Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1959/2023 12.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 və Cavabdeh “Kia Rio” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 1850 manat məbləğində pulun və ödənilmiş 38,50 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin oktyabr ayında "Turbo.az" internet səhifəsi vasitəsilə tanış olduğu Cavabdeh və X2 ilə görüşərək sonuncuya məxsus “Kia Rio” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili 18 ay ərzində aylıq 450 manat müqabilində etibarnamə əsasında alqı-satqısına dair razılaşmışdılar. Hüseynə 1850 manat pul vermişdi. xx.xx.2022-ci il tarixdə Cavabdeh vasitəçili ilə cavabdeh İsmayıl Əliyev tərəfindən Bakı şəhəri 50 saylı notariat ofisində adına etibarnamə verilmiş və reyestrdə 18355 sayla qeydiyyata alınmış həmin etibarnamə ilə qeyd olunan nəqliyyat vəsaitəsinin istifadə edilməsi ona etibar edilmişdir. Cavabdehlər maşını ona satarkən avtomobiiln heç bir ciddi nasazlığının olmadığını bildirsələr də, lakin iki gün sonra usta baxışı zamanı avtomobilin mühərrik hissəsində ciddi nasazlıq olduğunu bilmişdir. Cavabdehlərlə əlaqə saxlayaraq niyə onu aldatdıqlarını və niyə mühərriki nasaz olan avtomobili ona satdıqlarını deyib pulunu geri istəmişdi. İsmayılın müraciəti əsasında Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PBŞ-nin təhqiqatçısı, polis kapitanı Samir Nəsirli cavabdehlərin izahatını almış, onlar işin təfərrüatlarını bir daha bildirmişdirlər. Cavabdehlər ondan 1850 manat pul almalarını etiraf etmişdilər. Təhqiqatçı tərəfindən cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılmasının rədd olunması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş, eləcə də ona pulunun geri qaytarılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmin təhqiqat materialı üzrə sənədlərin surəti sübut kimi iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdehlər məxsus “Kia Rio” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan almış və etibarnaməni ləğv etmişdilər. Ödədiyi pulu isə geri qaytarmaqdan yayınırlar. Aldadıldığına görə həmin pul ona geri qaytarılmalıdır. 07 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək, X1 cavabdeh qismindən çıxarılmasını və tələbinin Cavabdeh yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qismən etiraf edərək bildirmişdir ki, “Kia Rio” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıl Əliyev adlı şəxsin maşınıdır. İsmayıl maşını Mirsaleh adlı şəxsə kirayəyə vermiş. Maşını internet vasitəsilə Mirsalehdən ilkin ödəniş edib almış, bir ay sürmüş və maşına 1000 manat məbləğində xərc çəkmişdir. Niyə mənə xarab maşın verildiyini bildirəndə, Mirsaleh ona maşına görə verdiyi pulu xərclədiyini, pulu qaytara bilməyəcəyini, maşını internetə qoyub satmağını və pulunu çıxarmağını bildirmişdir. Həmin Mirsaleh adlı şəxs maşını internetə satışa qoymuşdu. İddiaçı maşını almağa üç nəfərlə gəlmiş, maşına baxıb, bəyənib almışdı. O, maşında olan nasazlıqları, maşının motorunun, təkərlərinin və amortizatorunun xarab olduğunu İddiaçı bildirmişdi. Sonuncu da razılaşmış və maşını düzəltdirəcəyini bildirmişdi. Telman ona 1850 manat məbləğində pul vermişdi. Səhəri gün X3 Telmanın adına etibarmə almış və maşına görə çəkdiyi xərcin pulunu Telmanın verdiyi pulla çıxmışdı. Telman maşındakı nasazlıqları aradan qaldırmadan sürmüş, bu səbəbdən maşının motoru çökmüşdür. Bu onluq problem deyil. Hətta iddiaçı maşında kiçik yol-nəqliyyat hadisəsi də törədib, cərimələri vardır. Maşını da iddiaçıya o deyil, İsmayıl Əliyev satmışdır. Odur ki, iddia əsassız olduğundan təmin olunmamasını xahiş edir. Lakin məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıl Salman oğlu ifadəsində göstərmişdir ki, o, Telmanı maşın alqı-satqısı ilə bağlı tanıyır. Telmanla və Hüseynlə heç bir qohumluq münasibəti yoxdur. “Kia Rio” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. O həmin maşını Cavabdeh etibarnamə ilə icarəyə vermişdi. 19 aya 450 manat pul verəcəkdi. Daha sonra Cavabdeh maşını internetə satışa qoymuşdur. İddiaçı maşını almaq istəmiş, Hüseyn isə ondan Telmanın adına etibarnamə verməsini bildirmişdir. O, İddiaçı maşını sürmək üçün etibarnamə vermişdi. Telman 1850 manat məbləğində pulu Hüseynə vermişdir. Bunu Cavabdeh polisə verdiyi ifadəsində etiraf etmişdi. Telman maşını 10 gün sürdükdən sonra bildirmişdir ki, maşın işləmir. Hazırda maşının cəriməsi var və DİN-in dayanacağındadır. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: ƏN-Vİ №297233 saylı xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 tərəfindən İddiaçı “KİA RİO Minik” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün 1 il 6 ay müddətinə etibarnamə verilib. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarın təsviri hissəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin təhqiqatçısı, polis kapitanı Samir Nəsirlinin icraatına Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan X1 müraciəti əsasında toplanmış material daxil olmuşdur. X2 müraciətində və izahatında bildirmişdir ki, “Kia” markalı “Rio” modelli, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili o, aylıq kirayə vermək qərarına gəlmişdir. Avtomobil ilk əvvəl Cavabdeh aylıq 450 manat olmaqla 21 ay müddətinə kirayə verilmişdir. Bir müddət sonra isə Hüseyn avtomibili istəmədiyini bildirərək Telman adlı şəxsə vermişdir. Buna baxmayaraq sonra həmin şəxslərin arasında mübahisə yaranmışdır. Mübahisənin səbəbi isə avtomobilin nasaz olması və aralarında bir-birilərinə verilən pullar olmuşdur. Hal-hazırda Telman adlı şəxs tərəfindən aylıq ödəniş olunmadığından o sürmək üçün verdiyi etibarnaməni ləğv etmişdir. Ona heç bir maddi ziyan dəyməmişdir. Cavabdeh izahat verərək bildirmişdir ki, 2022-ci ilin avqust ayında avtomobil almaq qərarına gəlmişdir. Bu səbəbdən “Turbo.az” sosial şəbəkəsinə daxil olmuşdur. Orada “Kia” markalı avtomobil satılması elanına rast gələrək, Mirsaleh adlı şəxslə əlaqə saxlamışdır. Həmin şəxs avtomobili 1200 manata satdığını bildirmişdir. O razılaşaraq, Sabunçu rayonu, Balaxanı qəsəbəsində görüşərək avtomobili vizual baxış keçirmişdir. Sonra isə onlar yerdə Nizami rayonu, Q.Qarayev prospektində yerləşən notariusa gəlmişlər. Bu zaman Mirsalehin yanında İsmayıl adlı şəxs də gəlmişdir. Həmin şəxs avtomobili Mirsalehə kirayə vermişdir. O ilkin ödəniş olaraq Mirsalehə 1200 manat pul ödəmişdir. İsmayıla isə aylıq 450 manat olmaqla 19 ay pul ödəyəcəyini boynuna götürərək razılaşmışdır. İsmayıl isə bunun əvəzində ona avtomobili sürmək üçün etibarnamə təqdim etmişdir. Onlar avtomobili təhvil alaraq idarə etməyə başlamışdır. Bir müddət sonra avtomobilin nasaz olduğunu aşkar etmişdir və İsmayıl ilə əlaqə saxlamışdır. İsmayıl isə ona Mirsaleh ilə əlaqə saxlamağını bildirmişdir. O, Mirsaleh ilə görüşmüşdür. Mirsaleh isə pulunun olmadığını bildirərək yenidən satmağı məsləhət görmüşdür. O, avtomobili təkrar satışa qoymuşdur. Bir müddət sonra onunla Telman adlı şəxs əlaqə saxlamışdır və avtomobili almaq istədiyini bildirmişdir. Həmin şəxs avtomobili yoxlayaraq avtomobili bəyəndiyini bildirmişdir. O, isə 1850 manat qarşılığında satmağa razılaşmışdır. İsmayılın iştirakı ilə o avtomobili Telmana satmışdır. İsmayıl Telmana etibarnamə vermişdir. Lakin təxminən 15 gün sonra Telman onunla əlaqə saxlayaraq avtomobilin nasaz olduğunu demişdir. O isə avtomobilin müəyyən problemlərinin olduğunu dediyini qeyd etmişdir. Lakin Telman bu günədək ondan 1400 manat əsassız olaraq pul tələb edir. Həmin pulu avtomobilin təmirinə xərclədiyini qeyd etmişdir. Avtomobilin nasazlığı barədə şifahi məlumat vermişdir. Həmçinin həmin şəxs özü də avtomobili baxış keçirtdikdən sonra almışdır. Telman avtomobili aldıqdan təxminən 15 gün sonra müraciət edərək avtomobilin nasaz olduğunu bildirmişdir. Avtomobili özü sürdüyü müddət ərzində nasaz edə bilər. İddiaçı izahat verərək bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında "Turbo.az" sosial şəbəkəsində olan zaman “Kia” markalı “Rio” modelli **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə rast gəlmişdir. Elanla tanış olub orada qeyd edilən nömrə ilə əlaqə saxlamışdır. Özünü Hüseyn kimi təqdim edən şəxslə danışdıqdan sonra onlar Azadlıq metro stansiyasın yaxınlığında görüşmüşlər. O, avtomobilə baxış keçirmişdir. Hüseyn avtomobildə problem olmadığını və avtomobilə cavabdeh olduğunu demişdir. O, səmimiyyətinə inanaraq avtomobili almaq qərarına gəlmişdir. Onlar yenidən görüşərək etibarnamə almaq üçün notariusa yollanmışlar. Bu zaman İsmayıl adlı şəxs də gələrək avtomobilin əsl sahibi olduğunu bildirmişdir. O Hüseynə 1850 manat pul vermişdir. İsmayıldan isə 18 ay ayda 450 manat olmaqla avtomobili kirayə götürmüşdür. İsmayıl ilə razılaşdıqdan sonra ona etibarnamə təqdim etmişdir. 2 gün sonra avtomobili ustaya aparmışdır və bu zaman usta avtomobildə problemlər olduğunu bildirmişdir. O, həm Hüseynlə, həm də İsmayılla əlaqə saxlamışdır, lakin həmin şəxslər bu barədə onlara heçnə deməməyini bildirmişlər. O, təkrar Hüseynlə əlaqə saxlamışdır. Lakin Hüseyn onunla görüşməkdən imtina etmişdir. O isə cavab olaraq 1850 manat pulunu tələb etmişdir ya da avtomobili təmir etdirməli olduqlarını bildirmişdir. Lakin bu günədək Hüseyn və İsmayıl adlı şəxslər pulunu geri qaytarmayaraq onu aldatmışdırlar. Aralarında heç bir müqavilə bağlanmamışdır. Sadəcə sürmək üçün İsmayıl ona etibarnamə vermişdir. Hüseyn ona kiçik problemləri demişdir. Lakin avtomobilin motorunda böyük və xərc tələb edən problemləri ona deməmişdir. Beləliklə, tərəflərin izahatı və qeyd olunan sübutlarla müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında “Kia” markalı “Rio” modelli **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin şifahi formada nisyə alqı-satqısı müqaviləsi bağlanılmışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir. Mülki Məcəllənin 650-ci maddəsinin tələblərinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:- əqdin subyekt tərkibinə dair şərtlər;- əqdin məzmununa dair şərtlər;- əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər;- əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış mübahisəli avtomobilin alqı-satqısı müqaviləsi etibarsız əqddir. Mülki Məcəllənin 337.5-ci maddəsində isə təsbit olunmuşdur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı həmin əqd üzrə ödədiyi pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, tərəflərin izahatı, şahidin ifadəsi və qeyd olunan sübutlarla müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisəli avtomobilə görə 1850 manat məbləğində pul cavabdehə ödənilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1850 manat məbləğində pul və 38.50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində pul və 38.50 (otuz səkkiz manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1959/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1959/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver