Məhkəmə qərarları › İş №2(102)-2867/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2867/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2867/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARI (Açar sözlər: əsassız varlanmadan irəli gələn tələblər üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-362/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. «Rabitəbank” ASC (bundan sonra – Bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kartmane” xidməti üzrə müqavilənin predmetini bank tərəfindən müştəriyə “Kartmane” xidməti üzrə cari hesabın (bundan sonra “Kartmane hesabı” adlandırılacaq) açılması, həmin hesabda müştərinin təqdim etdiyi vəsaitin yerləşdirilməsi, həmin hesabla bağlı kartın verilməsi, hesabdakı qalığa bu müqavilədə nəzərdə tutulmuş qaydada faizlərin hesablanması və ödənilməsi üzrə münasibətlərin tənzimlənməsi təşkil etmişdir.

2. Bank ilə Cavabdeh arasında bağlanmış plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilənin  1.1.17-ci bəndinə əsasən akseptsiz və ya təkrar silinmə valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki səbəblərdən bankın və müştərinin iradəsi xaricində kart hesabında yaranan mənfi qalıq, borc və öhdəliklər texniki (icazə verilməmiş) overdraft adlanır.  8.2-ci bəndinə əsasən bank müştərinin kart hesabına əsassız olaraq, səhvən daxil edilmiş pul vəsaitini, artıq ödənilən məbləği və digər texniki overdraft məbləğini, həmçinin bu müqavilədə nəzərdə tutulmayan hallarda səhvən kart hesabına köçürülmüş müştəriyə məxsus olmayan istənilən digər vəsaiti, müştərinin sərəncamı olmadan bankdakı istənilən hesabından akseptsiz qaydada silir.  8.3-cü bəndinə əsasən müştəri bank tərəfindən əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər texniki overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti banka bu müqavilədə nəzərdə tutulmuş müddətlərd ə və qaydada geri ödəməlidir. Əks təqdirdə bankın həmin məbləği müştərinin bankda olan istənilən hesabından (cari, depozit və s.) akseptsiz qaydada silmək hüququ yaranır və bu müqaviləni imzalamaqla müştəri buna üz razılığını bildirir.  8.4-cü bəndinə əsasən müştəri, kart hesabı üzrə yaranan overdraft borcunu, bu haqda bankdan məlumat alan tarixdən etibarən 30 təqvim günü müddətində banka ödəməyi öz öhdəsinə götürür.  8.5-ci bəndinə əsasən kart hesabı üzrə overdraft yarandığı təqdirdə, bu haqda müştəriyə telefon, e-mail və ya SMS vasitəsilə məlumat verilir. Müştəri overdraft üzrə yaranan borcu banka overdraftın yarandığı gündən etibarən 30 təqvim günü ərzində ödəməzsə, bu halda, bankın overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi öz öhdəsinə götürür.

3. Cavabdeh Banka ünvanlandığı “İddiaçı ASC-nin şəxsi plastik kartlarının alınmasına və istifadəsinə dair” xx.xx.2021-ci il tarixli ərizəyə əsasən Cavabdeh bu ərizə formasının arxa tərəfində yerləşən “Plastik kartların əldə edilməsinə və istifadəsinə dair müqavilə” ilə, həmçinin kartların istifadəsi ilə bağlı bank tərəfindən müəyyən edilən tariflərlə tanış olmuş və onları qeyd-şərtsiz qəbul etmişdir.

4. Cavabdeh məxsus kart əməliyyatları üzrə AZ79RBTA******************** nömrəli hesabdan çıxarışa əsasən Bank tərəfindən açılmış hesab üzrə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 10357,97 manat məbləğində texniki overdrafta yol verilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 230,57 manat overdraft borcundan silinmişdir. 5. 21.08.2024-cü il tarixli, RB02/PK-3660 saylı bildirişə əsasən Bank tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixində açılan **********0944-453874 nömrəli kart hesabı üzrə 10357,97 manat overdraft borcunun yarandığı, daha sonra müxtəlif tarixlərdə hesaba edilmiş mədaxillərin (cəmi 230,57 manat) overdraft borcundan silindiyi bildirilmiş, xx.xx.2024-cü il tarixinə 10127,40 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 436,15 manat faiz borcu olmaqla, cəmi 10563,55 manat borcunun olduğu, 3 iş günü müddətində banka yuxarıda göstərilən məbləği ödəməsi, əks təqdirdə, həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bank Cavabdeh q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 10563,55 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bankın Baş ofisi ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kartmane xidməti üzrə müqavilə”yə əsasən iddiaçıya **********0944-453874 nömrəli kart hesabı açılmış və kart verilmişdir. Müştəri xx.xx.2022-ci il tarixində X1 (apus.az) ödənişlər etmişdir, həmin an ödəniş icra olunmamış və “geri qaytarılmış (reversed)” statusunda olduğuna baxmayaraq xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində həmin xidmətlərə görə vəsaitlərin silinməsi haqqı nda məlumat daxil olmuşdur. Silinmə gələn məbləğlər müştərinin kart hesabında olan vəsaitdən artıq olduğu üçün nəticədə müştərinin kart hesabında 10357,97 manat overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 230,57 manat) onun overdraft borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixinə 10127,4 manat overdraft borcu və bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 436,15 manat faiz borcu olmaqla, cəmi 10563,55 manat borcu yaranmışdır. Cavabdehə bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, xx.xx.2024-cü il tarixli, RB-02/PK3681 nömrəli bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək Banka məxsus olan pul vəsaitinin qaytarıl masını təmin etməmişdir. Cavabdeh hazırkı vəziyyətdə Banka zərər vurmuş və əsassız varlanmışdır. Eləcə də, cavabdehin əsassız varlanma halı onunla sübut olunmuşdur ki, o, həmin məbləğin ona məxsus olmamasını bilə-bilə onu kartdan çıxarmış, və onu bu günə kimi banka geri qaytarmaqdan imtina etmişdir. Bankın plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 7.3.39-cu bəndinə əsasən müştəri kart hesabı üzrə yaranan overdraft borcunu banka ödəməyi öz öhdəsinə götürür. Müştəri bankın overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2% faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu banka ödəməyi öz öhdəsinə götürür.

8. Cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, Bank məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında aparılmış əməliyyatlar çərçivəsində cavabdeh müqavilədən kənar qazanc əldə etmiş, 10357,97 manat məbləğində əsassız varlanmışdır. İddia ərizəsindən də göründüyü kimi, əsassız varlanmaya dair məlumatlar da elə qeyd olunan tarixlərdə iddiaçıya daxil olmuşdur. İddiaçının ərizəsindən də görünmüşdür ki, əsassız varlanma barədə məlumat iddiaçıya xx.xx.2022-ci il tarixdən bəlli olmuşdur. xx.xx.2024-cü il tarixdən iddiaçının əsassız varlanma üzrə hər hansı bir məbləğ tələb etmək hüququ itirilmişdir. Qeyd olunanlara əsasən qanunla nəzərdə tutulmuş tələbetmə müddətinin (iddia müddətinin) keçməsi və bu səbəbdən həmin hüququn itirilməsini nəzərə almaqla, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Prosesin gedişində iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sa hibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər; 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər; 384.0.4-ci maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, bu tələblərə iddia müddəti şamil edilmir. İddia ərizəsinin predmeti olan pul Bankın mülkiyyətidir və cavabdeh onu qanunsuz olaraq saxlamış, mənimsəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu səbəbdən id dia ərizəsinə iddia müddəti tətbiq edilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmədən cavabdehdən cəmi 10563,55 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizəyə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırkı iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixinə saat 10:20-yə təyin olunmuşdur. Məhkəmə tərəfindən hazırlıq mərhələsinin yekunlaşmasına və baxış iclasının təyin olunmasına dair qərar qəbul olunmuş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Bildirişin elektron kabinetə daxil olma saatı 11:02 göstərilmişdir. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşandan sonra, saat 11:39-da iddianın əsasını dəyişdiyinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin mahiyyətinin dəyişməməsinə və iddiaçının formal mülahizələrlə buraxılmış iddia müddətini bərpa etmək üçün əsassız cəhdləri özündə əks etməsinə baxmayaraq, prosessual pozuntu olması səbəbindən həmin ərizəni icraata qəbul etməməyə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı Bank cavabdehin nümayəndəsinin etirazına münasibət olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə prosesində Bankın nümayəndəsi iştirak etmiş və iddia ərizəsinin əsasının dəyişdirilməsi barədə ərizəni məhkəmə iclas zalında təqdim etmişdir. Cavabdehin özü və nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Ərizə məhkəmə işçiləri tərəfindən elektron məhkəmə sisteminə yüklənmişdir. Cavabdehin özü və nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün bu barədə məlumatlı deyildir və etiraz əsassızdır.

12. Şuşa Rayon Məhkəmə sinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(077)-358/2024 nömrəli iş üzrə 19 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Sərdar Mehrəliyev).

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Kartmane xidməti üzrə müqavilə”yə əsasən iddiaçı tərəfindən cavabdehin **********0944-453874 saylı kart hesabına səhvən pul mədaxil edilməsi nəticəsində xx.xx.2022-ci il il tarixdə 10357,97 manat overdraft borcu yaranmışdır. Daha sonra xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında Bank tərəfindən overdraft borcundan 230,57 manat silinmişdir. Belə olan halda iki illik iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Bank tərəfi ndən iddia ərizəsi iddia müddəti başa çatandan sonra - xx.xx.2024-cü il tarixdə verilmişdir.

14. Məhkəmə iddiaçının iddia tələbinin əsasının dəyişdirilməsindən sonra pulun bankın mülkiyyəti olması və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən hazırkı tələbə iddia müddətinin tətbiq edilməməsi ilə bağlı mülahizələrinə münasibət bildirərək qeyd etmişdir ki, maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülk iyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə iddia müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4).

15. Bununla yanaşı, bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış o lur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir.

16. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən hazırkı mübahisə üzrə iddiaçı cavabdehin hesabına yanlışlıqla 10357,97 manat pul vəsaiti köçürməsi nəticəsində həmin pul vəsaitinin sonuncunun əmlak aktivinə qarışmaqla onun əsassız varlanmasını, bu faktın iddiaçıya xx.xx.2022-ci il tarixində məlum olmasını nəzərə alıb hesab etmişdir ki, tələb üzrə qanunvericiliklə müəyyən edilmiş iki illik xüsusi iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsin ə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli və iddia tələbi təmin edilməməlidir.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 386, 439, 1091, 1092, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən Azərbay can Respublikasının Mülki Məcəlləsi düzgün tətbiq edilməmişdir. İddia ərizəsinin predmeti olan pul Bankın mülkiyyətidir və cavabdeh onu qanunsuz olaraq saxlamış, mənimsəmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-362/2025 nömrəli mülki iş üzrə 22 aprel 2025ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə).

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehin hesabına yanlış olaraq tələb olunan pul vəsaitinin köçürülməsi nəticəsində sonuncunun əmlak aktivin ə qarışmaqla, onu varlandırdığından, iddiaçı həmin vəsaiti ondan geri tələb etmək üçün Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375, 1091, 1095-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Bankın pul vəsaitini özündə saxla yır və əsas borc məbləğinin onun mülkiyyətində olması üçün əsas yoxdur və belə bir əsas nə birinci, nə də ki, apellyasiya icraatı qaydasında təqdim edilməmişdir. İş materiallarında belə bir sübut mövcud deyil. Əsas borc tələbi ilə yanaşı, Bankın əlavə olaraq özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdeh icranı gecikdirdiyi üçün gecikdirilməyə görə faizləri də ödəməlidir. Məhkəmə əgər bankın təqdim etdiyi sənədləri kifayət qədər mötəbər sübut kimi qəbul etmirdirsə - ekspertiza təyin etməli idi. Məhkəmə tərəfindən ekspertiza da təyin edilməmişdir.

25. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 384, 445, 449-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88- ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi ə sas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışını n hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbay cana qarşı” işi üzrə).

41. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxar ıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

43. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-362/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar