Məhkəmə qərarları › İş №2(004)-2004/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2004/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2004/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X19 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1962-ci il tarixdə Xankəndi şəhərində anadan olmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş qardaşı X1 doğum haqqında akt qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X5 xx.xx.1962-ci il tarixdə Xankəndi şəhərində anadan olmuşdur. 1992-ci il tarixdə Xankəndi şəhərindən məcburi köçkün düşmüş və Bakı şəhərində yaşamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 28 dekabr 1991-ci il tarixdə Xankəndi şəhəri ünvan 1 ünvanında yerləşən evləri ermənilər tərəfindən yandırılmış və mərhum qardaşı X3 məxsus doğum haqqında şəhadətnamə həmin vaxt yanmışdır. Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə qardaşının doğum akt qeydinin bərpa edilməsi ilə bağlı yazılı müraciətinə xx.xx.2023-cü il tarixli 3-16-5/8-147/69 nömrəli arayışı və xx.xx.2023-cü il tarixli, 3-16-5/295/15 nömrəli məktubu ilə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat faktı məhkəmə qaydasında müəyyən edilməsini bildirmişdir. Qardaşının doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında bildirmişdir ki, qardaşı Abdullayev Fəxrəddin xx.xx.1962-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Onlar 1992-ci ildə oradan qaçqın kimi Bakıya köçmüşlər. Qardaşı xx.xx.2022-ci ildə vəfat edib. Onların Xankəndində yerləşən evləri 1991-ci ildə ermənilər tərəfindən yandırılıb. Onlara aid olan bir çox sənədlər, eləcə də qardaşının doğum haqqında şəhadətnaməsi də həmin evdə məhv olub. Vərəsəlik işi ilə bağlı bu ərizəni vermişlər. Qardaşı subay olub. Təhsilini yarımçıq qoyub. Xarici pasportu olmayıb. Ailədə 3 qardaş, 2 bacı olmuşlar. Qardaşları dünyasını dəyişib. Məhkəmə iclasında dindirilən şahid X7 ifadəsində bildirmişdir ki, Ərizəçi böyük qardaşıdır. Ailədə 5 nəfər idilər, hazırda 3 nəfərdilər. 2 qardaşı vəfat edib, hazırda ailədə 2 bacı, 1 qardaşdırlar. Doğma bacı-qardaşdırlar. X2, anaları isə X6r. Abdullayev Fəxrəddin 20 dekabr 1962-ci ildə anadan olub, 29 sentyabr 2022-ci il tarixdə Bakıda vəfat edib. Məhkəmə iclasında dindirilən X8 ifadəsində bildirmişdir ki, ailədə 3 qardaş, 2 bacı olublar. Bacısının adı Raziyə, qardaşları Fəxrəddin, Şirzad, Vahiddir. Vahid Qırğızıstanda vəfat edib. Hazırda ailədə 3 nəfərdirlər. Abdullayev Fəxrəddin 20 dekabr 1962-ci ildə Xankəndi şəhərində anadan olub. Digər bacı və qardaşlar da Xankəndi şəhərində anadan olub. X2, anaları isə X6r. Doğma bacı-qardaşdırlar. Xankəndi şəhərindən 1991-ci ildə evləri yandığına görə köçüblər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal edilməsi və uzun müddət işğal altında qalması səbəbindən sözügedən inzibati ərazi vahidləri (o cümlədən Xankəndi şəhəri) çərçivəsində dövlət mühafizəsində olan arxiv sənədləri barədə hər hansı məlumat yoxdur. Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, onun Xankəndi şəhərində xx.xx.1962-ci il tarixdə doğulmuş qardaşı X1 doğum haqqında akt qeydinin bərpası ilə əlaqədar ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bucür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin istəyi üzrə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu barədə məhkəməyə müraciət etməsi tövsiyə olunur. Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin 01 mart 2023-cü il tarixli Arayışında qeyd edilmişdir ki, 20 dekabr 1962-ci ildə Xankəndi şəhərində anadan olmuş X1 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. AZE № 04256644 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1962-ci il tarixdə Xankəndi şəhəində anadan olmuşdur. AZ-İİ № 304950 seriyalı Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 603 nömrə ilə qeyd edilmişdir. AZ-İİ № 278430 seriyalı Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1996-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. AZ-İ № 527969 seriyalı Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 149 nömrə ilə qeyd edilmişdir. İİ-JQ № 266022 seriyalı Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Xankəndi şəhərində anadan olmuşdur. X4, anası X6r. AZ № ******* seriyalı Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1965-ci il tarixdə Xankəndi şəhərində anadan olmuşdur. X4, anası X6r. AZ № 531265 seriyalı Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1963-cü il tarixdə Xankəndi şəhərində anadan olmuşdur. X4, anası X6r. AZ-İİİ № 377187 seriyalı Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1969-cu il tarixdə Xankəndi şəhərində anadan olmuşdur. X4, anası X6r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.” Beləliklə, məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 20 dekabr 1962-ci il tarixdə Xankəndi şəhərində doğumunun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında akt qeydi bərpa edilməli, doğum haqqında akt qeydində X1 atasının adı qrafasında – “X12”, anasının adı qrafasında – “X9” göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 20 dekabr 1962-ci il tarixdə Xankəndi şəhərində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində X1 atasının adı qrafasında – “X12”, anasının adı qrafasında – “X9” göstərilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar