Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-198/2024 26.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Birinci tələb üzrə iddiaçı X13 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər X4, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTKya, "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)- 508/2023 saylı qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi və borcun tutulması” tələbinə dair 2(078)- 508/2023 saylı mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb olunmaqla cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair 2(004)-994/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb olunmaqla cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair 2(004)-994/2023 saylı mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X7 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər X4, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(004)- 53/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Bundan sonra Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X7 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər X4, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(004)- 53/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən birləşdirilmiş işlər üzrə birinci tələb üzrə iddiaçı X7 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər X4, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair, ikinci tələb üzrə iddiaçı X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair, üçüncü tələb üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi və borcun tutulması” tələbinə dair, dördüncü tələb üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(004)- 53/2023 saylı mülki iş üzrə icraat təzələnmiş və məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Dördüncü tələb üzrə iddiaçı, birinci və ikinci tələb üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək hazırkı mülki işin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin icraatında olan və təqsirləndirilən şəxs Cavabdeh barəsindəki 1(101)- 530/2023 saylı cinayət işi üzrə yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənə qədər dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən dördüncü tələb üzrə iddiaçı, birinci və ikinci tələb üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iş üzrə icraatın dayandırılmasına dair vəsatət təmin edilməmiş və birinci tələb üzrə iddiaçı X7 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər X4, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair, ikinci tələb üzrə iddiaçı X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair, üçüncü tələb üzrə iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı “borcun alınması” tələbinə dair, dördüncü tələb üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair birləşdirilmiş Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-53/2023 saylı mülki iş üzrə icraat materiallarından dördüncü tələb üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat ayrılmışdır. İddiaçı X13 Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 38 saylı mənzilinə ödədiyi 170.000 manat məbləğində pulun və ödənilmiş 460 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 101.000 manat məbləğində pul və 460 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron formada ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ödədiyi 101000 manat məbləğində pulun, əldən çıxmış fayda olan 14000 manat pulun, 50000 manat mənəvi ziyanın və ödənilmiş 460 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(004)- 198/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, iddiaçı xx.xx.2021-ci ildə özünə məxsus Mərdəkan qəsəbəsi yerləşən bağ sahəsini satıb yaşadığı "xxxx" mənzil-tikinti kooperativinin Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı binasından mənzil almaq istəmişdir. Binada satışda mənzillərin olması barədə məlumatları ona binanın “kommendantı” və binanı tikən şirkətin direktoru kimi tanıdığı Cavabdeh adlı şəxs vermişdir. Beləliklə o bağın satışından əldə etdiyi pul ilə yaşadığı binadan, yəni Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı binanın 38 (37) saylı mənzilini almışdır. O, 38 saylı mənzil üçün Rafətə xx.xx.2021-ci il tarixdə 101000 manat pul ödəmişdir. Bu barədə müvafiq sənədləşmə aparılmışdır. Mənzili alarkən təmirsiz, yəni yalnız suvaq vurulmuş vəziyyətdə idi. Bunu Cavabdeh və cinayət işi üzrə dindirilmiş digər şəxslər də ifadələrində təsdiq etmişlər. Daha sonra isə mənzili təmir etməyə başlamışdır. Mənzili 2021-ci ilin may-avqust ayları ərzində tikinti briqadası vasitəsilə tam təmir etdirdi və oraya ev əşyaları da alıb yerləşdirdi. Təmirə ümumilikdə 45000 manatdan artıq, mənzilə alınmış əşyalara isə 10000 manat məbləğində, ümumilikdə 55000 manatdan artıq pul xərcləmişdir. Mənzili təmir etdirdikdən sonra pula ehtiyacı olduğundan 2021-ci ilin noyabr ayında X4 170000 manata satdı. Bundan bir neçə gün sonra eşitdi ki, şirkətin direktoru kimi tanıdığı Cavabdeh Sabirabad rayonu ərazisində avtomobildə yanaraq ölmüşdür. Bu barədə Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanmış və araşdırma aparılmışdır. Daha sonra isə ümumiyyətlə Cavabdeh ölmədiyi, sağ olduğu müəyyən oldu. 2021-ci ilin sonlarında isə ona məlum oldu ki, satdığı mənzilin sahibi X14 imiş və ona görə də mənzil ona qanunsuz satılıb. Belə ki, ona satılan mənzil 38 saylı deyil, əslində 37 saylı mənzil imiş və ona 38 saylı mənzil adı ilə satılıb. Ona görə də o 38 saylı deyil, faktiki olaraq 37 saylı mənzili təmir edərək satmışdır. Həmin ünvanda yerləşən 38 saylı mənzil isə X10 məxsusdur və hazırda öz mənzilində ailəsi ilə birgə orada yaşayır. Hazırda o Cavabdeh qanunsuz əməlləri nəticəsində külli miqdarda maddi və mənəvi ziyan çəkmişdir. Bu barədə Bakı şəhəri Yasamal rayon Prokurorluğuna şikayət etdi və digər şikayətçilərin müraciətləri əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cii maddələrinə əsasən ********* saylı cinayət işi başlanmış, həmin cinayət işi üzrə o zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Şəbinə Məmmədzadə) icraatındadır. Daha sonra mənzilin mülkiyyətçisi Rövşən Rüstəmov həmin mənzili X6, sonuncu isə mənzili X1. Hazırda mənzili satdığı Aysel Dünyamalıyeva mənzilin sonrakı mülkiyyətçisi Zamiq Hüseynov tərəfindən mənzildən çıxarılmış, Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 38 saylı mənzilinin mülkiyyətçisi iddiaçı X13 cavabdehlər X4, İddiaçı, ‘'Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, "xxxx" ASCyə, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı "Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 38 saylı mənzilinə dair İddiaçı adma verilmiş "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 saylı, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışın, xx.xx.2021 -ci il tarixli maliyyə arayışı, 01-F saylı xx.xx.2021 -ci il tarixli forma-№2 arayışı, İddiaçı adına xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın, cavabdehlər İddiaçı ilə X5 arasında 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-3274 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi həmin sənədlər əsasında X3 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, onun həmin mənzilə mülkiyyət hüququnun tanınması, həmin mənzilə dair adma daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin AR İNY ƏMDX DƏDK və RPHŞ-nin 1 saylı Bakı ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia qaldırmış, X5 isə ona qarşı iddia qaldıraraq xx.xx.2021-ci il tarixində Bakı şəhəri 12 saylı notariat ofisində 4Ə-3274 reyestr nömrəsi ilə qeydə alınmış 202/21 nömrəli alqı-satqı və ipoteka müqaviləsi və həmin müqavilənin icrasından yaranmış bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi və 170000 (bir yüz yetmiş min) manat məbləğində pulun ondan alınmasını tələb etmişdir. Göründüyü kimi, mübahisəli Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 38 saylı mənzil üzrə bütün müqavilələr və qeydiyyat barədə Çıxarışlar mübahisələndirilib, mənzilə görə ödənilmiş pullar tələb olunur və mənzili satdığı Aysel Dünyamalıyeva mənzildən məhrum olmuşdur. Ona görə də hesab edir ki, mübahisəli mənzilə görə cavabdehə verdiyi 101000 manat pul və əldən çıxmış fayda 69000 manat pul Cavabdeh alınaraq ona verilməlidir. Çünki, nəticə etibarilə ona satılmış Mübahisəli Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə yerləşən 3 saylı evin 38 (37) saylı mənzil üzrə bağlanmış bütün müqavilələr qanunsuz olduğundan və ona görə ödənilmiş pullar digər iddiaçı Aysel Dünyamalıyevaya geri qaytarılacağından onun da həmin mənzilə görə Cavabdeh ödədiyi pulları tələb etmək hüququ yaranır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh olduğu cəzaçəkmə müəssisəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə iddia tələbinə münasibətinin bildirilməsi üçün məhkəmə bildirişi göndərilmiş, lakin o, iddiaya dair hər hansı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatnı dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdən X9 adına qeydə alınmışdır. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin 01-M saylı 29 aprel 2021ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı 38 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 38 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, mənzil 38 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən X3 adına qeydə alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-124/2024 saylı hökmünə əsasən Cavabdeh Rafiq oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən isə təyin olunmuş əlavə cəzanı tam toplamaq yolu ilə Cavabdeh Rafiq oğluna qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh Rafiq oğlu ona teyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablanması, Cavabdeh Rafiq oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək deyişdirilməməsi, iş üzrə maddi sübutlar: xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2018-ci il tarixli "Caspian-İnşaat MB” MTK-nın üzvlərinin ümumi iclasının 126 nömrəli protokolundan çıxarışın, xx.xx.2021 -ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2020-ci il tarixli “Caspian-İnşaat MB" MTK- nm üzvlərinin ümumi iclasının 129 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 138 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 123 nömrəli protokolundan çıxarışın, xx.xx.2021-ci il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2021-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 125 nömrəli protokolundan çıxarışın, xx.xx.2019-cu il tarixli 01-M nömrəli maliyyə arayışının və xx.xx.2019-cu il tarixli "xxxx" MTK- nın üzvlərinin ümumi iclasının 87 nömrəli protokolundan çıxarış cinayət işinin materiallarında saxlanılması, məhkəmə məsrəfi - 127 (bir yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci Cavabdeh Rafiq oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh Rafık oğlunun barəsində xüsusi müsadirə tətbiq edilməsin, Cavabdeh Rafık oğlu və ailə üzvlərinin mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 2.81 ha kənd təsərrüfatı təyinatlı və 0.24 ha həyətyanı torpaq sahələrinin üzərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(004)-1029/2022 nömrəli qərarı əsasında qoyulmuş həbsin götürülməməsi, məhkəmədə Cavabdeh Rafiq oğluna gösterdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X15 588 (beş yüz səksən səkkiz) manat məbləğində pul ödənilməsi hökm edilmişdir. Həmin hökmdə göstərilən istintaq orqanının gəldiyi nəticəyə görə, Cavabdeh xx.xx.2017-ci il tarixdən “Caspian İnşaat MB" MTK-nın sədri kimi xx.xx.2017-ci il tarixli nizamnaməyə əsasən kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, kooperativi təmsil etmək, kooperativin adından müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq, nizamnaməyə uyğun olaraq kooperativin əmlakına sərəncam vermək və s. öhdəliklərin yerinə yetirilməsinə səlahiyyətli məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə ünvan 4 ünvanında yerləşən və xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X9 mülkiyyətində olmaqla yaşayış olmayan 37 nömrəli mənzili həmin binanın xx.xx.2012-ci il tarixli müqavilə əsasında 80.000 ABŞ dollarına alınmış X10 məxsus olan 38 nömrəli mənzili kimi təqdim edərək İddiaçı aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə İddiaçı həmin mənzili ona guya 101.000 manata satmaq adı ilə aldadaraq ünvan 5 ünvanında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, İddiaçı 18 noyabr 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeyd edilən mənzili 170000 manata X2, bununla da qeyd olunan hərəkətləri ilə İddiaçı faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, İddiaçı üzləşdirilən zaman ********* nömrəli cinayət işi üzrə ifadəsində göstərilən halları Cavabdeh üzünə demiş və üzləşdirilən Cavabdeh cavabında bildirmişdir ki: “İddiaçı üzümə dedikləri doğrudur, sadəcə olaraq bildirmək istəyirəm ki, İddiaçı 37 nömrəli mənzilə xərclədiyi təmirin dəyərinin 55000 manat olub-olmaması barədə heç bir söz deyə bilmərəm. İfadənin mahiyyəti mənə aydındır, hər hansı etirazım və əlavəm yoxdur.” Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-124/2024 saylı hökmünə əsasən Cavabdeh Rafiq oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 308.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hazırda İddiaçı Cavabdeh 101.000 manat məbləğində pul və 460 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş edir. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-124/2024 saylı hökmünə və Cavabdeh 16 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolunda olan izahatına əsasən iddiaçı tərəfindən cavabdehə 101.000 pul verilməsi etiraf edilmişdir. Beləliklə, cavabdeh saxta sənədlər əsasında digər şəxsin mülkiyyətində olan daşınmaz əmlakı iddiaçıya satmaq adı ilə, 101000 manat məbləğində əsassız varlanmışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə dövlət rüsumunun əvəzi olan 460 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, 391 manat hissəsi Cavabdeh tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(004)-198/2024 saylı qərardadı ilə elektron hökumət ödəniş portalı vasitəsilə xx.xx.2023cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi artıq ödənilmiş 69 (altmış doqquz) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı X10 qaytarılması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 101.000 (yüz bir min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 460 (dörd yüz altmış) manat məbləğində pulun 391 (üç yüz doxsan bir) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-198/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-198/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver