Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1943/2024 04.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh MTK-nın vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MTK-ya qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış MN-237/23 saylı xx.xx.2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə artıq ödənilmiş 29452,50 manat vəsaitin, mənzilin daxili arakəsmələrinin tikilməsi və görülməmiş suvaq işlərinin görülməsi üçün mal-material, nəqliyyat xərci, fəhlə və usta pulu olaraq cəmi 1850 manat məbləğində, cəmi 31302,50 manat məbləğində vəsaitin tutularaq ona ona ödənilməsi, Cavabdeh MTK-nın üzərinə mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışının və onun Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi barədə kooperativin üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın ona verilməsi vəzifəsinin qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 183,91 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş 18,40 manat vəsaitin, cavabdehə pretenziya məktublarının göndərilməsi üçün ödənilmiş 8 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən tələblərdən əlavə mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində vəsaitin Cavabdeh MTK-dan tutularaq ona verilməsi, mənzildə daxili arakəsmələrin tikilməsi və suvaq işlərinin görülməsi üçün lazım olan tikinti materiallarının mənzilə qaldırılması üçün lift pulunun ondan tələb edilməsi Cavabdeh MTK-ya qadağan edilməsi, özünə və valideyninə “Asan” imzanın alınması üçün ödənilmiş cəmi 30 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının, valideyninə etibarnamə verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış MN-237/23 saylı xx.xx.2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə əskik verilmiş 9,22 kv.metr sahənin pul əvəzinin qətnamə çıxarılan tarixə mənzilin 1 kv.metrinin bazar qiyməti nəzərə alınmaqla hesablanaraq tutulması, Cavabdeh MTK-dan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış MN-237/23 saylı xx.xx.2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə mənzilin daxili arakəsmələrinin tikilməsi və görülməmiş suvaq işlərinin görülməsi üçün mal-material, nəqliyyat xərci, fəhlə və usta pulu olaraq, cəmi 2529 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi, Cavabdeh MTK-nın üzərinə mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışının və onun Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi barədə kooperativin üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın ona verilməsi vəzifəsinin qoyulması, mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində vəsaitin Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi, mənzildə daxili arakəsmələrin tikilməsi və suvaq işlərinin görülməsi üçün lazım olan tikinti materiallarının qaldırılması üçün lift pulunun ondan tələb edilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi, özünə və valideyninə “Asan” imzanın alınması üçün ödənilmiş cəmi 30 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının, valideyninə etibarnamə verilməsi üçün ödənilmiş 11,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 183,91 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş 18,40 manat vəsaitin, cavabdehə pretenziya məktublarının göndərilməsi üçün ödənilmiş 8 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 iyun 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında MN-237/23 saylı mənzilin altı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 1 saylı binanın, E blok, 5-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 94,55 kv.m olan 237 nömrəli mənzili almışdır. Mənzilin 1 kv.metrinin dəyəri müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 2550 manat olmaqla, ümumi dəyəri 241103 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunaraq müqavilə bağlandığı tarixdə mənzilin tam dəyəri, yəni 241103 manat məbləğində vəsait müqavilədə göstərilmiş (müqavilənin 10-cü bəndində) cavabdehə məxsus “Azərbaycan Beynəlxalq Bankı”nın “Sənaye” filialında yerləşən bank hesabına ödənilmişdir. Lakin bu ilin yanvar ayında usta ilə mənzilə getdikdə cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl olunmaması və müqavilədə nəzərdə tutulmuş ölçüdə mənzilin iddiaçıya verilməməsi müəyyən edilmişdir. Usta tərəfindən aparılmış ölçülər nəticəsində mənzilin daxili perimetrinin (arakəsmələrin yerləşdiyi sahə, şaxtanın yerləşdiyi sahə də daxil olmaqla) təxminən 84 kv.m olması, balkonun isə 9 kv.m metr olması müəyyən edilmişdir. Alqı-satqı müqaviləsinin 1.2-ci bəndinə əsasən müqavilənin ümumi sahəsinə mənzilin xarici divarlarının daxili perimetri və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr daxildir. Göründüyü kimi, müqavilənin 1.2-ci bəndində tərəflərin razılaşmasına əsasən mənzildə yerləşən sahəsi təxminən 1 kv.m olan şaxtanın sahəsi daxil deyildir. Bundan əlavə müqavilənin 1.2-ci bəndində eyvanın sahəsi nəzərdə tutulmuşdur. Lakin iddiaçıya verilmiş mənzildə eyvan yoxdur, balkon var. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda balkon və eyvanın anlayışları verilmişdir. Həmin Qaydaların “2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar” adlanan 3-cü bəndinə əsasən Balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; Eyvan - binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. İddiaçı tərəfindən alınmış 237 saylı mənzildə fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, yəni balkon var. Lakin eyvan yoxdur. İddia ərizəsini hazırlayarkən internet vasitəsi ilə Cavabdeh Kooperativi və “Renessans Palace” YK kompleksi barədə əlavə məlumatlar əldə etmək istədikdə renessanspalace.az_1-237.pdf internet səhifəsində verilmiş layihələrlə tanış olduqda mənzilin müqavilədə göstərildiyi kimi, 94,55 kv.m olmamasına bir daha əmin olmuşdur. Belə ki, həmin internet səhifəsində verilmiş mənzilin layihəsinə əsasən mənzilin ümumi sahəsi kimi müqavilədən fərqli olaraq 94,25 kv.m olması göstərilmişdir. Lakin layihədən görünür ki, mənzilin daxili perimetri (içəridən içəriyə ölçüsü) 79,6 kv.m təşkil edir, balkon isə 8,09 kv.m-dir. Bundan əlavə “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydalarının “3. Yaşayış binasının və onun yerləşgələrinin sahələrinin, tikinti sahəsinin və tikinti həcminin hesablanması” adlanın 3-cü hissəsinin 2-ci bəndinə əsasən: 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Göründüyü kimi, istinad olunan Qaydalara əsasən şaxtanın sahəsi mənzilin sahəsi hesablanarkən nəzərə alınmır. Müqavilənin 1.2-ci bəndində də tərəflərin razılaşması ilə şaxtanın sahəsi mənzilin ümumi sahəsinə aid edilməmişdir. renessanspalace.az_1- 237.pdf internet səhifəsində verilmiş layihədə mənzilin daxili arakəsmələrinin yerləşdiyi sahə nəzərdə tutulmamışdır. Lakin müqavilədə həmin sahələrin nəzərdə tutulmasını nəzərə aldıqda mənzilin içəridən içəriyə təxmini ölçüsünün 84 kv.m (1 kv.m şaxtanın sahəsi də daxil olmaqla) olması müəyyən olunur. Beləliklə mənzilin daxili perimetrinin daxili arakəsmələrin sahəsi də nəzərə alınaraq faktiki 83 kv.m olması, şaxtanın sahəsinin mənzilin sahəsinə daxil olmaması, mənzildə eyvanın olmaması nəzərə alınaraq iddiaçı tərəfindən cavabdehə artıq ödənilmiş sahənin, yəni 11,55 kv.m (94,55 kv.m - 83 kv.m) sahənin dəyəri, yəni 29452,50 manat (11,55 kv.m x 2550) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda cavabdeh tərəfindən müqavilənin 3.2.2-ci bəndinin də tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Belə ki, müqavilənin həmin bəndinə əsasən cavabdeh tərəfindən mənzil iddiaçıya daxili arakəsmələr və suvaq işləri görülmüş vəziyyətdə təhvil verilməlidir. Lakin cavabdeh tərəfindən mənzilin daxili arakəsmələri tikilməmiş və suvaq işləri görülməmişdir. Usta tərəfindən aparılmış hesablamalara əsasən mənzilin daxili arakəsmələrinin tikilməsi və suvaq işlərinin görülməsi xərcləri 1850 manat təşkil edir. Həmin vəsaitə sement, qumun qiyməti, mağazadan daşınması üçün nəqliyyat xərci, maşına yükləmə və maşından boşaltma, mənzilə qaldırılması üçün fəhlə xərci, usta xərcləri daxildir. Bundan əlavə alqı-satqı müqaviləsinin 3.3.2-ci bəndinə əsasən mənzilin qiyməti