Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2577/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı «kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X4 Edilməsi Agentliyi» MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı «kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 6621 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 446.000 manat olmaqla, cəmi 1.946.000 manat, 6622 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168.000 manat olmaqla, cəmi 1.668.000 manat, 6623 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168.000 manat olmaqla, cəmi 1.668.000 manat, 6624 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168.000 manat olmaqla, cəmi 1.668.000 manat, 6625 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168.000 manat olmaqla, cəmi 1.668.000 manat və 6626 saylı kredit müqaviləsi üzrə əsas borcu 540.012 manat, faiz üzrə 60.481,33 manat olmaqla, cəmi 600.493,33 manat, 6 kredit müqaviləsi üzrə ümumi 9.218.493,33 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub «X4 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi; tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (7ci mərtəbə, 20 saylı ofis, ümumi sahəsi - 195.6 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (7-ci mərtəbə, 34 saylı ofis, ümumi sahəsi - 147.6 m2, Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 1 saylı ofis, ümumi sahəsi - 454.6 m2), Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5ci mərtəbə, 86 saylı ofis, ümumi sahəsi - 108.5 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 85 saylı ofis, ümumi sahəsi - 108.5 m2) və Cavabdeh4 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №li binada yerləşən qeyri-yaşayış sahəsi olan (6(Ə) korpusu 4 saylı ofis, ümumi sahəsi - 36 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (6(Ə) korpusu 6 saylı ofis, ümumi sahəsi - 148.8 m2) ofisə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qaytarılması; daşınmaz əmlakın satıldıqdan 1 ay sonra boşaldılması; satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh2 məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı «X4 Edilməsi Agentliyi» MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 6621 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz 446.000 manat olmaqla, cəmi 1.946 000 manat, 6622 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168.000 manat olmaqla, cəmi 1.668 000 manat, 6623 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168.000 manat olmaqla, cəmi 1.668.000 manat, 6624 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168.000 manat olmaqla, cəmi 1.668 000 manat, 6625 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168.000 manat olmaqla, cəmi 1.668.000 manat və 6626 saylı kredit müqaviləsi üzrə əsas borcu 540.012 manat, faiz üzrə 60.481,33 manat olmaqla, cəmi 600.493,33 manat, 6 kredit müqaviləsi üzrə ümumi 9.218.493,33 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub «X4 Edilməsi Agentliyi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi; tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (7-ci mərtəbə, 20 saylı ofis, ümumi sahəsi - 195.6 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyriyaşayş sahəsi (7-ci mərtəbə, 34 saylı ofis, ümumi sahəsi - 147.6 m2), Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5ci mərtəbə, 1 saylı ofis, ümumi sahəsi - 454.6 m2), Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 86 saylı ofis, ümumi sahəsi - 108.5 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 85 saylı ofis, ümumi sahəsi - 108.5 m2) və Cavabdeh4 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-İi binada yerləşən qeyri-yaşayış sahəsi olan (6(0) korpusu 4 saylı ofis, ümumi sahəsi - 36 m2), Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (6(Ə) korpusu 6 saylı ofis, ümumi sahəsi - 148.8 m2) ofis və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (6(Ə) korpusu 2 saylı - 73,2 m2) ofisə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qaytarılması; daşınmaz əmlakın satıldıqdan 1 ay sonra boşaldılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh2 məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, «X4 Edilməsi Agentliyi» MMC xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının İddiaçı BOKT QSC ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı BOKT QSC xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2013-cü il tarixli 6621 nömrəli kredit müqaviləsi üzrə 1.386.153,00 manat (940.153,80 manat əsas borc və 446.000,00 manat faiz), xx.xx.2013-cü il tarixli 6622 nömrəli kredit müqaviləsi üzrə 1.108.153,20 manat (940.153,80 manat əsas borc və 168.000,00 manat faiz), xx.xx.2013cü il tarixli 6623 nömrəli kredit müqaviləsi üzrə 1.108.153,20 manat (940.153,80 manat əsas borc və 168.000,00 manat faiz), xx.xx.2013-cü il tarixli 6624 nömrəli kredit müqaviləsi üzrə 1.108.153,20 manat (940.153,80 manat əsas borc və 168.000,00 manat faiz), xx.xx.2013-cü il tarixli 6625 nömrəli kredit müqaviləsi üzrə 1.108.153,20 manat (940.153,80 manat əsas borc və 168.000,00 manat faiz), xx.xx.2013-cü il tarixli 6626 nömrəli kredit müqaviləsi üzrə 600.493,33 manat (338.352,00 manat əsas borc və 60.481,33 manat faiz), ümumilikdə 6.217.602,33 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi; tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 N-li binada yerləşən qeyri-yaşayş sahəsi (7-ci mərtəbə, 20 saylı ofis, ümumi sahəsi - 195.6 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (7-ci mərtəbə, 34 saylı ofis, ümumi sahəsi - 147.6 m2), Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 1 saylı ofis, ümumi sahəsi - 454.6 m2), Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 N-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 86 saylı ofis, ümumi sahəsi - 108.5 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 Nli binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 85 saylı ofis, ümumi sahəsi - 108.5 m2) və Cavabdeh4 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (6(0) korpusu 4 saylı ofis, ümumi sahəsi - 36 m2), Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 N-li binada yerləşən qeyri-yaşayış sahəsi (6(0) korpusu 6 saylı ofis, ümumi sahəsi - 148.8 m2) ofis və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (6(Ə) korpusu 2 saylı - 73.2 m2) ofisə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qaytarılması; daşınmaz əmlakın satıldıqdan 1 ay sonra boşaldılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda qalıq borc məbləğinin Cavabdeh2 tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı BOKT QSC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2013-cü il tarixli 6621 nömrəli kredit müqaviləsi üzrə 1.386.153,80 (940.153,80 manat əsas borc və 446.000,00 manat faiz), xx.xx.2013-cü il tarixli 6622 nömrəli kredit müqaviləsi üzrə 1.108.153,80 manat (940.153,80 manat əsas borc və 168.000,00 manat faiz), xx.xx.2013cü il tarixli 6623 nömrəli kredit müqaviləsi üzrə 1.108.153,80 manat (940.153,80 manat əsas borc və 168.000,00 manat faiz), xx.xx.2013-cü il tarixli 6624 nömrəli kredit müqaviləsi üzrə 1.108.153,80 manat (940.153,80 manat əsas borc və 168.000,00 manat faiz), xx.xx.2013-cü il tarixli 6625 nömrəli kredit müqaviləsi üzrə 1.108.153,80 manat (940.153,80 manat əsas borc və 168.000,00 manat faiz), xx.xx.2013-cü il tarixli 6626 nömrəli kredit müqaviləsi üzrə 398.833,33 manat (338.352,00 manat əsas borc və 60.481,33 manat faiz), ümumilikdə 6.217.602,33 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi; tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (7-ci mərtəbə, 20 saylı ofis, ümumi sahəsi - 195.6 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (7-ci mərtəbə, 34 saylı ofis, ümumi sahəsi - 147.6 m2), Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 1 saylı ofis, ümumi sahəsi - 454.6 m2), Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 86 saylı ofis, ümumi sahəsi - 108.5 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 85 saylı ofis, ümumi sahəsi - 108.5 m2) və Cavabdeh4 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №li binada yerləşən qeyri-yaşayış sahəsi olan (6(Ə) korpusu 4 saylı ofis, ümumi sahəsi - 36 m2), Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (6(Ə) korpusu 6 saylı ofis, ümumi sahəsi - 148.8 m2) ofis və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (6(Ə) korpusu 2 saylı - 73.2 m2) ofisə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qaytarılması; daşınmaz əmlakın satıldıqdan 1 ay sonra boşaldılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda qalıq borc məbləğinin Cavabdeh2 tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə «X4 Edilməsi Agentliyi» MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini «X4 Edilməsi Agentliyi» MMC həyata keçirir. Yuxarıda qeyd olunan xidməti müqaviləyə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında 224 saylı xx.xx.2016-cı il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh2 dair sənədlər təhvil-təslim aktına əsasən «X4 Edilməsi Agentliyi» MMC-yə verilmişdir. "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə 6621 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 6622 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 6623 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 6624 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 6625 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 6626 saylı kredit müqaviləsinə əsasən 540.012 manat məbləğində illik 12 % tətbiq edilməklə, cari xərclər üçün hər bir müqavilə üzrə 60 ay müddətinə kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (7-ci mərtəbə, 20 saylı ofis, ümumi sahəsi - 195.6 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-İi binada yerləşən qeyri-yaşayş sahəsi (7-ci mərtəbə, 34 saylı ofis, ümumi sahəsi - 147.6 m2) xx.xx.2016-cı il tarixli ipoteka müqavilələri ilə yüklü edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 1 saylı ofis, ümumi sahəsi - 454.6 m2), Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 86 saylı ofis, ümumi sahəsi - 108.5 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 85 saylı ofis, ümumi sahəsi - 108.5 m2) xx.xx.2016-cı il tarixli ipoteka müqavilələri ilə yüklü edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (6(Ə) korpusu 4 saylı ofis, ümumi sahəsi - 36 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (6(Ə) korpusu 6 saylı ofis, ümumi sahəsi - 148.8 m2) xx.xx.2016-cı il tarixli ipoteka müqavilələri ilə yüklü edilmişdir. Həmin ipoteka müqavilələri Azərbaycan Respublikası Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq, cavabdehlərə məxsus daşınmaz əmlakların "xxxx" ASC qarşısında yüklü edilməsinə dair reyestrdən çıxarışlar verilmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axını «borcalan»ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) «Borcalan»a verilən vəsaitindən istifadə müddəti 60 aydır. (5.5. bənd) Kredit vəsaitinin istifadə müddəti xx.xx.2018-ci il tarixdə bitib. Cavabdehlər bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdirlər. Belə ki, cavabdehlərin banka hazırda 6621 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz 446.000 manat olmaqla, cəmi 1.946.000 manat, 6622 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168.000 manat olmaqla, cəmi 1.668.000 manat, 6623 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168.000 manat olmaqla, cəmi 1.668.000 manat, 6624 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168.000 manat olmaqla, cəmi 1.668.000 manat, 6625 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.500.000 manat, faiz üzrə 168 000 manat olmaqla, cəmi 1.668.000 manat və 6626 saylı kredit müqaviləsi üzrə əsas borcu 540.012 manat, faiz üzrə 60.481,33 manat olmaqla, cəmi 600.493,33 manat, 6 kredit müqaviləsi üzrə ümumi 9.218.493,33 manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 6621 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 6622 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 6623 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 6624 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 6625 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat, 6626 saylı kredit müqaviləsinə əsasən 540.012 manat məbləğində, illik 12 % tətbiq edilməklə, cari xərclər üçün hər bir müqavilə üzrə 60 ay müddətinə kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 24 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı BOKT QSC-yə həmin tarixə olan ümumi borcunun 6.217.602 manat 33 qəpik (5.039.121 manat əsas borc, 1.178.481,33 manat faiz) təşkil etdiyi qeyd edilmişdir. Aşağıdakı siyahıda hər müqavilə üzrə ümumi borc məbləği, həmçinin ümumi borc məbləğini təşkil edən əsas borc və faizlər hər biri ayrı-ayrılıqda göstərilmişdir. Belə ki: 6621 saylı müqavilə üzrə – 1.386.153,80 manat (940.153,80 manat əsas borc, 446.000 manat faiz); 6622 saylı müqavilə üzrə – 1.108.153,80 manat (940.153,80 manat əsas borc, 168.000 manat faiz); 6623 saylı müqavilə üzrə – 1.108.153,80 manat (940.153,80 manat əsas borc, 168.000 manat faiz); 6624 saylı müqavilə üzrə – 1.108.153,80 manat (940.153,80 manat əsas borc, 168.000 manat faiz); 6625 saylı müqavilə üzrə – 1.108.153,80 manat (940.153,80 manat əsas borc, 168.000 manat faiz); 6626 saylı müqavilə üzrə – 398.833,33 manat (338.352 manat əsas borc, 60.481,33 manat faiz). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2020-ci il tarixli 9/483 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 18 yanvar 2013-cü il, 6621, 6622, 6623, 6624, 6625, 6626 saylı kredit müqavilələrində qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh2 xx.xx.2018-ci il tarixədək (sualda soruşulan tarixə) "xxxx" ASC-yə borcu aşağıdakı kimi müəyyən edilmişdir, o cümlədən: 6621 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixə 2.400.000 manat: - əsas borc üzrə – 1.500.000 manat; - faiz üzrə – 900.000 manat. 6622 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixə 2.400.000 manat: - əsas borc üzrə – 1.500.000 manat; - faiz üzrə – 900.000 manat. 6623 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixə 2.400.000 manat: - əsas borc üzrə – 1.500.000 manat; - faiz üzrə – 900.000 manat. 6624 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixə 2.400.000 manat: - əsas borc üzrə – 1.500.000 manat; - faiz üzrə – 900.000 manat. 6625 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixə 2.400.000 manat: - əsas borc üzrə – 1.500.000 manat; - faiz üzrə – 900.000 manat. 6626 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixə 864.019,20 manat: - əsas borc üzrə – 540.012,00 manat; - faiz üzrə – 324.007,20 manat. Aparılmış tədqiqatının dəyəri 150 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli 9/7046 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 18 yanvar 2013-cü il tarixli 6621, 6622, 6623, 6624, 6625 və 6626 saylı kredit müqavilələri üzrə Cavabdeh2 "xxxx" ASC-yə borcunu müəyyən etmək mümkün olmadı. Belə ki, İddiaçı QSC tərəfindən xx.xx.2021-ci il tarixli 532 nömrəli arayış tərtib edilmişdir. Həmin arayışdan göründüyü kimi, əmlak hesabına əvəzləşdirilmiş vəsaitin məbləği 3.000.000 manat qeyd edilmişdir. Lakin tədqiqat zamanı əmlak hesabına əvəzləşdirilmiş vəsaitin məbləğinin hansı kredit müqaviləsi üzrə əvəzləşdirilməsi göstərilməmişdir. Bundan başqa əmlak hesabına əvəzləşdirilmiş vəsaitin məbləğinə dair hansı kredit müqaviləsinə yönəldilməsi ilə bağlı iş materiallarında hər hansı bir sənəd və ya məlumat mövcud deyildir. Həmçinin bildirilir ki, yuxarıda qeyd olunanlar xx.xx.2022-ci il tarixli 9/2639 saylı ekspert rəyində də öz əksini tapmışdır. Belə olan halda, xx.xx.2020-ci il tarixdə əmlak hesabına əvəzləşdirilmiş 3.000.000 manat məbləğində vəsaitin hansı kredit müqaviləsinə silinməsini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatının dəyəri 30 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2022-ci il tarixli 9/2639 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü 18 yanvar 2013-cü il tarixli 6621 saylı, 6622 saylı, 6623 saylı, 6624 saylı, 6625 saylı və 6626 saylı kredit müqavilələri üzrə Cavabdeh2 "xxxx" ASC-yə borcunu müəyyən etmək mümkün olmamışdır. Bildirilir ki, hesabdan çıxarış (cari, ssuda, faiz, cərimə hesabları tam şəkildə, kredit verilən tarixdən hal-hazıradək ödənişlərin təyinatları müqavilələr üzrə göstərilməklə) tam şəkildə təqdim olunduğu halda Cavabdeh2 "xxxx" ASC-yə borcunu müəyyən etmək olar. Aparılmış tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli 9/7046 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 18 yanvar 2013-cü il tarixli 6621 saylı, 6622 saylı, 6623 saylı, 6624 saylı, 6625 saylı və 6626 saylı kredit müqavilələri üzrə Cavabdeh2 "xxxx" ASC-yə borcunu müəyyən etmək mümkün olmamışdır. Belə ki, İddiaçı QSC tərəfindən xx.xx.2021-ci il tarixli 532 nömrəli arayış tərtib edilmişdir. Həmin arayışdan göründüyü kimi, əmlak hesabına əvəzləşdirilmiş vəsaitin məbləği 3.000.000.000 manat qeyd edilmişdir. Lakin tədqiqat zamanı əmlak hesabına əvəzləşdirilmiş vəsaitn məbləğinin hansı kredit müqaviləsi üzrə əvəzləşdirilməsi göstərilməmişdir. Bundan başqa əmlak hesabına əvəzləşdirilmiş vəsaitin məbləğinə dair hansı kredit müqaviləsinə yönəldilməsi ilə bağlı iş materiallarında hər hansı bir sənəd və ya məlumat mövcud deyildir. Həmçinin bildirilir ki, yuxarıda qeyd olunanlar xx.xx.2022-ci il tarixli 9/2639 nömrəli ekspert rəyində də öz əksini tapmışdır. Belə olan halda xx.xx.2020-ci il tarixdə əmlak hesabına əvəzləşdirilmiş 3.000.000.000 manat məbləğində vəsaitin hansı kredit müqaviləsinə silinməsini müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatının dəyəri 30 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli 5274/2024 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh2 18 yanvar 2013-cü il tarixli 6621 saylı, 6622 saylı, 6623 saylı, 6624 saylı, 6625 saylı və 6626 saylı kredit müqavilələri üzrə İddiaçı QSC-yə 31 avqust 2022-ci il tarixinə (cavabdeh tərəfindən edilmiş bütün ödənişlər, xx.xx.2020-ci il tarixdə əmlak hesabına 3.000.000.000 manat əvəzləşdirmə, habelə xx.xx.2024-cü il tarixli arayış nəzərə alınmaqla) əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir: 6625 saylı kredit müqaviləsi üzrə - əsas borc üzrə - 940.153,80 manat; - faiz borcu üzrə - 93.623,65 manat; 6624 saylı kredit müqaviləsi üzrə - əsas borc üzrə - 940.153,80 manat; - faiz borcu üzrə - 93.623,65 manat; 6623 saylı kredit müqaviləsi üzrə - əsas borc üzrə - 940.153,80 manat; - faiz borcu üzrə - 93.623,65 manat; 6622 saylı kredit müqaviləsi üzrə - əsas borc üzrə - 940.153,80 manat; - faiz borcu üzrə - 93.623,65 manat; 6626 saylı kredit müqaviləsi üzrə - əsas borc üzrə - 338.353,00 manat; - faiz borcu üzrə - 53.776,20 manat; 6621 saylı kredit müqaviləsi üzrə - əsas borc üzrə - 940.153,80 manat; - faiz borcu üzrə - 93.623,65 manat. Aparılmış tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 qeyd edilən kredit müqavilələri üzrə iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğlərinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan ipoteka müqavilələrindən görünür ki, yuxarıda qeyd olunan kredit müqavilələrinin təminatı olaraq: - Cavabdeh1 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (7-ci mərtəbə, 20 saylı ofis, ümumi sahəsi - 195.6 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-İi binada yerləşən qeyri-yaşayş sahəsi (7ci mərtəbə, 34 saylı ofis, ümumi sahəsi - 147.6 m2) xx.xx.2016-cı il tarixli ipoteka müqavilələri; - Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 1 saylı ofis, ümumi sahəsi - 454.6 m2), Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 86 saylı ofis, ümumi sahəsi - 108.5 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayş sahəsi (5-ci mərtəbə, 85 saylı ofis, ümumi sahəsi - 108.5 m2) xx.xx.2016-cı il tarixli ipoteka müqavilələri; - Cavabdeh4 məxsus Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi olan (6(Ə) korpusu 4 saylı ofis, ümumi sahəsi - 36 m2) və Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 №-li binada yerləşən qeyri-yaşayış sahəsi (6(Ə) korpusu 6 saylı ofis, ümumi sahəsi - 148.8 m2) xx.xx.2016-cı il tarixli ipoteka müqavilələrinə əsasən bank qarşısında yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, yuxarıda qeyd edilən ipoteka müqavilələri Azərbaycan Respublikası Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq, ipoteka predmeti olan daşınmaz əmlakların "xxxx" ASC qarşısında yüklü edilməsinə dair reyestrdən çıxarışlar verilmişdir. İpoteka müqavilələrinin müvafiq bəndlərindən görünür ki, hər bir ipoteka predmeti qiymətləndirilmişdir. "xxxx" MMC-nin 03 mart 2022-ci il tarixli H/02-PLS saylı «Qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi barədə» Hesabatdan görünür ki, Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 nömrəli bina, 7-ci mərtəbə 20 və 34 saylı ofislərin likvid qiyməti 360.360 manat; Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 nömrəli bina, 5-ci mərtəbə 1, 85 və 86 saylı ofislərin likvid qiyməti 805.920 manat; Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 nömrəli bina, 6-cı mərtəbə 4 və 6 (Ə) saylı ofislərin likvid qiyməti 208.824 manat təşkil edir. Hesabatın tərtib edilməsi dəyəri cəmi 1.200 manat təşkil edir. "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsinə dair 25 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki: Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (20 saylı ofisin) xx.xx.2024-cü il tarixinə olan likvid dəyəri 254.280 manat; Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (34 saylı ofisin) xx.xx.2024-cü il tarixinə olan likvid dəyəri 191.880 manat; Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (1 saylı ofisin) xx.xx.2024-cü il tarixinə olan likvid dəyəri 636.440 manat; Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (86 saylı ofisin) xx.xx.2024-cü il tarixinə olan likvid dəyəri 151.900 manat; Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (85 saylı ofisin) xx.xx.2024-cü il tarixinə olan likvid dəyəri 151.900 manat; Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (6 (Ə) saylı korpusu 4 saylı ofisin) xx.xx.2024-cü il tarixinə olan likvid dəyəri 54.000 manat; Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (6 (Ə) saylı korpusu 6 saylı ofisin) xx.xx.2024-cü il tarixinə olan likvid dəyəri 223.200 manat; Bakı şəhəri Xətai rayonu Nobel prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (6 (Ə) saylı korpusu 2 saylı ofisin) xx.xx.2024-cü il tarixinə olan likvid dəyəri 109.800 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, iddiaçı cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahələrinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və ipoteka qoyanlara xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və hüquq sahibi ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələrini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli; xx.xx.2013-cü il tarixli, 6621 nömrəli kredit müqaviləsi üzrə 1.033.777,45 (940.153,80 manat əsas borc və 93.623,65 manat faiz borc); xx.xx.2013-cü il tarixli, 6622 nömrəli kredit müqaviləsi üzrə 1.033.777,45 manat (940.153,80 manat əsas borc və 93.623,65 manat faiz borc); xx.xx.2013-cü il tarixli, 6623 nömrəli kredit müqaviləsi üzrə 1.033.777,45 manat (940.153,80 manat əsas borc və 93.623,65 manat faiz borc); xx.xx.2013-cü il tarixli, 6624 nömrəli kredit müqaviləsi üzrə 1.033.777,45 manat (940.153,80 manat əsas borc və 93.623,65 manat faiz borc); xx.xx.2013-cü il tarixli, 6625 nömrəli kredit müqaviləsi üzrə 1.033.777,45 manat (940.153,80 manat əsas borc və 93.623,65 manat faiz borc); xx.xx.2013-cü il tarixli, 6626 nömrəli kredit müqaviləsi üzrə 392.128,2 manat (338.352,00 manat əsas borc ve 53.776,20 manat faiz borc) olmaqla, ümumilikdə 5.561.015,45 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə tutulmalı; Tələb üzrə tutma Cavabdeh1 məxsus 1) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195.6 kv.metr olan 20 saylı qeyri-yaşayış sahəsinə (ofisə) və 2) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 147.6 kv.metr olan 34 saylı qeyriyaşayış sahəsinə (ofisə), Cavabdeh3 məxsus 3) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 454.6 kv.metr olan 1 saylı qeyri-yaşayış sahəsinə (ofisə), 4) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.metr olan 86 saylı qeyri-yaşayış sahəsinə (ofisə) və 5) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.metr olan 85 saylı qeyriyaşayış sahəsinə (ofisə), Cavabdeh4 məxsus 6) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 36 kv.metr olan 4 saylı qeyri-yaşayış sahəsinə (ofisə), 7) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 148.8 kv.metr olan 6 saylı qeyriyaşayış sahəsinə (ofisə) və 8) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 73.2 kv.metr olan 2 saylı qeyri-yaşayış sahəsinə (ofisə) yönəldilməli: Həmin əmlaklar açıq hərracdan satılmalı; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195.6 kv.metr olan 20 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 254.280 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 147.6 kv.metr olan 34 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 191.880 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 454.6 kv.metr olan 1 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 636.440 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.metr olan 86 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 151.900 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.metr olan 85 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 151.900 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 36 kv.metr olan 4 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 54.000 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 148.8 kv.metr olan 6 