Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1965/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı Cavabdeh Mənzil İstehlak Koopertivinə qarşı “pul tələbi, işlədiyi illərin əmək stağına hesablanması və s” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil İstehlak Koopertivinə qarşı “pul tələbi, işlədiyi illərin əmək stağına hesablanması və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2007-2022-ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə pul əvəzinin cavabdeh tərəfindən ona ödənilməsi, faktiki işlədiyi illərin əmək stajına hesablanması və müvafiq dövrə görə sosial sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, işdən çıxardığına görə kompensasiya ödənilməsi və son haqq-hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci və 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbinin “xahiş edirəm” hissəsindən də aydın görünür ki, iddiaçı bir-biriylə əlaqədar olmayan tələbləri birləşdirmişlər. İddianın xahiş edirəm hissəsində qeyd olunan 2007-2022-ci illər üzrə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə pul əvəzinin cavabdeh tərəfindən ona ödənilməsi barədə iddia tələbini və “faktiki işlədiyi illərin əmək stajına hesablanması və müvafiq dövrə görə sosial sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” və “işdən çıxardığına görə kompensasiya ödənilməsi, son haqq-hesabın ödənilməsi” barədə bir – biri ilə əlaqəli olmayan iddia tələbləri ilə birləşdirmişdir. Eyni zamanda iddiaçı işdən çıxarıldığına görə kompensasiya ödənilməsi hissəsində də qeyri-müəyyən iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra onlar ümumi qaydada müvafiq məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh Mənzil İstehlak Koopertivinə qarşı “pul tələbi, işlədiyi illərin əmək stağına hesablanması və s” dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1965/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1965/2023
14.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver