Məhkəmə qərarları › İş №2(004)-1947/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1947/2023

10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1947/2023 10.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək doğum haqqında akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin dublikatının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi və əlavə olunmuş iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, doğum haqqında akt qeydinin həqiqətən olmasını təsdiq edən sənəd (doğum haqqında şəhadətnamənin) olmadığına görə müraciətin təmini mümkün olmamışdır. Tələbin məzmunu, qanunvericiliyin norma və prinsiplərinin təhlili əsasında iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı “Asan xidmət” Mərkəzinə etidiyi müraciətə verilən cavabın məzmunundan da görünür ki, şəxsə doğum haqqında sənədin verilməsi inzibati orqanın səlahiyyətinə aiddir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsində hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etsə də, məhkəməyə edilmiş müraciətin forması iddia icraatını özündə ehtiva edir. Bu isə mülki prosessual qanunvericiliklə tənzimlənmiş icraat qaydalarına əməl edilməməsini bir daha sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilən xüsusatlara əsasən hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edilə bilər. xx.xx.2023-cü il tarixli (qəbz nömrəsi: 28828) qəbzi (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu: 1, VÖEN: **********) üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar