Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1903/2021 22.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi barədə»xxxx«Cavabdeh MMC»-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «maddi zərərin ödənilməsi barədə» qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh «Cavabdeh” MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi barədə» ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 009/21/k saylı əmri ləğv edərək onun tutduğu vəzifəyə bərpa edilməyi, cavabdeh tərəfindən pozulmuş əmək münasibətləri ilə bağlı vurulmuş 50000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci il tarixindən Nümayəndə qanuni təmsilçisi olan "xxxx" X4 tibb bacısı vəzifəsində çalışmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti neft daşlarında olan neftçilərə tibbi xidmət göstərilməsi ilə bağlı "Socar”la müqavilə bağlayırdı və həmin müqavilə üzrə "xxxx” MMC-nin tibb işçiləri neft daşlarında olan neftçilərə tibbi xidmət göstərirlər. Məhkəməyə bildirmək istəyir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 2012-2017-ci il tarixlərində işlədiyi müddətdə demək olar ki, "xxxx" MMC tərəfindən onun bütün əmək üzrə hüquqları kobud şəkildə pozulmuşdur. "xxxx" MMC tərəfindən pozulmuş hüquqlarını qeyd edilməsi hesab edir ki, işin hərtərəfli və qanuni baxılması üçün vacibdir, çünki “xxxx” MMC- nin qanuni təmsilçisi və bu iş üzrə olan Cavabdeh qanuni təmsilçisi eyni şəxs Nümayəndədur."xxxx" MMC tərəfindən pozulmuş hüquqları ilə bağlı qeydləri birbaşa Cavabdehnə də, aidiyyəti olduğunun nəzərə alınmasını xahiş edir və qeyd etmək istəyir ki "xxxx" MMC tərəfindən pozulmuş hüquqlarıyla bağlı artıq Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğuna, X20 və digər dövlət orqanlarına şikayət olunub. “xxxx MMC 2012-ci il tarixindən 2017-ci il tarixinədək qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan tibb işçisi kimi onu işə qəbul etmişdir. Onunla müqavilənin bağlanmamasını onunla əsaslandırır ki, işə götürən tərəfindən ona əmək müqaviləsinin surəti təqdim edilməmişdir və əmək müqaviləsini qanunvericiliyə uyğun olaraq imzalamamışdı. Qeyd etmək istəyir ki, 2012-ci il tarixindən 2017-ci il tarixinədək, əmək haqqı ona və digər işçilərə əlbəəl verilirdi. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, 2012-ci il tarixindən 2017-ci il tarixinədək gov.az saytında qeyd edildiyinə görə "xxxx” MMC tərəfindən işçinin gələcəkdə pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Faktiki olaraq qeyd etmək olar ki, həmən illərdə "xxxx" MMC-də çalışmağına baxmayaraq, işəgötürən tərəfindən hüquqlarının pozulması nəticəsində əmək stajı rəsmi olaraq qeyd edilməmişdir. Bundan əlavə olaraq ezamiyyət pulu, məzuniyyət pulu, və digər əlavə ödənişlər "xxxx" MMC tərəfindən ödənilmirdi. Məhkəməyə bildirmək istəyir ki, 2017-ci il tarixində məlum olmayan səbəblərə görə “xxxx" MMC-nin bütün işçilərini Cavabdeh MMC-yə keçirdilər. Bir daha qeyd etmək istəyir ki, "xxxx" MMC-nin və “Cavabdeh" MMC-nin qanuni təmsilçisi eyni şəxsdir. "Cavabdeh" MMC ilə əmək müqaviləsi bağlansa belə eyni şəkildə necə ki, "xxxx“ MMC tərəfindən müqavilənin bir nüsxəsi ona verilməmişdir. "Cavabdeh" MMC tərəfindən də nəinki müqavilənin bir nüsxəsini, müqavilə ilə tanış olmağa imkan verilməmişdir və Cavabdeh MMC rəhbərliyi müqavilənin imzalanması üçün onlara təqdim edəndə qeyd edirdilər ki, «imzalayırsınız ya da işsiz qalırsınız». Qeyd etmək istəyir ki, “Cavabdeh" MMC ilə müqavilə bağlansa belə əmək hüquqlarının pozulması davam edirdi. İlkin olaraq qeyd etmək istəyir ki, əmək kitabçasında və onlara verilən arayışlarda əvvəllər tibbi ixtisasları - həkim, tibb bacısı ixtisası qeyd olunmuşdur. "Cavabdeh" MMC tərəfindən birtərəfli olaraq dəyişdirilərək, əvəzinə sadəcə mütəxəssis yazıldı. Mütəxəssis yazmaqla ixtisas dərəcələri nəzərə alınmır və bu da öz növbəsində illər keçdikcə maaşlarının donub qalmasına, artmamasına səbəb olur. Əmək məcəlləsinə əsasən əmək müqaviləsində işçinin tutduğu vəzifə dəqiq göstərilməlidir, həmİn vəzifənin dəqiq göstərilməməsi əmək müqavilənin şərtlərini kobud şəkildə pozulması ilə nəticələnir. Qeyd edir ki, Azərbayan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin Kollegiyası tərəfindən xx xxxx 2017-ci il tarixində, 8 saylı "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X11”nın təsdiq edilməsi barədə qərarı qəbul edilmişdir. Həmin qərarda səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələri göstərilmişdir və həmin kitabçada mütəxəsis vəzifəsi ümimiyyətlə yoxdur. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Amma bu şirkətlə işlədikləri müddətdə tibb işçisi kimi sertifikasiyadan keçməmişlər. Bu, işəgötürən tərəfindən çox ciddi qanun pozuntusudur. Qeyd edir ki, baxmayaraq ki xüsusi rejimli strateji obyektdə hər an təhlükə olan, dəniz sahilindən uzaq, içməli su hövzəsindən uzaq, neftçilərlə, demək olar ki, eyni şəraitdə çalışırdılar, lakin işəgötürən tərəfindən sığorta olunmamışdılar, və hər hansı bir hadisə baş versəydi müalicələrini öz hesablarına məcbur qalaraq ödəməli idilər. Əlavə olaraq qeyd etmək istəyir ki, işəgötürən iş vaxtlarını kobud şəkildə pozurdu və əlavə işlədiyi iş vaxtların, bazar günlərin və bayram günlərin ödənişini etməmişdir. O, faktiki olaraq həm öz əmək funksiyasını həyata keçirirdi, həm də, işçi olmadığına görə digər işçilərinin əmək funksiyalarını. Qeyd etmək istəyir ki, işəgötürən qanunsuz olaraq hər 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edirdi. Qeyd etmək istəyir ki, onlar dənizin ortasında yeganə tibb məntəqəsidirlər, bir hadisə baş verərsə və tibbi yardım lazım olarsa 1 saatdan tez heç bir yardım gələ bilməz. Belə bir halda minlərlə işçisi olan yerdə hər gün 1 həkim və 1 tibb bacısı bu qədər böyük bir kontingentə tibbi yardım göstərir və üstəlik ambulansla təcili tibbi yardımı həyata keçirir. Yeri gəlmişkən, təcili tibbi yardım fəaliyyətləri olmasına baxmayaraq buna görə maaşa əlavə olunan faizlər verilmirdi. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyət xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilirdi. Dəyişikliyə əsasən, bu vəsait 15 manata qaldırılmışdır. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minmişdir və cavabdeh bu ödənişləri də həyata keçirməmişdir. Məzuniyyət hüquqları kobud şəkildə pozulur. Belə ki, iş stajına görə əlavə olunan 2-4-6 məzuniyyət günləri onlara verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiqlənməsi barəsindəki x xxxx 2004-cü il tarixli 92 saylı qərarına əsasən: ... Neft çıxarılan adalardakı ambulatoriyalarda və sağlamlıq bölmələrində çalışan, həkim, orta və kiçik tibb işçisi heyyətinə əlavə məzuniyyət kimi 6 gün verilir. Qeyd etmək istəyir ki, şirkət tərəfindən şərait yaradaraq tibb işçiləri müəyyən müddətdən bir təkmilləşmə kurslarına getməli və attestasiyadan keçərək, bilik, savad və bacarıqların artırmalıdır, həmçinin ixtisas dərəcələri artırılmalıdır. İşəgötürən tərəfindən bu cür kurslara işçiləri göndərməmişdir. Əlavə olaraq hesab edir ki, koronavirusla mübarizə işlərində cənab Prezidentin fərmanıyla bu virusla mübarizədə birbaşa və bilavasitə mübarizə aparan tibb işçilərinin maaşları müddətli olaraq 3-5 mislə qədər artırılmışdır. Lakin buna baxmayaraq şirkət tərəfindən cənab Prezidentin fərmanı icra edilməmişdir və onları maaşları artırılmamışdır. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, cavabdehə dəfələrlə müraciət olunsa belə maaş haqda haqq-hesab vərəqəsi verilməmişdir və bu səbəbdən cavabdeh tərəfindən, ezamiyyət ödənişlərin məzuniyyət ödənişlərin, əmək haqqına əlavə ödənişlər (gecə saatı, bayram və istirahət günlərin, təcili tibbi yardımın ödənişləri), Covidlə bağlı əmək haqqın artırılması və digər əmək münasibətlərindən irəli gələn ödənişləri ilə bağlı vurulmuş maddi ziyanın dəqiq hesablanması mümkün olmayıb. Bildirmək istəyir ki, Cənab Prezidentin xx xxxx 2020-ci il tarixli, 1947 saylı "Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir. Baxmayaraq ki, ağır şəraitdə neft daşlarında koronovirus tutmuş şəxslərin müalicəsi ilə bağlı da ilkin tədbirləri görürdülər, bu sərəncama uyğun olaraq onların maaşları artırılmamışdır. Qeyd etmək istəyir ki, ona vurulmuş maddi ziyandan əlavə olaraq həkimlərin sertifikasiya hüququ, tibbi yardımın göstərilməsi ilə bağlı lisenziya alınması, işçilərin tibbi sığortalanması və dövlət sosisal müdafiə fonduna olunan ödənişləri ilə bağlı qanuni pozuntuları da qeyd edir. Yuxarıda qeyd etdiyindən əlavə olaraq bildirmək istəyir ki, əvvəlki işlədiyi illərdə olduğu kimi Cavabdeh MMC-yə məzuniyyətə çıxmağı ilə bağlı yazılı şəkildə müraciət etdi. Qeyd etmək istəyir ki, 2020-ci ildə bir neçə dəfə məzuniyyətə çıxaraq koronaviruslu X28na müvəqqəti olaraq işə düzəlirdi və orda tibbi yardım göstərirdi. İşəgötürən tərəfindən məzuniyyətə çıxmaqla bağlı heç bir problem yaratmırdı və illərlə, məzuniyyət ərizəsini yazandan sonra, həmin gündən işçiləri məzuniyyətə buraxırdılar. Bu dəfə də, onun tərəfindən 2020-ci il üçün istifadə olunmamış məzuniyyət ərizəsi təqdim olundu. O ərizəni təqdim edəndən sonra əvvəlki məzuniyyət vaxtını istifadə etdiyi kimi, koronoviruslu X28na müvəqəti olaraq işə düzəldi. Bir müddət sonra işəgötürən tərəfindən ona müraciət olundu və bildirdilər ki, işə çıxmamağı ilə bağlı izahat yazmalıdır, o izahatda bildirdi ki, o məzuniyyəti ilə bağlı ərizə ilə müraciət etmiş və əvvəlki kimi məzuniyyətdə olduğu müddətindən istifadə edərək koronoviruslu X28na müvəqqəti olaraq işə düzəlmişdir. Qeyd etmək istəyir ki, götürdüyü məzuniyyət 2020-ci ilin təqvim ilin məzuniyyəti idi və həmin məzuniyyətlə bağlı 2020-ci ilin təqvim ilin sonunda müraciət etmişdir. Cavabdeh onun izahatını aldı və xx.xx.2021-ci il tarixində qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) müqaviləsinə xitam verilmişdir. Beləliklə həm onun məzuniyyət hüququ kobud şəkildə pozulmuşdur, həm də onu qanunsuz olaraq işdən azad etmişdilər. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 009/21/k saylı əmrə diqqət yetirilsə, istifadə edilməmiş əmək məzuniyyətlə bağlı son haq-hesabına ödəniş barədə qeyd var, halbuki həmin məzuniyyətinin istifadə edilməsi ilə bağlı rəsmi şəkildə işəgötürənə müraciət etmişdi. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, bu günə kimi, işəgötürən tərəfindən əmək funksiyalarını yerinə yetirilməməsi ilə bağlı bir dəfə olaraq belə xəbardarlıq, töhmət və ya şiddətli töhmət verilməmişdir. Qeyd etmək istəyir ki, işəgötürən tərəfindən pozulmuş əmək hüquqları ilə bağlı dəfələrlə həm cavabdehə həm də, əmək müfəttişliyinə və digər dövlət qurumlarına müraciət etmişdi. Bu müraciəti ilə bağlı cavabdeh onu dəfələrlə narahat edib və əmək funksiyalarını yerinə yetirilməsi ilə bağlı maneələr törədib və sonda cavabdeh şəxsi qərəzliyə görə onu işdən azad edib. Hesab edir ki, uzun illər boyu cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur və son nəticədə qanunsuz və əsassız olaraq məzuniyyət hüququnu pozaraq onu işdən azad etmişdir. Məhkəmə baxışı zamanı ilk iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 009/21/k saylı əmri ləğv edərək İddiaçı tutduğu vəzifəyə bərpa edilməyi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və cavabdeh tərəfindən pozulmuş əmək münasibətləri ilə bağlı vurulmuş 50000 manat maddi ziyanı və 20 000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “Fərdi əmək mübahisələrinin həlli haqqında” qanunu 7.3 maddəsinə əsasən “İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən, işçiyə dəyən maddi ziyanı ödəməklə yanaşı, mənəvi ziyana, yəni işçinin şərəf və ləyaqətinin ləkələnməsinə, alçaldılmasına görə də maddi məsuliyyət daşıyır. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği respublika üzrə minimum əmək haqqı miqdarının iyirmi beş mislindən az, işçinin hüquqlarının pozulmasında təqsirkar vəzifəli şəxsin (şəxslərin) altı aylıq əmək haqqından çox ola bilməz. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında işin faktiki hallarına uyğun olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.” Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «maddi zərərin ödənilməsi barədə» qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı cəmiyyət barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində dəymiş olan maddi zərər olan 50.000 (əlli min) manatın tutularaq Cavabdeh MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onun əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsasız olması qədər həm də, iddiaçının bu günə qədər dəfələrlə ayrı-ayrı instansiyalara əlaqəsi və həqiqiliyi olmayan şikayətləri ilə Cavabdeh MMC-nin işgüzar nüfuzuna zərbələr vurmuşdur. Nəticədə Cavabdeh MMC bu şikayətlərin heç bir əsasının olmadığını bir çox instansiyalarda təsdiq etməli olmuşdur. İddiaçı bu davamlı və əsassız şikayətləri şirkətdən pul qoparmağa hesablanmışdır. Bunların nəticəsidir ki, cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulmuş və cəmiyyət bu səbəbdən maddi ziyana uğramışdır. İddiaçı altına imza atdığı bir çox şikayət ərizələri və iddia ərizəsində heç bir əsası olmadan işlədiyi cəmiyyətə qara yaxmış, böhtanlar savurmuşdur. Belə ki, o, Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi, əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olduğunu, xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığını, işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, Cənab Prezident tərəfindən tibb işçilərinə müəyyən edilmiş 20 faiz əmək haqqına əlavə olunan artımları nağd şəkildə aldığını, məzuniyyət hüquqlarının pozulduğunu, maaş haqda haqq-hesab sənədinin ona təqdim edilmədiyini, Prezidentin xx xxxx 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, zərərinin də maaşlarının bu sərəncama görə artırılmalı olduğunu, şəxsi qərəzliyə görə ona işə gəlməməsi deyildiyini, faktiki olaraq maneələr yaradıldığı üçün əmək funksiyasını yerinə yetirə bilmədiyini, uzun müddətdir ki, işəgötürənin onu işə gəlməyə qoymadığını qeyd etməklə əsassız olaraq cəmiyyətdən pul tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 23.4, 1096.1, 1097.1-ci maddələrinə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tləbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə isə etiraz edərək bildirdi ki, o, 2012-ci il tarixindən Nümayəndə qanuni təmsilçisi olduğu “Amedicon” X4 tibb bacısı vəzifəsində çalışmışdır. Həmin şirkət neft daşlarında olan neftçilərə tibbi xidmət göstərilməsi ilə bağlı Socarla müqavilə bağlamış və həmin müqavilə üzrə cavabdehin tibb işçiləri neft daşlarında olan neftçilərə tibbi xidmət göstərmişlər. “xxxx” X4 2012-2017-ci il tarixlərində işlədiyi müddətdə demək olar ki, cavabdeh tərəfindən onun bütün əmək üzrə hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh 2012-ci il tarixindən 2017-ci il tarixinədək qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan tibb işçisi kimi onu işə qəbul etmişdir. Belə ki, işə götürən tərəfindən ona əmək müqaviləsinin surəti təqdim edilməmiş və əmək müqaviləsini qanunvericiliyə uyğun olaraq imzalamamışdır. Cavabdeh şirkət tərəfindən 2012-ci il tarixindən 2017-ci il tarixinədək, əmək haqqı ona və digər işçilərə əlbəəl verilirdi. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, 2012-ci il tarixindən 2017-ci il tarixinədək gov.az saytında qeyd edildiyinə görə “xxxx” MMC tərəfindən işçinin gələcəkdə pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Faktiki olaraq qeyd etmək olar ki, həmən illərdə “xxxx” MMC-də çalışmağına baxmayaraq, işəgötürən tərəfindən hüquqlarının pozulması nəticəsində əmək stajı rəsmi olaraq qeyd edilməmişdir. Bundan əlavə olaraq ezamiyyət pulu, məzuniyyət pulu, və digər əlavə ödənişlər “xxxx” MMC tərəfindən ödənilmirdi. 2017-ci il tarixində məlum olmayan səbəblərə görə “xxxx” MMC-nin bütün işçiləri Cavabdeh MMC-yə keçirilmişdir. Bir daha qeyd etmək istəyir ki, “xxxx” MMC-nin və Cavabdeh MMC-nin qanuni təmsilçisi eyni şəxsdir. Cavabdeh MMC ilə əmək müqaviləsi bağlansa belə eyni şəkildə necə ki, “xxxx” MMC tərəfindən müqavilənin bir nüsxəsi ona verilməmişdir. Cavabdeh MMC tərəfindən də nəyinki müqavilənin bir nüsxəsi, müqavilə ilə tanış olmağa imkan verilməmişdir. Cavabdeh MMC ilə müqavilə bağlansa belə əmək hüquqlarının pozulması davam edirdi. İlkin olaraq qeyd etmək istəyir ki, əmək kitabçasında və onlara verilən arayışlarda əvvəllər tibbi ixtisasları - həkim, tibb bacısı ixtisası qeyd olunmuşdur. Cavabdeh MMC tərəfindən birtərəfli olaraq dəyişdirilərək, əvəzinə sadəcə mütəxəssis yazılmışdır. Mütəxəssis yazmaqla ixtisas dərəcələri nəzərə alınmır və bu da öz növbəsində illər keçdikcə maaşının donub qalmasına, artmamasına səbəb olurdu. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Amma bu şirkətlə işlədiyi müddətdə tibb işçisi kimi sertifikasiyadan keçməmişdir. Bu, işəgötürən tərəfindən çox ciddi qanun pozuntusudur. Ümumiyyətlə onların hüquqları işəgötürən tərəfindən çox kobudcasına pozulurdu. İşəgötürən məzuniyyətə çıxmaqla bağlı heç bir problem yaratmamış və məzuniyyət ərizəsini yazandan sonra, həmən gündən işçiləri məzuniyyətə buraxırdılar. Bu dəfə də, onun tərəfindən 2020-ci il üçün istifadə olunmamış məzuniyyət ərizəsi təqdim olunmuşdur. O, ərizəni təqdim edəndən sonra əvvəlki məzuniyyət vaxtını istifadə etdiyi kimi, koronaviruslu X28na müvəqəti olaraq işə düzəlmişdir. Bir müddət sonra işəgötürən tərəfindən ona müraciət olunaraq bildirilmişdir ki, işə çıxmamağımla bağlı izahat yazmalıdır. O, izahatda bildirmişdir ki, məzuniyyətlə bağlı ərizə ilə müraciət etmiş və əvvəlki kimi məzuniyyətdə olduğu müddətindən istifadə edərək koronaviruslu X28na müvəqəti olaraq işə düzəlmişdir. Qeyd etmək istəyir ki, götürdüyü məzuniyyət 2020-ci ilin təqvim ilin məzuniyyəti idi və həmin məzuniyyətlə bağlı 2020-ci ilin təqvim ilin sonunda müraciət etmişdir. Cavabdeh onun izahatını almış və xx.xx.2021-ci il tarixində qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) müqaviləsinə xitam verilmişdir. Beləliklə həm onun məzuniyyət hüququ kobud şəkildə pozulmuşdur, həm də onu qanunsuz olaraq işdən azad etmişdilər. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 009/21/k saylı əmrə diqqət yetirilsə, istifadə edilməmiş əmək məzuniyyətlə bağlı son haq-hesabına ödəniş barədə qeyd var, halbuki həmən məzuniyyətinin istifadə edilməsi ilə bağlı rəsmi şəkildə işəgötürənə müraciət etmişdir. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, bu günə kimi, işəgötürən tərəfindən əmək funksiyalarımı yerinə yetirilməməsi ilə bağlı bir dələ olaraq belə xəbardarlıq, töhmət və ya şiddətli töhmət verilməmişdir. İşəgötürən tərəfindən pozulmuş əmək hüquqlarımla bağlı dəfələrlə həm cavabdehə həm də, əmək müfəttişliyinə və digər dövlət qurumlarına müraciət etmiş, bu müraciəti ilə bağlı cavabdeh onu dəfələrlə narahat etmiş və əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı maneələr törətmiş və sonda şəxsi qərəzliyə görə onu işdən azad etmişdir. Hesab edir ki, uzun illər boyu cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuş və nəticədə qanunsuz və əsassız olaraq məzuniyyət hüququnu pozaraq onu işdən azad etmişdir. Qeyd edilənlərə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin və vəkili Vəkil1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh qarşılıqlı iddia tələbi verərək, ilk iddia üzrə iddiaçı tərəfindən həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatlarının yayılmasını qeyd edir, lakin həmin məlumatları öz qarşılıqlı iddia ərizəsində qeyd edərək fikir vermir ki, iddiaçının qeyd etdiyi məlumatları yalnız iddiaçının hesab etdiyi əmək münasibətləri üzrə pozulmuş hüquqlarına aidiyyatı vardır. İddiaçı məhkəməyə pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı dövlət orqanlarına və işəgötürənə həmçinin müraciət edərək yalnız onun pozulmuş hüquqların bərpa edilməsini xahiş etmişdir. Qeyd etmək istəyir ki, ilk iddia üzrə iddiaçı haqlı olaraq öz konstitusion hüququndan, müraciət etmək hüququndan istifadə edərək cavabdeh tərəfindən pozulmuş hüquqlarının araşdırılmasını dövlət orqanlarına müraciət edərək xahiş etmişdir. İlk iddia tələbi üzrə iddiaçı demək olar ki, bütün müraciətlərində tibbi işçiyə aid olan hüquqlarının pozulmasını vurğulayır çünki, əmək müqaviləsini işəgötürənlə xx.xx.2017-ci il tarixində bağladığı zaman “kiçik tibb bacısı” olaraq işə qəbul edilmişdir, 3 gün sonra mütəxəsis vəzifəsinə işəgötürən tərəfindən keçirilsə də, faktiki olaraq tibb bacısının vəzifələrini icra etmişdir. Bu faktı işə götürən özüdə dolayı yolu ilə təsdiq edir. Cavabdeh MMC-nin direktoru tərəfindən xx.xx.2016-cı il tarixində təsdiq edilən və məhkəməyə təqdim edilən vəzifə təlimatlarından görünür ki, assistans xidməti üzrə mütəxəsis köməkçiləri qeyd olunsa da, mötərizədə tibb bacısı olaraq qeyd olunur. Həmən cəmiyyətdə çalışan işçilər həmən vəzifə təlimatlarına uyğun olaraq vəzifələrini yerinə yetirməli idilər və əsaslı olaraq özlərini tibb işçisi sayırdılar və bu səbəbdən də tibb işçilərinə aid olan əlavə ödənişlərini tələb edirdilər və öz müraciətlərində həmin hüquqlarının pozulduğunu qeyd edirdilər. Nəzərə alınsa ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X16” X36 tərəfindən sorğu əsasında verilmiş və məhkəməyə təqdim edilmiş xx xxxx 2021-ci il tarixli, 08/3873 saylı məktubuna əsasən Cavabdeh MMC-nin tibbi xidmət göstərilməsi ilə bağlı xüsusi icazəsi yoxdur və xüsusi icazə olmadan məhkəməyə təqdim edilmiş, həkimin, tibb bacısının, sanitarın vəzifə təlimatları olması və həmin vəzifə təlimatlarına uyğun olaraq çalışmaları nə qədər düzgündür və cəmiyyətin qanun qarşısında inzibati və ya cinayət məsuliyyəti yaratmırmı və əgər Cavabdeh MMC tərəfindən tibb işçilərini işə götürmək hüququ yoxdursa, onda ilk iddia üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsi ümiyyətlə etibarsız hesab olunmalıdır və belə olan halda ilk iddia üzrə iddiaçı əmək müqaviləsi olmadan işləmiş sayılmalıdır. Bu da bir daha ilk iddia üzrə cavabdehin qanunların pozulmasına gətirib çıxardır. Qeyd etmək istəyir ki, məhz ilk iddia üzrə iddiaçı öz vəzifə təlimatlarını yerinə yetirməsinə görə öz pozulmuş hüquqlarının bərpası ilə öz konstitusiyon hüququndan istifadə edərək müraciət etmişdir. Bundan əlavə olaraq bildirmək istəyir ki, ilk iddia üzrə iddiaçı dövlət orqanlarına müraciət edərək, öz pozulmuş hüquqlarını qeyd edərək və maddi normaları ilə əsaslandıraraq, həmin müraciət ərizələrini yaymamışdır. İlk iddia üzrə iddiaçı heç bir kütləvi informasiya vasitələrində, internet mənbələrində, tele, radio və digər informasiya platformalarında öz pozulmuş hüquqları ilə bağlı məlumat verməmişdir. Qeyd etmək istəyir ki, dövlət orqanlarına müraciətlərində ilk iddia üzrə iddiaçı təhqirə və böhtana yol verməmişdir, yalnız pozulmuş hüquqları barədə qeydləri etmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasın Konstitusiyası tərəfindən vətandaşlara müraciət etmək hüququ verilmişdir, bu hüquqdan istifadə edərək vətəndaşlar müraciət edir, dövlət orqanlara və məhkəmələrə və həmin müraciətlər araşdırılaraq vətəndaşlara əsaslandırılmış rəsmi qaydada cavablar verilir. Cavabdeh qarşılıqlı iddia verərək və ilk iddia üzrə iddiaçıdan 50000 (əlli min) vurulmuş maddi ziyan olaraq pul tələb edərək faktiki olaraq presedent yaratmaq istəyirlər ki, vətəndaş öz pozulmuş hüquqları ilə bağlı müraciətlərini etməsin. Bundan əlavə olaraq ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsində vurulmuş maddi ziyan tələb etsə belə həmin maddi ziyanı hansı səbəbə görə 50000 (əlli min) manat miqdarında hesab edilməsi əsaslarını iddia ərizəsində qeyd etmir və sübutları təqdim etmir. Vətəndaş öz pozulmuş hüquqları ilə bağlı dövlət orqanlarına müraciət edir, bununla cavabdehə maddi ziyan vurulur. Hesab edir ki, bu absurd bir iddia tələbidir və əsasız olduğunu məhkəməyə təqdim edilən sənədlərlə bir daha sübut olunur. Əlavə olaraq qeyd etmək istəyir ki, ilk iddia üzrə təqdim edilən sübutlar və sənədlər ilk iddia üzrə iddiaçının dövlət orqanlarına müraciət ərizələrinin əsassız olmadığını bir daha sübut edir və göstərir ki, ilk iddia üzrə iddiaçının müraciətləri yalan və ya böhtan xarakterli deyildi. İlk iddia üzrə iddiaçı dövlət orqanlara müraciət edərək yalnız öz hüquqlarının qorunmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən, ilkin iddia tələbinin təmin edilməsi, cavabdehin qarşılıqlı iddia tələbini əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bundan başqa Məhkəməyə təqdim edilən sübutları və qeyd edilən məlumatlara əsasən cavabdehin hərəkətlərində cinayət əlamətləri olub olmamasını yoxlanılması üçün xüsusi qərardad qəbul edilməsini və işi prokurorluğa xəbər verilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddia ərizəsini isə müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı iddia ərizəsində 2012-2017-ci illərdə işləmiş olduğu “xxxx” MMC tərəfindən bütün əmək hüquqlarının pozulduğunu, həmin pozulmuş hüquqlarla bağlı qeydlərin birbaşa Cavabdeh MMC-yə aidiyyatının olduğunu qeyd edir. Daha sonra iddiaçı “xxxx” MMC-də pozulmuş hüquqlarına dair qeydləri sadalamağa başlayır. İddiaçı iddia edir ki, 2012-ci ildən 2017-ci ilədək “xxxx” MMC qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan işə qəbul etmişdir. Bunu onunla əsaslandırır ki, əmək müqaviləsinin surəti ona təqdim edilməmişdir və o, əmək müqaviləsini imzalamamışdır. Həmin dönəmdə əmək haqqı ona və digər işçilərə əlbəəl verilib. Həmin dönəmdə onun pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Həmin dönəmdə ezamiyyət pulu, məzuniyyət pulu və digər əlavə ödənişlər “xxxx” MMC tərəfindən ödənilmirdi. Bununla əlaqədar bildirir ki, iddiaçı, heç olmasa onun nümayəndəsi və vəkili bilməli idi ki, “xxxx” MMC hüquqi şəxsdir. Ona qarşı iddialara cavab verməsi üçün məhkəmədə tərəf (cavabdeh) olaraq müəyyən edilməli idi. “xxxx” MMC ona qarşı iddia və ittihamlara özü, təmsil olunduğu orqanlar və nümayəndələri vasitəsi ilə cavab verməlidir. Bir şeyi də iddiaçı və onun nümayəndəsi və vəkilinə xatırlatmaq istəyir ki, 2012-2017-ci illər arası, yəni iddiaçının “xxxx” MMC-də işlədiyi dönəmə dair pozulmuş hüquqları ilə əlaqədar (əgər belə pozuntular varsa) qanunvericiliyin müəyyən etdiyi müddət ərzində, yəni AR Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəvyən edilmiş 1 illik iddia müddətini ötürmədən və ən əsası bu tələblərə cavabdeh kimi “xxxx” MMC- yə qarşı iddia qaldırmalı idilər. Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi kimi əsassız iddiaya gəldikdə bildirir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 10.2 bəndinə əsasən müqavilənin bir surəti işçidə saxlanılır və işçi həmin müqavilə və onun şərtləri ilə razılaşaraq imzalamış, işə başlamış və illərlə buna görə maaş almışdır. 2017-ci il tarixli əmək müqaviləsi ilə tanış olmadığı, bir surətinin ona verilmədiyi 2021-ci ildə iddiaçının yadına düşdü?! Necə ola bilər ki, işçi imzalayıb işə başladığı əmək müqaviləsindən xəbərsiz ola. İddiaçı əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, bu da öz növbəsində maaşının donub qalmasına gətirib çıxardığını qeyd edir. Bununla əlaqədar bildirir ki, əmək müqaviləsində hər bir dəyişiklik hər iki tərəf imzalandıqdan sonra qüvvəyə minir. Bu dəyişiklik işçi tərəfindən imzalanaraq qəbul edilir. İşçi əmək müqaviləsindəki dəyişikliyə və buna bağlı olaraq əmək haqqı artımına indi yox, dəyişiklik edilərkən, əmək haqqı artarkən imza etməməklə etiraz edə bilərdi. İddiaçı sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olduğunu qeyd edir. Ardınca AR Əmək Məcəlləsinin 67-1 maddəsinə istinad edir. Əhalinin sağlamlığı haqqında qanunun 46 və 49-1 maddələrinə əsasən fasiləsiz olaraq 5 il ixtisası üzrə işləmiş həkimlər həmçinin praktiki tibblə məşğul olan şəxslər dövri olaraq 5 ildə bir müvafiq icra hakimiyyəti tərəfindən sertifıkasiyaya cəlb edilirlər. Həmin müvafiq icra hakimiyyəti, işlədikləri tibb müəssəsi deyil, işəgötürən deyil, AR Səhiyyə Nazirliyidir. Həmçinin qeyd etməlidir ki, iddiaçı Cavabdeh MMC-də 2017-ci ildən işləyir. Yəni 5 il belə tamam olmayıb. İddiaçı xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığını, hər hansı hadisə baş versəydi müalicəsini öz hesabına məcbur olaraq ödəyəcəyini qeyd edir. İddiçı əsaslandırmır ki, qanunvericiliyin hansı müddəasına əsasən Cavabdeh MMC qeyd olunan tibb personelini sığortalamalıdır? Belə bir qanuni göstəriş yoxdur. Amma ən dəhşət verici hal ordadır ki, belə bir qanuni məcburiyyət olmadığı halda, işəgötürən bütün işçiləri, o cümlədən iddiaçını “xxxxda” öz vəsaiti hesabına sığortalamış və iddiaçı ilin əvvəlində sığortadan külli miqdarda vəsait almışdır. İddiaçı işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edildiyini qeyd edir. Həmçinin, təcili tibbi yardım fəaliyyəti olmasına baxmayaraq buna görə maaşa əlavə olunan faizlər verilmirdi. Əlbəttə ki, bu iddiaçının boş, əsassız, təsdiq edilməyən iddiasıdır. Qeyd edilən məsələlər yəni işçinin əlavə iş saatlarına cəlb edilməsi, başqa işçinin işlərini görməsi halları işəgötürənin əmri ilə əsaslandırıldığı halda tətbiq edilə bilər. İşəgötürənin müvafiq əmrləri olmamış, yerlərdə əlavə işlərə və saatlara cəlb olunması üçün əsas olmamışdır. İş münasibətləri davam etdiyi bir dönəmdə, durmadan yalan və uydurmalarla, dəfələrlə əsassız ittihamlarla işəgötürənindən şikayətlər edən birisini, maaşını kartdan deyil əlbə əl alıram deyib işlədiyi yeri şikayət edən birisini əlavə iş saatına cəlb etmək, başqa işçinin işlərini görməsi inandırıcı görsənməməlidir. Maraqlıdır ki, iddiaçı hansı əsasla, əmək müqaviləsinin hansı bəndi ilə təcili tibbi yardım fəaliyyəti göstərdiyini iddia edir və hansı qanuni əsasa görə faizlər tələb edir. İddiaçı Azərbaycan Respublikası büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında xx xxxxxx 2004-cü il Nazirlər Kabinetinin qərarını nəzərdə tutursa, bildirir ki, həmin qərar büdcədən maliyyələşən səhiyyə işçilərini nəzərdə tutur. Həmçinin həmin qərarın 2.2.2 maddəsinin (Sağlamlığ üçün xüsusi ilə təhlükəli və xüsusi ilə ağır olan əmək şəraitinə görə əlavə) ğ) bəndinə əsasən təcili tibbi yardım stansiyalarının (bölmələrinin) psixi xəstələrə tibbi yardım göstərən və onları daşıyan ixtisaslaşmış briqadalarında həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də avtomobil sürücülərinə vəzifə maaşının 20 faiz miqdarında əlavə haqq ödənilir. İddiaçı büdcədən maliyyələçən səhiyyə işçisi olmadığı kimi, həm də nə təcili tibbi yardım stansiyasının tibb heyəti olmayıb, nədə ki, psixi xəstələrə tibbi yardım göstərilməsi sahəsində işləməyib. Yəni bu hissədə də iddiaçının tələbi əsassız və məntiqsizdir. İddiaçı Cənab Prezident tərəfindən tibb işçilərinə müəyyən edilən 20 faiz əmək haqqına əlavə olunan artımları nağd şəkildə aldığını qeyd edir. Deməli iddiaçı bu vaxta qədər özəl sektorda işləməklə, əmək müqaviləsi ilə müəyyən edilən əmək haqqından dönəm dönəm əlavə olaraq işəgötürənin lütfu olan əlavəyə təşəkkür əvəzinə, əlbə əl aldığına etiraz edir. Və həmin əlavənin təyinatını belə bilmir. Bildirir ki, Azərbaycan Respublikası büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında xx xxxxxx 2004-cü il Nazirlər Kabinetinin qərarının 2.2.2 maddəsində (Sağlamlığ üçün xüsusi ilə təhlükəli və xüsusi ilə ağır olan əmək şəraitinə görə əlavə) vəzifə maaşının 20 faizi hissəsində əlavə almalı olan səhiyyə işçilərinin siyahısı verilmişdir. Bir daha bildirir ki, iddiaçı ilk olaraq büdcədən maliyyələşdirilən səhiyyə işçisi deyil, həmçinin siyahıda göstərilən şərtləri (misal üçün taun, QİCS, psixatriya və s. xəstələrə xidmət) şərtlərini daşımır. İddia bu hissədə də əsassızdır. İddiaçının məzuniyyət hüququnun cəm şəklində, yəni məzuniyyət hüquqları pozulur, əlavə 2-4-6 məzuniyyət günlərinin onlara verilmədiyini, işçilərin kurslara cəlb edilmədiyini qeyd edir. Anlamaq mümkün deyil ki, iddiaçı nə səbəbə hər kəsin adından danışmaq haqqını özündə görür. Konkret olaraq hansı məzuniyyəti əksik verilib, işəgötürən onu hansı kursa göndərməlidir. Yəni ümumi deyil, konkret halları göstərməklə, faktlarla, hər kəsin adından deyil, izahlı iddiasına bu hissədə aydınlıq gətirməlidir. "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx xxxx 2004-cü il tarixli 92 saylı qərarının 170-ci bəndinə əsasən Neft çıxarılmasının süni adalarındakı ambulatoriyalarda və sağlamlıq bölmələrində həkim, orta və kiçik tibbi heyətinə 6 gün əlavə məzuniyyət verilir. AR Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Bildirir ki, iddiaçı əmək fəaliyyətində olduğu 2017-2018 iş ili üzrə 21 təqvim günü əsas məzuniyyət olmalı olduğu halda 30 təqvim günü, 2018-2019 iş ili üzrə 36 təqvim günü, 2019-2020 iş ili üzrə 36 təqvim günü məzuniyyətə buraxılmışdır. İddia bu hissədə də əsassızdır. İddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq maaş haqda haqq-hesab sənədinin ona təqdim edilmədiyini qeyd edir. Nə vaxt, hansı rəsmi müraciətlə, kimə müraciət etdiyini təsdiq etməlidir. Davamında bu səbəbdən maddi ziyanın dəqiq hesablanmasının mümkün olmadığını qeyd edir. Və açıq şəkildə etiraf edirlər ki, tələb olunan 50 000 manat dəqiq hesab deyil. Absurd iddia tələbi azmış kimi, həm də utanmadan etiraf edilir ki, tələb olunan maddi ziyan dəqiq deyil. Həmçinin bildirməlidir ki, iddiaçı özü nə istədiyini bilmir. Maaş haqqında haqq-hesab sənədi nədir? İşçinin əmək müqaviləsi ilə maaşı özünə məlumdur. Kartına köçürülmüş əmək haqqı özünə məlumdur. Digər ödənişlər özünə məlumdur. Davamında gecə vaxtı, bayramda, təcili tibbi yardım, covidlə bağlı əlavələrin dəqiq hesabları tələb edir. Axı bu gülüncdür. Hansı covidlə bağlı, hansı təcili tibbi yardım, hansı bayram və gecə işindən söhbət gedir? İddiaçı Prezidentin xx xxxx 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, özlərinin də maaşlarının bu sərəncama görə artırılmalı olduğunu qeyd edir. İşin maraqlı tərəfi odur ki, sərəncamı özləri qeyd edir və sərəncamın başlığı da belədir ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam. Sərəncamın başlığı belə izah verir ki, koronavirusla mübarizə tədbirlərində iştirak etmək üçün bunun üçün ayrılan xüsusi qospitallarda fəaliyyət göstərilməli və 3-5 mislində maaşı da həmin xüsusi xəstəxanalarda ala bilərdilər. Yəni, Cavabdeh MMC koronoviruslu xəstələr üçün ayrılmış xəstəxana deyil. Burada viruslu xəstələr müalicə olunmur. Bunu anlamaq o qədərmi çətin idi?! Həmin sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin xx xxxx 2020-ci il 112 saylı qərarının 1-ci bəndinə əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: Göründüyü kimi əlavələr infeksiya ilə əlaqəli dövlət tibb müəssisələrində çalışan işçilərə şamil edilib. İddia ərizəsinin əvvəlində məzuniyyət hüquqlarının pozulduğunu qeyd edən iddiaçı, davamında 2020-ci ildə bir neçə dəfə məzuniyyətə çıxaraq koronoviruslu X27 işə düzəldiyini qeyd edir. Davamında qeyd edir ki. işəgötürən tərəfindən məzuniyyətə çıxmaqla bağlı heç bir problem yaradılmırdı və illərlə məzuniyyət ərizəsini yazandan sonra həmən gündən işçiləri məzuniyyətə buraxırdılar. Davamında 2020-ci il üçün məzuniyyət ərizəsi yazdığını, əvvəlki məzuniyyət vaxtını istifadə etdiyi kimi koronaviruslu modul xəstəxana ilə müvəqqəti işə düzəldiyini qeyd edir. Davamında ona məzuniyyət verilmədiyi, izahatı alındığı və əmək müqaviləsinə AR ƏM 70 ç bəndi ilə xitam verildiyini qeyd edir. Ardından əmək funksiyalarının icrasında ona maneələr törədildiyini, onu qərəzli olaraq işdən azad etdiklərini qeyd edir. xx xxxxxx 2020-ci il tarixli akta əsasən Cavabdeh MMCnin asistans xidməti üzrə mütəxəssis köməkçisi İddiaçı işə çıxması üçün Caspian Hotelinə karantinə yerləşdirilməli olduğu halda bundan imtina işdir. İşə çıxmamaqda davam edən İddiaçı xx xxxxxx 2020-ci il tarixində Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək X27 işə düzəldiyini, ona təkrarən məzuniyyət verilməsini və məzuniyyət dövründə başqa yerdə işləyəcəyini qeyd edir. Diqqət edidlsə ərizəyə qədər artıq 5 gündür ki, İddiaçı işə çıxmır. Ərizədən sonrakı tarixlərdə də işə çıxmamaqda davam edir. Rəhbərliyin ərizəyə münasibətindən asılı olmayaraq işə çıxmamaqda davam edir. Çünki, artıq başqa yerdə işləyir. xx xxxxxx 2021 tarixində İddiaçı ünvanına izahat yazmalı olduğuna dair teleqram göndərilir. Bu müddətə qədər rəhbərlik tələsmir, işçini işdən çıxarmaq deyə bir istəyi yoxdur. Dəfələrlə işçiyə işə çıxmalı olduğu bildirilir. İşçinin işə çıxmasını gözləyirlər. xx xxxxxx 2021-ci il tarixində İddiaçı izahatını yazır. İzahatında bildirir ki, FHN-nin X28 ilə müqaviləsi var, məzuniyyətə dair ərizəsinin qəbul olunmadığına dair ona məlumat verilməyib, o da ərizənin qəbul olunduğunu düşünüb. İşəgötürənin xx xxxxxx 2021-ci il tarixli əmri ilə İddiaçı ilə əmək Miqaviləsinə ƏM-nin 70 ç bəndinə əsasən xitam verilib. Buna səbəb işçinin üzürsüz səbəbdən işə çıxmaqdan imtina etməsi və bunu uzun müddət davam etdirməsi olmuşdur. Onu da bildirir ki, İddiaçı FHN-nin modul tipli xəstəxansı ilə deyil, xx.xx.2020-ci il tarixindən “xxxx” MMC-də tibb bacısı əmək müqaviləsi bağlayıb. Bu müqaviləni İddiaçı özü onlara təqdim edib. xx xxxxxx 2021-ci il tarixində əmrin surəti təcili poçt vasitəsi ilə işçinin ünvanına göndərilib. Son haqq hesabı kartına köçürülüb. İddiaçının əmək müqaviləsini əsassız xitam edilməsinə dair tələbinin də əsası yoxdur. İddiaçı şəxsi qərəzliyə görə ona işə gəlməməsi deyildiyini bildirir. Faktiki olaraq maneələr yaradıldığı üçün əmək funksiyasını yerinə yetirə bilmədiyini qeyd edir. Uzun müddətdir ki, işəgötürənin onu işə gəlməyə qoymadığını qeyd edir. Heç bir ödəniş almadığını qeyd edir. İddiaçı bu iddiasında da qeyri səmimidir və işəgötürənin mərhəmətindən sui-istifadədir. Əslində isə iddiaçı uzun müddətdir ki, müxtəlif bəhanələrlə işə çıxmır. Onun işdən kənarlaşdırılması haqqında dedikləri uydurmadır. AR Əmək Məcəlləsinin 62.2-ci maddəsinə əsasən işçinin işdən kənar edilməsi sənədləşdirilməlidir. Belə bir sənədləşdirmə yoxdur. İşə götürən tərəfindən belə bir qərar verilməyib. Əgər doğurdan da iddiaçının işə çıxmamasının səbəbi işdən kənarlaşdırma idisə və buna görə də əmək haqqı almırdısa uzun müddət nəyi gözləyirdi ki, AR Əmək Məcəlləsinin 62.5-ci maddəsinə əsasən dərhal məhkəməyə müraciət edə bilərdi. İddiaçınınn ezamiyyə xərcləri ilə əlaqədar qeyd etdikləri ilə əlaqədar bildirir ki, işçi növbədə olduğu bütün müddət və günlər üzrə ezamiyyə əvəzi məbləğlər kart hesabına köçürülmüşdü. Belə ki, Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında qərarının 6-cı bəndinə əsasən Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir. Həmin məbləğ xx xxxx 2018-ci ilə qədər 10 manat təşkil edirdi. Məlumat üçün bildirir ki, Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlamış iddiaçı və özü kimi 3 nəfər də (həmin 3 nəfərdən biri iddiaçının həyat yoldaşıdır) eyni iddia ilə məhkəməyə müraciət ediblər. Məhkəməyə müraciət edənə qədər iddia ərizəsi ilə eyni məzmunlu bir çox şikayətlər ediblər. Rəsmi qaydada məktubla şirkətə müraciət edərək, hədə qorxu gələrək həmin bu 4 nəfər şirkətdən milyon manatdan çox pul tələb ediblər. Adını da qoyublar ki, biz zərərə uğramışıq». Bu 4 nəfərin bir hədəfi var. Şirkətdən necə pul alaq? Tələbləri də iddia ərizəsində qeyd edildiyi kimi əsassız, heç bir hüquqi tutarı olmayan tələblərdir. Son olaraq bildirir ki, iddiaçı iddia tələbində haqlı, qanuni və əsaslı olmadığı kimi məhkəməyə müraciəti də qanunvericiliyin tələblərindən uzaqdır. İddia ərizəsindən də anlaşılır ki, iddiaçı haqlı olmayan iddiasının əsası kimi keçmiş dönəmlərə, illər öncəsinə və ümumi hallara əsaslanır. Lakin iddiaçı bilməli idi ki, AR Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Yəni həmin müddətlər ötürüldükdən sonra məhkəməyə müraciət edə bilməzdi. Belə ki, AR Əmək Məcəlləsinin 296-cı maddəsi ilə həmin müddətlər məhkəməyə müraciət edə bilmə müddətləri kimi müəyyən edilib. Bu səbəbdən də hesab edir ki, əmək müqaviləsinin xitamına dair əmrin ləğv edilməsi tələbi xaric, keçmiş dönəmlərə hesablanmış tələbin əsasları iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Əmək müqaviləsinin xitamına dair əmrin ləğv edilməsi tələbi isə əsassız olması səbəbindən rədd edilməlidir. Qeyd olunanları və iddiaçının məhkəməyə müraciət edə bilmə müddətini ötürməsini nəzərə alaraq ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi eyni zamanda iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, əmək məcəlləsinin 296.1, 296.2, 296.4-cü maddələrinə əsasən, iddia müddətinin ötürülməsi səbəbindən İddiaçı əmək müqaviləsinin xitamına dair əmrin ləğv edilməsi tələbi xaric, ötən illərə əsaslanan digər bütün iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində haqlı qanuna əsaslı olmadığı kimi, məhkəməyə müraciətdə qanunvericilik tələblərindən uzaqdır. Belə ki, o haqlı olmayan iddiasının əsası kimi, keçmiş dönəmlərə, illər öncəsinə və ümumi hallara əsaslanır. Onun qanunla müəyyən edilmiş müddətdən çox-çox sonra mübahisə açması hüquq müəyyənliyi və sabitliyi baxımından, əhəmiyyət kəsb edən sübutların toplanması və saxlanması baxımından cavabdeh və üçüncü şəxslərin hüquq və maraqlarının pozulmasına yol açır və intizamsızlıq kimi qiymətləndirilməlidir. Digər proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzürlü səbəblərdən olmasına dair məlumatlar verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən proses işirakçılarının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk və qarşılıqlı iddialar rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh” MMC-nin xx xxxxx 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı kiçik tibb bacısı vəzifəsinə qəbul edilmişdir. - İddiaçı Cavabdeh MMC-nin xx xxxxx 2017-ci il tarixli ərizəsində görünür ki, onun xx xxxxx 2017-ci il tarixdən MMC-ə kiçik tibb bacısı vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin xx xxxxx 2017-ci il tarixli 083/k saylı əmrindən görünür ki, İddiaçı Cavabdeh MMC-ə kiçik tibb bacısı vəzifəsində qəbul edilmişdir. - İddiaçı Cavabdeh MMC-nin xx xxxxx 2017-ci il tarixli ərizəsindən görünür ki, onu xx xxxxx 2017-ci il tarixdən Cavabdeh MMC-yə assistans üzrə mütəxəssis köməkçisi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin xx xxxxx 2017-ci il tarixli 272/k saylı əmrindən görünür ki, İddiaçı Cavabdeh MMC-də assistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinə keçirilməsi, vəzifə maaşı müqaviləyə uyğun olaraq təyin edilməsi qəbul edilmişdir. - İddiaçı Cavabdeh MMC-nin xx xxxx 2018-ci il tarixli ərizəsində görünür ki, onu xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2018-ci il tarixinədək 30 gün məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. - İddiaçı Cavabdeh MMC-nin xx xxxxxxx 2018-ci il tarixli ərizəsində görünür ki, onu xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2018-ci il tarixinədək 36 gün məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin xx xxxxxxx 2018-ci il tarixli 268/18k saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssis köməkçisinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən 36 təqvim günü müddətinə (30 t/g əsas məzuniyyət və 6 tg əlavə məzuniyyət) olmaqla (2018- 2019-ci iş ilinə görə) xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2018-ci il tarixənədək əmək məzuniyyəti verilməsi, işçinin məzuniyyətdə olduğu müddət 1 gün Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə təsadüf etdiyi üçün məzuniyyət tarixi xx xxxxxx 2018-ci il tarixinədək uzadılması, xx xxxxxx 2018-ci il tarixində işə başlanılması əmr edilmişdir. - İddiaçı Cavabdeh MMC-nin xx xxxxxx 2020-ci il tarixli ərizəsində görünür ki, onun 2019-2020 il üçün olan məzuniyyətini xx.xx.2020-ci ildən çıxmağına icazə verilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin xx xxxxxx 2020-ciil tarixli 331/20k saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssis köməkçisinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən 36 təqvim günü müddətinə (30 t/g əsas məzuniyyət və 6 tg əlavə məzuniyyət) olmaqla (2019- 2020-ci iş ilinə görə) xx xxxxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixənədək əmək məzuniyyəti verilməsi, xx xxxxxxx 2020-ci il tarixində işə başlanılması əmr edilmişdir. - xx.xx.2018-ci il tarixli, 268/18/K saylı əmrə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək məzuniyyəti verilmiş, işə başlanılması xx.xx.2018-ci il müəyyən edilmişdir. - xx.xx.2017-ci il tarixli, PMA-M/17/01 saylı, xx.xx.2017-ci il tarixli N_M-PMA-025 saylı, xx.xx.2018-ci il tarixli N_M-PMA-046 saylı, xx.xx.2019-cu il tarixli N_M-PMA-062 saylı, xx.xx.2020-ci il tarixli N_M-PMA-102 saylı “xxxx” ASC (Sığorta şirkəti) ilə “X22” (Assistans şirkəti) arasında bağlanmış tibbi sığorta müqavilələri üzrə Assistans xidmətlərinin göstərilməsi haqqında müqavilələrdən görünür ki, müqavilələrin predmeti “Assitans şirkəti” 2017-2021-ci illər ərzində “xxxx” ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (bundan sonra SOCAR) qurumları arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqavilələrinə əsasən, SOCAR-da çalışan işçilərə (bundan sonra sığorta olunanlara) kommutatorluq və assistans ximətinin təşkil olunması, sığorta olunanlara müxtəlif tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsinin təşkil olunması, SOCAR-ın qurumlarının müxtəlif sahələrində yerləşən tibb məntəqələrində tibbi xidmətin göstərilməsini təşkil etməsi, “Sığorta şirkəti” isə göstərilən xidmətlərin haqqını ödəməsi təşkil edir. - İddiaçı dair “xxxx” ASC ilə “X22” MMC arasında bağlanmış həyatın yaşam sığorta şəhadətnaməsindən görünür ki, bu müqavilənin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədəkdir. Sığorta haqqı 3.600 AZN-dir. - “xxxx” MMC ilə xx xxxxxxx 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı tibb bacısı vəzifəsinə qəbul edilməsi ilə bağlı bu əmək müqaviləsi fəaliyət göstərmə səbəbinə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək bağlanmışdır. - xx xxxxxxx 2020-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02 saylı əlavə-dəyişiklikdən görünür ki, “xxxx” MMC-də Tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə xx.xx.2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinin, 9.2 maddəsinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığına əsasən müqaviləyə xx.xx.2020-ci il tarixindən aşağıdakı dəyişiklik edilir:
1. Əmək müqaviləsinin 2.3; 4.1-ci bəndləri aşağıda redaksiyada verilir: 2.3. Bu əmək müqaviləsi fəaliyyət göstərmə səbəbinə görə xx.xx.2020-ci il tarixinədək bağlanmışdır. 4.1. Əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilir: İşçiyə hər ay 1661 məbləğində tarif maaşı təyin edilir və qanunvericiliklə müəyyən edilmiş ödəmələr tutulduqdan sonra ona xalis məbləğ ödənilir.
2. Bu əlavə və dəyişikliklər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. - xx xxxxxxx 2020-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02 saylı əlavə-dəyişiklikdən görünür ki, “xxxx” MMC-də Tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə xx.xx.2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinin, 9.2 maddəsinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığına əsasən müqaviləyə xx.xx.2020-ci il tarixindən aşağıdakı dəyişiklik edilir:
1. Əmək müqaviləsinin 2.3-cü bəndləri aşağıdakı redaksiyada verilir: 2.3. Bu əmək müqaviləsi fəaliyyət göstərmə səbəbinə görə xx.xx.2020-ci il tarixinədək bağlanmışdır.
2. Bu əlavə və dəyişikliklər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir - xx xxxxxx 2020-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03 saylı əlavədəyişiklikdən görünür ki, “xxxx” MMC-də Tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə xx.xx.2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinin, 9.2 maddəsinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığına əsasən müqaviləyə xx.xx.2020-ci il tarixindən aşağıdakı dəyişiklik edilir:
1. Əmək müqaviləsinin 2.3; 4.1-ci bəndləri aşağıdakı redaksiyada verilir: 2.3. Bu əmək müqaviləsi fəaliyyət göstərmə səbəbinə görə xx.xx.2020-ci il tarixinədək bağlanmışdır. 4.1 Əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilir: İşçiyə hər ay 1326 məbləğində tarif maaşı təyin edilir və qanunvericiliklə müəyyən edilmiş ödəmələr tutulduqdan sonra ona xalis məbləğ ödənilir.
2. Bu əlavə və dəyişikliklər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. - “X22” MMC-nin İddiaçı verdiyi xx.xx.2018-ci il tarixli 1025 saylı arayışdan görünür ki, o həqiqətən də xx xxxxx 2017-ci il tarixindən etibarən “X22” nəzdinə olan “Neft daşları” TSH-də tibb bacısı vəzifəsində işləyir. Orta aylıq əmək haqqı 494,54 manat təşkil edir. - X13, X8, X7, X1, X2 və İddiaçı nümayəndələri N.Səfərovun, “xxxx” ASC-nin sədrinə yazdığı xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, onlar “X22” MMC-də baş verənlərin və tibbi personalların narazılığına səbəb olmuş vəziyyətin araşdırılaraq aradan qaldırılmasını, onların haqlı tələblərinin təmin edilməsini xahiş etmişlər. - X13, X8, X7 “X22” MMC-nin direktoru Nümayəndə yazdıqları xx.xx.2020, xx.xx.2021, xx.xx.2021-ci il tarixli ərizələrindən görünür ki, onlar bu günə qədər şirkətə qarşı etdikləri şikayətlərinin heç bir əsası olmadığını öz ərizələri ilə təsdiq edirlər və xahiş edirlər onları üzrlü saysınlar. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli 05/19-547 saylı məktubundan görünür ki, həmçinin İddiaçı “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”ndə onun praktiki tibb fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiya prosesində iştirak etməməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X16 X36n xx.xx.2021-ci il tarixli 08/3873 saylı məktubundan görünür ki, “X22” MMC-nin özəl və əczaçılıq fəaliyyəti ilə məşğul olması ilə bağlı hər hansı informasiya aşkar olunmamışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X18, X3, İddiaçı, X14, X15 və X13 “X22” MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinin araşdırması zamanı təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, A.Ələkbərovanın razılığı ilə xadimə vəzifəsinə, digər müraciət müəllifləri isə razılıqlarına əsasən “Assistans xidməti üzrə mütəxəssis” və “Assistent xidməti üzrə mütəxəssis köməkçisi” vəzifələrinə keçirilmişlər. “X22” MMC tərəfindən təqdim edilmiş məktubda müraciət müəlliflərinin koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə cəlb edilmədikləri halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 saylı qərarı ilə onlara şamil edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-nin bir qrup əməkdaşı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış kollektiv şikayət ərizəsi Səhiyyə Nazirliyində araşdırılmasından müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən SOCAR Dövlət Neft Şirkətinin əməkdaşlarına tibbi koordinasiya xidməti göstərilir, tibbi yardıma ehtiyacı olduğu təqdirdə onlar müvafiq tibb müəssisələrinə göndərilir. Bununla bağlı “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il 112 saylı qərarının onlara şamil edilməsi əsassızdır. - Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli teleqramda onun uzunmüddət işə gəlməməyinin səbəbini bildirməyi üçün, onun İnsan Resurları şöbəsinə yaxınlaşmasının tələb olunması göstərilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi xx.xx.2021-ci il tarixində sistemə daxil edilmişdir. - Cavabdeh müdir müavini X29, Assistans xidməti üzrə mütəxəssis X9, Neft Daşları NQÇİ-nin Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsinin rəis müavini X10 xx.xx.2020-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, xx.xx.2020-ci il tarixində saat 15:00 radəsində Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssis köməkçisi Əliyeva X23 Hotelinə katantinə yerləşdirilməli olduğu halda bundan imtina etmişdir. Məlumat üçün bildirirlər ki, Koronavirus (COVİD-19) pandemiyası davam etdiyi müddət ərzində Cavabdeh MMC-nin biznes fəaliyyətinin davamlılığının təmin edilməsi və dənizdə işçi heyətinin müdafiəsi məqsədilə əlavə tədbirlərin görülməsi ilə bağlı gücləndirilmiş karantin tələbləri müəyyən edilmişdir. Bu tədbirlər çərçivəsində növbəli rejimdə işləmək üçün səyahət etməli olan əməkdaşlar Caspian Hotelində karantin rejimində saxlanılmaqdadırlar. - İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki bütün dünyanı bürüyən, eləcə də Azərbaycandan yan keçməyən COVİD-19 virusu ilə mübarizədə bir tibb bacısı kimi, təqdim etdiyi müqavilə əsasında X27 işləyir (məzuniyyət dövründə). Bu çətin günlərdə xalqın sağlamlığının keşiyində dayanmağı özünə borc bilərək, növbəti məzuniyyətinin (köhnə illərdən qalan və 2020-ci ilin), ona verilməsinə icazə verilməsi xahiş etmişdir. - İddiaçı Cavabdeh MMC-nin direktoru Nümayəndə yazdığı, xx.xx.2021-ci il tarixli izahatda göstərilmişdir ki, o dekabr ayı üçün məzuniyyət ərizəsi yazmışdır. Məzuniyyətin səbəbi isə COVİD-19 (koronavirus) xəstəliyinə yoluxmuş xəstələrin müalicəsində iştirak etmək üçün FHN-nin X28 ilə müqavilə bağlamışa və həmin xəstəxanada məzuniyyət zamanı çalışıb xalqa bu çətin vaxtda xidmət edirdi. Məzuniyyət ərizəsini rəhbərliyə çatdırmış və sonrada baş həkimin müavini Qurbanov Eldara zəng edib nə cavab verildiyi ilə maraqlandı. Eldar Qurbanov ona dedi ki, ərizəsini aldılar və dedilər ki özləri məşğul olacaqlar. Bundan sonra ona heç bir zəng və ya heç bir şəkildə xəbərdarlıq olmayıb ki, ərizən qəbul olmur, işə çıxmalısan. O da ərizəsinin qəbul olunduğunu düşündü. Çünki, əks halda ona xəbərdarlıq olunmalı idi. - Cavabdeh MMC-nin xx xxxxxx 2021-ci il tarixli 009/21/k saylı əmrindən görünür ki, koronavirus (COVİD-19) pandemiyası davam etdiyi müddət ərzində Cavabdeh MMCnin biznes fəaliyyətinin davamlılığının təmin edilməsi və dənizdə işçi heyətinin müdafiəsi məqsədilə əlavə tədbirlərin görülməsi ilə bağlı gücləndirilmiş karantin tələbləri müəyyən edilmişdir. Belə ki, növbəli rejimdə işləmək üçün səyahət etməli olan əməkdaşlar Caspian Hotelində karantin rejimində saxlanılmaqdadırlar. xx.xx.2020-ci il tarixində Cəmiyyətin Assistans xidməti üzrə mütəxəssis köməkçisi İddiaçı bu məqsədlə Caspian Hotelində yerləşdirilməli idi. xx.xx.2020-cu il tarixində İddiaçı rəhbərliyə ərizə yazaraq işə çıxa bilməyəcəyini bildirdi və başqa işəgötürənlə bağladığı əmək müqaviləsinin surətini təqdim etdi. Məsələ ilə bağlı İddiaçı İnsan Resurslar şöbəsinə dəvət olunaraq müvafiq qaydada izahat yazması tələb olundu. Əməkdaş izahatında dekabr ayı üçün nəzərdə tutulmuş qrafika uyğun işə çıxmadığını təsdiq etdi.Yuxarıda qeyd olunanları nəzərə alıb, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq xx.xx.2021-ci il tarixindən Cavabdeh MMC ilə (X19 Quliyev) Assistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsində çalışan İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 21 gün pul əvəzi olaraq son haqq-hesabında ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akt, İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi, başqa işəgötürənlə bağladığı əmək müqaviləsinin və xx.xx.2021-ci il tarixli izahatı göstərilmişdir. - Azərbaycan Respublikasının Maliyyə X5 Cavabdehnə ********** xx xxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh “Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri”nə daxil edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının Maliyyə X6 (Palata) baxılmışdır. Bununla əlaqədar bildirirlər ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə yardımçı hüquqi şəxs kimi “Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri”nə daxil edilmişdir. Məhkəmə hər iki iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə ilk iddianın işə bərpa hissəsi istisna olmaqla digər tələbləri üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin İ hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunan Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsi ilə həmin müddətlər məhkəməyə müraciət edə bilmə müddətləri kimi müəyyən edilib. Məhkəmə hesab edir ki, ilk iddiaçı göstərilən normanın dispozisiya şərtlərini pozmuş, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə və hazırki iddianı qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış, müddətin üzürlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə ilk iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Lakin məhkəmə həmçinin də qeyd etməyi zəruri sayır ki, ilk iddiaçı tərəfindən göstərilən müddətlər ötürülməsi halı mövcud olmasa idi belə, iş materiallarında olan sənədlər və təqdim edilmiş sübutlara əsasən ilk iddianın işə bərpa hissəsi istisna olmaqla digər hissələrinin əsaslı sayılmasına dair mötəbər və tutarlı sübutlar təqdim edilmədiyindən bu tələblərin əsaslı sayılması üçün hüquqi əsaslar mövcud olmamışdır. Belə ki, ilk iddiaçının işə bərpa istisna olmaqla digər tələbləri əsasən ilk iddiaçının 2012-ci ildən 2017-ci ilədək “xxxx” MMC qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan işə qəbul etməsi, əmək müqaviləsinin surətinin ona təqdim edilməməsi və onun əmək müqaviləsini imzalamaması, həmin vaxtlarda əmək haqqının ona və digər işçilərə əlbəəl verilməsi, onun pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməməsi, ezamiyyət pulu, məzuniyyət pulu və digər əlavə ödənişlər “xxxx” MMC tərəfindən ödənilməməsi təşkil edirdi. İlk iddiaçı bu tələblərini həm də iddiaçı üzrə cavabdeh «Cavabdeh” MMC-nin qanuni təmçilçisi olan Nümayəndə “xxxx” MMC-nin də qanuni təmsilçi olması ilə də əsaslandırır. Azərbaycan Respublikasının Əmək Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki prosessul qanunvericiliyə əsasən cavabdeh maddi hüququn subyektidir ki, iddiaçı həmin şəxsi onun hüququnun və qanunla qorunan marağının pozucusu kimi göstərir. Cavabdehin düzgün müəyyən edilməməsi irəli sürülən tələbin sübut edilmədiyini təsdiq edir, belə ki, iş üzrə cavabdeh onun hüquqlarının və qanunla qorunan maraqlarının pozucusu olmur. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur və məhkəmənin, iddiaçının iradə ifadəsi olmadan hər hansı şəxsi cavabdeh qismində cəlb etməsi mümkün deyildir. Lakin məhkəmə qeyd edir ki, hər bir halda ilk iddiaçının 2012-2017-ci illər arası, yəni, “xxxx” MMC-də işlədiyi dönəmə dair pozulmuş hüquqları ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəvyən edilmiş 1 illik iddia müddətini ötürmədən və ən əsası bu tələblərə cavabdeh kimi “xxxx” MMC- yə qarşı iddia qaldırmaq hüququndan istifadə etməmişdir. İşin materiallarından isə görünür ki, “xxxx” MMC-yə qarşı tələb irəli sürülməmiş və sözügedən MMC hazırki iş üzrə cavabdeh deyildir. Nümayəndə isə hazırki iddia üzrə «Cavabdeh” MMC-nin qanuni təmçilçisi kimi göstərilmişdir. Buna görə də məhkəmə “xxxx” MMC ilə bağlı ilk iddiaçının irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsini zəruri saymır. Araşdırma zamanı müəyyən edilmişdir ki, ilk iddiaçı ilə Cavabdeh MMC ilə əmək münasibətləri xx xxxxx 2017-ci ildən başlanmışdır. İlk iddiaçı qeyd edilən tarixdən işdən azad edilən tarixə kimi olan dövr üçün də cavabdeh tərəfindən yuxarıda göstərilən hallar üzrə hüquqlarının pozulmasınının davam edilməsini iddia etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları» adlanan 3-cü maddəsinin 5-ci hissəsinə əsasən. əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Qeyd olunan Məcəllənin 46-cı maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə, tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Göründüyü kimi, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. İşin materiallarından görünür ki, ilk iddiaçı Cavabdeh MMC ilə xx xxxxx 2017-ci il tarixdə əmək müqaviləsi bağlamış, həmin müqavilə üzrə ilk iddiaçı kiçik tibb bacısı vəzifəsinə qəbul edilmiş, xx xxxxx 2017-ci il tarixli ərizəsinə əsasən isə xx xxxxx 2017-ci il tarixli əmrlə kiçik tibb bacısı vəzifəsində qəbul edilmişdir. İlk iddiaçının Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin ona verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi kimi tələbini məhkəmə əsassız sayır və qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 10.2-ci bəndinə əsasən müqavilənin bir surəti işçidə saxlanılır. Müəyyən edilmişdir ki, ilk iddiaçı işdən azad olunan vaxta kimi işçi həmin müqavilə və onun şərtləri ilə razılaşaraq imzalamış, işə başlamış və həmin müqavilə əsasında də əmək haqqı almışdır. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin ilk iddiaçıya verilməməsi və həmin müqavilə ilə tanış ola bilməməsi halı həm inandırıcı deyil, həm də bu halı mövcud olduğu halda belə onun bununla bağlı hüquqlarının pozulmasına dair müvafiq qaydada həmin dövrdə şikayət etmək hüququndan istifadə etmədiyi halda işdən azad olunandan sonra belə bir əsassız dəlil irəli sürməsi anlaşılan və ağlabatan deyildir. Məhkəmə ilk iddiaçının onunla bağlanmış əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, bunun da öz növbəsində maaşının donub qalmasına gətirib çıxarmasına dair dəlilini də əsassız sayır. Belə ki, qanunvericiliyə əsasən, əmək müqaviləsində hər bir dəyişiklik hər iki tərəf imzalandıqdan sonra qüvvəyə minir. Bu dəyişiklik işçi tərəfindən imzalanaraq qəbul edilir. Lakin müəyyən edilmişdir ki, ilk iddiaçı əmək müqaviləsindəki dəyişikliyə və buna bağlı olaraq əmək haqqı artımına işdən azad olunandan sonra mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Məhkəmə ilk iddiaçının sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olması ilə bağlı dəlilinə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1 maddəsinə istinad edir. Həmin normaya əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir «Əhalinin sağlamlığı haqqında» qanunun 46 və 49-1 maddələrinə əsasən fasiləsiz olaraq 5 il ixtisası üzrə işləmiş həkimlər həmçinin praktiki tibblə məşğul olan şəxslər dövri olaraq 5 ildə bir müvafiq icra hakimiyyəti tərəfindən sertifıkasiyaya cəlb edilirlər. Müəyyən edilmişdior ki, normada qeyd edilən müvafiq icra hakimiyyəti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir. İşin materiallarından görünür ki, ilk iddiaçı Cavabdeh MMC-də xx xxxxx 2017-ci ildən xx xxxxxx 2021-ci il tarixinə kimi işlədiyi, yəni 5 il belə tamam olmamışdır. Məhkəmə hesab edir ki, ilk iddiaçı qeyd edilən normalarının təsiri altına düşmədiyindən bununla bağlı qeyd etdiyi dəlili də əsassızdır. Məhkəmə ilk iddiaçının xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığına dair dəlilinə də qiymət verərək əsassız sayır. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh MMC işəgötürən olaraq bütün işçiləri, o cümlədən iddiaçını “xxxxda” öz vəsaiti hesabına sığortalamış və iddiaçı ilin əvvəlində sığortadan müəyyən miqdarda vəsait almışdır. Məhkəmə ilk iddiaçının işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edildiyini, həmçinin, təcili tibbi yardım fəaliyyəti olmasına baxmayaraq buna görə maaşa əlavə olunan faizlər verilməməsinə dair dəlilləri ilə bağlı hesab edir ki, bu halların mövcud olmasına dair hər hansı sübut növü təqdim olunmadığı üçün bu dəlillər əsaslı sayıla bilməz. Həmçinin də, məhkəmə qeyd edir ki, ilk iddiaçı irəli sürülən sözügedən tələblərin qanuni əsasını da göstərə bilməmişdir. Belə ki, ilk iddiaçı işin materiallarından göründüyü kimi, nə büdcədən maliyyələşən səhiyyə işçisi, nə təcili tibbi yardım stansiyasının tibb heyəti olmamış, nədə ki, psixi xəstələrə tibbi yardım göstərilməsi sahəsində işləməyib. Halbuki, Azərbaycan Respublikası büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında xx xxxxxx 2004cü il Nazirlər Kabinetinin qərarının 2.2.2-ci maddəsinin (Sağlamlığ üçün xüsusi ilə təhlükəli və xüsusi ilə ağır olan əmək şəraitinə görə əlavə) ğ) bəndinə əsasən təcili tibbi yardım stansiyalarının (bölmələrinin) psixi xəstələrə tibbi yardım göstərən və onları daşıyan ixtisaslaşmış briqadalarında həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də avtomobil sürücülərinə vəzifə maaşının 20 faiz miqdarında əlavə haqq ödənilir. Qeyd edilən qərarın tələbləri baxımından məhkəmə həmçinin hesab edir ki, ilk iddiaçının tibb işçilərinə müəyyən edilən 20 faiz əmək haqqına əlavə olunan artımları nağd şəkildə almasına dair dəlili də heç bir sübutla təsdiq edilmir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı özəl sektorda işləməklə, əmək müqaviləsi ilə müəyyən edilən əmək haqqından əlavəni işəgötürənin öz təşəbbüsü ilə almışdır. Məhkəmə bu qənaətə gələrkən yuxarıda qeyd edilən Nazirlər Kabinetinin qərarının 2.2.2-ci maddəsində vəzifə maaşının 20 faizi hissəsində əlavə (Sağlamlığ üçün xüsusi ilə təhlükəli və xüsusi ilə ağır olan əmək şəraitinə görə əlavə) almalı olan səhiyyə işçilərinin siyahısında göstərilən şərtlərini daşımamasını nəzərə alır. Məhkəmə daha sonra ilk iddiaçının onun məzuniyyət hüquqlarının pozulmasına dair dəlillərinin əsassız olmasına dair cavabdeh tərəfindən etirazının dəlilləri ilə razılaşır. Belə ki, "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx xxxx 2004-cü il tarixli 92 saylı qərarının 170-ci bəndinə əsasən Neft çıxarılmasının süni adalarındakı ambulatoriyalarda və sağlamlıq bölmələrində həkim, orta və kiçik tibbi heyətinə 6 gün əlavə məzuniyyət verilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. İşin materiallarından görünür ki, iddiaçı əmək fəaliyyətində olduğu 2017-2018 iş ili üzrə 21 təqvim günü əsas məzuniyyət olmalı olduğu halda 30 təqvim günü, 2018-2019 iş ili üzrə 36 təqvim günü, 2019-2020 iş ili üzrə 36 təqvim günü məzuniyyətə buraxılmışdır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, ilk iddiaçı ərizəsində məzuniyyət hüquqlarının pozulduğunu qeyd etməklə yanaşı 2020-ci ildə bir neçə dəfə məzuniyyətə çıxaraq koronoviruslu X27 işə düzəldiyini işəgötürən tərəfindən məzuniyyətə çıxmaqla bağlı heç bir problem yaradılmamasını və illərlə məzuniyyət ərizəsini yazandan sonra həmin gündən işçiləri məzuniyyətə buraxılmasını da qeyd etmişdir. Məhkəmə ilk iddiaçının Prezidentin xx xxxx 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, özlərinin də maaşlarının bu sərəncama görə artırılmalı olmasına dair dəlili ilə bağlı qeyd edir ki, sərəncamın da adından göründüyü kimi, bu koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamdır. Lakin müəyyən edilmişdir ki, Cavabdeh MMC koronoviruslu xəstələr üçün ayrılmış xəstəxana olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, sözügedən sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin xx xxxx 2020-ci il 112 saylı qərarının 1-ci bəndinə əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavələr infeksiya ilə əlaqəli dövlət tibb müəssisələrində çalışan işçilərə şamil edilib. Məhkəmə ilk iddiaçının 50000 manat məbləğində maddi ziyan vurulmasına dair tələbinin qeyri-müəyyən olmaqla yanaşı, əsaslı sübut növləri ilə təsdiq edilməməsini qeyd edir. İlk iddiaçının iddia ərizəsində tələb olunan 50000 manatın dəqiq hesab olmamasını qeyd edərək bunu dəfələrlə müraciət etməsinə baxmayaraq maaş haqda haqq-hesab sənədinin ona təqdim edilməməsi, bu səbəbdən ezamiyyət, məzuniyyət ödənişlərinin, əmək haqqına əlavə ödənişlərin (gecə saatı, bayram və istirahət günləri, təcili tibbi yardım ödənişləri) Covidlə bağlı əmək haqqının artırılması və digər əmək münasibətlərindən irəli gələn ödənişləri ilə bağlı vurulmuş maddi ziyanın hesablanmamasının mümkün olmaması ilə əsaslandırıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Beləliklə də, məhkəmə hesab edir ki, ilk iddiaçıya cavabdeh tərəfindən maddi ziyan vurulmasına dair irəli sürdüyü dəlilləri tam əsassızdır. Məhkəmə ilk iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, ilk iddiaçı 20000 manat məbləğində mənəvi ziyan tələbinin maddi əsası kimi “Fərdi əmək mübahisələrinin həlli haqqında” qanunun 7.3-cü maddəsinin tələbi ilə əsaslandırması nəzərə alınmaqa ilk iddia bu hissədə də əsassızdır. Belə ki, həmin normanın məzmunundan görünür ki, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən işçiyə dəyən maddi ziyanı ödəməklə yanaşı, mənəvi ziyana, yəni işçinin şərəf və ləyaqətinin ləkələnməsinə, alçaldılmasına görə də maddi məsuliyyət daşıyır. Başqa sözlə, işəgötürənin işçi qarşısında mənəvi ziyanla maddi məsuliyyəti onun hüquqlarını və qanuni mənafelərini pozmaqla işçiyə dəyən maddi ziyanla yanaşı yaranır. Hazırki iş üzrə isə cavabdehin işəgötürən kimi ilk iddiaçının işçi kimi hüquqlarını və qanuni mənafelərini pozması ilə ona maddi ziyan vurması kimi halları öz təsdiqini tapmamışdır. Məhkəmə ilk iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı həmçinin qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İlk iddiaçı vurulan mənəvi ziyanın nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, ilk iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddiaçının 20000 manat məbləğində mənəvi ziyan tələbi də əsaslı sayıla bilməz. Məhkəmə ilk iddianın cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 009/21/k saylı əmri ləğv edərək İddiaçı tutduğu vəzifəyə bərpa edilməyi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 10-cu maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, «ç» bəndinə əsasən işəgötürərənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir. - 11-ci maddəsinin 1-ci hissəsinə «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək, «d» bəndinə əsasən isə işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək əmək münasibətləri sahəsində işəgötürənin hüquqları sırasına daxildir. - 12-ci maddəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinin (a) bəndinin tələbinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir - 72-ci maddəsinin «e» bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. - 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. - 186-cı madddənin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər İşin araşdırılmış hallarından görünür ki,iddiaçıya sonuncu məzuniyyət xx.xx.2020-ci il tarixli əmrlə 2019-2020-ci iş ilinə görə xx xxxxxxxx 2020-ci il tarixindən xx xxxxxxx 2020ci il tarixənədək, xx.xx.2018-ci il tarixli, 268/18/K saylı əmrə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək məzuniyyəti verilmişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin asistans xidməti üzrə mütəxəssis köməkçisi İddiaçı işə çıxması üçün Caspian Hotelinə karantinə yerləşdirilməli olduğu halda bundan imtina etmişdir. Bundan sonra isə ilk iddiaçı işə çıxmamışdır və işə çıxmamaqda davam edərək xx xxxxxx 2020-ci il tarixində Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək X27 işə düzəldiyini, ona təkrarən məzuniyyət verilməsini və məzuniyyət dövründə X27 işləyəcəyini qeyd etmişdir. Müəyyən edilmişdir ki, ilk iddiaçı xx.xx.2020-ci il və xx xxxxxxx 2020-ci il tarixlərdə“xxxx” MMC ilə bağladığı (sonradan də əmək müqaviləsinə dəyişiklik edilmişdir) xx.xx.2020-ci il tarixinədək orada tibb bacısı vəzifəsində işləmişdir. Qeyd edilən müqavilələrin mövcudluğu barədə ilk iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixdə növbəti məzuniyyət barədə ərizə verərkən məlumat verərək təqdim etmişdir. İlk iddiaçı xx.xx.2020-ci il tarixli ərizəsində köhnə illərdən qalan və 2020-ci il üçün olan məzuniyyətinin verilməsini xahiş etsə də, həm cavabdeh tərəfin izahatları, həm də iş materialları ilə təsdiq edilir ki, İddiaçı 2017-2020-ci illər üçün nəzərdə tutulmuş bütün məzuniyyətlərində istifadə etmiş, köhnə illərdən məzuniyyəti qalmamışdır. İşin materiallarından görünür ki, cavabdeh tərəf ilk iddiaçıya üzün müddət işə çıxmamasının səbəblərini araşdırmaq üçün xx xxxxxx 2021-ci ildə teleqramm göndərmiş və xx xxxxxx 2021-ci il tarixdə onun müvafiq izahatını almışdır. Bu izahatında ilk iddiaçı FHN-nin X28 ilə müqaviləsinin olmasını və məzuniyyətə dair ərizəsinin qəbul olunmadığına dair ona məlumat verilməməsini onun da ərizənin qəbul olunduğunu düşünməsini göstərmişdir. Məhkəmə hesab edir ki, ilk iddiaçının “xxxx” MMC-də işləməsi ilə bağlı müvafiq müqaviləsi olsa da, əsas iş yeri olan Cavabdeh MMC-də üzürsüz səbəbdən işə çıxmaqdan imtina etməsi və bunu uzun müddət davam etdirməsi nəticəsində işəgötürənin onun ilə əmək Miqaviləsinə ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsində haqlı olmuş və bununla bağlı qəbul edilən əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək əsaslandırılmışdır. İlk iddiaçı uzun illər boyu cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulması və son nəticədə qanunsuz və əsassız olaraq onu qərəzli işdən azad etməsini göstərsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı və mötəbər sübut növləri təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək onun da təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, qarşılıqlı İddiaçı cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulması və cəmiyyətin bu səbəbdən maddi ziyana uğramasını göstərsə də, bu ziyanın nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin qeyd edir ki, «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hşüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İşin materiallarından görünür ki, İddiaçı məhkəməyə pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı dövlət orqanlarına və işəgötürənə həmçinin müraciət edərək yalnız onun pozulmuş hüquqların bərpa edilməsini, eləcə də, öz konstitusion hüququndan, müraciət etmək hüququndan istifadə edərək cavabdeh tərəfindən pozulmuş hüquqlarının araşdırılmasını dövlət orqanlarından xahiş etmişdir. Bu müraciətləri zamanı İddiaçı öz pozulmuş hüquqlarını qeyd edərək və maddi normaları ilə əsaslandıraraq, həmin müraciət ərizələri yaymamış, heç bir kütləvi informasiya vasitələrində, internet mənbələrində, tele, radio və digər informasiya platformalarında öz pozulmuş hüquqları ilə bağlı məlumat verməmiş, təhqirə və böhtana yol verməmişdir. Beləliklə də, məhkəmə qarşılıqlı iddia tələbinə də yuxarıda sadalanan qanunvericilik aktları və prosessual hüquq normaları baxımından hüquqi qiymət verərək hesab edir ki, bütün fiziki və hüquqi şəxslər məhkəmə müdafiəsi üsullarından istifadə etmək hüququna malikdirlər və belə müraciət onların məsuliyyətə cəlb olunmasına əsas vermir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından qarşılıqlı iddiaçı da ilk iddiaçı kimi tələbləri ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və ona maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin və qarşılıqlı iddia üzrə iddiçı, ilkin iddia üzrə cavabdehin tərəflərin əməlllərində cinayət tərkibli əməlin olması barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti orqanlara məlumat verilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsinin tələbinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iclasında belə bir hal aşkara çıxmadığından məhkəmə iş üzrə xüsusi qərardad çıxarılmasına dair vəsatətin əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk və qarşılıqlı iddialar rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Toğrul Axundov