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 223.200 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 73.2 kv.metr olan 2 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 109.800 manat müəyyən edilməli; Əmlaklar açıq hərracda satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı QSC-yə ödənilməli; Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qaytarılmalı; Əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra həmin əmlaklar 1 ay sonra boşaldılmalı; Əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilməli; Ekspertiza xərci olan 100 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməli; İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli, 6621 nömrəli kredit müqaviləsi üzrə 1.033.777,45 (940.153,80 manat əsas borc və 93.623,65 manat faiz borc); xx.xx.2013-cü il tarixli, 6622 nömrəli kredit müqaviləsi üzrə 1.033.777,45 manat (940.153,80 manat əsas borc və 93.623,65 manat faiz borc); xx.xx.2013-cü il tarixli, 6623 nömrəli kredit müqaviləsi üzrə 1.033.777,45 manat (940.153,80 manat əsas borc və 93.623,65 manat faiz borc); xx.xx.2013-cü il tarixli, 6624 nömrəli kredit müqaviləsi üzrə 1.033.777,45 manat (940.153,80 manat əsas borc və 93.623,65 manat faiz borc); xx.xx.2013-cü il tarixli, 6625 nömrəli kredit müqaviləsi üzrə 1.033.777,45 manat (940.153,80 manat əsas borc və 93.623,65 manat faiz borc); xx.xx.2013-cü il tarixli, 6626 nömrəli kredit müqaviləsi üzrə 392.128,2 manat (338.352,00 manat əsas borc ve 53.776,20 manat faiz borc) olmaqla, ümumilikdə 5.561.015,45 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 məxsus 1) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195.6 kv.metr olan 20 saylı qeyri-yaşayış sahəsinə (ofisə) və 2) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 147.6 kv.metr olan 34 saylı qeyriyaşayış sahəsinə (ofisə), Cavabdeh3 məxsus 3) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 454.6 kv.metr olan 1 saylı qeyri-yaşayış sahəsinə (ofisə), 4) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.metr olan 86 saylı qeyri-yaşayış sahəsinə (ofisə) və 5) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.metr olan 85 saylı qeyriyaşayış sahəsinə (ofisə), Cavabdeh4 məxsus 6) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 36 kv.metr olan 4 saylı qeyri-yaşayış sahəsinə (ofisə), 7) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 148.8 kv.metr olan 6 saylı qeyriyaşayış sahəsinə (ofisə) və 8) Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 73.2 kv.metr olan 2 saylı qeyri-yaşayış sahəsinə (ofisə) yönəldilsin. Həmin əmlaklar açıq hərracdan satılsın. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 195.6 kv.metr olan 20 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 254.280 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 147.6 kv.metr olan 34 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 191.880 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 454.6 kv.metr olan 1 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 636.440 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.metr olan 86 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 151.900 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 108.5 kv.metr olan 85 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 151.900 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 36 kv.metr olan 4 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 54.000 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 148.8 kv.metr olan 6 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 223.200 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 6Ə korpusunda yerləşən ümumi sahəsi 73.2 kv.metr olan 2 saylı qeyri-yaşayış sahəsinin (ofisin) ilkin satış qiyməti 109.800 manat müəyyən edilsin. Əmlaklar açıq hərracda satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı QSC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qaytarılsın. Əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra həmin əmlaklar 1 ay sonra boşaldılsın. Əmlakların satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilsin. Ekspertiza xərci olan 100 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2577/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2577/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver