Məhkəmə qərarları › İş №2(004)-1948/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1948/2024

10.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1948/2024 10.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, X2 10 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində doğulması, ananın Maraqlı şəxs2, atanın naməlum olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq sığınacağı – Reinteqrasiya Mərkəzinə uşaq və valideynlərin qəbul edilməsinə dair Akta əsasən müəyyən edilir ki, 10 oktyabr 2020-ci il təvəllüdlü X1 mərkəzə qəbul edilmişdir. İş materiallarına ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü ana Maraqlı şəxs2 (FİN: xxxxxxx) qızının şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. İş materiallarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 müvafiq imtina məktubu əlavə edilmişdir. Məhkəmə, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, X2 10 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində doğulması, ananın Maraqlı şəxs2, atanın naməlum olması müəyyən edilir. Vətəndaşın hüquq müəyyən edici sənədinin bərpa olunması dövlətin həm vəzifəsi, həm də xüsusi marağındadır. Hazırki ərizənin təmin edilməsi X2 hüquqi müdafiəsi əsas götürülməklə onun maraqlarına uyğundur. Məhkəmə iş materiallarına məcmu haında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X2 10 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində doğulması, ananın xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 (FİN: xxxxxxx), atanın naməlum olması faktının müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. X2 10 oktyabr 2020-ci il tarixdə Bakı şəhərində doğulması, ananın xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 (FİN: xxxxxxx), atanın naməlum olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elekton məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar