Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1991/2025 30.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı1 və X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mənzilə köçürmə) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçılar İddiaçı1 və X24 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin həmin mənzildən çıxarılaraq mənzillərinin onlara qaytarılması, cavabdehlərin onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair cavabdehlərdən 10000 manat tutulub onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, dəyən zərərlə bağlı hissədə iddia tələbinin həcmini artıraraq 145000 manat dəyərində ümumi zərərin cavabdehlərdən tutulub onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar və mərhum anaları X18 ev almaq məqsədi ilə maklerlərə müraciət etdilər, maklerlər onları 2001-ci ilin sentyabr ayının ortalarında cavabdehlərin yanına yaşadıqları ünvan 1 ünvana gətirdilər. Cavabdehlərin ikisi həmin mülkdə yaşayırdılar və aldıqları ev iki kiçik otaqdan mətbəx və sanitar qovşağından ibarət olmuşdur. O zaman cavabdehlər bildirdilər ki, bu evi 3500 dollara satırlar, həmin mülk cavabdeh X8 vərəsəlik ilə valideynlərindən qalmışdır və həmin mülkün bir hissəsini satırlar. Həmin ev o vaxt üçün baha idi, onlar bir müddət başqa ev axtardılar, evin qiymətinə dair alver elədilər və nəhayət evin dəyərin 3300 ABŞ dolları dəyərində razılaşıb aldılar. Evin kupçası olmadığından onları aldıqları evə pasport qeydiyyatına almaq üsulu ilə alqı-satqı müqaviləsi bağladılar və həmin edin onlara satılması və pullarının cavabdehlərə verilməsi barədə müqaviləni notariat qaydasında təsdiqlədilər. Aldıqları evin dərhal təmir işlərinə başladılar, qapılarını dəyişdilər və ev əşyalarını mərhum anaları ilə birgə həmin evdə yaşamağa başladılar. Cavabdehlər öz hesablarına onların analarını həmin evə pasport qeydiyyatına aldırdılar. Həmin vaxtdan evin bütün kommunal xərcləri onlar ödəyirdilər. Evlərinə görə ödədiyi pul məbləğini onlar, cavabdehlərə notariat kontorunda verdilər, onların iştirakı ilə vermişdilər və bu barədə cavabdehlər qəbz yazmışlar və həmin qəbz notarius tərəfindən təsdiqlənmişdir. Həmin evdə daimi olaraq anaları və İradə bacıları öz övladı ilə daimi olaraq yaşayırdılar. Bir müddət sonra 2009-cu il 15 noyabr tarixdə onların anası X18 vəfat etmişdir, anaları həmin evdən aparılıb dəfn edilmişdir, həmin evdə yas mərasimləri keçirilib, ehsan verilmişdir. Bundan sonra həmin evdə daimi olaraq iddiaçı Muradova İradə öz övladı ilə yaşamışdır. Son illər ərzində onların qonşuluqda yaşayan cavabdehlər ilə münasibətləri süni formada pisləşmişdir, cavabdehlər heç bir əsas olmadan məişət xarakterli narazılıqlar bildirirdilər. Bundan sonra cavabdehlər Muradova İradənin evində tək olmağından istifadə edərək, bir neçə qohumları ilə birgə Muradova İradəni evdən çıxarış çölə tullamışlar, heç bir ev əşyalarını belə götürməyə imkan yaratmamışlar. İddiaçı1 dərhal evlərinə gəldi, 102 qaynar xəttə onlara qarşı törədilən cinayət barədə məlumat verdi, lakin polis cinayət işinin başlanmasını rədd edərək məhkəmə müraciət etməklərini bildirdi. Onlar müvəqqəti olaraq qohumlarının evində məskunlaşmışlar və bütün onlara məxsus olan ev əşyaları, paltarları, mebel və s. yaşadıqları evdə qalmışdır. Onlar dəfələrlə cavabdehlərə müraciət edirdilr evlərinin qaytarılmasına dair tələblər ilə lakin hər dəfə onlara qarşı söyüş, təhqir və hədə-qorxular gələrək onları evlərindən qovmuşlar. Həmin evdə daimi olaraq Muradova İradə bir övladı ilə yaşadığına görə həmin evdə onlara məxsus şəxsi və ev-məişət əşyaları, texnikası yerləşdirdi və bu günə qədər həmin əşyalar cavabdehlərin istifadəsində qalmışdır. Şəxsi əşyalar dedikdə qeyd etmək lazımdır ki, onlar qəfldən, axşam vaxtı evlərindən qovulmuşlar, evlərindən heç bir əşya çıxarmaqlarına imkan verilməmişdir, paltarları və sair əşyaları evlərində qalmışdır. Bundan əlavə hər bir daimi yaşayış olan evdə olduğu kimi evlərində soyuducu, televizor, paltaryuyan maşın, qaz və mikrodalğalı soba, 3 ədəd müxtəlif ölçüdə xalça, çıl-çiraqlar, mətbəx, yataq və qonaq mebelləri dəsti qalmışdır. Onları evlərindən çıxardan zaman onlar dərhal polisin 102 qaynat xəttinə zəng edib onlara qarşı baş verən cinayət barədə məlumat vermişdilər. Lakin polis onları evinə qaytarmadı, köməklik etmədi, cinayət işi fakt üzrə başlamadı, onlara bildirdilər ki, baş vermiş hadisə mülki xarakterli işdir və onların məhkəməyə yalnız mülki qaydada müraciət etmək hüququ var. Onlar anaları ilə birgə faktiki olaraq cavabdehlərdən evlərini almışdılar, 24 ildən artıq həmin evə yaşamışlar, buna dair onların kifayət qədər sübutları var. O zaman aldıqları evin bu gün qiyməti əsaslı dərəcədə artmışdır və bu gün bazar qiyməti təqribən altmış min manat təşkil edir.
4. Cavabdeh1 nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz ünvanlayaraq iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin təsviri hissəsində iddiaçılar anaları X18 ilə birlikdə ev almaq üçün 2001-ci il tarixdə 3500 ABŞ dollarına iddiaçı Cavabdeh1 ev aldıqlarını bildirirlər. Bundan sonra 2009-cu il tarixdə anaları rəhmətə gedədən sonra həmin evdə yaşadıqlarını bildirir və əşyalarının olduğunu bildirir. İddia ərizəsi əsassızdır. Belə ki, ilk öncə iddiaçıların subyektiv hüququnun olması məsələsi araşdırılmalıdır. İddiaçıların mübahisəli mənzilə subyektiv hüququnun olmaması iddia ərizəsinə əlavə edilən sənədlərdən görünür. Bundan başqa iddiaçılar mərhum X14 aid hissədə hansı hüquqları əldə etməsinə dair vərəsəlik şəhadətnaməsinə malik deyillər. Onlaırn həmin mənzildə qalan əşyalarına aid hissədə də heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş iltizam isə surət olduğu görünür. Həmin iltizamda evin satılması və ya icarəyə verilməsini müəyyən etmək mümkün deyil. Bundan başqa iddia ərizəsində tələb edilən 10000 manat məbləğin isə hansı əsasla hesablanması iddia ərizəsində qeyd edilmir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini bildirmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıların subyektiv hüquqları yoxdur və göstərilən məbləğin hansı əsaslarla hesablanması məsələsini aydınlaşdırmaq istəyir. İddia qaldırılmamışdan əvvəl subyektivlik məsələsi həll edilməli idi və bu məsələ öz növbəsində prosesual cəhətdən düzgün deyil.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. xx.xx.2001-ci il tarixli iltizama əsasən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən Qədirli küçəsi, ev 147 ünvanında yerləşən mənzildən 2 otaq 3300 ABŞ dolları müqabilində X14 verilmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X18 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.
13. Məişət qaz sayğaclarının quraşdırılması, yoxlanılması, istismara qəbulu və abonentə təhvili haqqında xx.xx.2007-ci il tarixli akta əsasən müəyyən olunur ki, Qədirli 147 küçəsində yerləşən ünvan üzrə sayğac Hüseynova Rozaya təhvil verilmişdir.
14. Daxili qaz avadanlığına texniki baxış və profilaktik xidmət işlərinin keçirilməsi haqqında xx.xx.2010-cu il tarixli akta əsasən müəyyən olunur ki, Qədirli küçəsi 147 ünvanında yerləşən mənzildə abunəçi Muradova İradə qeydə alınmışdır.
15. xx.xx.2010-cu il tarixli mədaxil qəbzinə əsasən müəyyən olunur ki, Yasamal rayonu, Qədirli küçəsi, ev 147 ünvanı üzrə abonent Hüseynova Roza qeydə alınmışdır.
16. X19 arayışına əsasənxx.xx.2001-ci il tarixdə X18 ünvan 2 ünvanında daimi yaşamaq üçün qohumu Cavabdeh1 yanına qeydiyyata düşmüşdür.
17. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışa əsasən Cavabdeh1 Atababa qızı anası ilə birlikdə 1956-cı ildən hal-hazıradək ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayır. Cavabdeh2 isə doğulduğu 1979-cu il tarixdə hal-hazıradək həmin ünvanda qeydiyyatda olmaqla yaşayır.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə 1/9 hissədə X2, xx.xx.2018-ci il tarixdə 2/9 hissədə X1 adına rəsmiləşdirilmiş, X4 1/3 hissədə, X23 1/3 hissədə payı isə açıq saxlanılmışdır.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, İddiaçı1 onun anasıdır. Onlar təxminən 2001-2002-ci il tarixlərdə mübahisəli mənzilə köçmüş, orada təxminən 3 il yaşadıqdan sonra, başqa ev aldıqları üçün həmin evdən köçüb getmişlər. Daha sonra isə orada X22 övladları və nənəsi Roza Hüseynova ilə birlikdə yaşamışdır. X22 nənəsi vəfat etdikdən sonra da orada yaşamış, cavabdehlər onu məcburi qaydada evdən çıxartmışlar.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçıları tanısa da, cavabdehləri tanımır. Mübahisəli evdə əvvəllər İddiaçı1 anası ilə yaşayırdı, sonra isə orada İradə Muradova anası ilə birlikdə yaşamışdır. Onlar həmin evdə yaşadıqları müddətdə o, da qonaq kimi həmin evdə olmuşdur.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı X7 oğlu Namiqlə sinif yoldaşı olmuş, birlikdə oxuduqları müddətdə Namiq anası ilə birlikdə ünvan 4 ünvanında yaşamış, orada yaşadıqları müddətdə onların yaşadıqları evə dəfələrlə qonaq getmişdir. Bundan başqa Namiq ona zəng edərək qonşuların anasını evdən çıxartdığını, ora getməsini xahiş etmişdir. O da dostunun xahişi ilə həmin evə İradə Muradova ilə birlikdə getmiş və poliz əməkdaşlarının iştirakı ilə bəzi əşyaları götürmüşlər.
22. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə,oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanununanalogiyası);
26. Həmin Məcəllənin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
27. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
28. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;
29. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
31. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
32. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
33. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
34. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
35. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
36. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
37. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
38. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2001-ci il tarixli notarial qaydada təsdiq edilmiş iltizamla Cavabdeh1 tərəfindən Qədirli küçəsi, ev 147 ünvanında yerləşən mənzildən 2 otaq 3300 ABŞ dolları müqabilində X14 verilmişdir. Həmçinin, X19 arayışına əsasənxx.xx.2001-ci il tarixdə X18 ünvan 2 ünvanında daimi yaşamaq üçün qohumu Cavabdeh1 yanına qeydiyyata düşmüşdür. 2001-ci il tarixdən X13 vəfat etdiyi xx.xx.2009-cu il tarixədək həmin mənzildəki 2 otaqda yaşaması işin mübahisəsiz halıdır. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, X18 vəfat etdikdən sonrakı tarixlərdə (xx.xx.2010-cu il tarixdə 10 manat, xx.xx.2010-cu il tarixdə 20 manat, xx.xx.2014-cü il tarixdə 10 manat, xx.xx.2010-cu il tarixdə 10 manat, xx.xx.2012-ci il tarixdə 10 manat, xx.xx.2009-cu il tarixdə 10 manat) sonuncunun adına olan abonent kodu üzrə elektrikdən istifadəyə görə pul ödənilmişdir. Həmçinin, təqdim olunan "xxxx" ASC-yə məxsus hesabfaktura bildirişlərinə əsasən xx.xx.2014-cü il tarixdə 10 manat, xx.xx.2015-ci il tarixdə 8 manat, xx.xx.2012-ci il atrixdə 10 manat, xx.xx.2014-cü il tarixdə 10 manat, xx.xx.2014-cü il tarixdə 10 manat, xx.xx.2014-cü il tarixdə 10 manat, xx.xx.2012-ci il tarixdə 10 manat, xx.xx.2011-ci il tarixdə 7 manat, xx.xx.2014-cü il tarixdə 10 manat,xx.xx.2011-ci il tarixdə 10 manat,xx.xx.2011-ci il tarixdə 7 manat, xx.xx.2013-cü il tarixdə 10 manat, xx.xx.2012-ci il tarixdə 10 manat,xx.xx.2010-cu il tarixlərdə 9,40 manat, xx.xx.2013-cü il tarixdə 10 manat, xx.xx.2012-ci il tarixdə 10 manat, xx.xx.2011-ci il tarixdə 10 manat, xx.xx.2010-cu il tarixdə 10 manat, xx.xx.2010-cu il tarixdə 20 manat, xx.xx.2015-ci il tarixdə 8 manat, xx.xx.2014-cü il tarixdə 15 manat, xx.xx.2011-ci il tarixdə 9 manat, xx.xx.2011-ci il tarixdə 7 manat, xx.xx.2012-ci il tarixdə 10 manat, xx.xx.2011-ci il tarixdə 4 manat, xx.xx.2011-ci il tarixdə 5 manat, xx.xx.2011-ci il tarixdə 5 manat, xx.xx.2011-ci il tarixdə 9 manat, xx.xx.2011-ci il tarixdə 7 manat, xx.xx.2014-cü il tarixdə 10 manat, xx.xx.2011-ci il tarixdə 4 manat, xx.xx.2011-ci il tarixdə 7 manat, xx.xx.2011-ci il tarixdə 10 manat Xanmalı Zülfəli adına olan abonent kodu üzrə qazdan istifadəyə görə pul ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə 1/9 hissədə X2, xx.xx.2018-ci il tarixdə 2/9 hissədə X1 adına rəsmiləşdirilmiş, X4 1/3 hissədə, X23 1/3 hissədə payı isə açıq saxlanılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışa əsasən Cavabdeh1 Atababa qızı anası ilə birlikdə 1956-cı ildən hal-hazıradək ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayır. Cavabdeh2 isə doğulduğu 1979-cu il tarixdə hal-hazıradək həmin ünvanda qeydiyyatda olmaqla yaşayır.
40. Hazırda iddiaçılar olan X13 qızları İddiaçı1 və X16 analarının sağlığında və onun ölümündən sonra ünvan 5 ünvanında yaşadıqlarını, 2024-cü il tarixdə cavabdehlərin onları əsassız olaraq mənzildən çıxartdıqlarını bildirərək həmin mənzilə köçürülmələrini tələb edirlər.
41. Cavabdehlər isə iddiaya etiraz edərək, ünvan 5 ünvanındakı mənzilin onlara məxsus olduğunu, 2001-ci il tarixdə həqiqətən X18 ilə notarial qaydada iltizam bağlamaqla, 3000 ABŞ dolları müqabilində ona həmin ünvanda yaşamağa icazə verdiklərini, lakin həmin müqavilə bağlanarkən onların əsl niyyətinin mənzili X3 deyil, pula ehtiyacları olduğu üçün icarə əsaslı istifadəsinə vermək olduğunu, X13 qızlarından İddiaçı1 həmin ünvanda ümumiyyətlə yaşamadığını, digər iddiaçı X7 isə ara-sıra həmin ünvana gəlib baş çəkdiyini, lakin daimi əsaslarla orada yaşamadığını bildirərək iddia tələbini qəbul etmirlər.
42. Məhkəmə, ilk növbədə, X18 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2001-ci il tarixli notarial qaydada təsdiq edilmiş iltizamı həmin tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması niyyəti kimi qiymətləndirir. Cavabdehin həmin əmlakı X14 icarə əsaslı verməsi ağlabatan deyil. Belə ki, işin mübahisəsiz halıdır ki, həmin iltizam bağlandığı tarixdən X18 vəfat etdiyi xx.xx.2009-cu il tarixədək mübahisəsiz həmin ünvanda yaşamışdır. Belə olan halda təxminən 8 il müddətində 3000 ABŞ dolları müqabilində X13 mübahisəli mənzildə icarə əsaslı yaşaması iddiası məhkəmə tərəfindən cavabdehin özünümüdafiə xarakterli səsləndirmiş olduğu fikir kimi qiymətləndirir.
43. Məhkəmə, həmçinin iddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektik hüquqa malik olub-olmaması ilə bağlı qeyd edir ki, mübahisəli ev (otaq) əvvəllər iddiaçının anasının faktiki sahibliyində olmuş, iddiaçılardan X16 anası vəfat etdikdən sonra həmin evdə yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılardan X7 onun sahibliyinə keçmiş mübahisəli mənzildən, ümumiyyətlə həmin mənzillə bağlı hər hansı hüquqmüəyyənedici sənədi olmayan cavabdehlərə qarşı mənzilə köçürülməsinini tələb etməyə subyektiv hüququ mövcuddur.
44. Məhkəmə digər İddiaçı1 ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi tələbi ilə bağlı subyektiv hüququnun mövcud olub-olmamasına münasibətdə isə qeyd edir ki, iddiaçı özü ifadəsində anasının sağlığında həmin evdə yaşadığını, anası vəfat etdikdən sonra isə həmin mənzildə bacısı X7 oğlu ilə birlikdə yaşadığını, özünün həmin mənzildə daimi yaşamadığını, lakin hər zaman ora gedib-gəldiyini bildirmişdir. Həmçinin, İddiaçı1 həmin evin alınmasına sərf olunan pulun onun tərəfindən verildiyini, lakin həmin vaxt Qazaxıstan Respublikası vətəndaşı olduğu üçün anasının adına iltizam aldığını və anasının həmin evdə qeydiyyata saldığını bildirsə də, həmin halı təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda digər İddiaçı1 anasının vəfat etməsindən sonra həmin evdə yaşamaması onun öz izahatı ilə təsdiq olunduğundan mübahisəli mənzilə dair iddia qaldırması üçün subyektiv hüququ mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehlərə qarşı mənzilə köçürülmə iddiası təmin edilməməlidir.
45. Məhkəmə iddiaçı X7 cavabdehlərə qarşı mənzilə köçürülmə tələbi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlər işıq və qaz pulunun ödənilməsi, həmçinin cavabdehlərin özlərinin X7 həmin evə gəlib-getməsini təsdiq etməsi, cavabdehlərin özləri tərəfindən təqdim olunmuş videogörüntüdə sonuncunun mənzildən polis əməkdaşlarının iştirakı ilə çıxarılması halı onu təsdiq edir ki, X16 anası X18 vəfat etdikdən sonra həqiqətən ünvan 4 ünvanında yaşamışdır. Bundan başqa məhkəmə tərəfindən həmin videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, əslində X16 həmin mənzili könüllü deyil, məcburi olaraq tərk etmiş, həmçinin yalnız zəruri əşyalarını götürmək imkanı olmuşdur. Bu hal onu deməyə imkan verir ki, cavabdehlər iddiaçı X9 məcburi olaraq ünvan 4 ünvanında yerləşən mənzildən çıxartmışlar. Bundan başqa o da müəyyən olunur ki, cavabdehlərin ümumiyyətlə həmin mənzilə dair hüquqmüəyyənedici sənədləri yoxdur. Belə olan halda cavabdehlərin hansı əsasla X9 həmin mənzildən çıxartması aydın deyil.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi X10 aid hissədə təmin olunmalı, onun ünvan 4 ünvanında yerləşən mənzilin 2 otağına köçürülməlidir.
47. Həmçinin iddiaçılar mənəvi zərərin əvəzi olaraq 145000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu hissədə iddia əsassız olduğundan təmin edilməməlidir.
48. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.
49. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
51. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdeh tərəfindən ona mənəvi zərər dəyməsi ilə bağlı hər hansı sübut təqdim etmədiyindən həmin hissədə iddia təmin oluna bilməz.
52. Odur ki, iddia qismən təmin edilməli, iddiaçı X16 ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olmadığından iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı X16 ünvan 4 ünvanında yerləşən mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil