Məhkəmə qərarları › İş №2(004)-1925/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1925/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1925/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil Rüfət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyun 2012-ci il tarixdə bağlanmış GMPA-31/2012 saylı müqaviləyə əsasən ona məxsus olan 23 mərtəbəli binanın, “A” bloklunun 11-ci mərtəbəsində yerləşən 31 saylı mənzilə dair maliyyə arayışının verilməsi vəzifəsini cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması və dövlət büdcəsinə ödənilmiş 100,00 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onunla cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında (cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 sentyabr 2011-ci il tarixdə vermiş olduğu etibarnamə əsasında) 27 iyun 2012-ci il tarixdə bağlanmış GMPA- 31/2012 saylı müqavilənin 1-ci bəndinə əsasən ünvan 1 ünvanda tikintisi həyata keçirildiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda ona satılmasından, onun isə aldığı mənzili dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun tərəfindən qrafikə əsasən ödənilməsindən ibarət olmuşdur. Həmin müqavilənin 2-ci bəndinə əsasən onun cavabdeh ilə tikintisi razılaşdığı yer, 23 mərtəbəli, 1 bloklu bina, “A” bloklu 11-ci mərtəbə, 31 nömrəli mənzildə yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 195.000,00 (bir yüz doxsan beş) manat ümumi satış sahəsi 190,14 kv.m, 1 ədəd 4 otaqdan ibarət olan mənzil olması nəzərdə tutulmuşdur. Belə ki, 27 iyun 2012-ci il tarixdə bağlanmış GMPA-31/2012 saylı müqaviləyə əsasən ona məxsus olan 23 mərtəbəli binanın, "A” bloklunun 11-ci mərtəbəsində yerləşən 31 saylı mənzilə dair adına dövlət reyestrindən çıxarışın verilməsi üçün müvafiq dövlət orqanı tərəfindən ondan mənzilə dair maliyyə arayışı və digər sənədlər tələb olunur, lakin tərəfindən qeyd olunan mənzilə dair ona maliyyə arayışı verilməmiş, həmin mənzil üzrə maliyyə arayışının verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif bəhanələr gətirilməklə imtina olunur. Bununla bağlı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 07 fevral 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən xəbərdarlıq məktubu cavablandırılmamışdır. Bununla da, cavabdeh üzərinə düşən öhdəliyini icra etməkdən boyun qaçırır. Həmçinin, məhkəmənin nəzərinə çatdırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1044/2022 saylı, 22 avqust 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edir yenidən sübut edilməsinə zərurət qalmamışdır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 27 iyun 2012-ci il tarixdə bağlanmış GMPA-31/2012 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilmiş 23 mərtəbəli binanın, “A” bloklunun 11-ci mərtəbəsində yerləşən sahəsi 190,14 kv.m-dən ibarət olan 31 saylı mənzilin adına hüquqların dövlət qeydiyyata alınması üçün müvafiq sənədlərin (maliyyə arayışının və digər zəruri sənədlərin) verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil Rüfət oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı ünvan 2 ünvanda 10 ildən artıqdır ki, yaşayır. Onun şirkətlə müqaviləsi var, lakin hüquqlarının dövlət reyestrindən çıxarılması üçün şirkət hal-hazırda müəyyən sənədləri, yəni maliyyə arayışını, protokoldan çıxarışı və s. sənədləri ona təqdim etmək istəmədiyini bildirmişdir. Hesab edir ki, bu qanunsuzdur. Onların şifahi və yazılı müraciətlərinə baxmayaraq, şirkət bildirmişdir ki, məhkəmə qərarı əsasında sənədləri təqdim edəcəkdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bildirmişdir ki, təmirlə bağlı, qoyulan pəncərələrlə bağlı tərəflər arasında məhkəmə çəkişməsi olmuşdur, cavabdeh tərəf iddiaçıya qarşı iddia irəli sürərək, müqavilə üzrə iddiaçıdan borcunun ödənilməsini tələb etmiş, lakin heç bir borcun olmadığı məhkəmə tərəfindən sübuta yetirilmiş və onların iddiası rədd olunmuş, apellyasiya şikayəti də təmin olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin məlum olan axırıncı hüquqi ünvanı üzrə bildiriş göndərilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında (cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 sentyabr 2011-ci il tarixdə vermiş olduğu etibarnamə əsasında) GMPA-31/2012 saylı, 27 iyun 2012-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanda tikintisi həyata keçirildiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda ona satılmasından, onun isə aldığı mənzili dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun tərəfindən qrafikə əsasən ödənilməsindən ibarət olmuşdur. Həmin müqavilənin 2-ci bəndinə əsasən onun cavabdeh ilə tikintisi razılaşdığı yer, 23 mərtəbəli, 1 bloklu bina, “A” bloklu 11-ci mərtəbə, 31 nömrəli mənzildə yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 195.000,00 (bir yüz doxsan beş) manat ümumi satış sahəsi 190,14 kv.m, 1 ədəd 4 otaqdan ibarət olan mənzil olması nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya mənzilə dair maliyyə arayışı və digər sənədlər təqdim edilmədiyindən, iddiaçı mənzilə dair dövlət reyestrindən çıxarışı ala bilmir. Bununla da, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmuş, iddiaçıya lazım olan sənədləri təhvil verməmişdir. İddiaçı ünvan 1 ünvanda tikintisi həyata keçirildiyi 23 mərtəbəli, 1 bloklu bina, “A” bloklu 11ci mərtəbə, 31 nömrəli mənzili “X1” MMC-dən almış, həmin mənzil MMC tərəfindən ona təhvil verilmiş və həmin mənzildə iddiaçı 10 ilə yaxındır ki, yaşayır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1044/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilk iddia tələbi üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı öhdəliyin icra edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 265,83 (iki yüz altmış beş manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 207 (iki yüz yeddi) manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7200/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apelyyasiya şikayətlərinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1044/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Müvafiq qətnamələrlə müəyyən edilmişdir ki, İddiaçı “X1” MMC-yə xx.xx.2012-ci il tarixdə 50.000 manat, xx.xx.2012-ci il tarixdə 4030 manat, xx.xx.2012-ci il tarixdə 4030 manat, xx.xx.2012ci il tarixdə 4030 manat, xx.xx.2012-ci il tarixdə 1200 manat, xx.xx.2012-ci il tarixdə 2850 manat, xx.xx.2012-ci il tarixdə 4350 manat, xx.xx.2012-ci il tarixdə 52.390 manat, xx.xx.2014-cü il tarixdə 4030 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat, xx.xx.2014-cü il tarixdə 4030 manat, xx.xx.2014cü i tarixdə 4050 manat, xx.xx.2014-cü il tarixdə 4000 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat məbləğində ödənişlər etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Eyni Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 27 iyun 2012-ci il tarixdə bağlanmış GMPA-31/2012 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilmiş 23 mərtəbəli binanın, “A” blokunun, 11-ci mərtəbəsində yerləşən sahəsi 190,14 kv.m.-dən ibarət olan 31 saylı mənzilin adına hüquqların dövlət qeydiyyata alınması üçün müvafiq sənədlərin (maliyyə arayışı, protokoldan çıxarış və digər zəruri sənədlərin) verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-yə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 27 iyun 2012-ci il tarixdə bağlanmış GMPA- 31/2012 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilmiş 23 mərtəbəli binanın, “A” blokunun, 11-ci mərtəbəsində yerləşən sahəsi 190,14 kv.m.-dən ibarət olan 31 saylı mənzilin adına hüquqların dövlət qeydiyyata alınması üçün müvafiq sənədlərin (maliyyə arayışı, protokoldan çıxarış və digər zəruri sənədlərin) verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar