Məhkəmə qərarları › İş №2(103)-4175/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4175/2025

09.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4175/2025 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur.

2. İddiaçı sadə yazılı formada aşağıdakı məzmunda tərtib olunmuş və Cavabdeh tərəfindən imzalanmış qəbzə istinad edərək borc məbləğini tələb edir: “Mən Cavabdeh İddiaçı 15000 manat pul götürürəm. ##.##.2023”

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 15000 manat borc olaraq alıb qaytarmadığı pulunu, cavabdehin pulunu gecikdirməsi nəticəsində ona vurduğu 5000 manat maddi zərərin və 4000 manat da mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə münasibətləri normal olduğundan o, ## ##### 2023-cü il tarixində ondan 15000 manat qısa vaxt ərzində qaytaracağı adı ilə borc pul götürmüşdür. Həmin vaxtdan bir ildən də artıq yəni 20 ay keçməsinə baxmayaraq cavabdeh X5 bu günə qədər ondan borc aldığı həmin pulu ona geri qaytarmayıbdır. O, dəfələrlə cavabdeh Cavabdeh pulun özünə lazım olduğunu, ailə problemləri ilə əlaqədar və övladının hazırlığı ilə əlaqədar özünə pul lazım olduğunu bildirsə də cavabdeh həmin pulun ona geri ödənilməsi ilə bağlı müxtəlif bəhanələr gətirərək, ona olan pul borcunu geri qaytarmaqdan yayınmaqdadır. O, cavabdehin ona olan borcunu ödəmədiyini görmüş və məhkəməyə pul tələbi ilə əlaqədar iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bunun ilə bağlı, cavabdeh Cavabdeh ## ##### 2023-cü il tarixində ondan 15000 manat pul alması barədə öz xətti ilə yazıb verdiyi qəbz də mövcuddur. Lakin borclu az qala ikinci il olur ki, 20 aydan çox vaxt keçməsinə baxmayaraq ona olan borcunu qaytarmayaraq gizlənir, ümumiyyətlə telefonlara cavab vermir. O, özü bu müddət ərzində həmin pulu cavabdehə verməyib biznesə, ticarətə yatırmış olsaydı artıq həmin verdiyi pulu artırıb əlavə 5000 manat da pul qazanardı. Cavabdeh Cavabdeh həmin 15000 manat pulu əlindən almaqla və gecikdirməklə, gizlənməklə, zənglərinə cavab verməməklə ona əsəb yaşatmış, onu xəstəliyə salmış, mobil telefon ilə danışıq zamanı konturlara və cavabdehi axtarmaq üçün ünvanına taksi ilə getdiyi xərclər daxil ona 4000 manat da mənəvi zərər vurmuşdur. Cavabdeh Cavabdeh borc götürdüyü pulu qısa vaxta qaytaracağını desə də hazırda müxtəlif bəhanələr gətirərək ondan gizləndiyindən, telelfonlarına aylarla cavab verməməsi səbəblərindən o hüquqlarının məhkəmə qaydasında müdafiə olunması məqsədilə, cavabdehdən pulun məhz məhkəmə qaydasında alınması üçün iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Həmçinin bu müddət ərzində cavabdehin ona yaşatdığı əsəb, xəstəliklər (təzyiqimin qalxması, baş ağrıları nəticəsində vurdurduğu iynə və aldığı dərmanlar daxili cavabdehi axtarmağı, etdiyi zənglərə görə sərf etdiyi konturlara va onun ünvanına getmək üçün taksilərə xərclənmiş pulları da 4000 manat mənəvi zərər olaraq dəyərləndirir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 3000 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh dövlət rüsumuna görə 20,25 manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

6. Qətnamənin əsaslarına görə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçı faizlə müxtəlif şəxslərə borca pul verir. Iddiaçının faizlə borca pul verməsini məhkəmədə ifadə vermiş şahid də təsdiq etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş ##.##.2023-cü il tarixli əlyazmaya münasibətdə hesab etmişdir ki, göstərilən məbləğ şişirdilmiş məbləğdir. Belə ki, cavabdeh tərəfindən də ona 15000 manat deyil, 3000 manat pulun verildiyi bildirilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin pula olan ehtiyacını bildiyindən şişirdilmiş məbləği yazaraq qəbzi imzalatmışdır. Lakin iddiaçının cavabdehə pul verdiyi işin mübahisəsiz halıdır. Belə ki, ##.##.2024-cü tarixli “Whatsapp” yazışmasından və cavabdehin etirafından müəyyən olunur ki, cavabdehin 3000 manat borcu qalmışdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, kartdan çıxarışdan da görünür ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıya 40 manat, 540 manat, 130 manat, 100 manat, 100 manat, 150 manat, 130 manat, 100 manat, 80,80 manat, 101 manat, 150 manat, 100 manat olmaqla cəmi 1721,80 manat ödəniş etmişdir. Həmin məbləğlərin iddiaçıdan götürdüyü 300 manat pulun faizi olduğunu bildirdi. Hazırda da 3000 manatı iddiaçıya ödəməyə razıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.3, 88, 107, 119.1, 200, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni qismən dəyişdirərək, cavabdeh Cavabdeh təqdim etdiyi qəbzlər üzrə iddiaçıya ödəmə məntəqəsi vasitəsilə ödədiyi 1721,80 manat pulun 15000 manat əsas məbləğdən çıxılaraq, cavabdehdən yerdə qalan borclu olduğu məbləği tam olaraq hesablayıb xeyrinə tutulması, həmçinin ona vurulmuş 5000 manat maddi və 4000 manat mənəvi zərərin cavabdehdən hesablanaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh Cavabdeh ##.##.2023-cü ildə iddiaçı ilə tanışlıq münasibətindən istifadə edərək, ##.##.2023-cü ildə götürdüyü 15000 manat borc pulu ayrı-ayrı vaxtlarda 1710,80 manatını hissə-hissə qaytarması barədə qəbzləri olsa da, yerdə qalan borcunun 13289,20 olmasının əvəzinə, 3000 manat borcunun qalmasını etiraf edərək, bu normanın tələblərinə zidd olaraq yerdə qalan 10289,20 manat pulun necə və nə vaxt ödədiyinə heç bir sübut təqdim etməyibdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edilərək, ümumiyyətlə borc məbləği düzgün hesablanmamış, iddiaçıya vurulan maddi və mənəvi zərərə isə düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh Cavabdeh ## ##### 2023-cü il tarixində öz xətti ilə imzaladığı qəbzdə 15000 manat borcunun olmasını etiraf edir və bu borcunu iddiaçıya qaytarmasına görə məsuliyyət daşıyır. Cavabdeh Cavabdeh 1710,80 manat borcundan qaytardığını etiraf edib və qəbzlərinin olduğunu bildirir, yerdə qalan borcunun 3000 manat olduğunu etiraf edib, bu normanın tələblərinə zidd olaraq birinci instansiya məhkəməsi yerdə qalan borc məbləğini düzgün hesablamamış, iddiaçıya hüquqi şəxs kimi davranaraq müqavilənin notariatda rəsmiləşdirilməli olduğu kimi yanaşıb, iddia tələbini qismən təmin etmiş, qalan hissədə iddianı təmin etməmişdir. Iddiaçının tələbi qanunidir və borc məbləği düzgün hesablanıb, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh Cavabdeh iddiaçıdan götürdüyü pul borcunu ## ##### 2023-cü il tarixli qəbzə imza etməklə təsdiq etmiş və iddiaçı qarşısında qısa vaxta qaytaracağı barədə öhdəlik götürmüşdür. Bu normanın tələblərinə uyğun olaraq cavabdeh borcundan 1710,80 manat pulu qaytardığını, cəmi 3000 manat borcunun qaldığını etiraf etsə də, yerdə qalan borcunun qaytarması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmin pul məbləği tam qaytarılmadığına görə cavabdehdən iddiaçının xeyrinə düzgün hesablanıb tam olaraq tutulmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.

12. Cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdeh Cavabdeh qəbzin əsli ilə tanış olarkən qəbzin onun tərəfindən yazılması və imzalanmasını bildirsə də “15000” rəqəminin sonunda “0” rəqəminin onun tərəfindən yazılmadığını bildirmişdir.

14. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-*/****/**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur: - Ekspertizaya təqdim edilmiş ##.##.2023-cü il tarixli qəbzdə “Mən Cavabdeh...” sözləri ilə Başlayıb, “##.##.2023” sözləri ilə bitən əlyazmalar (“15000” rəqəmlərinin sonuncu “0” rəqəmindən başqa) və imza- Cavabdeh tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş ##.##.2023-cü il tarixli qəbzdə “15000” rəqəmlərinin sonun ”0” rəqəminin – X6 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. - Ekspertizaya təqdim edilmiş, ##.##.2023-cü il tarixli qəbzdə “15000” rəqəmlərinin sonuncu “0” rəqəmi ilə həmin qəbzdə olan digər “0” rəqəmlərinin öz aralarında eyni şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, *-**-**-*/*-***-***/**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur: - Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 67-ci vərəqində olan ##.##.2023-cü il tarixli qəbzin üzərindəki əlyazma mətnində olan “15000” rəqəmlərdə hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər, qaralamalar) müəyyən edilmədi. - Ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 67-ci vərəqində olan ##.##.2023-cü il tarixli qəbzdə “15000” rəqəmlərindəki sonuncu “0” rəqəminin – Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. - Ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 67-ci vərəqində olan ##.##.2023-cü il tarixli qəbzdə “15000” rəqəmlərindəki sonuncu “0” rəqəmi ilə həmin qəbzdə olan digər “0” rəqəmlərinin öz aralarında eyni şəxs tərəfindən və ya müxtəlif şəxslər tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamə qismən - cavabdeh Cavabdeh təqdim etdiyi qəbzlər üzrə iddiaçıya ödəmə məntəqəsi vasitəsilə ödədiyi 1721,80 manat pulun 15000 manat əsas məbləğdən çıxılaraq, cavabdehdən yerdə qalan borclu olduğu məbləği tam olaraq hesablayıb xeyrinə tutulması, həmçinin ona vurulmuş 5000 manat maddi və 4000 manat mənəvi zərərin cavabdehdən hesablanaraq iddiaçının xeyrinə tutulması hissəsinin təmin edilməməsi hissələrində mübahisələndirildiyindən, cavabdeh isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə həmin hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Işin hallarından görünür ki, iddiaçının qəbzə əsasən ilkin tələb etdiyi məbləğ 15000 manat olmuş və iddia ərizəsində hər hansı pul məbləğinin qaytarılmasına istinad edilməmişdir. Lakin cavabdeh 1721,80 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə sübutlar təqdim etdikdən iddiaçı bununla razılaşmış və bu xüsusatı mübahisələndirməmişdir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçının hal – hazırda tələb etdiyi məbləğ 1721,80 manat və cavabdehin etiraf etdiyi 3000 manat çıxılmaqla 10289,20 manat təşkil edir.

23. Qeyd olunan məbləğin tələb olunmasının əsasını isə İddiaçı sadə yazılı formada aşağıdakı məzmunda tərtib olunmuş və Cavabdeh tərəfindən imzalanmış qəbz təşkil edir: “Mən Cavabdeh İddiaçı 15000 manat pul götürürəm. ##.##.2023”

24. Məhkəmə iclasında cavabdeh Cavabdeh qəbzin əsli ilə tanış olarkən qəbzin onun tərəfindən yazılması və imzalanmasını bildirsə də “15000” rəqəminin sonunda “0” rəqəminin onun tərəfindən yazılmadığını bildirmişdir.

25. Məhkəmə kollegiyası tərəfindən həmin qəbzə adi vizual baxış keçirərkən də müəyyən olunur ki, “15000” rəqəmində qeyd olunan ilk 2 “0” rəqəmi ilə sonrakı “0” rəqəminin yazılmasında fərq mövcuddur və bu fərq aşkardır.

26. Bu xüsusatın aydınlaşdırılması məqsədilə müvafiq qərardadlara əsasən məhkəməxətşünaslıq ekspertizası təyin edilərək rəylər alınmışdır.

27. Ekspert rəylərinə əsasən müəyyən olunmuşdur ki, qəbzdə “15000” rəqəmlərinin sonuncu “0” rəqəmindən başqa “Mən Cavabdeh...” sözləri ilə Başlayıb, “##.##.2023” sözləri ilə bitən əlyazmalar və imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Rəylərdə “15000” rəqəmlərinin sonun ”0” rəqəminin – X6 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmasa da, digər yazıların, o cümlədən imzanın sonuncu tərəfindən icra olunması dəqiq müəyyən olunduğundan, həmçinin, “15000” rəqəmində qeyd olunan ilk 2 “0” rəqəmi ilə sonrakı “0” rəqəminin arasında olan aşkar fərq həmin rəqəmin cavabdeh tərəfindən yazılmadığını və sonradan əlavə olunduğunu təsdiq edir.

28. Bundan başqa birinci instansiya məhkəməsi iddianı qismən təmin və borcun məbləğinin 3000 manat müəyyən olunması qənaətinə gələrkən tərəflər arasında “watsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmalara da istinad etmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin yazışmalar nəzərdən keçirilərkən də müəyyən olunur ki, məzmun 3000 manat məbləğində borcun qaytarılması ilə bağlıdır.

29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə – xətşünaslıq ekspertizalarının dəyəri olan 227 manat məbləğində pul vəsaitinin 100 manat məbləğində hissəsi X6, 127 manat məbləğində hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar