Məhkəmə qərarları › İş №2(004)-1990/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1990/2025

17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1990/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edildiyi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edildiyi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2000-ci ildə İran İslam Respublikasının Tehran şəhərində doğulması və bu barədə doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Zargarsaleh”, adı “Soufia”, ata adı “Nader”, doğum tarixi “xx.xx.2000-ci il”, doğum yeri “İran İslam Respublikası, Tehran şəhəri”, ata qrafasında “atası X5, milliyyəti “iranlı”, ana qrafasında “anası X1, milliyyəti “rus” kimi qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.2000-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğulmuşdur. xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tərəfindən ona XVİİİ-ЖГ seriyalı, 346030 nömrəli doğum haqqında şəhadətnamə verilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında həmin tarixdə 08/00 nömrə ilə qeyd edilmişdir. Həmin doğum haqqında şəhadətnamədə ad, soyad, ata adı qrafasında Ərizəçi qeydləri edilmişdir. Ata adı qrafasında isə X11 qeyd edilmişdir. xx.xx.2018-ci ıl tarixdə Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzi tərəfindən verilən AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində isə soyad qrafasında “Zərgər Saley”, ad qrafasında “Sofya”, ata adı qrafasında isə “XXX” qeyd edilmişdir. Qeyd edilən yanlışlıqların aradan qaldırılması məqsədilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilmiş və müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-16-5/8-S5xx/xx/2023 saylı məktubda qeyd olunan məsələnin həll edilməsi məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Qeyd olunan məsələnin həlli məqəsdilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə tərəfindən ətraflı araşdırma aparıldıqdan sonra Ərizəçi doğum akt qeydi aşkar edilməmiş, bu səbəbdən də iddia mümkünsüz hesab edilmişdir. Ərizəçinin hazırkı şəxsiyyət vəsiqəsilə ona aid olan digər sənədlər arasında uyğunsuzluqlar olduğu üçün həm təhsil aldığı universitetə, həm də müxtəlif dövlət, idarə və təşkilatlara müraciəti zamanı bir sıra çətinliklərlə qarşılaşmalı olur. Bu cür çətinliklərlə və anlaşılmazlıqlarla qarşılaşmamaq üçün ərizəçinin doğum akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Moskva şəhəri 4 saylı Səadət Sarayının İ-МЮ № 507086 nömrəli, 29 iyul 1999-cu il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən X12 ilə X1 arasında 29 iyul 1999-cu il tarixdə nikah bağlanmış və həmin nikah 2684 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Zargar Saleh”, arvada isə “Sasanova” soyadı verilmişdir. İş materiallarında olan AZE ******** nömrəli, xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi XXX xx.xx.2000-ci il tarixdə İran, Tehran şəhərində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İran İslam Respublikasının P Y59380016 nömrəli, xx.xx.2022-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X3 xx.xx.2000-ci il tarixdə Tehran şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 12745330 nömrəli, xx.xx.2017-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 xx.xx.2010-cu il tarixdə İran, Tehran şəhərində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3295/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən “doğum akt qeydində düzəlişin edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddianın mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Maraqlı şəxs X1ya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-15-4070/24 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Qeyd edilmişdir ki, təqdim etdiyi XVİİİ-ЖГ seriyalı 346030 nömrəli doğum haqqında şəhadətnamədə S.Zərgərin xx.xx.2000-ci ildə İran Respublikasının Tehran şəhərində anadan olduğu, doğumunun xx.xx.2000-ci ildə Moskva şəhəri 4 №-li VVAQ şöbəsi 08 nömrəli aktla qeydə alındığı müvafiq sənədi verən qurum isə Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin Konsulluq şöbəsi göstərilmiş və həmin qurumun möhürü ilə təsdiqlənmişdir. Həmçinin bildirilmişdir ki, araşdırma zamanı XVİİİ-ЖГ seriyalı 346028 nömrəli şəhadətnamənin 1994-cü ildə 346032 nömrəli şəhadətnamənin isə 1996-cı ildə Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin istifadəsində olduğu müəyyən edilmişdir. Hazırki halda yuxarıda adı çəkilən müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktların qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən bildirilmişdir ki, S.Zərgərin şəxsiyyətini təsdiq edən şəxsiyyətini təsdiq edən sənəd olmadığından və yuxarıda adı çəkilən qanunun müvafiq maddəsinə əsasən doğum haqqında akt qeydinin bərpa edilməsi şöbədə mümkün deyildir. Şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarıldıqdan sonra doğum haqqında şəhadətnamə ilə təmin olunacağı bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirmişdir ki, ərizəçi onun qızıdır. O, özü “rus” milliyəti, həyat yoldaşı isə “iran” milliyətidir. Doğum haqqında şəhadətnamənin onlara sənədləşdirmə işlərində lazım olduğunu bildirmişdir. Qızı Ərizəçi xx.xx.2000-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğulması faktını təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuşdur. Atasının adı Nader, anasının adı Viktoriyadır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, ərizəçi X2 xx.xx.2000-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi xx.xx.2000-ci il, doğulduğu yer İran İslam Respublikası, Tehran şəhəri, ata qrafasında – X5 (milliyyəti iranlı), ana qrafasında – X1 (milliyyəti rus) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2000-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi xx.xx.2000-ci il, doğulduğu yer İran İslam Respublikası, Tehran şəhəri, ata qrafasında – X5 (milliyyəti iranlı), ana qrafasında – X1 (milliyyəti rus) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar