu müraciətləri zamanı İddiaçı öz pozulmuş hüquqlarını qeyd edərək və maddi normaları ilə əsaslandıraraq, həmin müraciət ərizələri yaymamış, heç bir kütləvi informasiya vasitələrində, internet mənbələrində, tele, radio və digər informasiya platformalarında öz pozulmuş hüquqları ilə bağlı məlumat verməmiş, təhqirə və böhtana yol verməmişdir. Beləliklə də, məhkəmə qarşılıqlı iddia tələbinə də yuxarıda sadalanan qanunvericilik aktları və prosessual hüquq normaları baxımından hüquqi qiymət verərək hesab edir ki, bütün fiziki və hüquqi şəxslər məhkəmə müdafiəsi üsullarından istifadə etmək hüququna malikdirlər və belə müraciət onların məsuliyyətə cəlb olunmasına əsas vermir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin və qarşılıqlı iddialar rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilkin iddiası rədd edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar