Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1957/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X19 oğlunun katibliyi X2, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi anası X6 ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş anası X7 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun nənəsi X16 xx.xx.2020-ci il tarixində ölmüşdür. Anası X10 isə 2012-ci ildən Azərbaycan Respublikasını tərk edərək yaşamaq üçün Türkiyə Respublikasına getmişdir. Həmin vaxt o ərizəçini də özü ilə Türkiyə Respublikasına aparmışdır. Lakin sonradan 2014-cü ildə nənəsi Türkiyə Respublikasına gələrək onu Azərbaycan Respublikasına qaytarmışdır. Həmin vaxtdan onun öldüyü günə qədər Ərizəçi onun himayəsində və onunla birlikdə yaşamışdır. Lakin Azərbaycan Respublikasına qayıtdığı gündən bu günə qədər anası X10 ilə olan bütün əlaqələri kəsilmiş və ondan heç bir məlumatı olmamışdır. Belə ki, 2014-cü ildən sonra anası X10 nə onunla, nə də nənəsi ilə heç bir əlaqə saxlamamışdır. Onun sağ olub-olmaması barədə də onda hər hansı bir məlumat yoxdur. O, dəfələrlə onunla əlaqə saxlamaq istəsə də onu tapa bilməmiş və əlaqə yarada bilməmişdir. Qeyd etmək istəyir ki, nənəsi X16 ölümündən sonra hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 39 saylı mənzil miras qalmışdır. Anası X10 nənəsinin tək uşağı olduğundan birinci növbədən vərəsədir. Anası X10 ilə bağlı heç bir məlumat olmadığından və onunla əlaqə yaratmaq mümkün olmadığından o, nənəsindən miras qalmış ünvan 2 ünvanında yerləşən 39 saylı mənzili vərəsə kimi qəbul edə bilmir. Qeyd edilən səbəbdən o, anasının vərəsəsi olaraq nənəsindən miras qalmış əmlakı qəbul etmək hüququndan məhrum olmuşdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən isə anası X3 ölməsinin müəyyən edilməsinin məhkəmədən başqa hər hansı yolla müəyyən edilməsi mükün deyil. Bu səbəbdən də o, məcbur qalaraq anası Mixaylovava Aleksandrovnanın ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərdi ki, Ərizəçi qonşusudur. Təxminən 2010-2011-ci ildə Olqa Timuru götürüb xaricə getmiş, 2-3 il sonra nənəsi onu gedib Azərbaycana gətirmişdir. Qızı ilə anası arasında münasibətlər soyuq idi. Qızı Olqa evlənmək məqsədilə, deyəsən, Türkiyəyə, oradan da Suriyaya getmişdir. Ölməsi barədə bir fikir deyə bilmir, ancaq təxminən 2014-cü ildən burada yaşamır. Məhkəmə iclasında şahid Nəzərova Töhfə Paşa qızı ifadəsində göstərdi ki, Ərizəçi təhsil aldığı Kollecdən tanıyır. Nənəsi X16 müəllimə idi, o da həmin Kollecdə müəllimə işləyir, ailəliklə gediş-gəlişləri olmuşdur, Olqanı heç vaxt görməmişdir, ərizəçi və nənəsinin danışdıqlarına görə 2012-ci ildən Olqa ailə quraraq ölkədən getmişdir və hal-hazırda Türkiyədə yaşayır. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərdi ki, X16 ilə yaxın qonşuluq münasibəti var idi, Ərizəçi da, anası Olqanı da tanıyır. Timura dərslərdə kömək edirdi. Olqanın ölkədən nə vaxt getdiyini dəqiq bilmir. Ailə həyatı quraraq xaricdə yaşamaq istəyirdi, bu səbəbdən ölkəni tərk etmişdi. Eşitdiyinə görə, anasına qeyd yazmışdır ki, onun qayıtmaq fikri yoxdu. Bütün bu hadisələr təxminən 10 il bundan qabaq baş vermişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 086610 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2020-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyi səbəbindən ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 692 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş V-JQ 466890 nömrəli xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1834 nömrəli akt qeydi tərtib edilmişdir. X18 Fedoroviç, anası X12. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİİ 901114 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1999-cu ildə 1000 nömrəli akt qeydi tərtib edilmişdir. X18 Fyodoroviç, anası X4. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Ərizəçi ünvan 1 mənzil 39 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 089454 nömrəli qeydiyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 95A nömrəli evin 39 nömrəli mənzili X13 adına xx xxxx 1997-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 75 saylı reyestr kitabında 11257 səhifədə xx.xx.1997-ci il tarixdə 30 qeydə alınma nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 3 nömrəli Mənzil-istismar sahəsinin xx xxxxxx 2020-ci il tarixli 70 nömrəli arayışından görünür ki, X10 1978-ci ildən, Ərizəçi 1998-ci ildən Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev (keçmiş Ə.Ələkbərov) küçəsi, 95A nömrəli evin 39 nömrəli mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin xx xxxxxx 2021-ci il tarixli 091-11146-1221 nömrəli sorğuya cavabından müəyyən olunur ki, xx.xx.1978-ci ildə anadan olmuş Bakı şəhəri Yasamal rayonu Ş.Mehdiyev küçəsi 95A nömrəli evin 39 nömrəli mənzilində qeydiyyatda olan X10 barəsində Yasamal RPİ-də axtarış işi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx xxxx 2021-ci il tarixli 33/695 nömrəli sorğuya cavabından müəyyən olunur ki, X10 sonuncu dəfə dövlət sərhədindən xx.xx.2012-ci il tarixdə İran istiqamətində çıxış etmişdir. Belə ki, məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. X21 Məhkəməsi «X8» qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ərizənin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin təqdim etdiyi şahidlərin məhkəmə iclasında verdiyi ifadələri mötəbər sübut qismində qiymətləndirilə bilməz. Məhkəmə iclasında şahidlər, ərizəçini, onun nənəsi Nina Mixaylovananı, anası Olqa Mixaylovnanı tanımalarını, anası Olqa Mixaylovnanının ailə həyatı quraraq ölkəni tərk etməsini bildirsələr də, bu heç də xx.xx.1978-ci il təvəllüdlü X3 ölməsini sübut etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin anası X10 2012-ci ildən Azərbaycan Respublikasını tərk edərək yaşamaq üçün İrana getmişdir. Onun oğlu ərizəçi T.X14 öldüyü günə qədər nənəsinin himayəsində və onunla birlikdə yaşamışdır. Anası X10 getdiyi vaxtdan bu günə qədər onunla olan bütün əlaqələri kəsilmiş və ondan heç bir məlumatı olmamışdır. Bununla bağlı məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Lakin, ərizəçinin məhkəməyə təqdim etdiyi sübutlardan aydın olur ki, o, anasının axtarılması ilə bağlı Bakı şəhəri Yasamal RPİ-nə müraciət etməmişdir. Hazırki mübahisəni tənzimləyən yuxarıda qeyd olunan maddənin “...şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa” müddəasını məhkəmə həmin şəxsin yalnız yaşayış yerində olmaması kimi qəbul etmir. Başqa sözlə, şəxsin digər ərazidə, şəhərdə, ölkədə yaşadığı halda, bu barədə hər hansı bir məlumatın onun yaşadığı yerə daxil olmaması, onun ölmüş hesab edilməsi üçün əsas ola bilməz. Şəxs yaşayış yerini tərk etdikdən sonra olduğu yer məlum olmadıqda, onun axtarılması istiqamətində hazırki halda 5 il ərzində real hərəkətlər həyata keçirilməlidir. Ərizəçinin təqdim etdiyi sübutlarla X3 son beş il ərzində axtarılması təsdiq edilmir. Ərizəçinin deməsinə görə, X10 Azərbaycan Respublikasını tərk edib Türkiyə Cumhuriyyətinə getmişdir. xx xxx 1978-ci il təvəllüdlü X3 həmin vaxtdan Türkiyə Cumhuriyyətində yaşaması qəbul edilsə belə, bu onun ölmüş hesab edilməsinə dəlalət etmir. Məhkəmə hesab edir ki, ərizəçinin hazırki iddia ilə məhkəməyə müraciət ətmək üçün əsası yalnız yaşadığı ünvan üzrə rayon polis idarəsinə müraciət etdikdən beş il keçdikdən sonra yarana bilər. Daha dəqiq desək, ərizəçidə anası X3 Türkiyəyə getməsi barədə məlumat olsa da, sonuncunun qanunla nəzərdə tutulmuş qaydada son beş il ərzində nə ölkə ərazisində, nə də ki Türkiyə Cumhuriyyəti ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi əsassız hesab edilərək təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi anası xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş X6 ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1957/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1957/2021
10.03.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver