Məhkəmə qərarları › İş №2(004)-2005/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2005/2023

18.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2005/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xossam oğluna qarşı "istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xossam oğluna qarşı "mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1964-cü il təvəllüdlü X2, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh3 iddiaçının mülkiyyətində və istifadəsində olan və ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış sahəsinə istifadə hüquqları olmayan hesab edilməli, habelə pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək cavabdehlər xx.xx.1964-cü il təvəllüdlü X2, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh3 iddiaçının mülkiyyətində və istifadəsində olan və ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 14 09 1958-cı il təvəllüldüdür. ünvan 2 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və orada ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək, məhkəməyə təqdim Daşınmaz əmlakın reyestr nömrəsi **********-05101-093048 nömrəli Çıxanşın surəti ilə təsdiq edir. Məlumat üçün bildirir ki, hazırda xx.xx.1964-cü il təvəllüdlü X2, xx.xx.1973-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh3 mülkiyyətində və istifadəsində olan və ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadırlar. Halbuki o bu şəxslərin heç birini tanımır. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi müvafiq “Forma-2” arayışının surəti ilə təsdiq edir. Həmin mənzili o satıcı olaraq mənzilin əvvəlki sahibindən yəni, X1 qarşılıqlı razılaşma əsasında satın almışdır. Həmin vaxt mənzilin əvvəlki sahibi ona bir neçə ay ərzində qeydiyyatdan çıxacağını bildirsə də, sonradan buna əməl etmədi. Cavabdehlər onun mənzilində qeydiyyatdadırlar ki, bu da onun əmlak üzərindəki mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam vermək) əhəmiyyətli dərəcədə pozur. Bunun nəticəsində, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Nəticədə, bu onun maddi vəziyyətinə mənfi təsir edir. Ona görə də hesab edir ki, cavabdehlər xx.xx.1964-cı il təvəllüdlü X2, xx.xx.1973-cı il təvəllüdlü Cavabdeh2. xx.xx.1996-ci il təvəllüdlü Cavabdeh3 mülkiyyətində və istifadəsində olan və ünvan 2 ünvanında yerləşən mənzilə yaşayış sahəsinə istifadə hüquqları olmayan hesab edilməli, pasport qeydiyyatlarına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məlumat verilməsi mümkün olmamışdır. Bununla bağlı Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı şəkəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil İstismar Sahəsinə sorğu göndərilmiş lakin cavabdehin hazırki yeri ilə bağlı məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə X6 xx.xx.1996-cı il tarixdən, X3 xx.xx.1986-cı il tarixdən, Cavabdeh3 xx.xx.1996-cı il tarixdən, Cavabdeh2 xx.xx.1973-cü il tarixdən, Cavabdeh1 xx.xx.1964-cü il tarixdən qeydiyyatdadırlar. Satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alıq-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.2 ha olan mənzili tam mülkiyyət üzrə İddiaçı mülkiyyətinə verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət xx.xx.2021-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xossam oğlu qeydiyyatdadırlar və 28 yanvar 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin mənzili Cavabdeh1 İddiaçı satmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət xx.xx.2021-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xossam oğlunun həmin mənzildən istifadə hüquqlarının itirilməsini xahiş etmişdir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, müvafiq müqavilə üzrə icra natamamdır. Cavabdehlərin mənzilə olan istifadə hüquqları formal xarakter daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmağı iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, cavabdehlərCavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xossam oğlu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 95, 21 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xossam oğlu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 95, 21 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsinlər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar