Məhkəmə qərarları › İş №2(004)-1906/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1906/2023

05.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1906/2023 05.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb olunmaqla cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X4rşı işə bərpa, əmək haqqının ödənilməsi və kompensasiya tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb olunmaqla cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X4rşı işə bərpa, əmək haqqının ödənilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildən o, həkim pediator kimi fəaliyyət göstərmişdir. 2006-cı ildən isə cavabdeh «BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ» X8İ ilə aralarında əmək müqaviləsi bağlanmış və o, həkim kimi fəaliyyət göstərmişdir. Lakin 2022-ci ilin avqust ayının 29-unda iş yerindən ona bildirdilər ki, onunla olan əmək münasibətlərinə xitam verilir. Hansı əsasla onunla olan əmək münasibətlərinə xitam verilməsini dəqiqləşdirmək istəsə də, bu barədə ona heç bir məlumat verilmədi. O, işəgötürənə ona əmək kitabçasını və əmək münasibətlərinə xilam verilməsi barədə əmri təqdim etməsini tələb edərək qanunsuz və əsassız olaraq onunla olan əmək münasibətlərinə xitam verilməsini bildirmiş, lakin həmın sənədlər ona təqdırn edilmədi. Baş həkimi əmək kitabçası və əmək münasibətlərinə xitam verilməsi barədə əmri məhkəməyə və dövlət nəzarətini həyata keçirən orqanlara müraciət etməməyi üçün hal-hazıradək də, ona təqdim etmir. Bununla bağlı dəfələrlə X3 Xidmətinə müraciət etsə də, müraciətləri heç bir nəticə verməmişdir. Beləliklə də, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onunla olan əmək münasibətlərinə işəgötürən tərəfindən qanunsuz və əsassız olaraq xitam verilmiş, bu səbəblə də, əmək münasibətlərinə xitam veriməsi barədə xx.xx.2022-ci il tarixli əmr ləğv edilməli, məcburi işburaxdığı müddət üçün əmək haqqı hesablanaraq ona ödənilməlidir. Bundan başqa nəzərə almaq lazımdır ki, onun hüquqi savadı yoxdur, öz hüquqlarını müdafiə etmək ixtidarında deyil, vəkil ilə müqavilə bağlamağa maddi imkanı yoxdur. Bu səbəbdən ona məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına vəkil verilməsi zəruridir. Bundan başqa işinin ədalətli araşdırılması üçün X3 Xidmətinin işə üçüncü şəxs qismində cəlb edilməsi, həmçinin əmək kitabçanı və əmək münasibətlərinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmr, eləcə də, şəxsi iş materialları işəgötürəndən tələb edilərək götürülməlidir. Mübahisənin məhkəmədənkənar mediasiya qaydasında həlli ilə bağlı Mediasiya Təşkilatına müraciət etsə də, razılıq əldə edilməmiş, mediasıya sessiyasında iştirak edilməməsinə dair arayış verilmişdir. Göstərilənlərə əsasən “BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ” X8-in əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli əmrin ləğv edilərək işə bərpa edilməyi, işə bərpa edilməyinə dair məhkəmə aktının icra edildiyi günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsi, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə günlük 1 faiz məbləğin hesablanaraq ödənilməsi, onunla olan əmək kontraktına qanunsuz və əsassız olaraq xitam verildiyi üçün keçirdiyi mənəvi istiraba görə isə 5000 manat dəyərində kompensasiyanın, həmçinin mediatora ödənilmiş 50 manat cavabdeh “BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ” X8-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edərək və iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında ASM üzrə Uşaq poliklinikasının sahə həkim-pediatrı vəzivəsində işləmiş İddiaçı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1 maddəsinə əsasən bağlanmış ilkin əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Bununla yanaşı, həmin məcəllənin 10-1.2-ci maddəsinə uyğun olaraq İddiaçıyla xx.xx.2019-cu il tarixdən əmək qanunvericiliyinə uyğun olaraq tərəflərindən yenidən müddətli əmək müqaviləsi bağlanmışdır. Həmçinin bildirmişdir ki, İddiaçıyla bağlanmış müddətli müqaviləsi xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla ləğv edilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi ləğv olunarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq rəsmiləşdirilmiş, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti, əmək kitabçası və son haqq-hesab ona təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə ki, iddiaçıya əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində iddia etdiyi əmək hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı məhkəməyə iddia ilə müraciət etmə müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin elektron SMS vasitəsi ilə) İddiaçı Əliağa qızı və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, İddiaçı Əliağa qızının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı Əliağa qızının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı Əliağa qızı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, 1988-ci il tarixdən həkim-pediator kimi fəaliyyət göstərmişdir. 2006-cı il tarixdən isə cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X8 ilə aralarında əmək müqaviləsi bağlanmış və o, orada həkim kimi fəaliyyət göstərmişdir. Lakin 29 avqust 2022ci il tarixdə iş yerindən ona bildirdilər ki, onunla olan əmək münasibətlərinə xitam verilib. Ona görə hesab edir ki, onunla olan əmək münasibətlərinə işəgötürən tərəfindən qanunsuz və əsassız olaraq xitam verilmiş, bu səbəblə də, əmək münasibətlərinə xitam veriməsi barədə xx.xx.2022-ci il tarixli əmr ləğv edilməli, məcburi işburaxdığı müddət üçün əmək haqqı hesablanaraq ona ödənilməlidir. O, ilk öncə tərəflər arasında barışıq olar deyə gözləmiş, daha sonra isə müvafiq aidiyyəti qurumlara müraciət etmiş, lakin onun müraciətlərinə baxılmamışdır. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb tədqiq edərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.1954-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Əliağa qızının sosial arayışına əsasən o, “Bakı Baş Səhiyyə Mərkəzi” X6 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-pediatr vəzifəsinə təyin edildiyi və 406 manat məbləğində maaş aldığı göstərilmişdir. Hal-hazırda müqavilə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür. - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Bakı Baş Səhiyyə Mərkəzi” X6 PHŞ/6.1-3.1-2022-4 saylı, 29 avqust 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ASM sahə həkim pediatrı İddiaçı Əliağa qızının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinin 1-ci bəndi göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzinin 3-17-7/2-Ə- 14882/2023 saylı, 04 aprel 2023-cü il tarixli arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı 6 aydan artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci bəndində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Əliağa qızı 52 saylı, xx.xx.2008-ci il tarixli əmrə əsasən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkimpediator vəzifəsinə təyin edilmişdir. 31/k saylı, xx.xx.2020-cil tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə əmək müqaviləsinə xitam verilmişdir. 134/k saylı, xx.xx.2020-cil tarixli əmrlə İddiaçı Əliağa qızı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası X6 Konsultativ uşaq poliklinika hissəsinin pediatriya şöbəsinə müvəqqəti üç ay müddətinə sahə-həkimpediatr vəzifəsinə təyin edilmişdir. 29 avqust 2022-ci il tarixli əmrə əsasən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ASM sahə həkim pediatrı İddiaçı Əliağa qızının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinin 1ci bəndi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində rədd edildiyindən, iddianın kompensasiya hissəsinin də müzakirə edilməsini, məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360- 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb olunmaqla cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X4rşı işə bərpa, əmək haqqının ödənilməsi və kompensasiya tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar