Məhkəmə qərarları › İş №2-2(1-8)-180/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-180/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-180/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh2 MMC-yə qarşı iddia və iddiaçı cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı MMC və cavabdeh1 MMC-yə qarşı iddia tələbinə dair birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair və iddiaçı cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı MMC və cavabdeh1 MMC-yə qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair birləşdirilmiş kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Borc verən İddiaçı MMC ilə borc alan cavabdeh2 MMC arasında 2023-cü il ## #### tarixli ** nömrəli və 2023-cü il ## ######## tarixli ** nömrəli borc müqavilələri bağlanmış, həmin müqavilələr əsasında borc verən tərəfindən borc alanın bank hesabına ümumilikdə 230.136 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. Birinci iş:

3. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 180.136 manat məbləğində pul vəsaitinin və 471 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, 2023-cü il ## #### tarixdə və 2023-cü il ## ######## tarixdə cavabdeh ilə iddiaçı arasında borc müqavilələri bağlanmışdır. Həmin borc müqavilələrinə əsasən iddiaçının hesabından cavabdehin hesabına 230.136 manat pul vəsaiti köçürülmüşdür. Borc verilən 230.136 manat pul vəsaitinin 50000 manatı cavabdeh tərəfindən iddiaçının hesabına geri qaytarılmışdır. Hal-hazırda cavabdehin direktoru qanuni nümayəndə2 yerdə qalan 180.136 manatın qaytarılmaması istiqamətində hərəkətlər (hərəkətsizlik) edir. O, açıq aşkar bildirir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Buna görə də tərəflər arasında bağlanmış 2023-cü il ## #### tarixli və 2023-cü il ## ######## tarixli borc müqavilələrinin ləğv edilməsi və həmin müqavilələrə görə iddiaçıya olan 180.136 manat borcun 2024-cü il ## ####### tarixinədək ödənilməsinə (verilməsinə) dair cavabdehə 2024-cü il ## ####### tarixli pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən pretenziya məktubuna cavab verilməmişdir. Cavabdeh iddiaçıya olan 180.136 manat məbləğində pul vəsaitini bu günə kimi qaytarmadığına görə tərəflər arasında dəfələrlə danışıqlar aparmışdır. Lakin cavabdeh tərəfindən qeyd edilən pul vəsaitinin ödənilməsindən imtina edilmişdir. Bu azmış kimi, cavabdeh şirkətin direktoru iddiaçı şirkətin direktoru barəsində hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş və həmin şikayət ərizəsində, guya, iddiaçının cavabdehə pul borcu olduğu göstərilmişdir. Bu halın özü bir daha onu təsdiq edir ki, cavabdeh iddiaçıya olan 180.136 manat məbləğində pul borcunu ödəməkdən imtina edir. 2023-cü il ## #### tarixli və 2023-cü il ## ######## tarixli borc müqavilələrinin 3.3-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə və yaxud da Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər.

5. Ikinci iş:

6. Cavabdeh iddiaçı və cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının hesabından 279.535 (140.000 + 56.756 + 23.000 + 59.779) manat məbləğində borcun və 620 manat məbləğində dövlət rüsumunun, həmçinin cavabdeh1 MMC-dən dəymiş maddi və mənəvi zərərə görə 50.000 manat məbləğində pul vəsaitinin cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, iddiaçının təsisçisi və direktoru qanuni nümayəndə3 əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad qəbul etməklə prokurora məlumat verilməsini xahiş etmişdir.

7. Cavabdehin iddiası onunla əsaslandırılmışdır ki, onun direktoru qanuni nümayəndə2 ilə iddiaçının direktoru qanuni nümayəndə3 uzun müddət yaxın münasibətdə olmuşlar və hər zaman qanuni nümayəndə2 qanuni nümayəndə3 kommersiya fəaliyyətində maddi köməklik göstərmişdir. Məhz bu münasibətdən suiistifdə edən qanuni nümayəndə3 ona yardım göstərmiş olan qanuni nümayəndə2 aldatmış və bu aldatma nəticəsində də, nəinki ona məxsus olan 180.136 manatın, hətta, ona olan ümumilikdə 279.535 manat pul vəsaitinin mənimsənilməsinə bu yolla cəhd göstərməklə, faktiki olaraq dələduzluq əməli törətmişdir. Belə ki, qanuni nümayəndə3 cavabdehə müraciət edərək iddiaçının hesablaşma hesabında faktiki olaraq pulunun olmasına baxmayaraq həmin pul vəsaitini hesabından nağd qaydada çıxara bilmədiyindən biznesində yaranmış problemlərin həllinin mümkünsüz olduğunu və bunun nəticəsində də ayrı-ayrı şəxslərə olan borclarını vaxtında qaytarmayacağı halda, ona qarşı hədələrin olduğunu bildirmiş, bu səbəbdən də, iddiaçının hesablaşma hesabından cavabdehin hesabına, “borc şəklində” pul vəsaitinin köçürülməsini, cavabdeh tərəfindən həmin məbləğin ona nağd şəkildə geri qaytarılmasını xahiş etmişdir. O bildirmişdir ki, bu cür əməliyyatın aparılması heç bir halda qanunsuz əməliyyat hesab edilə bilməz və onun tərəfindən əvvəllər də bu cür əməliyyatlar aparılmış, bank tərəfindən həmin əməliyyatların aparılmasına heç vaxt etiraz edilməmişdir. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi uzun müddət davam edən münasibətlərə xələl gətirilməməsi baxımından tərəflər arasında razılıq əldə olunmuş, beləliklə də, qanuni nümayəndə3 ssenarisi üzrə onun yuxarıda göstərdiyi sxemlə, iddiaçının hesablaşma hesabından cavabdehin hesabına ümumilikdə 230.136 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin pulun 50.000 manatı da o məqsədlə geri qaytarılmışdır ki, danışıqlar zamanı qanuni nümayəndə3 ona ümumilikdə 180.000 manat məbləğində nağd pulun lazım olduğu bildirilmişdir. Bu əməliyyatların başa çatmasından 2-3 gün sonra isə 180 min manat məbləğində nağd pul qanuni nümayəndə2 tərəfindən qanuni nümayəndə3 təqdim edilmişdir. Illik dövriyyəsi 100 milyon manatdan artıq olan, 2 il 6 aylıq müddət ərzində dövlət büdcəsinə tək bir vergiyə- ƏDV-yə görə dövlət büdcəsinə 10 milyon manatdan çox pul vəsaiti ödəyən cavabdeh necə ola bilərdi ki, ondan dəfələrlə zəif olan iddiaçıdan 1 il 6 ay müddətinə 180.000 manat məbləğində, özü də “faizsiz” borc götürsün. qanuni nümayəndə2 təsisçisi olduğu şirkətlərə, artıq ödəmələrə görə, dövlət büdcəsinin daimi borcu olmaqla, bu borc məbləğlərinin miqdarı 300.000-500.000 manat arası təşkil etmişdir. Onun iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, bu “borc” məbləğləri iddiaçının hesablaşma hesabından cavabdehin hesabına 2023-cü ilin ## ########, 13 sentyabr və 22 sentyabr tarixlərində köçürülmüşdür. Lakin qanuni nümayəndə2la qanuni nümayəndə3 birgə əlyazmalarından və həmin əlyazmaların altındakı qanuni nümayəndə3 imzasından müəyyən olunur ki, 2023-cü il ## ###### tarixə qanuni nümayəndə3 qanuni nümayəndə2 258320 manat məbləğində borcu olmuşdur. O, bu borcu 2023-cü il # ### tarixədək ödəməyi bir öhdəlik kimi üzərinə götürsə də, həmin tarixə borcunun miqdarı 200.000 manat təşkil etmiş və həmin məbləğdən 2023-cü il ## ######## tarixədək cəmi 60 min manat borcunu qanuni nümayəndə2 qaytarmışdır. 2023-cü il ## ######## tarixə qanuni nümayəndə3 qanuni nümayəndə2 olan borcunun miqdarı ümumilikdə 140 min manat təşkil etməklə, bu günə kimi də ödənilməmişdir. Yuxarıda qeyd olunanlardan əlavə qanuni nümayəndə3 qanuni nümayəndə2 2023-cü ilin mart apel aylarında borc kimi aldığı pulu geri qaytara bilmədiyindən, özünün mülkiyyətində olan 0,03 ha torpaq sahəsini qanuni nümayəndə2 adına rəsmiləşdirilməsinə söz vermiş, bunu etmədiyindən, həmin torpaq sahəsinin bütün hüquqverici sənədləri bu günədək qanuni nümayəndə2 saxlanılır. Bununla yanaşı, 2024-cü ilin iyul ayında qanuni nümayəndə3 qanuni nümayəndə2 müraciət edərək 2 maşın yükünün gömrükdən keçirilməsi üçün 56.756 manat məbləğində borc pul istəmiş və bu məbləğin 28.378 manatı, cavabdehin biznes kartından 2024-cü il # #### tarixində iddiaçının VÖEN hesabına köçürülmüş, 2-ci maşın üçün 28.378 manatı isə, həmin gün şahidlərin yanında ona nağd şəkildə verilmişdir. Bundan başqa, 2023-cü il ## ###### tarixli elektron qaimə-fakturaya görə, cavabdeh tərəfindən iddiaçıya 59.778,80 manat məbləğində ayrı-ayrı çeşiddə olan mal-material dəyərliləri göndərilsə də, həmin malların da dəyəri bu günə kimi ödənilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının cavabdehə olan borcunun miqdarı ümumilikdə 279.535 manat təşkil etmişdir. Həmçinin cavabdeh1 MMC ilə iş üzrə iddiaçı arasında yaranmış və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsindən məlum olmuşdur ki, cavabdeh1 MMC ilə iş üzrə iddiaçı arasında olan alqı-satqı müqaviləsinə əsasən 103.107,93 manat məbləğində pulun tutulması barədə məhkəmə qətnaməsinin çıxarılması xahiş edilmişdir. Eyni zamanda, o da məlum olmuşdur ki, işin məhkəməyə verilməsindən əvvəl, eynən cavabdeh ilə olduğu kimi, “borc müqaviləsi əsasında” iddiaçı tərəfindən cavabdeh1 MMC-nin bank hesabına, təyinatı üzrə borc kimi pul vəsaiti ödənilsə də, hər iki halda, həmin pul vəsaiti, iddiaçının hesablaşma hesabına geri qaytarılmış və aparılan araşdırmalardan məlum olmuşdur ki, bu əməliyyat da o məqsədlə həyata keçirilmişdir ki, cavabdeh1 MMC-yə mövcud olan borcları ilə əvəzləşdirə bilsinlər. Işin bu halı, yəni, təyinatı üzrə borc kimi ödənilən pulu geri qaytarmaqla, pulun ödəniş təyinatında düzəlişin edilməsinin tələb edilməsi belə nəticəyə gəlinməsinə əsas vermişdir ki, cavabdeh1 MMC iddiaçının bu cür dələduzluq fəaliyyətindən əvvəlcədən xəbərdar imiş. Hərçənd ki, tərəflər “borc müqaviləsi” əməliyyatının aparılması ilə qanuni nümayəndə3 köməkliyin göstərilməsinə, şəxsən cavabdeh1 MMC-nin təsisçisi və direktorunun tövsiyəsi və xahişinə əsasən razılıq verilmişdir. cavabdeh1 MMC-nin direktoru cavabdehin bu barədə 2024-cü il ## ###### tarixli müraciətinə cavab olaraq iddiaçının bu cür əməllərindən sonradan xəbərdar olduqlarını bildirmiş və bunun nəzərə alınması xahiş etmişdir. Eyni zamanda 2024-cü il ## ######## tarixində tərtib edilmiş protokolla Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin icraaatındakı və Sumqayıt şəhərində fəaliyyət göstərən ”xxxx” MMC-yə qarşı olan ********* nömrəli cinayət işi ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin qərarı əsasında cavabdehin ofisində aparılan axtarış zamanı Cəmiyyətin fəaliyyətinə aid olan və olmayan bütün sənədlər və əşyalar götürülmüşdür.

8. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-2-2(119) ***/**** nömrəli qərardadı ilə hər iki iddia tələbi bir icraatda birləşdirilmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, cavabdehin bizneshesab9.kartından 2024-cü il # #### tarixində iddiaçının VÖEN hesabına (qaimədəki) 28.378 manat vəsait köçürülmüşdür. Bunu təsdiq edəcək arayış mövcuddur. Bundan əlavə EBDV seriyalı, ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaiməfakturaya görə, cavabdeh iddiaçıya minik avtomobilləri üçün 59.778,80 manat dəyərində təkər göndərmişdir. Elektron qaimə fakturaya əsasən göndərilən mallar iddiaçı tərəfindən qəbul edilmişdir. Bu halı təsdiq edən yetərli sübutlar mövcuddur. Bundan başqa 2023-cü ilin dekabr ayının 18-21 tarixləri arasında olan müddətdə cavabdehin direktoru qanuni nümayəndə2 tərəfindən iddiaçının direktoru qanuni nümayəndə3 xahişinə əsasən sonuncuya 90.000 manat məbləğində nağd pul vəsaiti Sumqayıt şəhəri ərazisində yerləşən cavabdehin ofisində şahidlərin iştirakı ilə verilmişdir. Bu halı təsdiq edəcək şahidlər vardır. Göründüyü kimi, iddiaçının direktoru ilə şəxsi münasibətlər nəzərə alınmaqla onun xahişinə əsasən pul nağd olaraq ona verilmişdir. Lakin iddiaçının direktoru qanuni nümayəndə3 həmin razılaşmaya əsasən ona nağd ödənilən pulu, münasibətlər soyuduğu müddətdə fürsətə çevirərək rəsmi şəkildə tələb etməyə başlamışdır. Münasibətlərin soyuduğu dedikdə, hər iki cəmiyyətin direktorları arasında baş vermiş mübahisəli vəziyyət bu nəticəyə gətirib çıxarmışdır. Burada xüsusilə vurğulanmalıdır ki, münasibətlərin normal olduğu bütün dövrdə qanuni nümayəndə3 borclu olaraq qanuni nümayəndə2 borcunu hissə-hissə ödəmişdir. Bu halı təsdiq edəcək sübut mövcuddur.

10. Iddiaçı cavabdehin iddia tələbinə qarşı etirazında bildirmişdir ki, cavabdehin direktoru qanuni nümayəndə2 ilə iddiaçının direktoru qanuni nümayəndə3 yaxın münasibətdə olsalar da, qanuni nümayəndə2 qanuni nümayəndə3 heç vaxt kommersiya və ya digər fəaliyyətində hər hansı köməklik etməmişdir. Əksinə qanuni nümayəndə3 həmişə qanuni nümayəndə2 kommersiya fəaliyyətində köməklik etmişdir. Bunun sübutu olaraq iddiaçının iddia ərizəsinin əsasını təşkil edən borc müqavilələri göstərilə bilər. qanuni nümayəndə2 qanuni nümayəndə3 ona olan etibarından sui-istifadə edərək, onu aldatmış və nəticədə 2023-cü il ## #### tarixli və 2023-cü il ## ######## tarixli borc müqavilələrini bağlamağa nail olmaqla sonuncuya məxsus küllü miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Iddiaçının hesablaşma hesabından heç vaxt nağdlaşdırmaq məqsədi ilə cavabdehin hesabına pul vəsaiti köçürməmişdir. 2023-cü il ## #### tarixli və 2023-cü il ## ######## tarixli borc müqavilələrinə görə iddiaçının hesablaşma hesabından cavabdehin hesabına 230.136 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin borc müqavilələrinə əsasən verilmiş 230.136 manat pul vəsaitinin 50.000 manatı 2024-cü il ## ###### tarixində cavabdeh tərəfindən qaytarılsa da, yerdə qalan 180.136 manat pul vəsaiti iddiaçıya qaytarılmamışdır. Cavabdeh qeyd etmişdir ki, qanuni nümayəndə2 və qanuni nümayəndə3 birgə əlyazmalarından və həmin əlyazmaların altındakı qanuni nümayəndə3 imzasından müəyyən olunur ki, 2024-cü il ## ###### tarixə qanuni nümayəndə3 qanuni nümayəndə2 258.320 manat məbləğində borcu olmuş, bu borcu 2023-cü il # ### tarixədək ödəməyi bir öhdəlik kimi üzərinə götürsə də, həmin tarixə borcunun miqdarı 200.000 manat təşkil etmiş və həmin məbləğdən 2023-cü il ## ######## tarixədək cəmi 60 min manat borcunu qanuni nümayəndə2 qaytarsa da, 2023-cü il ## ######## tarixə qanuni nümayəndə3 qanuni nümayəndə2 olan borcunun miqdarı ümumilikdə 140.000 manat təşkil etməklə, bu günə kimi də ödənilməmişdir. Lakin həmin halla bağlı qeyd edilənlər yalandır. Belə ki, qanuni nümayəndə2 və qanuni nümayəndə3 birgə biznes fəaliyyəti ilə məşğul olmuş, onlar tərəfindən Azərbaycan Respublikasına təkər idxal edilmişdir. Onlar həmin biznes üzrə ödəmələrini öz əlyazmaları ilə dəftərə yazmışlar. Bu hal 2022-ci il # ###### tarixdən başlamışdır. Hər dəfə pul vəsaiti qaytarılarkən həmin dəftərdəki əlyazmaların üzərindən xətt çəkilmişdir. Qeyd dəftərində olan pul vəsaitləri qanuni nümayəndə2 qaytarılmışdır. Həmin biznes fəaliyyəti ilə bağlı qanuni nümayəndə3 qanuni nümayəndə2 heç bir borcu qalmamışdır. qanuni nümayəndə3 qanuni nümayəndə2 heç vaxt borc pul vəsaiti almamış, nəyinsə müqabilində özünün mülkiyyətində olan 0,03 ha torpaq sahəsini qanuni nümayəndə2 adına rəsmiləşdirməyə söz verməmişdir. Bununla bağlı cavabdehin iddia ərizəsində qeyd edilənlər əsassızdır. 2024-cü ilin iyul ayında 2 maşın yükünün gömrükdən keçirilməsi üçün qanuni nümayəndə3 tərəfindən qanuni nümayəndə2 borc pul istənilməsi ilə bağlı müraciət olunmamışdır. Belə ki, qanuni nümayəndə2 qanuni nümayəndə3 barəsində Sumqayıt Şəhər Prokurorluğuna etdiyi şikayət ərizəsi əsasında Sumqayıt ŞPI-nin 4-cü 4-cü PB-də onun özünün də izahatı alınmışdır. O, həmin izahatında qeyd etmişdir ki, 2023-cü ilin təxminən mart-aprel aylarında qanuni nümayəndə3 ondan, guya, 23.000 manat borc pul almışdır. 2023-cü ilin sentyabr ayında qanuni nümayəndə3 ona borcunu qaytara bilməməsini, həmin borcun qarşılığında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha sahəsini verə biləcəyini bildirmişdir. Lakin qanuni nümayəndə3 qeyd edilən torpaq sahəsini onun adına rəsmiləşdirməmişdir. Bundan başqa qanuni nümayəndə3, guya, ona qarşı yaranmış etibardan istifadə edərək xarici ölkədən Azərbaycan Respublikasına avtomobil təkərləri gətirdiyini, gömrükdən həmin məhsulları keçirmək üçün 29.000 manat pul lazım olduğunu bildirmiş, 2024-cü il # #### tarixində qanuni nümayəndə2 Sumqayıt şəhəri, 5-ci mkr ərazisində yerləşən ofisində qanuni nümayəndə3, guya, 28.378 manat borc pul vermişdir. Bundan sonrakı dövrlərdə qanuni nümayəndə3, guya, vəd verdiyi torpaq sahəsini qanuni nümayəndə2 verməmiş və gömrük sənədləşməsi üçün, guya, aldığı vəsaiti geri qaytarmaqdan imtina etmişdir. qanuni nümayəndə2 izahatı alınarkən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 2023-cü ilin sentyabr ayında qanuni nümayəndə3 23.900 manat pulu ünvan 1 ünvanında yaşadığı evin həyətində, ##.##.2024-cü il tarixdə isə 28378 manat pulu Sumqayıt şəhəri, 5-ci mkr ərazisində cavabdehin ofisində vermişdir. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona ümumilikdə 52278 manat maddi ziyan dəymişdir. Göründüyü kimi qanuni nümayəndə2 Sumqayıt şəhər Polis Idarəsinin 4-cü PB-də verdiyi izahatla, iddia ərizəsində qeyd edilənlər arasında əhəmiyyətli zidiyyətlər mövcuddur. Cavabdehin iddia ərizəsinə əlavə edilmiş 2023-cü il ## ###### tarixli qaimə-faktura isə saxtadır. Çünki tərəflər arasında 2023-cü il ## ###### tarixli alqısatqı müqaviləsi bağlanmamış, razılaşma protokolu və təhvil-təslim aktları tərtib olunmamışdır. Buna görə də, həmin sənəd sübut kimi nəzərə alına bilməz. Cavabdehin iddia ərizəsinə əlavə edilmiş elektron qaimə-fakturanın doldurulmasına əsas olmuş sənədlər mövcud deyil. Olsa da, həmin sənədlər birtərəfli qaydada tərtib olunduğuna görə saxtadır. Bundan başqa cavabdehin ərizəsində cavabdeh1 MMC ilə bağlı məlumatlar verilmiş və həmin MMC-yə aid sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin cavabdeh1 MMC-nin hazırkı işə heç bir aidiyyəti yoxdur və buna görə də, həmin MMC ilə bağlı məhkəməyə verilmiş məlumatlar və təqdim edilmiş sənədlər nəzərə alına bilməz.

11. cavabdeh1 MMC cavabdeh tərəfindən verilmiş iddia tələbinə qarşı etirazında bildirilmişdir ki, cavabdeh1 MMC tərəfindən cavabdehin 2024-cü il ## ###### tarixli müraciətinə cavab olaraq bildirildiyi kimi, iddiaçının bu cür dələduzluq əməllərindən “xxxx” MMC nin sonradan xəbəri olmuşdur. Həmçinin bildirmək lazımdır ki, cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanmış 2023-cü il ## ###### tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə müqaviləyə əsasən iddiaçının cavabdeh1 MMC-nin xeyrinə 103.107,93 manat məbləğində əsas borcu vardır. cavabdeh1 MMC də cavabdeh kimi iddiaçının öz müqavilə öhdəlikləri bu və ya digər üsul və vasitələrdən istifadə etməklə icra etməməsin səbəbindən zərərçəkən, maddi ziyana və reputasiya sarsıntısına məruz qalan tərəfdir. Iddiaçının bu cür “dələduzluq əməllərindən”, habelə qanuna zidd davranışlarından cavabdeh1 MMC əvvəlcədən xəbərdar olsa idi, həmin şirkətlə müqavilə münasibətlərinə daxil olmazdı. Həmçinin cavabdeh iddiasında vurğulamışdır ki, iddiaçı ilə aralarındakı “borc müqaviləsi” əməliyyatının aparılması ilə qanuni nümayəndə3 köməkliyin göstərilməsinə şəxsən cavabdeh1 MMC-nin təsisçisinin və direktorunun tövsiyəsi və xahişinə əsasən razılıq verilmişdir. Cavabdeh ilə iddiaçı arasında bu və digər şəkildə qarşılıqlı əməkdaşlıq çərçivəsində münasibətlər yaranmış olsa da, hazırkı iş üzrə cavabdeh kimi cəlb edilmiş cavabdeh1 MMC-nin fəaliyyəti ərzində adıçəkilən tərəflərlə işgüzar münasibətlər yalnız mal təqdim edilməsi dairəsində olmuşdur.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 180.136 manat məbləğində borc və 470,14 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 180.606,14 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulması, cavabdehin iddiaçıya və cavabdeh1 MMC-yə qarşı iddia tələbinin təmin olunmaması qət edilmişdir (hakim – İ.Əliyev).

13. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2023-cü il ## #### tarixli, ** nömrəli və 2023-cü il ## ######## tarixli, ** nömrəli borc müqavilələri bağlanmış, həmin müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə bank köçürmə yolu ilə ümümilikdə 230.136 manat məbləğində borc verilmişdir. Cavabdeh həmin borcdan 50.000 manatını iddiaçıya ödəsə də, borcun qalan hissəsini borcverənə qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və təmsilçisi qanuni nümayəndə2 iddia tələbini qəbul etməyərək qanuni nümayəndə3 qanuni nümayəndə2la olan dostluq münasibətlərindən istifadə edərək ona lazım olan 180.000 manat məbləğində pul vəsaitini nağdlaşdırmaq məsqədi ilə borc müqaviləsi bağlamağı təklif etdiyini, iddiaçının hesabından cavabdehin hesabına köçürülmüş 230.136 manat məbləğində pul vəsaitinin 50.000 manatının köçürmə yolu ilə iddiaçının hesabına, 180.000 manatının isə nağd qaydada qanuni nümayəndə2 tərəfindən qanuni nümayəndə3 şəxsən qaytarıldığını bildirsələr də, 180.000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslərin ifadələri də 180.000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasının təsdiqi kimi qiymətləndiril bilməz. Çünki, həmin şəxslərin qanuni nümayəndə3 ona lazım olan pul vəsaitini nağdlaşdırmaq məqsədi ilə qanuni nümayəndə2 müraciət etməsi və borc müqavilələri bağlandıqdan sonra cavabdehin hesabına köçürülmüş 180.000 manat məbləğində pul vəsaitinin qanuni nümayəndə2 tərəfindən qanuni nümayəndə3 qaytarılması barədə ifadələrində ziddiyyətli məqamlar ortaya çıxmışdır. Belə ki, qanuni nümayəndə2 məhkəmə iclasında həmin pul vəsaitini birdəfəyə qanuni nümayəndə3 təqdim etdiyini bildirmişdir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində qanuni nümayəndə2 180.000 manat məbləğində pul vəsaitini onun özünün, X3, qanuni nümayəndə1 və şahid1 yanında qaytardığını, şahid1 ifadəsində 180.000 manat məbləğində pul vəsaitinin iddiaçıya hissə-hissə qaytarıldığını, X3 isə ifadəsində 180.000 manat məbləğində pul vəsaitininin qanuni nümayəndə2 tərəfindən qanuni nümayəndə3 qaytarıldığını, lakin pulun qaytarılmasını görmədiyini bildirmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının 180.136 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir.

16. Məhkəmə cavabdehin iddiaçıya qarşı 279.535 manat məbləğində borcun tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, həmin tələb bir neçə hissədən ibarətdir: təkər idxalı ilə bağlı yaranmış 140.000 manat borc; iddiaçının yük konteynerlərinin gömrük rüsumlarının ödənilməsi üçün verilmiş 56.756 manat borc; torpaq satmaq vədi ilə alınmış 23.000 manat məbləğində pul vəsaiti və cavabdeh tərəfindən iddiaçıya malların verilməsi ilə bağlı yaranmış 59.779 manat məbləğində borc.

17. Məhkəmə tələbin iddiaçıdan 140.000 manat məbləğində borcun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, qanuni nümayəndə3 ilə qanuni nümayəndə2 arasında təkər idxalı ilə bağlı ödəniş və borcları özündə əks etdirən əlyazmalarda qanuni nümayəndə3 2023-cü il ## ######## tarixə olan 140.000 manat məbləğində borcunun bağlandığı qeydi aparılmış, eyni zamanda məhkəmə iclasında qanuni nümayəndə2 həmin borcun bağlandığını etiraf etmişdir.

18. Cavabdeh iddiaçıya məxsus 2 ədəd yük konteynerinin hər biri üçün 28.378 manat məbləğində gömrük rüsumu olaraq ödənilmiş ümumilikdə 56.756 manat məbləğində borcun iddiaçıdan tutulmasını xahiş etsə də, məhkəməyə həmin tələbi təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir.

19. Həmçinin, cavabdeh iddia ərizəsində iddiaçıdan 23.000 manat mbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Həmin tələb 2023-cü ilin sentyabr ayında qanuni nümayəndə3 Abşeron rayonu ərazisində onun adına olan torpaq sahəsini qanuni nümayəndə2 satmaq adı ilə sonuncudan 23.900 manat nağd pul alması, lakin sonradan torpağa dair sənədləşməni etmədiyi və aldığı pulu geri qaytarmadığı ilə əsaslandırılsa da, iddia tələbinin həmin hissəsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

20. Bundan əlavə cavabdeh tərəfindən iddia ərizəsində malların göndərilməsi ilə bağlı yaranmış 59.779 manat məbləğində borcun iddiaçıdan tutulması xahiş olunmuş, bununla bağlı məhkəməyə yalnız 2023-cü il ## ###### tarixli EBDV seriyalı, ****** nömrəli elektron qaimə təqdim edilmişdir. Lakin həmin malların iddiaçı tərəfindən alınmasına dair məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Buna görə də məhkəmə hesb etmişdir ki, iddia tələbi həmin hissədə də təmin olunmamalıdır.

21. Məhkəmə iş üzrə cavabdehin birləşdirilmiş iş üzrə cavabdeh cavabdeh1 MMCdən dəymiş maddi və mənəvi zərərə görə 50.000 manat məbləğində pul vəsaitinin tutulması tələbinə münasibətdə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı əsaslılığı müəyyən olunmadığından iddia tələbi həmin hissədə də təmin olunmamalıdır.

22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 427.3, 442, 739.1, 739.2, 739.3, 739.4, 742.1 və 742.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 106.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

23. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, cavabdehin iddiaçıya qarşı iddia tələbinin təmin olunması, ilk iddia tələbin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – İ.Dəmirov və R.Xəlilov).

25. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu mübahisələndirməyən cavabdeh müvafiq dəlillər irəli sürməklə ödənilməli olan məbləğin qarşı tərəfə ödənilməsini və həmçinin tərəflər arasında olan inam və etimaddan irəli gələn münasibət və razılaşmalardan yaranan qarşılıqlı öhdəliklərinin olmasını mübahisələndirmişdir. Bununla belə cavabdeh öz etiraz və dəlillərinin əsasını təşkil edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı məhkəməyə təqdim etməmişdir

26. Iddiaçı iddia tələbində göstərilən borc müqavilələri üzrə 180.136 manat pul məbləğinin cavabdeh tərəfindən ödənilmədiyini, pul vəsaitinin qaytarmadığına görə tərəflər arasında dəfələrlə danışıqlar aparıldığını, lakin cavabdeh tərəfindən qeyd edilən pul vəsaitinin ödənilməsindən imtina edildiyini, cavabdeh şirkətin direktorunun iddiaçı şirkətin direktoru barəsində hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək guya, iddiaçının cavabdehə pul borcu olduğu göstərdiyi kimi hallara istinad etməkə birtərəfli qaydada borc müqavilələrindən imtina etməklə 180.136 manat məbləğində pul borcunu cavabdehdən tələb etmiş, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) cavabdehin qanuni təmsilçisi isə 180.136 manatın nağd şəkildə iddiaçının qanuni təmsilçisi qanuni nümayəndə3 ödənildiyini, aralarında olan səmimi münasibətlərdən istifadə edərək qanuni nümayəndə3 cavabdehinqanuni təmsilçisi qanuni nümayəndə2 maddi yardım kimi daima borc pul istəməsini və nəticədə 279535 manat pul vəsaitini mənimsədiyini bildirmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlili olaraq cavabdehin tərəflərin arasında olan səmimi dostluq münasibətlərindən istifadə edərək qanuni nümayəndə3 ona lazım olan 180.000 manat məbləğində pul vəsaitini nağdlaşdırmaq məsqədi ilə borc müqaviləsi bağlamağı təklif etdiyini, iddiaçının hesabından cavabdehin hesabına köçürülmüş 230.136 manat məbləğində pul vəsaitinin 50.000 manatının köçürmə yolu ilə iddiaçının hesabına, 180.000 manatın isə nağd qaydada qanuni nümayəndə2 tərəfindən qanuni nümayəndə3 şəxsən qaytarıldığını bildirsə də, 180.000 manat məbləğində pul vəsaitinin qaytarılmasına dair birinci instansiya məhkəməsində və ya apellyasiya icraatında məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şahidlərin verdiyi ifadələr ilə bağlı mövqeyini də əsaslı hesab etmişdir. Odur ki, şahidlər verdikləri ifadələrdə 180.000 manat məbləğində pulun qanuni nümayəndə3 verilməsi ilə bağlı konkret fikirlər səsləndirməmişlər.

28. Iş materiallarına əlavə edilmiş yazılı sübutlar, tərəflərin qanuni təmsilçiləri qanuni nümayəndə2 və qanuni nümayəndə3 polis bölməsində verdiyi izahatlar, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 2025-ci il # #### tarixli qərarı, həmçinin şahidlərin birinci instansiya məhkəməsində verdiyi ifadələrə əsasən iddiaçının iddia ərizəsi üzrə tələb olunan 180.136 manatdan 50.000 manatın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, borcun qalan hissəsinin isə geri qaytarılmamaqla öhdəliyin icra edilməməsi müəyyən edilmişdir.

29. Iddiaçının təmsilçisi qanuni nümayəndə3 ilə cavabdehin təmsilçisi qanuni nümayəndə2 arasında təkər idxalı ilə bağlı ödəniş və borcları özündə əks etdirən əlyazmalardan, həmçinin tərəflərin məhkəmə iclasında verdiyi izahatlara görə, qanuni nümayəndə3 2023-cü il ## ######## tarixə olan 140.000 manat məbləğində borcunun bağlandığı barədə qeyd aparılmışdır.

30. Məhkəmə apellyasiya şikayətinin digər dəlilləri olan, yəni cavabdeh tərəfindən iddiaçıya məxsus 2 ədəd yük konteynerinin hər biri üçün 28.378 manat məbləğində gömrük rüsumu olaraq ödənilmiş ümumilikdə 56.756 manat məbləğində borcun iddiaçıdan tutulması, həmçinin 2023-cü ilin sentyabr ayında qanuni nümayəndə3 Abşeron rayonu ərazisində onun adına olan torpaq sahəsini qanuni nümayəndə2 satmaq adı ilə sonuncudan 23.900 manat nağd pul alması, lakin sonradan torpağa dair sənədləşməni etmədiyi və aldığı pulu geri qaytarmadığı ilə əsaslandırmaqla həmin məbləğdə pulun qanuni nümayəndə3 tutulması, həmçinin malların göndərilməsi ilə bağlı yaranmış 59.779 manat məbləğində borcun iddiaçıdan tutulması və bundan başqa iddiaçı və birləşdirilimiş iş üzrə cavabdeh cavabdeh1 MMC-dən maddi və mənəvi zərərə görə 50.000 manat məbləğində pulun cavabdehin xeyrinə ödənilməsi ilə bağlı iddia tələblərinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən yuxarıda qeyd olunan tələblərinin əsaslılığını təsdiq edən sübutları- müqavilə, qaimə-faktura və ya hesabdan çıxarış və sair mötəbər sübutları birinci instansiya məhkəməsinə və MPM-in 372.2-ci maddəsinin tələblərinə uyğun şəkildə apellyasiya baxışı zamanı təqdim etməmişdir.

31. Belə ki, cavabdehin nümayəndəsi vəkil nümayəndə3 2024-cü il ## ###### tarixdə birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazda cavabdehin bizneshesab kartından 2024-cü il # #### tarixdə ərizəçi iddiaçının VÖEN hesabına (qaimədəki) 28.378 manat vəsait köçürüldüyünü, bunu təsdiq edəcək arayışın mövcud olduğunu qeyd etsə də, dəfələrlə məhkəmə iclaslarında iştirak etmələrinə baxmayaraq müvafiq sübut nə nümayəndə3, nə də cavabdehindigər nümayəndəsi, yaxud da qanuni təmsilçisi qanuni nümayəndə2 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya baxışı zamanı qeyd edilən hala dair təqdim edilmiş sübutları və verilmiş vəsatəti MPM-in 373.2-ci maddəsinin tələblərinə əsasən qəbul etməmişdir.

32. Məhkəmə apellyasiya baxışı zamanı təqdim edilmiş sübutları və verilmiş vəsatəti MPM-in 3732.2-ci maddəsinin tələblərinə əsasən qəbul etməyərək bildirmişdir ki, cavabdehin nümayəndəsi vəkil nümayəndə3 2024 cü il 18 noyabr tarixində birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazda cavabdehin biznes-hesab kartından 2024-cü il # #### tarixində iddiaçının VÖEN hesabına (qaimədəki) 28.378 manat vəsait köçürüldüyünü, bunu təsdiq edəcək arayışın mövcud olduğunu qeyd etsə də, dəfələrlə məhkəmə iclaslarında iştirak etmələrinə baxmayaraq müvafiq sübut nə nümayəndə3, nə də cavabdehin digər nümayəndəsi, yaxud da qanuni təmsilçisi qanuni nümayəndə2 tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.

33. Məhkəmə EBDV seriyalı, ****** nömrəli, 2023-cü il ## ###### tarixli elektron qaimə faktura əsasında cavabdeh tərəfindən iddiaçıya minik avtomobilləri üçün 59.778,80 manat dəyərində təkər göndərilməsi halına münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi həmin hala düzgün hüquqi qiymət vermişdir. Belə ki, iddiaçının direktoru qanuni nümayəndə3 ilə cavabdehin direktoru qanuni nümayəndə2 arasında təkər idxalı ilə bağlı münasibətlərin mövcudluğu buna dair təqdim edilmiş əlyazmalarla istisna olunmasa da, tərəflər arasında bu sahədə qarşılıqlı fəaliyyətə dair hər-hansı müqavilə və 2023-cü il ## ###### tarixli ****** nömrəli elektron qaiməfakturadan başqa digər elektron qaimə-faktura tərtib olunmamış, iddiaçı həmin təkərləri qəbul etmədiyini bildirmiş, qeyd edilən təkərlərin iddiaçıya təhvil verilməsi sübuta yetirilməmişdir.

34. Məhkəmə cavabdehin iddia tələbinin 2023-cü ilin sentyabr ayında qanuni nümayəndə3 Abşeron rayonu ərazisində onun adına olan torpaq sahəsini qanuni nümayəndə2 satmaq adı ilə sonuncudan 23.900 manat nağd pul almasına dair hissəsi ilə bağlı olaraq əlavə etməyi zəruri hesab etmişdir ki, qeyd edilən tələb hazırkı iş üzrə tərəflər olan iddiaçı ilə cavabdehin kommersiya fəaliyyəti ilə bağlı olmasa da, cavabdeh tərəfindən həmin tələb də digər tələblərlə birləşdirilməklə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Bununla əlaqədar qeyd edilmişdir ki, MPM-in 30cu maddəsi yalnız bir-biri ilə əlaqədar olan bir neçə tələb birləşdirərkən, onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduqda tələblərə kommersiya məhkəməsində baxılmalı olmasını nəzərdə tutur. Bununla belə, qeyd edilən tələbin irəli sürülməsinə cavabdehin subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsinin həmin tələbin təmin olunmamasına dair gəldiyi nəticə də mahiyyət etibarı ilə düzgün olmuşdur.

35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 390.1, 425.1, 427.3, 442, 447.1, 447.2, 447.2.1 və 447.2.3-cü maddələrinə, MM-in (“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya) 739.1, 739.2, 740.1, 740.2, 742.1, 742.2, 743 və 745ci maddələrinə, MPM-in 14.2, 30, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

36. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onu ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

37. MM-in 324.5, 404-cü maddələri üzrə - iddiaçının direktoru qanuni nümayəndə3 2024-cü il # #### tarixindən əvvəl xarici ölkədən Azərbaycan Respublikasına gətirdiyi avtomobil təkərlərinin gömrük ödənişlərini etməkdə kömək etməsinə dair qanuni nümayəndə2 müraciət etmiş, hər konteynerə görə təxminən 28.000 manat pul lazım olduğunu, ona kömək etdiyi halda malları çıxarıb satdıqdan sonra borcunu verəcəyini də bildirmişdir. 2024-cü il # #### tarixdə səhər saat 10 radələrində cavabdehin Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən ofisində cəmiyyətin biznes hesab kartından iddiaçının VÖEN hesabına 28.378 manat vəsait köçürülmüş, bunu təsdiq edəcək arayış iş materiallarına əlavə olunmuşdur. Ikinci konteynerin gömrük ödənişini, yəni eyni məbləği qanuni nümayəndə2 nağd olaraq düzəldib qanuni nümayəndə3 vermiş, sonuncu həmin vəsaiti bir neçə günə qaytaracağına dair vəd vermişdir. Məhkəmə iş üzrə yekun nəticəyə gələrkən şahidlər X3 və şahid2 ifadələrində göstərdiyi mühüm xüsusatlara lazımi əhəmiyyət verməmişdir, belə ki, hər iki şahid borc müqaviləsinin bağlanma səbəbi ilə maraqlandıqda qanuni nümayəndə2 onlara deməsindən məlum olmuşdur ki, qanuni nümayəndə3 təcili nağd pula ehtiyacı vardır, bundan əlavə qanuni nümayəndə3 borc müqaviləsinin tərtib olunması üçün onları özü tələsdirmişdir. Odur ki, borc müqavilələrinin bağlanmasında daha çox qanuni nümayəndə3 maraqlı olmuşdur, məhz o, şahidlərə bu xarakterli müraciətlər etmişdir. Göründüyü kimi, məhkəmə işin faktiki halları ilə bağlı əhəmiyyətli halları diqqətdən qaçırmış, borc müqavilələrinin bağlanmasını tələsərək tələb edən qanuni nümayəndə3 nağd pula ehtiyacının olduğu ehtimalını araşdırmamış, mübahisəli hallara bəsit yanaşma nümayiş etdirərək «müqavilə var» qənaətindən çıxış etmişdir. 2023-cü il ## ###### tarixli elektron qaimə-fakturaya görə, cavabdeh tərəfindən iddiaçının ünvanına 59.778,80 manat məbləğində ayrı-ayrı çeşiddə olan mal-material dəyərliləri göndərilsə də, həmin malların dəyəri hazırkı müddətədək ödənilməmişdir. Sözügedən elektron qaimə-faktura iş materiallarına əlavə olunmuşdur.

38. MPM-in 14.2-ci maddəsi üzrə - apellyasiya məhkəməsində yazılı vəsatət verilərək iddia tələbində (qarşılıqlı iddiada) göstərilən 56.756 manat borc məbləğinin yarısını təşkil edən 28.378 manat məbləğin 2024-cü il # #### tarixdə iddiaçı adından Dövlət Gömrük Komitəsinə ödənilməsinə dair qəbz-çıxarışın tədqiq edilməsi (iş materiallarında olan) və 26.378 manat məbləğin həmin tarixdə Dövlət Gömrük Komitəsinə ödənilməsinə dair qəbz-çıxarışın əldə olunması üçün Dövlət Gömrük Komitəsinə sorğu verilməsi xahiş olunmuşdur. Məhkəmə təqdim olunan qəbz-çıxarışı qəbul edib iş materiallarına əlavə etsə də, ikinci qəbz-çıxarışın əldə olunması üçün sorğu verilməsindən imtina etmişdir.

39. MPM-in 19-cu maddəsi üzrə - məhkəmə tərkibində olan hakim Ilqar Dəmirov ilə iddiaçının direktoru qanuni nümayəndə3 arasında tanışlıq və şəxsi münasibətlər olmasına dair məlumat olduğundan, 2025-ci il ## ###### tarixli yazılı etiraz ilə məhkəməyə müraciət edilmişdir. X1 və qanuni nümayəndə1 ərizələri məhkəmə tərəfindən nəzərə alınmamış, hakimə edilən əsaslı etiraz təmin edilməmişdir.

40. MPM-in 88-ci maddəsi üzrə - cavabdeh tərəfindən məhkəməyə məlumat verilmişdir ki, sözügedən qəbz-çıxarış nümunəsi birinci instansiya məhkəməsinə elektron qaydada təqdim edilməsinə baxmayaraq, yekun qətnamə qəbul edən məhkəmə həmin sənəd nümunəsindən ümumiyyətlə bəhs etməmiş, onu nəzərə almamışdır. Belə olduğu halda, həmin sənəd nümunələri (köçürülən vəsaitə görə respublikaya malların idxal olunmasını təsdiq edən gömrük bəyannamələri) tərəfimizdən çətinliklə də olsa əldə olunaraq məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən qəbul edilməmişdir.

41. MPM-in 217.3 və 217.4-cü maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, cavabdeh tərəfindən təqdim olunan sübutların və dəlillərin tədqiqindən əsassız olaraq imtina etmiş, araşdırmanın tam aparılmasını təmin etməyərək qərəzlilik göstərmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, kassatorun vəsatətlərə münasibət bildirilməməsi barədə dəlili əsassızdır. Belə ki, xətşünaslıq ekspertizasına dair vəsatət ayrıca qərardadla həll edilmiş, digər vəsatətlərə isə məhkəmə iclaslarında münasibət bildirilmişdir. Müvəqqəti təminat tədbirinin tətbiqindən imtina olunması barədə qərardad da qanuni olmuş, həmin qərardaddan verilmiş şikayətlər təmin edilməmişdir. Cavabdehin nümayəndəsi Əliabbas Rüstəmovun cərimələnməsi və barəsində araşdırma aparılması onun məhkəməyə və proses iştirakçılarına qarşı hörmətsiz davranışları ilə bağlı olmuşdur. Həmçinin nümayəndənin prosesin uzadılmasına yönəlmiş çoxsaylı əsassız vəsatətlər verdiyi bildirilmişdir. Etirazda vurğulanmışdır ki, tərəflər arasında bağlanmış borc müqavilələri real olmuş, həmin müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə 230.136 manat köçürülmüş, bunun yalnız 50.000 manatı qaytarılmış, qalan 180.136 manat isə ödənilməmişdir. Kassasiya şikayətində göstərilən, guya bu münasibətlərin tərəflər arasındakı şəxsi borc münasibətlərindən irəli gəlməsi barədə iddialar həqiqətə uyğun deyildir. qanuni nümayəndə2 polis orqanına verdiyi izahatlarla hazırkı iş üzrə mövqeyi arasında da ciddi ziddiyyətlərin olduğu qeyd edilmişdir. Iddia ərizəsinə əlavə olunmuş 2023-cü il ## ###### tarixli elektron qaimə-faktura etibarlı sübut sayıla bilməz, çünki onun əsaslandığı müqavilə və digər təsdiqedici sənədlər mövcud deyildir. Eyni zamanda, cavabdeh1 MMC-nin mübahisəyə aidiyyəti olmadığı, həmin cəmiyyətin iştirakı ilə qaldırılmış analoji iddiaların bütün məhkəmə instansiyalarında, o cümlədən Ali Məhkəmə tərəfindən rədd edildiyi göstərilmişdir. Iş üzrə şahid ifadələri arasında ziddiyyətlər mövcuddur və kassasiya şikayətində hakim Ilqar Dəmirov ilə qanuni nümayəndə3 arasında şəxsi münasibətlərin olması barədə irəli sürülən iddialar böhtan xarakterlidir və heç bir sübutla təsdiq olunmur. Bundan başqa, cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə tələb olunan məbləğləri təsdiq edən mötəbər sübutlar nə birinci instansiya məhkəməsinə, nə də qanunun tələblərinə uyğun qaydada apellyasiya baxışı zamanı təqdim edilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi həmin sübutları qəbul etməmiş, iddia tələblərinin sübuta yetirilmədiyini göstərmişdir.

Kassasiya baxışının hədləri

43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 739. Borc müqaviləsinin anlayışı və forması (Tərəflər arasında borc müqavilələrinin bağlandığı tarixdə qüvvədə olan və “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiyada)

739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.”

“Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.”

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 47.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 48.Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. 49.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. 50.Kassasiya şikayətinin dəlillərinin işin hallarının tam araşdırırlmaması və sübutlara düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır. 51.Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilibverilməməsi

53. və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 54.Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. 55.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və prosessual qaydalara uyğun təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 56.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 57.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar