Məhkəmə qərarları › İş №2(004)-1959/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1959/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1959/2025 12.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat borc olaraq alıb qaytarmadığı pulunu, cavabdehin pulunu gecikdirməsi nəticəsində ona vurduğu 5000 (beş min) manat maddi zərərin və 4000 (dörd min) manat da mənəvi zərərin cavabdehdən tutularaq ona, yəni İddiaçı ödənilməsi barədə və iddiam təmin olunacağı təqdirdə məcburi köçkün olaraq azad olunduğu 162 (bir yüz altmış iki) manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət nəfinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə münasibətləri normal olduğundan o, 18 aprel 2023-cü il tarixində ondan 15000 (on beş min) manat qısa vaxt ərzində qaytaracağı adı ilə borc pul götürmüşdür. Həmin vaxtdan bir ildən də artıq yəni 20 (iyirmi) ay keçməsinə baxmayaraq cavabdeh X1 bu günə qədər ondan borc aldığı həmin pulu ona geri qaytarmayıbdır. O, dəfələrlə Cavabdeh pulun özünə lazım olduğunu, ailə problemləri ilə əlaqədar və övladının hazırlığı ilə əlaqədar özünə pul lazım olduğunu bildirsədə cavabdeh həmin pulun ona geri ödənilməsi ilə bağlı müxtəlif bəhanələr gətirərək, ona olan pul borcunu geri qaytarmaqdan yayınmaqdadır. O, cavabdehin ona olan borcunu ödəmədiyini görmüş və məhkəməyə pul tələbi ilə əlaqədar iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bunun ilə bağlı, Cavabdeh 18 aprel 2023-cü il tarixində ondan 15000 (on beş min) manat pul alması barədə öz xətti ilə yazıb verdiyi qəbzdə mövcuddur. Lakin borclu az qala ikinci il olur ki, 20 (iyirmi) aydan çox vaxt keçməsinə baxmayaraq ona olan borcunu qaytarmayaraq gizlənir, ümumiyyətlə telefonlarıma cavab vermir. O, özü bu müddət ərzində həmin pulu cavabdehə verməyib biznesə, ticarətə yatırmış olsaydı artıq həmin verdiyi pulu artırıb əlavə 5000 (beş min) manat da pul qazanardı. Cavabdeh həmin 15000 manat pulu əlindən almaqla və gecikdirməklə, gizlənməklə, zənglərinə cavab verməməklə ona əsəb yaşatmış, onu xəstəliyə salmış, mobil telefon ilə danışıq zamanı konturlara və cavabdehi axtarmaq üçün ünvanına taksi ilə getdiyi xərclər daxil ona 4000 (dörd min) manat da mənəvi zərər vurmuşdur. Cavabdeh borc götürdüyü pulu qısa vaxta qaytaracağını desə də hazırda müxtəlif bəhanələr gətirərək ondan gizləndiyindən, telelfonlarına aylarla cavab verməməsi səbəblərindən o hüquqlarının məhkəmə qaydasında müdafiə olunması məqsədilə, cavabdehdən pulun məhz məhkəmə qaydasında alınması üçün iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.Hamin borc aldığı pulu cavabdeh X4 qizinin gecikdirməsi nəticəsində ona 5000 (beş min) manat maddi va 4000 (dörd min) manat da mənəvi zərər vurulmuşdur. Belə ki, o, həmin məbləği ticarət sahəsinda dövriyyə etdirsəydi ən azı iyirmi aya o 15000 (on beş min) manat pulu artirib 5000 (beş min) manat etmək iqtidarında olardı. Həmçinin bu müddət ərzində cavabdehin ona yaşatdığı əsəb, xəstəliklər (tazyiqimin qalxması, baş ağrıları nəticəsində vurdurduğu iynə və aldığı dərmanlar daxili cavabdehi axtarmağı, etdiyi zənglərə görə sərf etdiyi konturlara va onun ünvanına getmək üçün taksilərə xərclənmiş pulları da 4000 (dörd min) manat mənəvi zərər olaraq dəyərləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı ona az məbləğdə borc versə də, qəbzdə məbləğ çox yazılmışdır. İddiaçı ona borcu faizlə vermişdir.Onun iddiaçıya olan borcu 3000 manat təşkil edir. Faiz borcunu iddiaçıya ödəmişdir. 3000 manat borcunu da ödəməyə hazırdır. Qalan hissədə iddia tələbini qəbul etmir.Əlavə olaraq bildirdi ki, müxtəlif vaxtlarda iddiaçıya 40 manat, 540 manat, 130 manat, 100 manat,100 manat,150 manat,130 manat,100 manat, 80,80 manat 101 manat,150 manat 100 manat olmaqla cəmi 1721,80 manat ödəniş etmişdir Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, cavabdeh rəfiqəsidir. İddiaçı faizə pul verməklə məşğul olur. İddiaçı aşağı məbləğdə pul versə də, qəbzdə artıq məbləğ qeyd etdirir. Sədrlik edənin sualına cavab olaraq şahid qeyd etmişdir ki, o iddiaçıdan 600 manat pul vəsaitini almış, həmin məbləği qaytarana kimi iddiaçıya 8 ay müddətinə hər ay 75 manat pul ödəmişdir. Növbəti dəfə iddiaçıdan 1000 manat pul vəsaiti alanda, iddiaçı ondan qəbzdə 3000 manat götürməyini qeyd etməyi tələb etmişdir. Həmin 1000 manat pulu iddiaçı ona 10 faizlə vermişdir. Həmin məbləği qaytarana kimi iddiaçıya 18 ay müddətinə hər ay 100 manat ödəmiş, lakin iddiaçı şahidin ona hələ də borclu olduğunu bildirmişdir. Adına kredit rəsmiləşdirildiyindən bankdan kredit götürə bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli əlyazmadan müəyyən edilir ki, Cavabdeh İddiaçı 15000 manat pul götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçı faizlə müxtəlif şəxslərə borca pul verir. İddiaçının faizlə borca pul verməsini məhkəmədə ifadə vermiş şahid də təsdiq etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli əlyazmaya münasibətdə hesab edir ki, göstərilən məbləğ şişirdilmiş məbləğdir. Belə ki, cavabdeh tərəfindən də ona 15000 manat deyil, 3000 manat pulun verildiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin pula olan ehtiyacını bildiyindən şişirdilmiş məbləği yazaraq qəbzi imzalatmışdır. Lakin iddiaçının cavabdehə pul verdiyi işin mübahisəsiz halıdır. Belə ki, xx.xx.2024cü tarixli votsap yazışmasından və cavabdehin etirafından müəyyən olunur ki, cavabdehin 3000 manat borcu qalmışdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin kartdan çıxarışdanda görünür ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıya 40 manat, 540 manat, 130 manat, 100 manat,100 manat,150 manat,130 manat,100 manat, 80,80 manat 101 manat,150 manat 100 manat olmaqla cəmi 1721,80 manat ödəniş etmişdir. Həmin məbləğlərin iddiaçıdan götürdüyü 300 manat pulun faizi olduğunu bildirdi. Hazırda da 3000 manatı iddiaçıya ödəməyə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 200-cü maddəsinə görə şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər. Şərh olunan maddədəki şəxsi yazışmalar və teleqraf məlumatları anlayışı hərfi olaraq deyil, Konstitusiyanın 32-ci maddəsində olduğu kimi, yəni “şəxsi yazışma, telefon danışıqları, poçt teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlar” kimi başa düşülməlidir. İcazə alınmalı şəxs yazan və teleqraf məlumatlarını göndərən şəxs (müəllif) yox, onların ünvanladığı şəxsdir. Şəxsi yazışmaları və teleqraf məlumatları daşıyan sübutlar məhkəməyə verildikdə hakim həmin sübutları şərh olunan maddədə göstərilən şəxslərin razılığı olmadan iş materiallarına əlavə edə və başqa şəxslərin onlarla tanış olmasına imkan yarada bilməz. Məhkəmənin şəxsi yazışma və teleqraf bilgisini açıqlamsı və araşdırmasından ötrü həmin yazışma və teleqrafın ünvanladığı şəxsin yazılı razılığı olmalıdır. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə 20,25 (iyirmi manat iyirmi beş qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumuna görə 20,25 (iyirmi manat iyirmi beş qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar