Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1926/2020 16.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş əmrin ləğv edilməsi, iddiaçıya məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin nəzdində fəaliyyət göstərən X1 Şöbəsində fəhlə olaraq işləmişədir. xx xxxxxx 2020-ci il tarixindən başlayaraq ona və digər işçilərə işlədikləri müəssisənin Anbar Şöbəsinin müdiri Əbülfəz müəllim tərəfindən bildirilmişdir ki, əmək müqaviləsinin yenilənməsi ilə əlaqədar olaraq, Baş ofisə gedib müvafiq sənədləri imzalamalıdırlar. O da digər işçilər kimi xx xxxxxx 2020-ci il tarixində Baş ofisə gedərək sənədləri imzalamışdır. xx xxxxxx 2020-ci il tarixində işə gəldikdə isə ona iş yerindən bildirmişlər ki, o işdən azad edilib. Elə həmin gün yenidən Baş ofisə gedərək nəyə əsasən işdən azad olunmağının səbəbini soruşduqda, İnsan Resursları Şöbəsindən ona əmək kitabçası təqdim edilərək bildirilmişdir ki, o, hal-hazırda müvəqqəti olaraq işdən azad edilib, lakin onu xx xxxxxx 2020-ci il tarixindən etibarən yenidən işə çağıracaqlar. O, faktiki olaraq yenidən işə çağrılmamışdır. Digər tərəfdən, onun tərəfindən işəgötürənə ümumiyyətlə işdən azad edilməsi barədə ərizə təqdim edilmədiyi halda o, Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi iləöz xahişinə əsasən ) işdən azad edilmişdir. Halbuki, onun tərəfindən öz xahişinə əsasən işdən azad edilməsi barədə işəgötürənə ərizə təqdim edilməmişdir. O, işlədiyi dövrlər ərzində ona təhkim olunmuş bütün işləri vaxtlı-vaxtında və lazımlı qaydada icra etmişdir. Eyni zamanda o işdən azad edilən zaman işəgötürən qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq müddəti əvəzinə aylıq əmək haqqını birdəfəlik qaydada ödənilməli olduğu halda, işəgötürən bu qaydada da əməl etməmişdir. Daha sonra o, qanunun tələblərinə əsasən xx xxxxxx 2020-ci il tarixində pretenziya qaydasında cavabdehə müraciət edib işə bərpa olunmağını cavabdehdən xahiş etmişdir. Bu günə qədər ünvanına heç bir məlumat daxil olmamışdır. Bundan əlavə, işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı bir ay əvvəl işçini rəsmi xəbərdar etməlidir və yaxud da qanunla müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Həmçinin xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyalarının icrasından azad edilməli idi. Lakin işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarımı kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, o, axşam saat 7-yə işləmiş baş ofisə daxil olmuşdur. Orada 10-15 nəfər olmuşlar. İşdə hər kəsə kağızlara imza atdırırdılar. Bunun nə məqsədlə edildiyini soruşduqda müqavilə ilə bağlı olduğunu bildirmişlər. O, işdən azad olunma barədə ərizə yazmamışdır. Bunları nəzərə alaraq iddiaçı məhkəmədən iddia ərizəsinin təmin ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsindəki izahata əlavə olaraq bildirdi ki, iddiaçı iş materiallarına əlavə edilməsi üçün təqdim olunan ərizədə yalnız şablon ərizə formasına imza atmışdır, işdən azadolunma barədə ərizəni isə iddiaçı imzalamamışdır. Bundan başqa ərizə Zalov Elinin adına yazılmış, əmr isə X3 tərəfindən imzalanmışdır. X2 ünvanlanmış ərizə yoxdur. Bundan başqa Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən işəgötürən xəbərdarlıq müddəti bitənədək işçi ilə əmək müqaviləsinə xitam verə bilməz. Buna baxmayaraq cavabdeh müəssisə tərəfindən xəbərdarlıq müddəti bitməmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı iddia ərizəsində onun tərəfindən işdən azad olunma barədə ərizə ilə müraciət etmədiyinə əsaslanmış və bununla da onun hüquqlarının pozulmasını qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilməsi üçün təqdim etdiyi sənədlərdən də görünür ki, iddiaçı işəgötürənə işdən azad olunma barədə ərizə ilə müraciət etmiş, əmək kitabçasının və son haqq-hesabının götürülməsi və işəgötürənə qarşı heç bir maddi tələbinin olmayacağı barədə iltizama imza atmışdır. Onun əmək qanunvericiliyinin tələbinə uyğun olaraq işdən azad olunması sənədləşdirilmişdir. Bundan başqa iddiaçı nümayəndəsinin bildirdiyi kimi məsuliyyətli işçi olmamış, x xxxxxxxx 2019-cu il və x xxxxxx 2019-cu il tarixdə iddiaçıya yazılı xəbərdarlıq və şiddətli töhmətlər verilmişdir. Həmçinin iddiaçı səhlənkarlıq ucbatından qabları sındıraraq şirkətə maddi ziyan vurmuşdur. Onun həmin sındırdığı qabların pulunu ödəməməsi barədə iltizama da imza atmış, bu barədə onun izahatı da alınmışdır. Həmçinin iddiaçının ərizələrin məzmunu ilə tanış olmadan onlara imza atması da absurddur. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X4 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, logistika Departamentində Anbar şöbəsində fəhlə peşəsinə təyin edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Nizamiintizam qaydalarının pozulması haqqında 570 saylı əmrindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndini əsas götürərək yazılı xəbərdarlıq edilmişdir. İş materiallarında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İşdən azad edilmə barədə xx.xx.2020-ci il tarixli, 10 saylı əmrindən görünür ki, cəmiyyətin X1 şöbəsinin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun ərizəsi əsasında AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilımişdir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan 4/510 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, mülki işin 101-ci vərəqəsində olan ərizədəki yazılar və “imza” qrafasındakı imza İddiaçı tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cimaddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Lakin HəminMəcəllənin69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X4 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, logistika Departamentində Anbar şöbəsində fəhlə peşəsinə təyin edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İşdən azad edilmə barədə xx.xx.2020-ci il tarixli, 10 saylı Əmrinə əsasən Cəmiyyətin X1 şöbəsinin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun ərizəsi əsasında AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilımişdir. Hazırda İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materaillarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində iş materaillarında olan işdən azad olunma barədə ərizənin onun tərəfindən imzalanmadığnı iddia etmişdir. Həmin ərizədəki imzanın iddiaçıya məxsus olub-olmasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 4/510 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən də görünür ki, mülki işin 101-ci vərəqəsində olan ərizədəki yazılar və “imza” qrafasındakı imza İddiaçı tərəfindən icra edilmişdir. Əmək Məcəlləsinin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən verilmiş işdən azad olma barədə ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və nəticədə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərində heç bir qanunsuzluq yoxdur. Ona görə dəməhkəməhesabedirki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 124 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AzərbaycanRespublikasıMPM-in 14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MülkiProsessualMəcəllənin77.1-cimaddəsinəəsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. HəminMəcəllənin88-ci maddəsinə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Məmmədli