tam ödənildikdən sonra iddiaçının cavabdehdən maliyyə arayışını tələb etmək hüququ vardır. Müqavilənin 9.3-cü bəndinə əsasən isə mənzilə mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxıraşın alınması üçün, cavabdeh tərəfindən verilməsi qanunla məcburi olan sənədlər iddiaçıya təqdim edilməlidir. Müqavilə bağlandığı andan hal-hazıradək iddiaçı və valideyni tərəfindən dəfələrlə cavabdehin məsul işçiləri ilə mobil telefon vasitəsi ilə, cavabdehə məxsus ofisə gedərək mənzilin dəyərinin ödənilməsi barədə arayışın və iddiaçının kooperativin üzvlüyünə qəbul edilməsi barədə kooperativin üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın tələb edilməsinə baxmayaraq hər dəfə “narahat olmayın yaxın zamanda sənədlər veriləcək” deyə vədlər verilmişdir. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə cavabdehin məsul işçiləri tərəfindən mənzilə quraşdırılmış 3 sayğaca görə qanunsuz olaraq 1200 manat məbləğində vəsaitin ödənilməsi tələb edilmiş və yalnız həmin vəsaitin ödənildiyi təqdirdə maliyyə arayışının və kooperativin üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışının veriləcəyi bildirilmişdir. Eyni zamanda kooperativ tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl olunmadan tərtib edilmiş qanunsuz müqavilənin - “Kommunal xidmətlərin göstərilməsinə dair müqavilə”nin imzalanması da tələb edilmişdir. İddiaçı tərəfindən pretenziya məktubuna əlavə olan təkliflərdə cavabdehlə qüvvədə olan qanunvericiliyə uyğun tərtib edilmiş “Kommunal xidmətlərin göstərilməsinə dair müqavilə”nin imzalanmasına etiraz etmədiyini, eyni zamanda cavabdeh tərəfindən öhdəliklərinə tam əməl edildikdən, yəni müqavilədə nəzərdə tutulmuş ölçüdə digər mənzil verildikdən, bu mümkün olmadıqda artıq ödənilmiş vəsait iddiaçıya qaytarıldıqdan və tikilməmiş arakəsmələrin və görülməmiş suvaq işlərinin dəyəri tam ödənildikdən sonra kommunal xidmətlərin ödəniləcəyi və sayğaclara görə isə 150 manat məbləğində vəsaitin ödənilməsi bildirilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının təkliflərinə hər hansı bir cavab verilməmişdir. Qüvvədə olan qanunvericiliyə görə sayğacların qoyulması pulsuz həyata keçirilir. İddiaçı tərəfindən alqı-satqı müqaviləsinin 7.1-ci bəndinə əsasən cavabdehə pretenziya məktubu göndərilmişdir. İddiaçıun nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan keçirilib iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçıya aldığı mənzilin sahəsi əvvəlcədən bəlli olmuşdur. İddiaçıya ümumi sahəsi 94,55 kvadratmetr olan mənzil verilmişdir. Ekspert rəyində mənzilin ümumi sahəsinin 91,4 kvadratmetr olduğu göstərilmişdir. İddiaçının mənzili bu şəkildə qəbul etməsi onun ara divarlarının istədiyi şəkildə hörülməsinə razılığıdır. Ekspert rəyi ilə mənzilin daxili arakəsmələrinin inşası və mənzildə suvaq işlərinin tam görülməsi üçün yerinə yetiriləcək təmir işlərinin dəyəri ilə bağlı hissədə razı deyillər. Hesab edirlər ki, həmin məbləğ 1000 manatdan artıq deyil. Həmin məsələ istənilən vaxt tərəflərindən aradan qaldırıla bilər. Bu, müqavilə öhdəliyinin pozulması kimi dəyərləndirilməməlidir. “Asan” imzanın alınması üçün iddiaçının ödədiyi cəmi 30 manat dövlət rüsumu ilə bağlı bildirmək istəyir ki, “Asan” imza birdəfəlik istifadə üçün nəzərdə tutulmamışdır. Burada mənəvi ziyandan söhbət gedə bilməz. Onların niyyətləri alıcıya mənəvi iztirab və ya gərginlik yaşatmaq olmamışdır. Belə olan halda tərəflərindən barışığa cəhd edilməzdi. İddiaçıya həmin binadan qaraj təklif edilmişdi. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İddiaçının kommunal xidmət haqqı borcu, sayğac pulu ilə əlaqədar ona mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilməmişdir. Kooperativin daxili idarəetmə qaydaları bu şəkildədir. Mənzilin dəyəri ödənilmişdir. Sayğacın quraşdırılması müqaviləyə əsasən, onların öhdəliyində deyil. İddiaçı və ailə üzvləri sərnişinlər üçün nəzərdə tutulmuş liftdən istifadə edə bilir. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert X3 izahatında bildirmişdir ki, işlərin çoxluğu ilə bağlı ekspert rəyində texniki səhv olaraq, balkon əvəzinə lociya qeyd edilmişdir. Bundan başqa, ekspert rəyində ekspert qarşısında qoyulmuş ikinci və üçüncü sual üzrə texniki səhv olaraq mənzilin ümumi sahəsi 91 kv.metr əvəzinə 91,4 kv.metr göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MN-237/23 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən icraçı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə onun tərəfindən inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 1 saylı binanın, E blok, 5-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 94,55 kv.metr olan 237 nömrəli mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin xarici divarlarının daxili perimetri və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən icraçı satdığı mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzilin dəyərini tam və bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin 1 kv.metr dəyəri (qiyməti) tərəflərin razılığı ilə 2550 manat olmaqla, müqavilənin ümumi dəyəri (qiyməti) 241103 manat müəyyən olunmuş və sifarişçi icraçıya mənzilin dəyərini Əlavə №1-də qeyd olunan ödəniş şərtləri əsasında ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, 241153 manat məbləğində vəsait İddiaçı tərəfindən Cavabdeh MTK-nın “Azərbaycan Beynəlxalq Bankı”nın “Sənaye” filialında olan bank hesabına ödənilmişdir. İş materiallarında olan renessanspalace.az internet səhifəsindən çap edilmiş Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 1 saylı binanın, E blok, 5-ci mərtəbə, 2 otaqdan ibarət 237 nömrəli mənzilin layihəsində həmin mənzilin ümumi sahəsinin 94,25 kv.metr olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3331 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 89,1 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzilin xarici divarlarının daxili perimetrindən hesablanmaqla, mənzilin ümumi sahəsinin 91,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzilin xarici divarlarının daxili perimetrindən hesablanmaqla, mənzilin ümumi sahəsinin 91,4 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin ümumi sahəsinin müqavilədə göstərilən şərtlərə uyğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzilin daxili arakəsmələrinin inşası və mənzildə suvaq işlərinin tam görülməsi üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2857 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sifarişli poçt göndərişləri üzrə mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən cavabdehə pretenziya məktublarının göndərilməsi üçün cəmi 8 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********13 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 183 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK (icraçı) ilə İddiaçı (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli, MN-237/23 nömrəli mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576cı məhəllədə onun tərəfindən inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 1 saylı binanın, E blok, 5-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 94,55 kv.metr olan 237 nömrəli mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin xarici divarlarının daxili perimetri və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən icraçı satdığı mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzilin dəyərini tam və bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin 1 kv.metr dəyəri (qiyməti) tərəflərin razılığı ilə 2550 manat olmaqla, müqavilənin ümumi dəyəri (qiyməti) 241103 manat müəyyən olunmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq müqavilədə nəzərdə tutulmuş mənzil ona təhvil verilməmişdir. Hazırda iddiaçı Cavabdeh MTK-dan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış MN-237/23 saylı xx.xx.2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə əskik verilmiş 9,22 kv.metr sahənin pul əvəzinin qətnamə çıxarılan tarixə mənzilin 1 kv.metrinin bazar qiyməti nəzərə alınmaqla hesablanaraq tutulması, Cavabdeh MTK-dan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış MN-237/23 saylı xx.xx.2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə mənzilin daxili arakəsmələrinin tikilməsi və görülməmiş suvaq işlərinin görülməsi üçün mal-material, nəqliyyat xərci, fəhlə və usta pulu olaraq, cəmi 2529 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi, Cavabdeh MTK-nın üzərinə mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışının və onun Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi barədə kooperativin üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın ona verilməsi vəzifəsinin qoyulması, mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində vəsaitin Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi, mənzildə daxili arakəsmələrin tikilməsi və suvaq işlərinin görülməsi üçün lazım olan tikinti materiallarının qaldırılması üçün lift pulunun ondan tələb edilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi, özünə və valideyninə “Asan” imzanın alınması üçün ödənilmiş cəmi 30 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının, valideyninə etibarnamə verilməsi üçün ödənilmiş 11,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 183,91 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş 18,40 manat vəsaitin, cavabdehə pretenziya məktublarının göndərilməsi üçün ödənilmiş 8 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-ci məhəllə, "Renessans Palace" çoxmərtəbəli yaşayış kompleksi, 1 saylı binanın, E blok, 5 ci mərtəbə, mənzil 237 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsini, habelə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsini, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-ci məhəllə, "Renessans Palace" çoxmərtəbəli yaşayış kompleksi, 1 saylı binanın, E blok, 5 ci mərtəbə, mənzil 237 ünvanında yerləşən mənzilin faktiki ölçüsü müqavilədə göstərilən şərtlərə uyğunluğunu, habelə həmin mənzilin daxili arakəsmələrinin inşası və mənzildə suvaq işlərinin tam görülməsi üçün lazım olan vəsaitin nə qədər təşkil etdiyini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3331 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 89,1 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzilin xarici divarlarının daxili perimetrindən hesablanmaqla, mənzilin ümumi sahəsinin 91,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzilin xarici divarlarının daxili perimetrindən hesablanmaqla, mənzilin ümumi sahəsinin 91,4 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin ümumi sahəsinin müqavilədə göstərilən şərtlərə uyğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzilin daxili arakəsmələrinin inşası və mənzildə suvaq işlərinin tam görülməsi üçün yerinə yetiriləcək təmin işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2857 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyində mövcud olan anlaşmazlığı aradan qaldırmaq üçün rəy verən ekspert X3 məhkəmə iclasına dəvət olunmuş və ekspert X3 izahatında bildirmişdir ki, işlərin çoxluğu ilə bağlı ekspert rəyində texniki səhv olaraq, balkon əvəzinə lociya qeyd edilmişdir. Bundan başqa ekspert rəyində ekspert qarşısında qoyulmuş ikinci və üçüncü sual üzrə texniki səhv olaraq mənzilin ümumi sahəsi 91 kv.metr əvəzinə 91,4 kv.metr göstərilmişdir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə ilkin olaraq iddia tələbinin “Cavabdeh MTK-dan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış MN-237/23 saylı xx.xx.2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə əskik verilmiş 9,22 kv.metr sahənin pul əvəzinin qətnamə çıxarılan tarixə mənzilin 1 kv.metrinin bazar qiyməti nəzərə alınmaqla hesablanaraq tutulması” hissəsinə münasibət bildirərək, qeyd edir ki, iddia tələbi bu hissədə qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/3331 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzilin xarici divarlarının daxili perimetrindən hesablanmaqla, mənzilin ümumi sahəsinin 91 kv.metr təşkil etdiyi (texniki səhv aradan qaldırılmaqla) və bununla da Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzilin xarici divarlarının daxili perimetrindən hesablanmaqla, mənzilin ümumi sahəsinin 91 kv.metr təşkil etdiyi nəzərə alınaraq, sözügedən mənzilin ümumi sahəsinin müqavilədə göstərilən şərtlərə uyğun olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Məhkəmə qeyd edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 3,55 kv.m (91-94,55=3,55 kv.m) olması və hər kvadrat metri üçün 2550 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 9052,5 (3,55x2550) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “Cavabdeh MTK-dan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış MN-237/23 saylı xx.xx.2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə mənzilin daxili arakəsmələrinin tikilməsi və görülməmiş suvaq işlərinin görülməsi üçün cəmi 2529 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi, Cavabdeh MTK-nın üzərinə mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışının və onun Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi barədə kooperativin üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın ona verilməsi vəzifəsinin qoyulması” hissəsinə münasibət bildirərək, qeyd edir ki, iddia tələbi bu hissələrdə qanuni və əsaslı olduğundan tam təmin edilməlidir. Belə ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MN-237/23 nömrəli mənzilin alqı-satqı müqaviləsinə nəzər yetirdikdə görmək olur ki, həmin müqavilənin 3.2.2-ci bəndində Cavabdeh MTK-nın müqavilə ilə nəzərdə tutulmuş mənzili sifarişçiyə hansı texniki vəziyyətdə verməli olmasının halları sadalanmışdır. Müqavilənin həmin bəndindən görünən odur ki, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzili xarici tərtibat, daxili arakəsmələr və suvaq işləri görülmüş şəkildə İddiaçı təhvil verməli idi. Buna baxmayaraq, mənzil iddiaçıya xarici tərtibat, daxili arakəsmələr və suvaq işləri görülməmiş şəkildə təhvil verilmişdir. Bu baxımdan hazırda iddiaçı cavabdeh tərəfindən görülməli olduğu halda, görülməyən tikinti işləri ilə bağlı xərci cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3331 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə inşa edilmiş, “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksinin, E blokunun, 5-ci mərtəbəsində yerləşən 237 saylı mənzilin daxili arakəsmələrinin inşası və mənzildə suvaq işlərinin tam görülməsi üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 2857 manat məbləğində olması müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyi ilə razılaşır və iddia tələbinin həcmini nəzərə almaqla, tikinti xərcinə görə 2529 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MN-237/23 nömrəli mənzilin alqı-satqı müqaviləsinin 3.3.2-ci bəndində birbaşa olaraq qeyd olunmuşdur ki, mənzilin qiymətini tam ödədikdən sonra, icraçıdan maliyyə arayışını tələb edə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzi ilə də təsdiq olunur ki, xx.xx.2023-cü il tarixli, MN-237/23 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə müəyyən olunmuş mənzilin dəyəri tam olaraq İddiaçı tərəfindən Cavabdeh MTK-nın “Azərbaycan Beynəlxalq Bankı”nın “Sənaye” filialında olan bank hesabına ödənilmişdir. Bu baxımdan cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək, iddiaçının mükiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri olan sənədləri ona təqdim etməyə borcludur. Məhkəmə hesab edir ki, “Mənzilin dəyərinin ödənilməsi barədə” maliyyə arayışının və İddiaçı Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Məhkəmə İddiaçı 3000 manat mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin hazırki halda iddiaçı cavabdehin öhdəliyini icra etməməsi ilə bağlı fiziki və mənəvi sarsıntılar keçirməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, tələbini bu hissədə əsaslandırmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi “mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin mənzildə daxili arakəsmələrin tikilməsi və suvaq işlərinin görülməsi üçün lazım olan tikinti materiallarının qaldırılması üçün lift pulunun ondan tələb edilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi” hissəsinə münasibət bildirərək, qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. İddia ərizəsindən və tərəflərin məhkəmə iclasındakı izahatları ilə müəyyən olunmuşdur ki, mülki iş üzrə tərəflər kommunal xidmətlərin göstərilməsinə dair razılığ gələ bilməmiş və onlar arasında buna dair müqavilənin bağlanması mümkün olmamışdır. Mənzil mülkiyyətçisindən lift pulunun tutulması ilə bağlı məsələlər də kommunal xidmətlərin göstərilməsinə dair razılıqla nizama salındığından hazırki halda mənzildə daxili arakəsmələrin tikilməsi və suvaq işlərinin görülməsi üçün lazım olan tikinti materiallarının qaldırılması üçün lift pulunun iddiaçıdan tələb edilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 92,34 (doxsan iki manat otuz dörd qəpik) manat pul cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 91,57 (doxsan bir manat əlli yeddi qəpik) manat (183,91-92,34=91,57) iddiaçıya aid edilməlidir. Bunlarla yanaşı, məhkəmə həmçinin iddiaçının cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmasını nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi ilə bilavasitə əlaqəli olan və iş materialları ilə təsdiq olunan iddiaçı tərəfindən etibarnamə üçün ödənilmiş 11,5 (on bir manat əlli qəpik), pretenziya məktublarının göndərilməsi üçün ödənilmiş 8 (səkkiz) manat, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş 18,40 (on səkkiz manat qırx qəpik) manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsində qeyd edilmiş iddiaçının özünə və valideyninə “Asan” imzanın alınması üçün ödədiyi cəmi 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. Belə ki, "Asan İmza" (Mobil elektron imza) – mobil elektron şəxsiyyət vəsiqəsi olub, elektron xidmətlərdən istifadə və rəqəmsal imzanın təsdiqlənməsi zamanı tətbiq oluna bilər. “Asan İmza” (Mobil İD) texnologiyası vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını təqdim edir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən "Asan İmza" əl imzasına bərabərdir. Qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olur ki, məhkəməyə iddia ərizəsinin verilməsi üçün “Asan İmza”nın olması mütləq qayda kimi hər hansı bir qanunvericilikdə nəzərdə tutulmamış, “Asan İmza”nın alınması vətəndaşa onun özünün dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmasını asanlaşdırmaq imkanı verən bir vasitədir. Belə olduğu halda iddiaçının özünə və valideyninə “Asan” imzanın alınması üçün ödədiyi cəmi 30 manat məbləğində pulu iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqələndirərək cavabdehdən tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan 9052,5 (doqquz min əlli iki manat əlli qəpik) manat, tikinti xərcinə görə 2529 (iki min beş yüz iyirmi doqquz) manat, etibarnamə üçün ödənilmiş 11,5 (on bir manat əlli qəpik), pretenziya məktublarının göndərilməsi üçün ödənilmiş 8 (səkkiz) manat, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18,40 (on səkkiz manat qırx qəpik) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 92,34 (doxsan iki manat otuz dörd qəpik) manat pul tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 91,57 (doxsan bir manat əlli yeddi qəpik) manat (183,91- 92,34=91,57) iddiaçıya aid edilməli, “Mənzilin dəyərinin ödənilməsi barədə” maliyyə arayışının və İddiaçı Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul da Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 9052,5 (doqquz min əlli iki manat əlli qəpik) manat, tikinti xərcinə görə 2529 (iki min beş yüz iyirmi doqquz) manat, etibarnamə üçün ödənilmiş 11,5 (on bir manat əlli qəpik), pretenziya məktublarının göndərilməsi üçün ödənilmiş 8 (səkkiz) manat, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18,40 (on səkkiz manat qırx qəpik) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 92,34 (doxsan iki manat otuz dörd qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 91,57 (doxsan bir manat əlli yeddi qəpik) manat (183,91-92,34=91,57) iddiaçıya aid edilsin. “Mənzilin dəyərinin ödənilməsi barədə” maliyyə arayışının və İddiaçı Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pul Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Kərim Xudayev