Məhkəmə qərarları › İş №2(004)-1948/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1948/2021

09.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1948/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehna qarşı “işə bərpa və ödənişlərin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehna qarşı “işə bərpa və ödənişlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF sistemində əvvəlki işlədiyi vəzifəyə bərpa olunması və əmək müqaviləsinə xitam verildiyi xx.xx.2020-ci il tarixindən sonrakı dövr üçün çatacaq ödənişlərin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan sturuktur islahatları nəticəsində xx.xx.2016-cı il tarixdə Cavabdeh Oğuz rayon şöbəsinə müdir müavini vəzifəsinə təyin olunmuş, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə əsassız olaraq işdən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Fondun publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar DSMF-nun rayon şöbələri ləğv edilmiş və rayon filialları yaradılmış, bütün işçilərdən ərizə alınaraq (həm işdənçıxma, həm də işə qəbul haqqında) əmək müqavilələrinə xitam verilmişdir. Əslində isə Əmək Məcəlləsinin 70a bəndinə uyğun (dövlət orqanının ləğv edilməsi) əmək müqaviləsinə xitam verilməli idi. xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin tələblərinə məhəl qoyulmadan, əsası olmadan o da daxil olmaqla bütün işçilərlə müddətli (3 ay müddətə) əmək müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixdə müqavilə müddəti bitsə də, sonrakı bir həftə ərzində tərəflərin əmək müqaviləsinin xitam verilməsi barədə təklifləri olmamışdır. xx.xx.2020-ci il tarixdə yenidən ərazi filiallarının yaranması ilə əlaqədar işçilərdən ərizə (həm işdənçıxma, həm də işə qəbul haqqında) tələb edilmişdir. Şərti olaraq ərizənin surəti göndərilmiş və işə qəbul edildikdən sonra əlyazmanın göndərilməsini bildirmişdir. xx.xx.2020-ci il tarixdə ailə üzvündə koronovirus testinin pozitiv çıxması səbəbli karantinə alınmış və xx.xx.2020-ci il tarixdə koronovirusa yoluxmaya görə test vermişdir. xx.xx.2020-ci il tarixdə həm səhhətinin pisləşməsi, həm də testin nəticəsinin pozitiv çıxması səbəbindən Şəki şəhərində yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə xəstəxanadan buraxılsa da, xx.xx.2020-ci il tarixinədək (evdə müalicə) karantində olmuşdur. xx.xx.2020-ci il tarixdə heç bir əsas olmadan əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı 11.12,2020-ci il tarixdə idarəyə zəng etdiyi zaman öyrənmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinı̇ n Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. Nizamnamənin 1.1-ci bəndinə əsasən, Fond məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 4.11.11 -ci bəndinə əsasən, X5 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. İş materiallarından görünür ki, iddiaçı əmək müqaviləsinin xitam edilməsi üçün işəgötürənə öz iradə ifadəsi ilə könüllü şəkildə yazılı ərizə təqdim etmiş, həmin ərizədə tarix göstərmişdir. Bu ərizə xx.xx.2020-ci il tarixdə 1/D-3696663 nömrə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə daxil olmuşdur. Həmin ərizə əsasında işəgötürən qanunvericiliyin tələblərinə əməl etməklə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndinə əsasən işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmr qəbul etmişdir. Göründüyü kimi, işçi işəgötürən ilə əmək münasibətlərini davam etdirmək istəmədiyi üçün tutduğu vəzifədən azad edilməsi üçün işəgötürənə yazılı müraciət etmiş və işəgötürən də qanuni əsaslarla əmək müqaviləsinə xitam vermişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh İdarə Heyətinin sədri H.Məmişovun xx.xx.2020-ci il tarixli **********6 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən tərəflərin razılığı ilə 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Fondun Oğuz rayon filialına direktor müavini vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı həmin ərizə ilə X5 sədri H.Məmişova müraciət edərək, bir ay xəbərdarlıq müddəti verilmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh İdarə Heyətinin sədri H.Məmişovun xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli əmək müqavilələrinə xitam verilmişdir və əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsin əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinin f) bəndinə görə əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə görə əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehna qarşı “işə bərpa və ödənişlərin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar