Məhkəmə qərarları › İş №2(004)-1953/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1953/2023

26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1953/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədirliyi, X4 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs cəlb edilməklə “xx.xx.1940-cı il təvəllüdlü X1 doğum haqqında akt qeydinin müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs cəlb edilməklə “xx.xx.1940-cı il təvəllüdlü X1 doğum haqqında akt qeydinin müəyyən edilməsi” tələbinə dair ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 261.0.1.-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. MPM-in 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. MPM-in 307.2.1-307.2.10-1-ci maddəsində hüquqi əhəmiyyəti olan kateqoriya işlərin siyahısı qeyd edilmişdir. MPM-in 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə məhkəmə baxır. Ərizədə qeyd olunan xüsusatlara əsasən müəyyən olunur ki, ərizənin nəticə hissəsinə görə ərizəçinin tələbi mərhum əri xx.xx.1940-cı il təvəllüdlü X1 doğum haqqında akt qeydinin müəyyən edilməsidir. Qeyd olunan hüquqi əsas MPM-in 305 və 307-ci maddələrinin tələbləri nəzərə alınmaqla, “hüquqi əhəmiyyəti olan fakt” kateqoriyasına aid deyil. Bundan əlavə, xüsusi icraat qaydasında baxılan işlərin digər kateqoriyaları MPM-də konkret olaraq müəyyən edilsə də, hazırki işin hüquqi və faktiki əsasları həmin kateqoriyaların hər hansı digər birinin dispozitiv şərtləri eynilik təşkil etmir. Hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla məhkəmə işlərə yalnız qanunvericilik çərçivəsində, mübahisənin qanuni əsası müəyyən edilərək dispozitiv şərtlər eyniləşdirilməklə baxmalıdır. Belə ki, qanunda nəzərdə tutulmayan hüquqi əsas ilə məhkəmə qərarının qəbul edilməsi qərarın qanunsuz olması ilə nəticələnir. Beləliklə, tələbin hüquqi və faktiki əsasları hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və ya xüsusi icraat qaydasında baxılan digər kateqoriyalar üzrə icraat qaydalarının dispozitiv şərtləri ilə eynilik təşkil etmir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, ərizəyə mülki prosessual qanunvericilik çərçivəsində baxılması mümkün hesab edilmir. Məhkəmə iş üzrə xüsusi icraat qaydasında qanunun analogiyasının tətbiq edilməsini aşağıdakı əsaslara görə məqsədə müvafiq hesab etmir. İş materiallarına əsasən müəyyən olunur ki, ərizəçi inzibati icraat qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müvafiq ərizə ilə müraciət etsə də, inzibati orqan tərəfindən ərizə təmin olunmamış və imtina qərarı qəbul edilmişdir. Məhkəmə ərizəçiyə izah edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs müvafiq imtina qərarı inzibati məhkəmə qaydasında mübahisələndirilməklə inzibati məhkəmə icraatı qaydasında ərizədə göstərilən xüsusatların aydınlaşdırılması və inzibati orqanın imtina qərarı qanunsuz hesab edilməklə akt qeydinin müəyyən edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmaqla iddiaçının tələbinin təmin olunması hüquqi cəhətdən yolverilən olmaqla mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarına əsasən inzibati orqandır. İnzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati prosessual qanunvericilik çərçivəsində inzibati məhkəmədə baxılır. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 261.0.1-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki işə üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.4-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs cəlb edilməklə “xx.xx.1940-cı il təvəllüdlü X1 doğum haqqında akt qeydinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar